Məhkəmə qərarları › İş №2(001)-1025/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1025/2022

01.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1025/2022 01.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ilin noyabr aylarında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Qaradağ rayonu üzrə bölməsinin Mustafayev Zahid adlı əməkdaşı onun yanına gələrək onun istifadəsində olan Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən "xxxx" K/M və "xxxx" MMC-nin istifadəsində olan torpaq sahələrinin təcili olaraq özəlləşdirilməsini tələb etməyə başlamışdır. Buna görə isə o özəlləşmə xərci yaxud da rüsumu üçün ondan 250.000 manat pul istəmişdir. Sonradan məlum olmuşdur ki, həmin pulu ondan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin şöbə müdüri Talıbov Məhəmməd tələb edirmiş. Özəlləşmə işini M.Talıbov aparacaqmış. Əgər verməsə ona aid torpaqlar hərracda satılacaqmış. O qədər məbləği verməyə gücü çatmasa da bir neçə gün ərzində 200.000 manatı yığıb toplayaraq həmin pulu şahidlərin yanında “BTİ” nin binasında Məhəmməd Talıbovla onun işçisi X10 çatdırmışdır. Lakin sonradan torpaq sahəsi özəlləşdirilmədi və pullar da arada batdı. O, bu barədə həm polisə həm də məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə həmin 200.000 manat pulun Məhəmməd Talıbovdan yox, iş üzrə cavabdeh olan X12 adlı bir şəxsdən tutulması qət etmişdir. Sonradan öyrənmişdir ki, Talıbov Məhəmməd ondan aldığı 200.000 manat pulun bir qismini ona vasitəçilik etmiş şəxslər arasında paylamışdır. Belə ki o, həmin puldan 5.000 manatını Cavabdeh, 10.000 manatını isə X4 vermişdir. Qalanlarını isə Əsgərovun boynuna atmışdır. Zahid Mustafayev iş düzəlmədiyinə görə Talıbovun ona verdiyi 10.000 manatı hissə ilə ona qaytarmışdır. Yasamal Rayon Məhkəməsində proses zamanı Məhəmməd Talıbovun onun pulundan Cavabdeh də 5.000 manat pul verməsi öz təsdiqini tapmışdır. Cavabdeh bu faktı ona hələ 2 il bundan əvvəl etiraf etsə və həmin puldan ona 3.000 manat qaytarsa da məhkəmə zamanı bunu bir daha təsdiq elədi. Amma cavabdeh Bağırzadə qalan 2.000 manatı ona hələ də qaytarmamışdır. Həmin məhkəmə bu məsələni araşdırsa da cavabdeh barəsindəki epizodu araşdırmamışdır. Çünki verdiyi iddia tələbində onun adı yox idi. Buna görə də o, 2000 manatı ayrıca tələb edir. Məhkəmənin 18 oktyabr 2021-ci il tarixli 2 (004)-4969/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh həmin iş üzrə cavabdeh kimi keçmiş X1 ona məxsus 5000 manat alaraq mənimsəmişdir. Cavabdehin özü də bu faktı danmır amma deyir hələlik onun bu pulu vermək imkanı yoxdur. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, iddianı qəbul edir. 2014cü ildə iddiaçının mülkiyyətçisi olduğu "xxxx" MMC və "xxxx" Kiçik Müəssisəsini yerləşdiyi torpaq sahələrini özəlləşdirmək üçün Mustafayev Zahidin vasitəçiliyi ilə o zaman Daşınmaz Əmlak Reyestrində məsul vəzifədə çalışan X3 ilə danışıq aparmış və Talııbov Məhəmməd də özəlləşmə üçün ondan 250.000 manat, sonra isə bir az da aşağı düşüb 200.000 manat pul istəmişdir. Lakin iddiaçı yenə də bu məbləğə razı olmadıqda araya o, girmiş və özü də bu özəlləşmə işinə inandığı üçün həmin 200.000 manat pulu Məhəmməd Talıbova verməyə iddiaçını razı salmışdır. Məhəmməd də sonralar onun bu “yaxşılığına” görə pulları alandan sonra ona 5.000 manat “şirinlik” vermişdir. Sonradan ona məlum olmuşdur ki, Talıbov bu işdə ona əvvəldən yardım etmiş Elşən Əsgərova və Mustafayev Zahidə də “şirinliklər” veribmiş. Özü isə sonradan iddiaçını aldadaraq onun torpaqlarını özəlləşdirməmişdir. Buna görə də iddiaçı ilə Talıbov Məhəmməd arasında mübahisə bütün müstəvilərdə kəskin xarakter almışdır. İşi belə görüb o da M.Talıbovdan aldığı 5.000 manatın 3.000 manatını 2019-cu ilin dekabrında pulun əsil sahibinə, iddiaçıya qaytarmışdır. Qalan 2.000 manatı isə heç bir yerdə işləmədiyindən hələ də qaytara bilməmişdir. İddiaçıya isə təcili olaraq pul lazım olduğu üçün 2.000 manatını da tələb edir. O, iddiaçını yaxşı başa düşür. İddiaçı elə başa düşür ki, o, Talıbov Məhəmmədlə ona qarşı gizlin iş aparmışdır. Söz verir ki, əlinə pul düşən kimi onun 2000 manatını birdəfəlik ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə ünvaladığı izahatını müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 10 noyar 2019-cu il tarixdə Cavabdeh tərəfindən yazılmış qəbzin surətindən görünür ki, o, X2 aldığı 5.000 manatın 3.000 manatını X6 qaytarmış, qalan 2.000 manatını isə pulu olanda qaytaracaqdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(004)- 4969/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X5 200.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamənin təsviri hissəsində qeyd edilmişdir ki, məhkəmə iclasında şahid Cavabdeh ifadəsində bildirmişdir ki, 200.000 manat məbləğində pul Zahidin vasitəsilə Elşənə verilmiş, Elşən də sonra Məhəmməd Talıbova vermişdir. Pulun verilməsində onların yanında olmamışdır. Ofisin qarşısında onların içəri keçdiyini görmüşdür, orda həmin gün çox insanlar var imiş. X11 həmin ofisə gəlmiş, əlində solafan paketlə çıxmışdır. Məhəmməd Talıbov həmin məbləğdən 5.000 manat pulu ona bu işdə vasitəçi olmasına görə ona vermişdir. 10 dekabr 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdehin 2.000 manat məbləğində vəsaiti iddiaçıya ödəməli olması barədə iddianı etiraf etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 2.000 manat məbləğində pul tutularaq iddiaçı X6 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. Cavabdeh 2.000 (iki min) manat məbləğində pul və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar