Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1035/2021 12.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh3 nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Binəqədi New Service" Fərdi Mənzil Tikinti Şirkəti ilə 29 may 2018-ci il tarixdə bağlanmış 19-1 saylı Mənzil Tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzili alqı-satqı yolu ilə almışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh "xxxx" Fərdi Mənzil Tikinti Şirkəti yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 2 otaqlı 2 saylı mənzili "Payçı" olaraq iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri olan 32500 manat iddiaçı tərəfindən tam olaraq ödənilmiş və bunu təsdiq edən maliyyə arayışı da mövcuddur. Buna baxmayaraq Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzili 08.07.2019-cu il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 3085 nömrəli reyestr kitabının 288049 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddaçı ilə "xxxx" Fərdi Mənzil Tikinti Şirkəti arasında 29 may 2018-ci il tarixdə bağlanmış 19-1 saylı Mənzil Tikintisi haqqında müqavilə hal-hazırkı vaxtadək mübahsiələndirilməmiş və hazırda qüvvədədir. İddiaçının alqı-satqı yolu ilə aldığı mənzilə dair cavabdehin çıxarış alması iddiaçının hüquqlarını kobud surətdə pozur. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh2 Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilinə görə ödənilmiş 32500 manat məbləğində pulun, 2018-ci ildən hal-hazırkı vaxtadək iddiaçıya məxsus evin başqa şəxsə satılması və bunun nəticəsində kirayə yaşamaq məcburiyyətində qaldığından, 30000 manat maddi ziyan və dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi; Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilinə dair Cavabdeh1 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilinin Cavabdeh1 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 3085 nömrəli reyestr kitabının 288049 nömrəli vərəqində qeydiyyata alınmış 08.07.2019-cu il tarixli çıxarışın ləğv olunması, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzili qanunsuz sahiblikdən geri alınması və iddiaçının həmin mənzilə istifadə hüququn bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, yaşadığı yerin yaxınlığında binanın bünövrəsinin qazılmasını və həmin yerdə 4 mərtəbəbli bina tikiləcəyini görmüş və tikintisi aparılacaq 4 mərtəbəli binadan 2-ci mərtəbədə 2 otaqlı mənzilin 52000 manata alqı-satqısı ilə bağlı Cavabdeh2 ilə razılaşmış, ilkin olaraq Cavabdeh2 9000 manat pulu nəğd olaraq vermiş, qalan pulu da ona hər ay 400-500 manat olmaqla ödəmişdir. Cəmi Cavabdeh2 evin alınması üçün 24000 manat məbləğində pul vermişdir. Sonradan isə həmin binanın tikintisinin dayandırılmasını görmüş, Cavabdeh2 tikintinin dayandırılmasının səbəbini soruşduqda o, tikinti üçün pul vəsaiti olmamasını, sonradan isə borcuna görə məhkəmənin qərarı ilə həmin bina üzərinə həbs qoyulmasını bildirmiş, ona görə də Cavabdeh2 pulunu qaytarıb verməsini tələb etmiş, təxminən 5-6 ay keçdikdən sonra Cavabdeh2 həmin ünvanda yeni 4 mərtəbəli bina tikməsini bilmiş və ondan tikintisini apardığı yeni binadan mənzil verməsini tələb etmiş, Cavabdeh2 onunla razılaşmış və onu həmin binanı tikən Cavabdeh3 yanına göndərmiş, sonuncunun onun adına mənzil alqı-satqı müqaviləsi yazıb həmin binadan ona mənzil verəcəyini bildirmişdir. O, Cavabdeh3 yanına gedib Cavabdeh2 tərəfindən göndərildiyini bildirmiş, Ramz Bəşirov ona 3 mərtəbəsi tikilmiş binanın 2-ci mərtəbəsindən mənzilin alqısatqısı barədə müqavilə və maliyyə arayışı yazıb vermişdir. Müqavilədə və maliyyə arayışında hansı səbəbdən mənzilin dəyərinin onun tərəfindən tam ödənilməsinin yazılması ona məlum deyil. Belə ki, həmin vaxt o, mənzilin dəyərindən cəmi 24000 manat ödəmiş, sonradan isə Cavabdeh3 onun tələbinə əsasən əlavə 2500 manat pul ödəmişdir. Müqavilə və maliyyə arayışlarında yazılanlara o, cavabdeh ola bilməz. Sonradan o, Cavabdeh3la Cavabdeh2 arasında həmin bina ilə bağlı mübahisə yaranmasını görmüş, onlara mənzil istəmədiyini bildirmiş, pulunu qaytarmalarını tələb etmiş, lakin hal-hazırda əsas tələbi evlə bağlıdır. Belə ki, ona ödədiyi 26500 manat məbləğində pul qaytarılacağı halda belə o, hal-hazırda həmin pulla heç nə edə bilməyəcək. Bundan əlavə o, Cavabdeh2 qanunsuz əməllərinə görə illərdir kirayədə qalmaq məcburiyyətindədir. O, X1isidir, sağlamlığını ölkənin ərazi bütövlüyü uğrunda itirmiş və bu vəziyyətində onun bu cür aldadılması, bütün əlində olan pulları verib evsiz qalması ona çox ciddi psixoloji zərbə vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, o, Cavabdeh3 həyat yoldaşıdır, Cavabdeh3 hal-hazırda cəzaçəkmə müəssisəsindədir. İddiaçı iddia ərizəsini Cavabdeh3 verilmiş 2500 manat hissəsində qəbul edir. Qalan tələblərin Cavabdeh3 heç bir aidiyyəti yoxdur və onların həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X5 izahatında məhkəməyə bildirdi ki, "xxxx" X15 Səhmdar Cəmiyyəti və ipoteka qoyan - borc alan Cavabdeh1 arasında bağlanılmış 27 Sentyabr 2013-cü il tarixli 07UMİ/13 saylı Alqı-satqı və İpoteka müqaviləsinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən **********76-10301 saylı reyestr nömrəsi ilə qeydə alınmış RX ******* seriyalı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0.21333 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evi və mülkiyyətində olan torpaq sahəsinə İpoteka qoyan Cavabdeh1 mülkiyyətində olan hissəyə dair bölgünün aparılmasına və mənzillərə yeni ünvan verilməsi ilə əlaqədar olaraq, yuxarıda göstərilən ünvanda daşınmaz əmlakın ipoteka ilə yüklü qalmaq şərti ilə, dövlət reyestrindən çıxarışların verilməsi "xxxx" Kommersiya Bankı ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Başı şəhər Ərazi İdarəsindən xahiş edilmiş və onların müraciəti əsasında Cavabdeh1 müvafiq çıxarışlar verilmişdir. Eyni zamanda qeyd olunan məsələlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi də var. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 25.12.2017-ci il tarixli, 2(105)-1949/2017 saylı qətnaməsi ilə "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi qismən təmin edilmiş, cəmi 423.831,75 ABŞ dolları məbləğində tələbin ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan ipoteka predmeti - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5-də yerləşən 1 saylı fərdi yaşayış evinə yönəldilmiş və həmin daşınmaz əmlakın açıq hərracdan satılması və s. qət edilmişdir. Hazırkı mübahisənin həll edilməsini məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh1 12.10.2021-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək, səhhətilə əlaqədar məhkəmə iclasında iştirak etməməsini üzrlü hesab edilərək işə baxılmasının təxirə salınmasını xahiş etmiş, lakin səbəbin üzrlü olmasını təsdiq edə biləcək hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli, 1(001)-10/2020 saylı hökmündə aşağıdakılar göstərilmişdir: “ ... Məhkəmə iclasında təqsirləndirilən şəxs Cavabdeh3 ona Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, ... 2017-ci ildə əvvəllər qonşusu olmuş, təxminən 20 il ərzində tanıdığı Cavabdeh2 ilə onun Bakı şəhəri, Binəqədi rayonu Gülməmməd Ramazanov küçəsində olan inşasını apardığı tikintinin özü tərəfindən davam etdirilməsi barədə razılaşmış, həmin dövrlərdə həmin tikintinin “X11” ASC-nin girovluğunda olması, yəni həmin tikintinin Cavabdeh2 öz tanışı Cavabdeh1 həmin bankdan aldığı təxminən 700.000 manat məbləğində kreditə görə bankın girovluğunda olmasını bilmiş, Cavabdeh2 bank tərəfindən tikintinin aparılmasına icazə verilməsi üçün satışdan əldə olunan gəlirdən 40 faizini birbaşa banka ödəmələri barədə müqavilə bağlamaları ilə bağlı razılaşmış, bundan sonra qohumu Vera Mustafayeva, Cavabdeh1 və bank arasında satışdan gələn gəlirdən 40 faizinin banka ödənilməsi, qalan 60 faiz vəsaitin investora verilməsi barədə 3 tərəfli müqavilə bağlanılmış, tikintini başlamaq üçün yeni şirkət yaratmaq zəruri olduğundan və özünün adına özəl cəmiyyət olmasına görə müqavilədə vergi ödəyicisi olan qohumu Vera Mustafayevanın adını yazmışdır. Təxminən 2017-ci ilin iyul ayında 4 mərtəbəli binanın tikintisinə başlamış, layihəyə əsasən həmin binada 33 mənzil olmuş, tikintini başlamaq üçün qohumu X3 adına “X17” adlı şirkət yaratmış, sonuncu onu həmin şirkətin direktoru təyin etmiş və həmin şirkətin direktoru kimi tikintiyə başlamış, tikinti ilə bağlı onunla Cavabdeh2 işçisi Elçin Əzizov arasında podrat müqavliəsi bağlanılmış, yəni tikintinin aparılmasının Elçin Əzizova həvalə etmiş, həmin şirkətin təsis edilməsi barədə əmri Vera Mustafayeva özü imzalamamış, həmin sənədi yaşadığı evində kompyuterdə hazırlamış və adını unutduğu şəxsə imza etdirmişdir. 2017ci ilin iyul ayında işə başlamış, Cavabdeh2 ona tikintini aparmaq üçün mal-material almaqdan ötəri pul verməsini xahiş etmiş, tikintidən kifayət qədər məlumatı olmamasına, o cümlədən münasib qiymətli tikinti materiallarının yerini Cavabdeh2 bilməsinə görə onun təklifi ilə razılaşmış və ilkin olaraq ona yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən evinin həyətində heç kimin iştirakı olmadan və heç bir sənəd tərtib etmədən 200.000 manat pul vermiş, Cavabdeh2 həmin puldan təxminən 37.000 manat dəyərində tikinti materialları almış, sonradan isə material almamış və aldığı pulu material almaq üçün verdiyini, materialın gələcəyini bildirib yeni inşaat materialları almaq üçün ona yenə də pul verməsini xahiş etmiş, buna görə ona yenə də evlərinin həyətində heç kimin iştirakı olmadan və heç bir sənəd tərtib etmədən 40.000 manat pul vermiş, lakin Cavabdeh2 yenə də material almamışdır. Bir müddət sonra Cavabdeh2 ona tikintisi aparılan binadan bir neçə mənzil verməsini, o cümlədən Nübar adlı qadına əvvəlki binasından mənzil satmasını, lakin sonradan Qismət adlı şəxsdən aldığı borc pulu qaytarmamasına görə onun iddiası ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2016-cı ildə binanın üzərinə həbs qoyulmasına görə həmin binadan ona mənzil verməsini bildirmiş, daha sonra isə Cavabdeh2 ona üzərinə həbs qoyulmuş həmin binadan mənzil satdığı Nadir Əhmədov və Mədət Vəliyev adlı şəxslərin də adlarına müqavilə yazmasını xahiş etmiş, Mədət Vəliyevin onun binasında inşaat işləri,yəni qapıpəncərə işləri görməsini, Nadir Əhmədovun isə onun əvvəlki binasından naqd pul verib mənzil almasını bimiş, Cavabdeh2n sözləri ilə həmin şəxslərdən pul almamasına baxmayaraq, həmin şəxslərin adlarına tikintisini apardığı binadan alqı-satqı müqavilələrini yazıb imzalamış və şirkətin möhürünü vurmuşdur. Təxminən 2017-ci ilin oktyabr ayından başlayaraq Cavabdeh2 onun telefon zənglərinə cavab verməmiş, ona görə də məcbur olub tikintini saxlamış və 2017-ci ilin dekabr ayında və sonrakı aylarda tikintini davam etdirmək üçün maliyyə vəsaiti əldə etmək məqsədilə bir neçə şəxsə mənzil satmış, həmin şəxslərə mənzili daxili kreditlə, yəni ilkin ödəniş olaraq mənzilin dəyərinin 40 fazinin ödənilməsi, qalan pulun isə 5 il ərzində ödənməsi şərti ilə satmış, həmin şəxslərdən aldığı puldan bir hissəsini əvvəllər alınmış tikinti materiallarının borcuna ödəmiş, qalan hissəsini isə tikintiyə sərf etmiş, həmin puldan bir hissəsini də özünə götürüb şəxsi ehtiyacına sərf etmiş, yəni satışdan əldə etdiyi pulun 40 faizini banka ödəməmiş, banka pul ödəmədiyinə görə isə 2018-ci ilin avqust ayında bankın iddiası əsasında həmin bina hərraca çıxarılmış və bank həmin binanı almışdır. Təxminən 2018-ci ilin aprel ayında Cavabdeh2 tikintinın özünə məxsus olmasını, onun binadan mənzil satmaq səlahiyyəti olmadığını bildirmiş, bu əsasda onunla aralarında mübahisə yaranmışdır. Mənzil satdığı şəxslər mənzilin tam dəyərini ödəməmiş, onlara təxminə 300.000 manat dəyərində mənzil satmış, həmin mənzillərə görə təxminən 120.000 manata yaxın borc qalmış, satdığı mənzillərin açarını onların özlərinə vermiş, mənzillər hamısı şəxslərin öz adınadır, lakin bütün kommunal xidmətlər tam təmin edilmədiyinə görə, həm də bankın həmin binaya həbs qoymasına görə narazılıq edirlər. Həmin şəxslərə mənzilləri “Binqədi Nevs Service” şirkətinin direktoru kimi satmış, həmin şirkətə direktor Vera Mustafayevanın əmri ilə təyin olunmuşdur. “X11” ASC ilə olan razılaşmanın şərtlərinə görə həmin binadan satdığı mənzillərdən aldığı puldan 40 faizini Cavabdeh1 həmin bankdan adına olan kreditə görə ödəməli olmasına baxmayaraq həmin banka heç bir vəsait ödəməmişdir. ... İddiaçı ... adlarına olan alqı-satqı müqavilələrini qeyd edilən tikintini yerləşdiyi ərazidə olan ofisdə tərtib etmiş, həmin müqavilələrdə və Elşən Qəniyevin adına olan ödəniş qəbzində adının qarşısında ola imzalar özünə məxsusdur, həmin sənədlərə “Binəqədi Nevs Service” şirkətinin və "xxxx" MMC-nin möhürünü də özü icra etmiş, Nadir Əhmədovun və Mədət Vəliyevin adlarına yazdığı alqı-satqı müqavilələrinə görə həmin şəxslərdən və ya Cavabdeh2 pul almamış, həmin müqavilələri Cavabdeh2 sözləri ilə tərtib edib imzalamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs Cavabdeh1 ona Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, ... Cavabdeh2 təxminən 7-8 ildir ki, tanıyır və onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ərazisində bütün mülkiyyət sənədləri olan 0,23 ha torpaq sahəsi olmasını, həmin yerdə mansardla birlikdə 4 mərtəbəli bina tikmək istəməsini bilmişdir. Sonuncu 2013-cü ildə bina tikməsi üçün vəsaiti olmamasını, özünün banka kredit borcu olmasına görə banklardan ona kredit verilməməsini bildirib, “X11” ASC-dən adına kredit rəsmiləşdirəcəyini və krediti özü alıb ev tikəcəyini, sonra isə tikdiyi binadan ev satıb həmin krediti ödəyəcəyini bildirib adına tərtib olunacaq kredit sənədlərinə imza etməsini ondan xahiş etmiş, aralarında olan münasibətə görə onun təklifinə razılıq vermiş və bundan sonra “X11” ASC-nin Mərkəzi filialından adına 483.000 manat məbləğində kredit rəsmişləşdirilmiş, kredit sənədlərini şəxsən imzalamış və vəasiti faktiki olaran Cavabdeh2 özü almış, həmin kredit üçün ipoteka olaraq Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5-də yerləşən 1 mərtəbəli bina girov qoyulmuş, 2015-ci ilin may ayında isə adına həmin bankdan əvvəlki kredit müqavləsi əsasında köhnə borcun ödənliməsi əsasında yenidən 366000 ABŞ dolları məbləğində kredit rəsmiləşdirilmişdir. Cavabdeh2 digər banklara olan kredit borcuna görə həmin ərazidə tikintisi aparılacaq 4 mərtəbəli bina ilə bağlı bütün sənədləşmələri onun adına rəsmiləşdirmiş, sonradan həmin tikintinin Cavabdeh2 Elçin adlı soyadını bilmədiyi iş icraçısı tərəfindən aparılmasını bilmiş, Cavabdeh2 Cavabdeh3 adlı şəxsə tikdiyi binadan mənzil satmaq üçün müştəri cəlb etmək işlərini tapşırmış, sonradan isə Cavabdeh2 ona Cavabdeh3 həmin binadan bir neçə şəxsə mənzil satmasını, aldığı pulun bir hissəsini tikintiyə xərcləməsini, 60.000 manata yaxın pulu isə özünə götürməsini bildirmiş, tikinti əsasən tamamlanmış, çox az miqdarda tamamlama işləri qalmış, 2018-ci ilin may ayından hazıra kimi binada heç bir mənzil satışı yoxduri. İnvestor tərəfindən 4 mərtəbil bina tikintisi üçün 320.000 manat məbləğində vəsaitin tikintiyə qoyulması, tikiləcək binada olan mənzil satışından əldə olunan vəsaitin 60 faizinin investora verilməsi, qalan 40 faizin isə “X11” ASC-dən alınmış kredit borcunun ödənilmsinə yönəldiməsi barədə 08 avqust 2017-ci il tarixli 3 tərəfli müqavilədə adının qarşısında olan imzalar ona məxsusdur, həmin sənədləri Cavabdeh2 tapşırığı ilə imzalamışdır. Belə ki, Cavabdeh2 özünə məxsus olan və həmin ünvanda yerləşən 1A saylı binanın üzərinə Qismət adlı şəxsdən aldığı borcu qaytara bilməməsinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qoyulmasını bildirib həmin binadan mənzil satdığı Nizami Mustafayevin və Nadir Əhmədovun adına 1 saylı binadan mənzil alqı-satqısı barədə müqavilə yazmasını xahiş edib Nizami Mustafayevdən tikinti üçün beton-armatur almasını, Nadir Əhmədovdan isə mənzil alqı-satqısı üçün pul almasını, həmin bina üzərinə həbs qoyulmasına görə onları 1 saylı binaya köçürməsini bildirmişdir. Bundan sonra Nizami Mustafayevin və Nadir Əhmədovun adlarına həmin binanın yerləşdiyi ərazidə olan ofisdə mənzil alqı-satqısı barədə müqavilələr tərtib etmiş və vergi ödəyicisi kimi möhür vurmuş, həmin müqavilələrdə adının qarşısında olan imzalar və vergi ödəyicisi kimi adı olan möhür ona məxsusdur, əslində onun həmin binaya heç bir aidiyyəti və ya binadan mənzil satmaqla bağlı heç bir səlahiyyəti olmamış, həmin şəxslərə mənzil alqı-satqı edilməsi barədə tərtib etdiyi müqavilələri imzalamasına görə ona heç kim, o cümlədən Cavabdeh2 pul verməmiş, sonuncu ilə aralarında olan münasibətə görə, guya həmin binadan mənzil satan şəxs kimi həmin müqavilələri tərtib edib imzalamışdır. Məhkəmə iclasında təqsirləndirilən Cavabdeh2 ona Azərbaycan Respublikası CMnin 313-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, ... Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində təxminən 1 hektardan çox torpaq sahəsi olmuş, həmin torpaq sahəsinin çıxarış sənədləri vardır. Təxminən 3-4 il bundan əvvəl həmin ərazidə, Ramazan Gülməmmədov küçəsində girişdən sağda 4 mərtəbəli yaşayış binasının tikintisini aparmış, həmin tikinti üçün Qismət adlı şəxsən 237.000 ABŞ dolları məbləğində borc pul almış, binanı tikib qurtarmış, sonradan isə Qismət ondan borcunu istəmiş, lakin ABŞ dollarının manata nisbətdə kursu qalxdığına görə onun borcunu tam ödəyə bilməmiş, əslində həmin borcu tikdiyi binadan satdığı mənzillərin satışı hesabına ödəməli olduğu halda, Qismət adlı tanışı bunu gözləmədən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış və məhkəmənin qərarı ilə həmin borcun ödənişi ilə bağlı binanın tikildiyi torpaq sahəsi və onun üzərində aparılımış tikinti üzərində həbs qoyulmuşdur. Bundan başqa 2014-cü ildə qalan torpaq sahəsində (sənədlə 0,24 hektar göstərilsə də həmin torpaq sahəsindən faktiki payçıların torpaq sahəsi çıxılmayıb, əslində 500 kv.m. olmalı idi) 4 mərtəbəli yaşayış binasının tikintisini aparmaq istəmiş, həmin ərazidə əvvəllər 1 mərtəbəli qeyriyaşayış sahəsi, daha sonra isə yaşayış sahəsi olmuş, bankdan adına kredit borcları olduğuna görə həmin torpaq sahəsi üzərində yeni, yəni həmin ərazidə olan 1 mərtəbəli yaşayış binasının yerində 4 mərtəbəli bina tikintisi ilə bağlı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamı və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyindən mühəndis geoloji rəyi, həmçinin torpaq sahəsinin çıxarışı dostu Vüqar Zeynalovun qardaşı Cavabdeh1 adına rəsmiləşdirmiş, buna tikintisi üçün 2013-cü ildə Cavabdeh1 adına «X11» ASC-dən təxminən 250.000 manat məbləğində kredit götürmüş, yəni bütün sənədlərə Cavabdeh1 imza etmiş, vəsaiti isə özü götürmüş və həmin kredit üçün həmin dövrdə adına olan 0,24 ha torpaq sahəsini və həmin yerdə olan 1 mərtəbəli yaşayış sahəsini banka girov qoymuş, tikintini aparmağı tanışı iş icraçısı Elçin Əzizova tapşmış, tikiləcək 4 mərtəbəli binanın təxminən 2 mərtəbəsini tikmiş, sonradan isə tikintini maddi vəsaitinin olmaması səbəbindən təxminən 2 il dayandırmışdır. Təxminən 2017-ci ildə tanışı və dostu Cavabdeh3 tikəcəyi binada mənzillərin satışı üçün reklam aparmasını, bu qayda ilə mənzillərin satılmasını tapşırıb, satışdan pul əldə edib tikintini davam etdirmək istəmiş, lakin aralarında hər hansı bir müqavilə bağlanmamış, aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh3 hər satılan mənzilin dyərindən 2 faiz pul verilməsini nəzərdə tutmuş, lakin həmin ərəfələrdə mənzil satılmamış, tikintini başa çatdırmaq üçün 2017-ci ilin iyun ayında Cavabdeh3 vasitəsi ilə tanıdığı İqor adlı Ukranya Respublikasının vətəndaşından 200.000 manat məbləğində öz adına borc pul almış, həmin borcu Bakı şəhəri, Azadlıq prospektində, Metropoliteninin Azadlıq stansiyasının yaxınlığında yerləşən notariat kontorunda rəsmiləşdirmiş, borc olaraq aldığı həmin 200.000 manat pulun 5 faizini, yəni 10.000 manatını Cavabdeh3 həmin şəxsi onunla tanış etdiyinə və onun borc pul verməsini təşkil etməsinə görə vermiş, qalan pul vəsaitini isə Elçin Əzizovun vasitəsi ilə tikintiyə xərcləmiş, tikintini tam qurtara bilməmiş, buna görə də tikinti təxminən 2017-ci ilin avqust ayında dayanmış, həmin vaxt bütün mərtəbələr tikilmiş, ancaq binanın dam örtüyü və arakəsmələr qalmış, eyni zamanda binanın fasadına emulsiya vurulmamış, kommunal xidmətlər təmin edilməmş, həmin ərəfələrdə kredit aldığı “X11” ASC-nin əməkdaşları da tikintiyə gəlib kreditin ödənilməsini tələb etmişlər. 2017-ci ilin təxminən avqust ayında Cavabdeh3 onun yanına gəlmiş və tikintini davam etdirməsi üçün maddi vəsaitinin olmamasını bilib kv.metri 500 manatdan olmaqla mənzil almaq istəyən şəxslər olmasını bildirib, mənzil satıb tikintini davam etdirmələrini təklif etmiş, onun təklifi ilə razılaşmış və Cavabdeh1, eyni zamanda Cavabdeh3 qohumu Vera Mustafayeva və “X11” ASC-nin nümayəndəsi ilə satışdan alınan pulun 40 faizinin Cavabdeh1 adına olan, lakin faktiki olaraq özünün götürdüyü kreditə görə həmin banka ödənilməsini, qalan pulun tikintiyə xərclənməsini nəzərdə tutan müqavilə hazırlamalarını tapşırıb banka vəsait ödənildiyinə görə bankın tikintiyə mane olmamasına nail olmağa çalışmış, həqiqətən tikintinin aparılacağına bank əməkdaşlarının əmin olmaları üçün həmin müqaviləni Cavabdeh3 qohumu Vera Mustafayevanın tikintiyə vəsait qoyan investor, həmçinin Cavabdeh1 iştirakı ilə tərtib etmişlər. Bundan sonra Cavabdeh3 2017-ci ilin dekabr, 2018-ci ili yanvar-mart ayları ayları ərzində müxtəlif vaxtlarda 1000-2000 manat olmaqla ümumilikdə ona 13000 manat pul vermiş, 2018-ci ilin mart- aprel ayında isə Cavabdeh3 həmin binadan bir neçə şəxsə mənzil satmasını, pulunu da özünə götürməsini bilmiş, sonuncu həqiqətən bir neçə nəfərə mənzil satmasını, aldığı puldan 61000 manatını tikintiyə xərcləməsini, qalan pulu isə özünə götürməsini, banka isə pul ödəməməsini etiraf etmişdir. Özünə məxsus olan həmin ərazidə yerləşən 1 A saylı binadan Nübar və Nadir adlı şəxslərə onlardan pul alıb mənzil satmış, yəni İddiaçı ümumilikdə 24000 manat, Nadir Əhmədovdan isə isə 26920 manat pul almış və onlara mənzil satmış, eyni zamanda həmin tikintidə qapı-pəncərə işlərini görmüş Mədət adlı soyadını unutduğu şəxsə gördüyü işin müqabilində 1 otaqlı mənzil vermiş, Qismət adlı şəxsdən aldığı borcu qaytara bilmədiyinə görə onun iddiası ilə 2016-cı ildə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin qərarı ilə həmin binanın üzərinə həbs qoyulmuş, buna görə də Cavabdeh3 mənzil satdığı Nadir Əhmədovun və İddiaçı adına həmin ünvanda yerləşən 1 saylı binadan müvafiq mənzillərin satılması barədə alqı-satqı müqavilələri yazmasını tapşırmış, sonradan isə ona məlum olmuşdur ki, Cavabdeh3 İddiaçı əlavə 2500 manat pul almış, sonuncu isə sonradan aldığı mənzili istəməyərək pulunun qaytarılmasını tələb etmiş, Cavabdeh3 isə ona verdiyi mənzili Hüseynalı Nəsibova satmış, lakin İddiaçı pulunu qaytarmamışdır. Cavabdeh3 onun xahişi əsasında həmin şəxslərin adlarına mənzil alqı-satqı müqaviləsini yazıb imzalayıb vermişdir. Bundan əlavə əvvəlki binasından, yəni üzərinə həbs qoyulmuş 1 A saylı binadan Nizami Mustafayev adlı şəxsə tikinti üçün verdiyi betonun və armatur-kərpicin əvəzinə ona 3 mənzil satmış, sonradan isə həmin binanın üzərinə Qismət adlı şəxsdən aldığı borcu pulu qaytara bilməməsinə görə həbs qoyulduğu üçün Cavabdeh1 da həmin binadan, yəni 1 A saylı binadan Nizami Mustafayevə 3 mənzilin alqı-satqı müqavilələrini tərtib etməsini tapşırmış, əslində Cavabdeh1 rəsmi qaydada həmin binada mənzil satmaq səlahiyyəti olmamış, yəni ona binadan mənzil satmaq hüququ verən heç bir rəsmi əmr olmamışdır. Bundan başqa Cavabdeh1 Nadir Əhmədovun adına mənzil alqı- satqısı barədə müqavilə yazıb verməsini tapşırmış, Cavabdeh1 da həmin şəxsin adına 1 mənzilin alqı- satqı müqaviləsini yazıb vermiş, bütün müqavilələr həmin ərazidə yerləşən ofisdə tərtib olunmuş və imzalanmış, Cavabdeh1 həmin müqavilələri vergi ödəyicisi kimi öz imzası və möhürü ilə təsdiq etmiş, hətta sonradan Cavabdeh3 Nadir Əhmədova yaratdığı şirkətin yaradılmasından əvvəlki tarixə müqavilə yazıb verməsini bilmiş, buna görə Cavabdeh1 Nadir Əhmədovun adına yeni müqavilə yazıb verməsini xahiş etmişdir. Nadir Əhmədovun və Nizami Mustafayevin adına mənzil alqı-satqı müqavilərini yazıb imzalayıb möhür vurmasına görə Cavabdeh1 və ya başqa bir şəxsə pul verməmişdir. Bundan başqa Cavabdeh3 da onun xahişi əsasında Nadir Əhmədovun və İddiaçı, həmçinin Mədət Vəliyevin adına alqı-satqı müqavilələrini yazıb imzalayıb vermiş, buna görə Ramz Bəşriova pul verməmişdir. Cavabdeh3 mənzil satışından əldə edib özünə götürdüyü vəsaiti sonradan qaytaracağını dəfələrlə vəd etsə də, qaytarıb verməmiş, sonuncu həmin vəsaiti vaxtında banka ödədiyi halda, bankla heç bir problem yaranmazdı. Hazırda əməlindən peşmamdır. Qeyd olunanlara əsasən barəsində qərar qəbul edilməsini xahiş edir. ... Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı izahatında göstərmişdir ki, o, 1995-ci ildən 2010-cu ilə kimi olan dövrdə Azərbaycan Respublikası DİN-nin Daxili qoşunlarında rabitə xidmətinin rəisi vəzifəsində işləmiş, 2010-cu ildən hazıra kimi isə heç bir yerdə işləmir, 2-ci qrup əlil kimi pensiya alır. 2015-ci ildə uşaqları üçün münasib qiymətə ev almaq istəmiş, yaşadığı yerin yaxınlığında Cavabdeh2 adlı şəxsin bina tikməsini və onun tikdiyi binadan münasib qiymətə ev almağın mümkünlüyünü eşitmiş, buna görə də həmin binaya getmiş, binanın bünövrəsinin qazılmasını və həmin yerdə 4 mərtəbəbli bina tikiləcəyini görmüş, Cavabdeh2 tapıb ona 2 otaqlı mənzil almaq istədiyini bildirmiş, onunla tikintisi aparılacaq 4 mərtəbəli binadan 2-ci mərtəbədə 2 otaqlı mənzilin 52000 manata alqı- satqısı ilə bağlı razılaşmış, ilkin olaraq Cavabdeh2 9000 manat pulu naqd olaraq vermiş, bundan sonra sonuncu onun adına 2 otaqlı 26 nömrəli mənzilin alqı- satqısı barədə müqavilə yazıb vermiş, aralarında olan razılığa görə qalan pulu da hər ay hissə-hissə ödəməli olduğuna görə Cavabdeh2 hər ay 400-500 manat olmaqla ümumilikdə 24000 manat pul vermiş, sonradan isə həmin binanın tikintisinin dayandırılmasını görmüş, ondan tikintinin dayandırılmasının səbəbini soruşduqda sonuncu tikinti üçün pul vəsaiti olmamasını, sonradan isə borcuna görə məhkəmənin qərarı ilə həmin bina üzərinə həbs qoyulmasını bildirmiş, ona görə də Cavabdeh2 pulunu qaytarıb verməsini tələb etmiş, təxminən 5-6 ay keçəndən sonra Cavabdeh2 həmin ünvanda yeni bir 4 mərtəbəli bina tikməsini bilmiş və ondan tikintisini apardığı yeni binadan mənzil verməsini tələb etmiş, Cavabdeh2 onunla razılaşmış və ona həmin tikintini aparan Cavabdeh3 yanına getməsini tapşırıb sonuncunun onun adına mənzil alqı-satqı müqaviləsi yazıb həmin binadan ona mənzil verəcəyini bildirmiş, buna görə də Cavabdeh3 yanına gedib Cavabdeh2 tərəfindən göndərildiyini bildirmiş, Ramz Bəşirov ona 3 mərtəbəsi tikilmiş binanın 2-ci mərtəbəsindən 14-cü mənzilin alqı-satqısı barədə müqavilə yazıb vermiş və qalan pulu ona ödəyəcəyini tapşırmış, onunla razılaşmış və bundan sonra bir neçə dəfəyə olmaqla ümumilikdə Cavabdeh3 2500 manat pulu naqd olaraq vermişdir. Sonradan isə Cavabdeh3la Cavabdeh2 arasında həmin bina ilə bağlı mübahisə yaranmasını görüb onlara mənzil istəmədiyini bildirib pulunu qaytarmalarını tələb etmiş, Tələbi Cavabdeh2 və Cavabdeh3 ondan aldığı pulu qaytarmalarıdır”. Hökmdə eyni zamanda qeyd olunmuşdur ki, “ ... Cinayət işi materiallarına əlavə edilmiş 08 avqust 2017-ci il tarixli nömrəsiz müqavilədən görünür ki, investor kimi tikintiyə vəsait qoyan Vera Mustafayeva, “X11” ASC-nin nümayəndəsi X12 və torpaq sahəsinin mülkiyyətçisi kimi Cavabdeh1 arasında bağlanılmış 08 avqust 2017-ci il tarixli nömrəsiz müqavilənin şərtlərinə görə Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanovv küçəsi döngə 1 dalan 5- də tikiləcək yaşayış evinin satışıdan əldə olunan vəsaitin 60 faizi investora verilməli, 40 faizi isə Cavabdeh1 “X11” ASC qarşısında 07UM/13 saylı 27.09.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin icarsı üçün Cavabdeh1 bank hesabına köçürülməlidir. Cinayət işi materiallarına əlavə edilmiş 27 sentyabr 2013-cü il tarixli 07UM/2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin tarixdə Cavabdeh1 “X11” ASC-dən 36 ay müddətinə 483000 manat məbləğində kredit verilmiş, həmin kreditin təminatı kimi Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evi girov qoyulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 34 UB/15 nömrəli 14 may 2015-ci il tarixli əlavə kredit müqaviləsindən görünür ki, həmin tarixdə 27 sentyar 2013-cü il tarixil kredit müqavləsi çərçivəsində Cavabdeh1 “X11” ASCdən 12 ay müddətinə illik 17 faizlə 366000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsi 07UM/13 nömrəli 27.09.2013-cü il tarixli kredit müqaviləsini ayrılmaz tərkib hissəsidir. Həmin kredit üçün 08 avqust 2014-cü il tarixli ipoteka müqaviləsi ilə girov qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evinə əlavə olaraq Bakı şəhəri, Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən 15/9a nöməli binanın 119 nömrəli mənzil girov qoyulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər məhkəməsinin 24 fevral 2017ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 iddiaçı “X11”ASC-nin xeyrinə 07UM/13 nömrəli 27.09.2013-cü il tarixli kredit müqaviləsi çərçivəsində 34 UB/15 nömrəli 14 may 2015-ci il tarixi əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 366000 ABŞ dolları, faiz borcu üzrə 52,994,83 ABŞ dolları, cərimə borcu üzrə 15000 ABŞ dolları, cəmi 433994,83 ABŞ dolları pulun iddiaçının xeyrinə ödənilməsi, tələbin isə Bakı şəhəri, Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən 15/9a nöməli binanın 119 nömrəli mənzil və Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına Cavabdeh1 həmin banka olan borcunun ödənilməsi qət edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 iddiaçı “ X11” ASC-nin xeyrinə 07UM/13 nömrəli 27.09.2013-cü il tarixli kredit müqaviləsi çərçivəsində 34 UB/15 nömrəli 14 may 2015-ci il tarixi əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 365836 ABŞ dolları,faiz borcu üzrə 52,994,83 ABŞ dolları, cərimə borcu üzrə 5000 ABŞ dolları, cəmi 423831,75 ABŞ dolları pulun iddiaçının xeyrinə ödənilməsi, tələbin isə Bakı şəhəri, Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən 15/9a nöməli binanın 119 nömrəli mənzil və Bakı şəhəri, Binəqədi rayonu Binqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evinə yönədldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına Cavabdeh1 həmin banka olan borcunun ödənilməsi qət edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Xammal və X16 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 21.08.2018-ci il tarixli 47/01 saylı protokolundan və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilədən görünür ki, ilkin satış qiyməti 162500 manat olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evi “X11” ASC-nin nümayəndəsi X6 tərəfindən hərracdan 103.594 manata alınaraq həmin şəxsin adına alqı-satqı edlmişdir. ... Cinayət işi materiallarına əlavə edilmiş 21 sentyabr 2017-ci il tarixli nömrəsiz və 22 sentyabr 2017-ci il tarixli 1 nömərəli əmrlərdən görünür ki, guya Vera Mustafayevanın həmin tarixli əmri ilə Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5-də 1 nömrəli yaşayış binasının tikintisinın aparılması məqsədilə göstərilən ünvanda “Binəqədi Nevs Service” fərdi tikinti şirkəti yaradılmış, 22 sentyabr 2017-ci il tarixdə Cavabdeh3 həmin şirkətin direktoru təyin edilmişdir. ... Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X9 «Azərdövlət Layihə» Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş 14.07.2014-cü il tarixli 06-7619 nömrəli rəydən görünür ki, Bakı şəhəri ünvan 4 ünvanında 4 mərtəbəli yaşayış binasının layihələndirilməsi məqsədəilə aparılmış mühəndis-geoloji işlərə dair 14.07.2014-cü il tarixli 06-7619 nömrəli rəydən rəy verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 07 aprel 2014-cü il tarixli K-7 nömərli məktubunda görünür ki, Bakı şəhəri ünvan 4 ünvanında 4 mərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələrnin tələəlr əsasında tikintisinin aparılmasına icazə verilir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, 0,24 hektar torpaq sahəsi xüsusi mülkiyyətəd olan əmlak kimi fərdi tikirni üçün X8 adına rəsmiləşdirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini Baık şəhər ərazi idaəris tərfindən vermlmiş 25.10.2013-cü il tarixli fərdi yaaşyış evi üçün texniki pasportdan görünür ki, Cavabdeh1 Bakı şəhəri ünvan 4 ünvanında bina tikintisi üçün **********14- 10301 reyestr nömrəsi ilə fərdi yaaşyış evi üçün texniki pasport verilmişdir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni cinayət əməlinin olub-olmaması və bu əməlin kim tərəfindən törədilməsi ilə bağlı cinayət işinə baxmış məhkəmənin hökmdə gəldiyi nəticələr mülki işə baxan məhkəmə üçün məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı). İddia ərizəsinin “xahiş edirəm” hissəsindən göründüyü kimi, iddiaçının tələbi bir neçə bənddən ibarətdir:
1. Cavabdeh2 Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilinə görə ödənilmiş 32500 manat məbləğində pulun ona qaytarılması. Məhkəmə tələbin bu hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının özünün də məhkəmə iclaslarında bildirdiyinə görə, o, Cavabdeh2 ilə mənzilin 52000 manat satılacağı barədə razılaşmış, ödənilməli olan 52000 manatın 9000 manatını bir dəfəyə vermiş, sonradan hər ay Cavabdeh2 400-500 manat ödəniş etmiş və nəticədə ilkin ödənilmiş 9000 manat da nəzərə alınmaqla, Cavabdeh2a cəmi 24000 manat pul ödəmişdir. Sonra görəndə ki, barəsində razılaşdıqları mənzilin yerləşdiyi evin tikintisi dayandırılıb, Cavabdeh2lə başqa tikdiyi evdə ona mənzil verəcəyi barədə razılaşmış, Cavabdeh2 onu Cavabdeh3 yanına göndərmiş, Cavabdeh3 ona yeni müqavilə və formal maliyyə arayışı yazıb vermiş, o da Cavabdeh3 əlavə olaraq cəmi 2500 manat məbləğində pul ödəmişdir. Qeyd olunanlar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli, 1(001)- 10/2020 saylı hökmü ilə də təsdiq olunur. Belə olan halda iddiaçı tərəfindən Cavabdeh2 32500 manat məbləğində pulun hansı əsasla tələb edilməsi iddia ərizəsinin məzmunundan və iş materiallarından aydın deyil. Lakin bununa yanaşı iddiaçının Cavabdeh2 qarşı 24000 manat, Cavabdeh3 qarşı isə 2500 manat tələbi isə tamamilə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
2. 2018-ci ildən hal-hazırkı vaxtadək iddiaçıya məxsus evin başqa şəxsə satılması və bunun nəticəsində kirayə yaşamaq məcburiyyətində qaldığından 30000 manat maddi və 10000 mənəvi ziyanın əvəzinin əvəzinin ödənilməsi. Məhkəmə iddia tələbinin bu hissəsini qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir» «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyn məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 2-ci bəndində aşağıdakılar göstərilmişdir: « ... Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər». Həmin Qərarın 8-ci bəndində təsbit edilmişdir ki, « ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun». Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: a) ziyanın vurulması; b) ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; v) əvvəlki iki elementlər arasında səbəbli əlaqə; d) ziyanvuranın təqsiri. İş materiallarından iddiaçının mənəvi sarsıntılarının Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində baş verməsi müəyyən edilir. Lakin bununla yanaşı məhkəmə vurulmuş mənəvi zərərə görə 10000 manat tələbini ağlabatan hesab etmir. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyn məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və səhhəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Vurulmuş maddi ziyana gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan 11.08.2021-ci il tarixli, UNİ/A 104-495/21 saylı rəydən görünür ki, Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 59,1 kv.m. olan mənzilin orta aylıq icarə dəyəri 11.08.2021-ci il tarixə 150 manat təşkil edir.
3. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilə dair Cavabdeh1 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması. Məhkəmə iddia tələbinin bu hissəsini əsaslı hesab etmir. Belə ki, mübahisəli mənzilə dair Cavabdeh1 ilə alqı-satqı müqaviləsinin bağlanması iş materialları ilə təsdiq olunmur. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən bütün mənzillərə münasibətdə çıxarışlar ayrıayrı bağlanmış alqı-satqı müqavilələrinə əsasən deyil, "xxxx" KB ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ünvanladığı 16.05.2019-cu il tarixli, İH/3026 saylı müraciətə əsasən verilmişdir. İş materiallarında olan və yuxarıda qeyd olunan müraciətə əsas olmuş 27.09.2013cü il tarixli, 07UMİ/13 saylı Alqı-satqı və İpoteka müqaviləsindən görünür ki, həmin müqavilə kreditor – ipoteka saxlayan "xxxx" KB ASC, alıcı – ipoteka qoyan Cavabdeh1 və satıcı Cavabdeh2 arasında bağlanmış və müqaviləyə əsasən satıcı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5-də yerləşən 1 saylı fərdi yaşayış evində olan öz hissəsini alıcının mülkiyyətinə vermişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında İddiaçı tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilinin dəyərinin tam ödənilməsinə dair 29.05.2018-ci il tarixli maliyyə arayışı mövcud olsa da, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli, 1(001)-10/2020 saylı hökmü ilə və iddiaçının hazırkı mülki iş çərçivəsində verdiyi izahatla təsdiq olunur ki, Cavabdeh2 ilə İddiaçı arasında mövcud olan razılaşmaya əsasən sonuncu mənzil üçün 52000 manat ödəməli olduğu halda, həmin məbləğin cəmi 24000 (+2500) manatını ödəmişdir. Belə olan halda məhkəmə tərəfindən 29.05.2018-ci il tarixli “Mənzil tikinti haqqında” 19-1 saylı müqavilədə mənzilin qiymətinin 32500 manat göstərilməsi nəzərə alınsa belə, mənzilin qiymətinin tam ödənilməməsi işin mübahisəsiz halıdır. Yəni Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilə dair Cavabdeh1 ilə bağlanmış alqı-satqı müqaviləsi mövcud olsa idi belə, iddiaçının tələbinin qeyd olunan hissədə qanuni əsası olmazdı. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edərkən, üzərinə düşən sübutetmə yükünü də icra etməmişdir. Belə ki, iddia ərizəsində müqavilənin etibarsız hesab edilməsi tələb edilsə də, müqavilənin mövcudluğuna dair hər hansı sübut iddia ərizəsinə əlavə edilməmiş, iddia ərizəsində müqavilənin kimlər arasında bağlanması və hansı əsaslarla etibarsız hesab edilməli olması belə qeyd edilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”.
4. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilinin Cavabdeh1 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 3085 nömrəli reyestr kitabının 288049 nömrəli vərəqində qeydiyyata alınmış 08.07.2019-cu il tarixli çıxarışın ləğv olunması. Məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi ümumiyyətlə mülki məhkəmə icraatı çərçivəsində baxıla bilməz. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. ... Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır”. Qeyd olunanlar nəzərə alınaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(001)-1035/2021 saylı qərardadı ilə İddiaçı iddia ərizəsinin çıxarışın mübahisələndirilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.
5. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzili qanunsuz sahiblikdən geri alınması və iddiaçının həmin mənzilə istifadə hüququn bərpa edilməsi. Məhkəmə müqavilədə payçı adlandırılan İddiaçı tərəfindən pay haqqının tam ödənilməməsini işin mübahisəsiz halı olmasını və mənzilin hal-hazırda qanunsuz sahiblikdə olmasının iş materialları ilə təsdiq olunmadığını nəzərə alaraq, iddia tələbini qeyd olunan hissədə əsaslı hesab etmir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 25.10.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “... pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır... Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh2 mənzilin alınması üçün ödənilmiş 24000 manat məbləğində pul, 5400 manat dəymiş maddi ziyanın və 3000 manat dəymiş mənəvi ziyanın əvəzi, cəmi 32400 manat məbləğində pul; Cavabdeh3 isə 2500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə görə, müharibə veteranları məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 mənzilin alınması üçün ödənilmiş 24000 (iyirmi dörd min) manat məbləğində pul, 5400 (beş min dörd yüz) manat dəymiş maddi ziyanın və 3000 (üç min) manat dəymiş mənəvi ziyanın əvəzi, cəmi 32400 (otuz iki min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh3 2500 (iki min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə aparılmış qiymətləndirmə üzrə xidmət haqqı – 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab № AZN: AZ15GUNA**********6000000000, Bank: Günay Bank ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar Nəbizadə