Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1044/2023 28.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 33000 manat məbləğində pulun və ödənilmiş 190 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2022-ci ilin iyul ayından tanış olmuşdur. O, özünü qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olan şəxs kimi tanıtdırmışdır. Belə ki, Mədinə ona zəng vuraraq özünü qonşu kimi təqdim edərək və əri kimi təqdim etdiyi Müşviq adlı şəxslə onlara gəlmiş və ondan qızıl-zinət əşyaları almışdır. Aldıqdan sonra isə 2 gün müddətində aldığı qızıl-zinət əşyalarının pulunu ödəmişdir. Bir neçə dəfə belə davam etdikdən sonra onun etibar və inamını qazandıqdan sonra sonuncu dəfə 06 sentyabr 2022-ci il tarixdə ondan 33000 manat dəyərində qızıl-zinət əşyaları götürmüş və 2 gün ərzində pulunu qaytaracağına söz versə də, qaytarmamışdır. Mədinəyə zəng vurduqda isə onun mobil nömrəsinə zəng çatmamışdır. 33000 manat məbləğində borcunu isə bu günə kimi qaytarmamışdır. Bununla əlaqədar Binəqədi RPİ-nə şikayəti əsasında Cavabdeh izahatı alınmış və etiraf edərək 33000 manat məbləğində ondan götürdüyü qızıl-zinət əşyalarını Bakı şəhəri. Nəsimi rayonu. "Memar Əcəmi” stansiyası yaxınlığında yerləşən "Moskva" univermağında lom qiymətə tanımadığı şəxslərə satmışdır. Lakin Binəqədi RPİ-nin İŞ-də izahat verərkən guya ondan aldığı qızıl-zinət əşyalarını xalası Məryəm Bankur adlı şəxsə yalandan verməsini bildirsə də, sonradan özünün etirafı ilə həm də, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Məryəm Bankura qızıl-zinət əşyalarının verilməsi ilə bağlı heç bir mötəbər sübut əldə olunmamışdır. Beləliklə, Binəqədi RPİ-nin İŞ-nin 25 noyabr 2022-ci il tarixli HK-1/912 saylı qərarı ilə İddiaçı ilə Cavabdeh arasında qızıl- zinət əşyalarının alqısatqısı nəticəsində yaranmış 33000 manat borc münasibəti mövcudluğu müəyyən edilmiş. Lakin İddiaçı müraciəti əsasında toplanılmış material üzrə hər-hansı cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdehdən borcunun qaytarılmasını tələb etsə də, borcu qaytarmaqdan bu günə kimi boyun qaçırır. Artıq məcbur olmuşdur ki, məhkəməyə müraciət etsin və pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa olunsun. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, pis vəziyyətdə qalaraq, polisə müraciət etmişdir. Satdığı qızıllar yerli istehsal olmuş və əldən almışdır. Sırf bu fəaliyyətinə görə VÖEN-i var və vergilərini daima ödəmişdir. Bundan əlavə qızılları Mədinəyə 110 manatdan satmış, Pərvizin qızıl aldığı zaman verdiyi pullar əvvəlki borcun qarşılığında olmuşdur. 25000 manat borc 230 qram qızılın borcu olmuş, 8000 manat da Mədinənin xalası oğluynan Mədinəyə görə bağladıqları borc müqaviləsinə görədi. Yəni Mədinə borcunu qaytarsa xalası oğluynan formal olaraq bağladıqları borc müqaviləsinə xitam verəcəklər.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında olan münasibətlər 2022-ci ilin iyul ayından yaranmış, 2 ay davam edərək sentyabr ayının 11-də sonlanmışdır. Qızı onunla yaşayır və qızıl alveri ilə məşğuldur. Hətta ona ciddi alıcıların olduğunu, qızıl verdikdən sonra borclarını bağladıqlarını bildirmişdir. Sonuncu dəfə Mədinənin onlara 33000 manat borcu qaldığından, borcu almaq üçün bir bəhanə ilə ona 1 kq qızıl verəcəyini və pulu gətirməsini təklif etmişdir. Lakin bu cəhdi baş tutmamışdır. Mədinənin qaynatası ilə danışdıqda vaxt verilməsini istəmiş, Neftçalada gəlininin torpaq payının olduğunu, lakin gəlinin dayısı və xalasının icazəsi olmadığından sata bilmədiyini bildirmişdir. Mədinə onun qızından başqa iki qızı da, aldadıb. Onlardan biri Əsmər, digəri isə Xalidədir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, bütün alış-verişlər iki ay ərzində, yəni 2022-ci ilin iyul ayının axırlarında 2022-ci il sentyabr ayı da daxil olmaqla baş verib. Cavabdehlə salonda tanış olmuşlar və ona deyiblər ki, hörmətli ailənin gəlinidir. Birinci dəfə qızı cavabdehə 1000 manatlıq qızıl verib və cavabdeh 3 gündən sonra qızının pulunu gətirib vermişdir. Cavabdeh ikinci dəfə 3000 manatlıq qızıl alıb. Qızı həmin qızılları ilkin ödənişlə 4 ay müddətinə verib. Lakin cavabdeh 5 gün müddətinə qızılın tam pulunu verib. Cavabdeh 3-cü dəfə 10000 manatlıq qızıl istəyib və qızına deyib ki, “görürsən mən necə işləyirəm”. Cavabdeh hər dəfə qızıl alışına alverçi ilə gəlib. Bir dəfə cavabdehi evinə çağırmış və ona bildirmişdir ki, aldığı qızılları satdığı şəxs niyə qızılın qramını 110 manatdan alıb, bu qədər artıq pul verir onlara. Əgər 10000 manatı varsa 3-4 gün gözləyib qramı 80 manatdan alıb pulunu qazana bilər. Cavabdeh həmin alverçinin onlardan aldığı qızılları ayrı-ayrı şəxslərə payladığını və sonradan pulları yığdığını bildirərək onu inandırmışdır. Eyni zamanda cavabdeh onların mallarının ekskluziv mallar olduğu üçün onlarla işlədiyini bildirmişdir. Cavabdeh Biləcəridə 75000 manat birinə, 13000 manat birinə və 33000 manat da onlara borcludur. Cavabdehlə bir neçə dəfə nisyə alış-verişləri olmuşdur. Aldadıldıqlarından bütün hüquq mühafizə orqanlarına, Bakı şəhər prokurorluğuna şikayət etmişlər. Axırda onları Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin rəisi Müşfiq adlı şəxsin yanına yönəltdilər. İstintaq şöbəsinin rəisinin yanında olarkən o, idarənin Nicat adlı müstəntiqi çağıraraq və durumun ağır olduğunu bildirərək, işləri ilə ciddi məşğul olmasını tapşırmışdır. Səhər saat 10:00-dan axşam saat 01:00-dək müstəntiq, onun köməkçisi telefonda olan yazışmaları araşdırmış və səs yazılarına qulaq asmışlar. Hətta yarım saatdan bir Müşviq müəllim Nicat müəllimin yanına gələrək işin gedişatı barədə maraqlanırdı. Tərəflər arasında üzləşdirmə hərəkəti keçirdilmişdir. Mədinə orada qızından aldığı qızılları lom kimi satdığını etiraf etmişdir. Bundan sonra onlar Pərviz adlı şəxsi Moskva Univermağında qızılların lom kimi alıcısı qismində tapmışlar. Polisdə nəticə olaraq 33000 manatın Mədinə tərəfindən onlara borclu olması öz təsdiqini tapdı və Mədinənin xalasının onların işinə heç bir aidiyyəti olmadığı məlum oldu. Bu nəticəyə əsaslanmaqla, o, məhkəməyə müraciət etmişdir. Əgər bilsəydiki, məhkəmədə də bu cür hər şey araşdırılacaq çoxdan məhkəməyə müraciət edərdi. Hətta müstəntiq Mədinəyə qızılları lom kimi satdığı üçün onun barəsində cinayət işi açacağını bildirmiş, lakin onun çoxsaylı xahişindən sonra Mədinə barəsində cinayət işi açılmadı. Eyni zamanda Mədinənin tutulması onlara lazım deyil. Çünki Mədinə onlara problem yaradandan sonra özləri, hətta qohumları belə qızıllarını lombarda qoyub pul götürüb borc qaytarmışlar. O, ali savadlı həkim, qızı isə idmançıdır. Evlərində televizora kimi satmışlar ki, borcu ödəsinlər. Daha sonra cavabdeh onlara Neftçala rayonunda babasından qalma torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini 250000 manata satıb pullarını verəcəyini bildirmişdir. Cavabdehin başqa aldatdığı qızlar da, bu haqda cavabdehi tanıyan Neftaçala rayonundan olan tanışları vasitəsilə maraqlandıqda cavabdehin onlara dediklərini təsdiq etmişlər. Bundan sonra Mədinə xalasına 3000 manatlıq qızıl lazım olmasını bildirir və tez bir zamanda bütün borclarını ödəyəcəyini bildirir. Qızı isə Mədinəyə “səni tanıyıram və sənə görə” xalana qızıl verə biləcəyini bildirir. Mədinə isə qızına “arxayın ol həmin pulu da sənə verəcəm” deyir. Mədinə hər dəfə təzə qızıl almadan köhnə borcunu vermirdi. Ona görə də, qızı məcbur olub ona qızıl verirdi. xx.xx.2022-ci il tarixdə qızı artıq başa düşür ki, cavabdeh onu aldadır və qızı Mədinəyə qarğış mesajları yazır. Onların xala ilə bağlı bir dənə də olsun belə nə yazışmaları nə də ki, səs yazıları yoxdur. Mədinə bir şərtlə 33300 manatı verməyə razı olmuşdur ki, ona yenidən 50000 manatlıq qızıl versinlər. O, da yalandan razılaşmışdır ki, borcu alıb, onları evdən qovsun və qızını bu oyundan çıxartsın. Daha sonra Mədinənin qaynatası ona zəng vuraraq xala ilə bağlı səs atmasını xahiş etmişdir. Guya o, bütün alveri Mədinənin xalası ilə etmişdir. Həmçinin bildirmişdir ki, gəlninə pay düşür Neftçaladan, lakin gəlininin dayısı sənədə qol çəkmir. Sonradan ona məlum olmuşdur ki, ona dediyi sözləri Mədinənin borclu olduğu başqa qızlara da deyib. O, qızına görə Mədinənin qaynatasına səs atmışdır. Özü heç xalanı tanımır, onunla heç bir alveri olmayıb. Səs yazısını göndərəndən sonra Elxan onun telefon zənglərinə cavab verməmişdir. Mədinənin xalasını əvvəlcədən tanımamışdır. Mədinənin xalası Türkiyə Respublikasının vətəndaşıdır. Ona heç vaxt qızıl satmazlar, çünki istənilən vaxt o, öz ölkəsinə qaça bilər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiyməti 25000 manat olan 250 qram qızılı X11 özünün gəlməməsi səbəbindən Mədinənin göndərdiyi Pərviz adlı şəxsə vermişdir. Həmin vaxt Mədinənin xalası da Pərvizin yanında olmuşdur. Mədinə olmayanda qızılları Pərviz götürüb və onlara Mədinənin əvəzinə pul verib.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbi sübut olunmadığından rədd edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı həm istintaqda, həm də məhkəmə araşdırması dövründə ziddiyətli ifadələr verir. Belə ki, hazırki iş materialları ilə mübahisələndirilən məbləğdə borcun olması, borcun yaranma əsası, borcun cavabdehin borcu olması sübut edilmir. İddiaçı və anası istintaqda xx.xx.2022-ci il tarixində cavabdehin onlardan 33000 manat dəyərində qızıl aldıqlarını iddia etsə də, Mədinənin əri Müşfiq həmin tarixdə rayonda olduqlarını və qızıl almadıqlarını bildirir. Daha sonra iddiaçı da, ifadəsində təkzib edərək, qızılı evdə vermədiyini bildirmişdir. Məhkəməyə təqdim olunan səs yazılarında və yazışmalarda ümumiyyətlə yazışmaların tarixi, borcun məbləği bilinmir və sübut olunmur. İddiaçı tərəfindən atılan səs yazısında da, görünür ki, borcun təkidlə Məryəmə verildiyi deyilir.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, 15 ildir Moskva Univermağında qızıl alışı və satışı ilə məşğuldur. O, Mədinə adlı şəxsi yox Məleykə adlı şəxsi tanımışdır. Hansı ki, deyirlər ki, onun adı Məryəmdir. Məleykə bir neçə dəfə univermaqdakı qonşu mağazalara mal satarkən onun qonşusu ondan qızılı yoxlamasını xahiş etmişdir. Çünki nəticədə həmin adamlar da onsu da malı onun kimi lom satana satırlar. Bir gün univermaqda olan zaman Məleykə ona yaxınlaşaraq, həmişə qızıl satdıqlarının onunla gəlməməsinə görə və hazırdada qızıl almalı olduğundan alınan qızılın yoxlanması üçün onunla müştərinin yanına getməyi təklif etmişdir. O da, işinin icrası üçün Məleykə ilə birlikdə 2022-ci ilin sentyabrında “Gənclik Mall” alış-veriş mərkəzinin 4-cü mərtəbəsində Elnarə və Amil adlı şəxslə görüşmüşdür. Həmin şəxslərlə ümumilikdə 2 dəfə alveri olmuşdur. Məleykə alverdən qabaq ona bildirmiş ki, həmin şəxslərə özünə dediyi qiyməti təklif etsin və qram üzrə qalacaq gəlirdən öz xeyrini götürsün. Belə ki, Məleykə qızılı qramı 60 manatdan alıb, 62 manata satırdı. Həmin şəxslərlə aralarında təxminən 230 qramlıq bir dəfə 100 qramlıq isə ikinci dəfə qızıl alış-verişi olmuşdur. “Gənclik Mall” alış-veriş mərkəzinin dayanacağında onun avtomobilində Elnarədən Məleykəyə görə 230 qramlıq qızıl almışdır. İkinci dəfə təxminən 100 qramlıq qızıl alışverişləri olmuşdur ki, onunda 60-70 qramı yerindəcə alınmış və təqribən 13000 manat məbləğində pul verilmişdir. Qalan qramları isə Elnarə univermaqdan gətirməli idi. Onun olduğu görüşlərdə yanında tərəflər arasında olan borc söhbətlərini eşitməmişdir. Məryəm onun yanında kiminləsə telefonla danışıb, kiminləsə də yazışırdı. Məryəm sonuncu dəfə ona dedi ki, 40000 manat dəyərində 750 qram həcmində qızıl var. X16 gilə getdilər, Elnarə dediki 7000 ni indi ver, 33000-lik malı da Məryəm borc müqaviləsinə qol çəkəndən sonra verəcəklər. O da razılaşmadı. Məryəm ona demişdi ki, 7000 nen borcumuzdan Elnarəyə verirəm, 40000 manat dəyərində də sənə mal verəcəm. Elə oldu ki, Elnarə evə qalxmağı təklif elədi, lakin razılaşmadılar. Məleykə eyni zamanda ona bu işi həll etsə, yəni 40000 manatlıq qızılı Elnarə gildən almağa kömək etsə ona 50 qram qızıl verəcəyinə vəd vermişdir. İki dəfə Məleykə onu bir xanımla telefonla danışdırmış və həmin şəxsi xalası kimi təqdim etmişdir. Həmin şəxs Məleykənin Türkiyədə yoldaşı ilə problemləri olduğuna görə malı 1 manat baha almasını bir böyük ondan xahiş etmişdir. Bundan başqa Məleykə ona kiminləsə şərik olduğunu və ərinin də bu işin içində olduğunu demişdir. Axırıncı dəfə görüşən zaman Elnarə xanım blokda kiminləsə telefonda danışırdı və telefonda notariusda müqavilə bağlamaqla bağlı ifadələr eşitmişdir. Həmin vaxt o Məleykə ilə blokdan çölə çıxmış və Məleykə o zaman ona bu işi həll etsən 50 qram verəcəyini bildirmişdir. Elnarənin Məleykə ilə qızılın qiyməti, çəkisi barədə danışıq aparmağının şahidi olmamışdır.
8. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, Mədinə oğlunun həyat yoldaşıdır. Məsələ barədə sentyabrın 11-i Neftçala rayonunda qudasının 40 mərasimində xəbər tutmuşdur. Elmira xanım ona zəng etmişdir. Sentyabrın 13-15 aralığında Elmira xanım ilə görüşüb. Həmin vaxt Elmira xanımdan məsələnin necəsini soruşduqda ona deyilmişdir ki, Mədinə ilə əvvəllər alverləri olubdu. Lakin sonradan Məleykə Türkiyədən gəlib qoşulubdu bu alverə. Qızılları Mədinənin xalası götürüb. Düşünüb ki, Məleykə Mədinənin qohumudur deyə onunla əlaqə saxlamışlar. Elmira xanımla bacısının iştirakı ilə görüşmüş, həmin vaxtda borcun xala tərəfində götürüldüyünü bildirmiş, Mədinənin adı çəkilməmişdir. X1 öz borcuna görə 6700 manat borcu oğlu ilə birlikdə geri qaytarmışdır. Görüşlərində Elmira xanım demişdir ki, Məryəmin ona 25000 manata yaxın borcu vardır. İddiaçının bütün alış-verişi Mədinənin xalası ilə olub. 6500 manat isə gəlini özü borclu olduğunu dediyindən, həmin borcu da özü ödəmişdir. Onun bu proseslərdə iştirak etməyinin səbəbi Elmira xanıma yardım etmək olmuşdur. Bu səbəbdən də gəlinin dayısı gilə Neftçalaya oktyabrın 7-si getmiş və ona dünən Məryəmin ölkədən çıxdığını bildirmişlər. O, Elmiraya ona belə səs göndərməyini deməmişdir. Eyni zamanda Elmiranın məhkəmə iclasında dediyi fikirləri( Mənə yalvardı ki, gəlinimin 60 min borcu var, xeyrinizi keçin, qızıllarımız lombarddadı, 4-5 yerdən alacağımız var 2 ay vaxt verin, evimi satdığa qoymuşam, gəlinimin Neftçalada payı var, lakin dayıları cığallıq eliyirlər və.s) demədiyini bildirdi. Əksinə ona Məryəmin pulunu almaqda köməklik edəcəyini bildirmişdir. Bundan əlavə o əvvəlcə işin hallarını bilmədiyinə görə, həmin vaxt yasnan bağlı başı qarışıq olduğuna görə ona görə demişdir ki, Mədinə onun balasıdır və problemi həll edəcəkdir. Məsələni gəlini ilə aydınlaşdırdıqdan sonra ona məlum olmuşdur ki, həmin borc Mədinənin deyildir. Borc müqaviləsi də əvvələ aid olmuşdur və ödənilmişdir. Bütün işləri Məryəmin etdiyini Mədinə ona and içdirmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, yoldaşının qızıl alveri ilə məşğul olduğundan məlumatlı olmuşdur. Sentyabrın 7-dən 8-nə keçən gecə o və qohumu Elmiraya 6300 manat pul vermişdir. 700 manatı isə Elmira özü onun evinin qabağından gəlib götürmüş və borcun bitdiyini demişdir. Belə ki, Elnarə ilə onun qaynı arasında 8000 manatlıq borc müqaviləsi var idi, 1000 manatı qaytarılmışdı, 7000-ni de dediyi formada qaytarmışlar. Yoldaşı götürdüyü qızıllarla bağlı həmin borcunun yaranması nisyə satdığı adamlardan borcun hissə-hissə qaytarılmasından qaynaqlanmışdır. Onun yoldaşı heç vaxt Moskva Univermağında mal satmamışdır. Yoldaşının xalası bir müddət onların evində qalıb. Ola bilsin ki, Mədinənin telefonundan yazışmaları Məryəm edib. Çünki evdə xala telefon istədiyi zaman hər kəs maneəsiz telefonunu verirdi. Məryəm onlara bildirdi ki, Neftçalada torpağım var gedim onu satıb gəlib camaatın borclarını qaytarım. Bundan sonra atası, babası və anası Məryəmin dalınca Neftçalaya məsələni aydınlaşdırmaq üçün getsələr də, necə oldusa Məryəmi ölkədən qaçırtdılar. Həmin vaxtdan Məryəmdən xəbərləri və onunla əlaqələri olmamışdır. 06 sentyabr tarixində qızıl götürməmiş, həmin ərəfədə rayonda yasda olmuşdur.
10. Məhkəmə iclaslarında iki dəfə şahid qismindən dindirilən Şahid izahatlarında bildirmişdir ki, Laçın Univermağında işləyən qızıl alverçilərinə topdan qızıl verir. Təxminən 3-4 ildir ki, İddiaçı ilə işləyir. Elnarə ona qızıl sifariş vermişdi. O, "Gənclik Mall" da Elnarəyə qızıl verəndə orada Mədinə adlı şəxsi də görmüşdür, həttta Mədinənin yanında yoldaşı da gəlmişdi. Bir müddət sonra Elnarə ona zəng edərək Mədinə və yoldaşının ondan 60-70 qram qızıl almaq istədiklərini bildirmişdir. Elnarə ondan həmişə az miqdarda qızıl təxminən 2000-3000 manat məbləğində qızıl aldığından, ondan 60 qram qızıl istədiyi zaman narahat olmuşdur ki, Elnarəni aldadarlar ona görə də, özü də, Elnarə ilə birlikdə Gəncliyə gəlmişdir. O, qızılı ümumiyyətlə 80 manatdan satırdı. "Gənclik Mall"-a çatanda Mədinə Elnarəyə zəng edərək, özü gələ bilmədiyindən qızılı qaynanasına verməyi Elnarədən xahiş etdi. Özü maşınla olduğundan Elnarə ilə Biləcəri qəsəbəsində 60 qram qızılı Elnarənin qaynanasına maşından düşmədən pəncərədən vermişdir. Bundan sonra isə bir daha Mədinə Elnarədən qızıl istəmiş, bu dəfə də, öz malından ehtiyyat etdiyindən Elnarə ilə getmişdir. Mədinə Elnarə ilə telefonla danışaraq qızılı Pərviz adlı şəxsə verməsini, bildirdiyindən, Elnarə qızılı Pərvizə vermişdir. Həmin vaxt Pərvizin yanında Elnarənin xalası da orda olmuşdur. Lakin Mədinənin xalası kənarda dayanmışdı. Sonuncu dəfə Elnarə ondan 250 qram qızıl istəsə də, Elnarəyə 170 qram qızılının olduğunu bildirmiş və Elnarəyə 170 qram qızılı vermişdir. Qalan qızılı isə Elnarə özü başqa şəxsdən taparaq Mədinəyə verməli idi. Bu alverdən Elnarənin ona 14000 manat borcu qalmışdır. Bir müddət sonra Elnarə zəng edərək Mədinənın qızılın pulunu qaytarmadığını və yalnız Mədinəyə yeni mal verildiyi təqdirdə köhnə borcunu verəcəyini dediyini ona bildirdi. Elnarə Mədinənin ondan 1 kiloqram qızıl istədiyini bildirmiş, yalnız bu formada ondan pul ala biləcəklərindən görüntü yaratmaq üçün plan təşkil etdilər. Belə ki, o, 800 qram qızıl təşkil edərək Elnarəgilə getmiş və Mədinə gildən köhnə borc alındıqdan sonra qızılı satmaqdan imtina edəcəkdilər. Bundan sonra həqiqətən də mal olduğuna Mədinəni inandırmaları üçün 800 qram qızıl təşkil edərək Elnarǝgilə evə qalxsa da, Mədinə orada olmamış, qızılı götürməsi üçün xalasını və Pərviz adlı alverçini göndərmişdir. Pərviz Elnarəynən danışaraq malı verdiyi halda pulu verəcəyini bildirmiş, həmin vaxt isə xalası kənarda dayanmışdır. Elnarə Mədinə ilə telefonda 30-40 dəqiqə mübahisə etdikdən sonra razılaşmamış və nəticədə qızılı verməmişlər, bundan sonra Pərviz adlı alverçi və xalası çıxıb getmişdir. Üçüncü dəfə Elnarə ondan 50 qram qızıl istəmiş və Mədinə yenə qızılı özü təhvil almamış, qızılın alınması üçün qardaşı Ülvini göndərmişdir. O və X2rdaşı Ülvi adlı şəxslə görüşərək, qızılları ona vermişdir. Ülvi bacısının yanına metro ilə qayıdacağından, üstündə olan qızıla görə ehtiyat edərək, hətta Ülviyə onu apara biləcəyini demişdir. X13 gedəcəyini bildirmişdir. Sonuncu dəfə Elnarə ondan 170 qram qızıl almış və üstünü düzəldərək Mədinəyə verəcəyin bildirmişdir. Təxminən 250-270 arası olmalı idi, lakin bu barədə onda tam dəqiq məlumat yoxdur. Mədinə ilə Elnarənin telefon danşıqlarına şahid olsa da, Mədinə ilə birbaşa əlaqəsi olmamış, onu bir daha görməmişdir. Hətta Elnarə onu arxayın etmək üçün bəzən Mədinə ilə telefonda səsucaldanda danışmışdır. Ümumiyyətlə qızılın qiyməti dəyişdiyindən onun qiymətini dollarla hesablayırlar. Belə olan halda o, 2022-ci ildə verdiyi qızılın qramını 46 dollardan Elnarəyə satmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
11. Binəqədi RPİ-nin İş-nin müstəntiqi polis mayoru X9 tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixində İddiaçı Binəqədi RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, Mədinə və Müşfiq adlı şəxslər ondan 06 sentyabr 2022-ci il tarixdə 33000 manat qızıl zinət əşyalarını alsa da, həmin qızıl-zinət əşyalarının pulunu verməmiş və həmin qızıl zinət əşyalarını geri qaytarmamışdır.
12. İzahatı alınan İddiaçı bildirmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmuş və orada ailəsilə birlikdə yaşamışdır. Mədinə və Müşfiq adlı şəxsləri 2022-ci ilin iyul ayından tanımışdır. Belə ki, o, özü qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olduğu üçün Mədinə adlı şəxs 2022-ci ilin iyul ayında öz istifadəsində olmuş 055 ***-**-** GSM nömrəsindən onun istifadəsində olmuş mobil nömrəyə zəng etmiş, qonşuluqda yaşadığını, onun özünün də qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olmasını bildirmişdir. Həmçinin ona bildirmişdir ki, o öz müştəriləri üçün qızıl-zinət əşyaları sifariş vermiş, hazırda həmin qızıl- zinyət əşyaları karqoda olduğundan onları müştərilərə təqdim edə bilməmiş, bu səbəbdən ondan özünə məxsus qızıl-zinət əşyalarından bir neçəsini müştərilərinə göstərmək üçün verməsini ondan xahiş etmişdir. Həmin vaxt o, Mədinəni tanımadığı üçün onu yaşadıqları evə dəvət etmişdir. Bir neçə dəqiqədən sonra Mədinə əri kimi təqdim etdiyi Müşfiq adlı şəxslə birlikdə yaşadıqları evə gəlmişdir. Bir qədər söhbət etdikdən və onun yaşadıqları evlə qonşuluqda qaldığına əmin olduqdan sonra o, özünə məxsus qızıl-zinət əşyalarını Mədinəyə göstərmişdir və Mədinə həmin qızıllardan bir neçəsini seçmiş, götürmüşdür və iki gün ərzində qaytaracağını bildirmişdir. O, həmin qızılzinət əşyalarını Mədinəyə verdikdən iki gün sonra o, özü söz verdiyi vaxtda həmin qızılzinət əşyalarını ona qaytarmışdır. Beləliklə, bir neçə dəfə Mədinə ondan bu adla qızıl-zinət əşyaları almış, qaytarmış, özünə qarşı inam və etibar yaratmışdır. Həmçinin Mədinə hər dəfə yaşadıqları evə əri Müşfiq adlı şəxslə birlikdə gəldiyi üçün o, həmin şəxsin ailəsinin də Mədinənin nə iş görməsindən məlumatlı olduğunu gördüyü üçün ona daha da etibar etmişdir. Sonuncu dəfə 06 sentyabr 2022-ci il tarixdə, saat 16:00 radələrində Mədinə yenə də bu adla onun yaşadığı ünvana gəlmiş və ondan özünə məxsus 33.000 (otuz üç min) manat dəyərində qızıl-zinət əşyalarını götürmüşdür. Həmin vaxt Müşfiq də Mədinənin yanında imiş. Mədinə yenə də iki gün ərzində ona məxsus qızıl zinət əşyalarını qaytaracağını bildirmiş və o, həmin şəxsə etibar etdiyi üçün özünə məxsus 33.000 (otuz üç min) manat dəyərində qızıl-zinət əşyalarını Mədinəyə vermişdir. Lakin, Mədinənin söz verdiyi iki gün müddət bitdikdən sonra o, həmin şəxslə əlaqə saxlamış, qızıl-zinət əşyalarını qaytarmasını bildirmək üçün zəng etmişsə də, mobil nömrələri sönülü olduğundan onunla əlaqə saxlaya bilməmişdir. Hadisə nəticəsində ona 33.000 (otuz üç min) manat məbləğində maddi ziyan dəymişdir. O, hər zaman özünə məxsus qızı-zinət əşyalarını anası Nümayəndə iştirakı ilə onlara vermişdir. 06 sentyabr 2022-ci il tarixdə verdiyi qızıl-zinət əşyalarını da anasının iştirakı ilə vermişdir.
13. İzahatı alınan Cavabdeh bildirmişdir ki, material üzrə izahatı alınmış X7 bildirmişdir ki, o, Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmuş və ailəsilə birlikdə yaşamışdır. O, əvvəllər hər hansısa bir cinayət törətməyə görə məhkum olunmamışdır. İddiaçı və anası Nümayəndə barəsində yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Qeyd etmişdir ki, 2022-ci ilin iyul ayında Elnarə adlı xanımı tanımış, belə ki, qızıl-zinət əşyalarının alverini etmək qərarına gəlmişdir. Bunun üçün də ona Elnarə adlı xanımın mobil nömrəsini vermişdirlər. O, Elnarəyə zəng etmiş, onunla tanış olmuş və görüşmüşdür. O, bu vaxta qədər qızıl-zinət əşyalarının alveri ilə məşğul olmamışdırsa da, Elnarəyə 4 ildir ki, qızıl-zinət əşyalarının alveri ilə məşğul olduğunu demişdir. Elnarə ondan nə üçün qızılzinət əşyalarını sosial şəbəkələrdə satmadığını soruşduqda, o Elnarəyə qızıl-zinət əşyalarının alış-verişi ilə məşğul olmuş şəxslərlə bu işi gördüyünü demişdir. Onu da qeyd etmişdir ki, X19 Respublikasında yaşadığı üçün Azərbaycan Respublikasına gəlmişdir. X20 Respublikasından gələnə qədər o, Elnarədən aldığı qızıl-zinət əşyalarının pulunu vaxtı vaxtında vermişdir. O, Elnarədən aldığı qızıl-zinət əşyalarını 110-130 manatdan almış, 62-65 manata Bakı şəhəri, Nəsimi rayonu, Bakı metropoliteninin '"Memar Əcəmi" stansiyası yaxınlığında yerləşən "Moskva" univermağında lom qiymətinə tanımadığı şəxslərə satmışdır. Onun həmin qızıl-zinət əşyalarını almış, dəyərindən ucuz, qiymətə satmaqda məqsədi pula ehtiyacının olması olmuşdur. O, Elnarə xanımdan qızıl-zinət əşyalarını götürdüyü zaman bu işlə çoxdan məşğul olduğunu, işlərinin böyük olduğunu, aylıq qızıl-zinət əşyası alqı-satqısı dövriyyəsinin 80.000-90.000 manat məbləğində olmasını bildirmişdir. İlk dəfə o, İddiaçı qızıl-zinət əşyası alışını 04 iyul 2022-ci il tarixdə həyata keçirmişdir, o, həmin şəxsdən hər qramı 110 manat olmaqla 26 qram çəkidə 2860 manat dəyərində qızıl-zinət əşyası almış, həmin məbləğin 300 manatını ilkin ödəniş olaraq ödəmişdir. 06 iyul 2022-ci il tarixdə yerdə qalmış 2560 manatını ödəməklə borcu bağlamışdır. O, İddiaçı aldığı 26 qram çəkidə olmuş qızıl-zinət əşyasının hər qramını 65 manatdan lom qiymətinə Bakı şəhəri. Nəsimi rayonu. Bakı metropoliteninin "Memar Əcəmi" stansiyası yaxınlığında yerləşən "Moskva" univermağında tanımadığı şəxsə 1690 manata satmışdır. 07 iyul 2022-ci il tarixdə o, İddiaçı 40 qram çəkidə 4400 manat dəyərində qızıl-zinət əşyası istəmiş, həmin şəxs vermiş, o. həmin şəxsə 1500 manat ilkin ödəniş etmişdir və həmin şəxsdən aldığı 40 qram çəkidə qızıl-zinət əşyasını hər qramını 65 manata olmaqla ümumi 2600 manata lom qiymətinə Bakı şəhəri, Nəsimi rayonu, Bakı metropoliteninin "Memar Əcəmi” stansiyası yaxınlığında yerləşən "Moskva" univermağında tanımadığı şəxsə satmışdır. İddiaçı pulunu tam ödəmişdir. 3-cü dəfə o, İddiaçı 100 qram çəkidə qızıl-zinət əşyası istəmiş və İddiaçı onunla notarial qaydada alışveriş edə biləcəyini bildirmişdir. O qardaşı X10 bu barədə bildirmiş və həmin şəxs, onunla razılaşmış, Ülvini borc müqaviləsi bağlamaq üçün Elnarənin yanma göndərmişdir və qardaşı ilə İddiaçı arasında borc müqaviləsi bağlanmışdır, həmin borc müqaviləsi əsasında o, İddiaçı qramı 130 manatdan olmaqla 12300 manat dəyərində qızıl-zinət əşyası götürmüşdür və qramını 75 manatdan, ümumi 7500 manata Bakı şəhəri, Nəsimi rayonu, Bakı metropoliteninin "Memar Əcəmi" stansiyası yaxınlığında yerləşən "Moskva" univermağında tanımadığı şəxsə satmışdır. Elnarəyə olmuş bu borcu da bağlamışdır. Bundan sonra onun xalası Məryəm Bankur onun qızıl- zinət əşyası alveri ilə məşğul olduğunu görmüş və o, da qızıl-zinət əşyası alveri ilə məşğul olmaq istədiyini bildirmişdir. Ona Elnarənin ona qızıl-zinət əşyası verməyəcəyini demiş, çünki, həmin şəxs tanımadığı şəxlərə qızıl-zinət əşyası verməmişdir. Bunun üçün də həmin şəxs, ona demişdir ki, Elnarəyə desin ki, ona da, qızıl-zinət əşyası versin. O, İddiaçı xalası Məryəm Bankura nisyə qızıl-zinət əşyasını verməsini xahiş etmişsə də, həmin şəxs, xalası Məryəmi tanımadığı üçün bununla razılaşmamışdır. Daha sonra o, İddiaçı xalası Məryəmə cavabdeh olduğunu, pulu ödəməsə onun ödəyəcəyini bildirmiş və Elnarə onunla razılaşmış, hər qramı 110 manat dəyərində olmaqla, ümumi 27 qram çəkidə və dəyəri 3000 manat olmuş qızıl-zinət əşyası vermişdir. O, həmin qızıl-zinət əşyasına görə İddiaçı hesab kartına 300 manat məbləğində pul atmış, 2 gün sonra 300 manat məbləğində pul vermişdir, yerdə qalmış 2400 manat məbləğində borcu da xx.xx.2022-ci il tarixdə bağlamışdır. Bundan sonra o, Elnarədən 8000 manatlıq hər qramı 120 manat olmaqla 66 qram İtaliya qızılı almış və həmin şəxsə demişdir ki, xx.xx.2022-ci il tarixdə həmin qızılın pulunu ödəyəcəyini bildirmişdir. Həmin qızılı onun xalası Məryəm Bankur götürmüşdür. 01 sentyabr 2022-ci il tarixdə onun atası X5 rəhmətə getdiyi üçün o, Neftçala rayonuna getmişdir. Həmin gün rayondan qayıtdığı üçün axşam saat 20:00 radələrində həmin qızıla görə, həyat yoldaşı Müşfiq Şəfiyevlə birlikdə Elnarəyə 2000 manat pul ödəmişdir. Bundan sonra o, 06 sentyabr 2022-ci il tarixdə İddiaçı 250 qram çəkidə qızıl-zinət əşyası istəmiş, Elnarə ilə aralarında bir neçə dəfə qızıl-zinət əşyası alış-verişləri olduğu üçün həmin şəxs onunla razılaşmış, hər qramı 130 manatdan olmaqla İddiaçı 32500 manatlıq İtaliya qızılı olmuş qızıl-zinət əşyası istəmişdir. O, İddiaçı ilə həmin qızılı almağı barədə mobil telefonda danışmışdır. O, İddiaçı həmin qızılı özü alacağını bildirmişdir və ona həmin qızılın kimə verilməsi barədə heç bir məlumat verməmişdir. Həmin 250 qram çəkidə qızılziynət əşyasını onun xalası Məryəm Bankur istəmiş, lakin, həmin qızılı xalasının istədiyini Elnarəyə bildirsə imiş, həmin şəxs ona qızıl verməyəcəkmiş və buna görə də o, Elnarəyə bildirmişdir ki, həmin qızılı o özü istəmişdir. O, İddiaçı atasının rəhmətə getdiyi üçün yas mərasimi ilə bağlı xx.xx.2022-ci il tarixdə səhər saatlarında rayona getdiyi üçün qızılı özü götürə bilməyəcini bildirmiş və ona demişdir ki, qızıl-ziynət əşyasını o yox, xalası götürəcəkmiş. Həmin qızıl-ziynət əşyalarını o yox, xalası Meryem Bankur istəmişdir. xx.xx.2022-ci il tarixdə o, Elnarə Hüsevnovaya zəng vurmuş və ona demişdir ki, xalası gəlib qızılı götürəcəkmiş və həmin qızıla görə xx.xx.2022-ci il tarixdə 7000 manat pul ödəyəcəkmiş. xx.xx.2022-ci il tarixdə isə yerdə qalmış 25500 manat pulu ödəyəcəkmiş. Həmin günü səhəri xx.xx.2022-ci il tarixdə Elnarə ona zəng etmiş, pulu istədiyi üçün o, həmin günün axşamı yoldaşı Müşfiq Şəfiyev vasitəsilə Elnarəyə 6300 manat məbləğində pul ödəmişdir. Həmin pulu yoldaşının bibisi oğlu Nicat Mədətzadənin vasitəsilə göndərmişdir. Onu da qeyd etmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə o, Elnarə Hüsevnovaya pulu verə bilmədiyi üçün yalandan anasının dünyasını dəyişməsi barədə "vatsap" sosial şəbəkəsində profildə anasının şəkilini qoymuşdur. O, maddi vəziyyətinin pis olduğu üçün İddiaçı qızıl-zinət əşyalarını baha qiymətə almış ucuz qiymətə satmaqla Elnarə Hüsevnovaya verdiyi pullardan başqa qalmış pulları öz şəxsi məqsədləri üçün xərcləmişdir. O, Elnarə Hüsevnovaya qızıl-zinət əşyalarını xalası Məryəm Bankurun aldığını desə, Elnarə ona qızıl-zinət əşyalarını verməyəcəkmiş. Buna görə də, İddiaçı aldatmış, ona həmin qızıl-zinət əşyalarını özünün aldığını demişdir.
14. Binəqədi rayon prokurorunun müavini, ədliyyə müşaviri Ramin Nağdəliyev tərəfindən qəbul edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğvinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Nicat Nayıbovun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır.
15. Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X9 tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlamasının rədd edilməsi qərara alınmışdır.
16. İzahatı alınan Cavabdeh Nazil qızı izahatında bildirmişdir ki, onun heç bir günahı yoxdur, hazırki şikayətə də, bir aidiyyəti yoxdur. X20 Respublikasında olduğu üçün və həmin şəxsə əlləri çatmadığına görə işi onun üstünə atmaq istəmişdirlər. Belə ki, İddiaçı qızıl-zinət əşylarının alışı və satışı ilə məşğul olduğundan həmin şəxsdən əvvəllər qızıl-zinət əşyaları almış və 1-2 gün keçməmiş dəyərini ödəmişdir. Bu barədə özünün də etirafedici izahatı olmuşdur. Bundan sonra X20 Respublikasından gəldikdən sonra ondan gördüyü iş barədə məlumat almış və özünün də, bu işə marağının olduğunu bildirmişdir. O, İddiaçı ilə xalasını tanış etmişdir. Həmin şəxslər arasında olan qızıl alış-verişindən və borc münasibətlərindən məlumatı olmamışdır. İddiaçı onun kimi yüzlərlə insana qızıl satmışdır. O, İddiaçı dediyi kimi 06 sentyabr 2022-ci il tarixdə həyat yoldaşı Müşfiq ilə birlikdə Elnarənin evində olmamış və həmin şəxsdən 33000 manat dəyərində qızıl-zinət əşyaları götürməmişdir. Elnarə qızıl-zinət əşyalarını birbaşa onun xalasına vermişdir. Bu barədə sonradan həmin şəxslərdən məlumat almış və bu haqda Elnarənin və anasının etirafedici səs yazıları olmuşdur ki, bunu təqdim etmişdir. Elnarə dəfələrlə onu hədələmişdir ki, xalasını yox onu tanıdığından, onu tanıyıb xalasına pul verdiyindən, xalası pulu qaytarmasa pulu ondan alacaq. Bu barədə Elnarənin də, anasının da səs yazıları olmuş, səs yazılarında Elnarə açıq şəkildə bildirmişdir ki, “mən bu qədər qızılı Gənclikdə 230 qram bir iki gün sonra da 100 qram birbaşa xalan Məryəmə vermişəm” Əlavə olaraq bildirmişdir ki, Elnarənin dediyi vaxtda o, həmin şəxslərin evində olmamış, Biləcəridə öz evlərində olmuşdur, Elnarənin və anasının izahatda qızıl-zinət əşyalarını evdə verdiyini bildirməsi, səs yazılarında isə xalasının qızıl-zinət əşyalarını gedib Gənclikdən götürməsini bildirməsi ziddiyət təşkil etmiş və bununla həmmin şəxslərin yalan danışdığı ortaya çıxmışdır.
17. İş materialı kimi təqdim edilən CD disklərdə iş üzrə tərəflər arasında olan dialoqlar qeyd edilmiş və sübut kimi məhkəməyə təqdim edilmişdir.
18. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 190 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
19. İddiaçı qızıl alveri ilə məşğuldur və müxtəlif şəxslərdən qızıl nisyə alıb tanıdığı şəxslərə satmışdır.
20. 2022-ci ilin iyulunda cavabdeh iddiaçı ilə telefon vasitəsilə əlaqə saxlamış və tərəflərin qızıl alış-verişi ilə bağlı münasibətləri yaranmışdır.
21. Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda qızıl-zinət əşyaları götürmüş və müxtəlif şəxslərə satmış və müəyyən ödənişlər etmişdir.
22. İddiaçı cavabdehin hissə-hissə olaraq qalıq qalmış 33000 manat borcunu tələb edir və bunu tərəflər arasında olan whatsapp yazışmalarına istinad etməklə sübut etməyə çalışır.
23. Cavabdeh tərəf polisdə ilk dəfə izahatı alınan zaman cəmi 32200(32500+6000-62300) manat borcunun qaldığını və həmin qızılları öz adından, lakin xalası Meryem Bankur üçün istədiyini və sonradan xalasının qızılların pulunu geri ödəmədiyini bildirmişdir.
24. Cavabdeh ikinci dəfə polis bölməsində izahat verərkən bildirmişdir ki, qızılları xalası Məryəm Bankur götürmüş və onun iddiaçıya hər hansı borcu yoxdur. Belə ki, iddiaçı ilə onun arasında əvvəllər qızıl alış verişi olsa da, ona heç bir borcu qalmamışdır. Bundan sonra xalası Azərbaycana gəldikdən sonra onun(cavabdehin) məşğul olduğu işin detallarını öyrənmiş və onun(xalasının) da bu işlə məşğul olmaq istədiyini ona(cavabdehə) bildirmişdir. O, xalasını İddiaçı ilə tanış etmiş və onlar arasında olan alış-verişdən məlumatı olmamışdır. O, İddiaçı 33000 manat dəyərində olan qızıl-zinət əşyaları götürməmişdir. Elnarə qızıl-zinət əşyalarını birbaşa onun xalası Məryəmə vermişdir, bu barədə sonradan həmin şəxslərdən məlumat almış və bu haqda Elnarənin və anasının etirafedici səs yazıları olmuşdur ki, bunu təqdim etmişdir. Xalası Türkiyə Respublikasında olduğuna və həmin şəxsə əlləri çatmadığına görə işi onun üstünə atmaq istəyirlər.
25. Cavabdehin polisdə verdiyi izahatına uyğun olaraq onun qaynatası və əri məhkəmədə şahid kimi ifadə vermişdir. Şahid ifadələri ilə bağlı aşağıda hüquqi dəyərləndirmə aparılmışdır.
26. İddiaçı tərəf isə həmin şahid ifadələrinə münasibətdə bildirmişlər ki, cavabdehin qaynatasıynan əlaqə saxladıqları doğrudur və onların bildirdikləri səs yazısı da mövcuddur. Lakin həmin səs yazılarını ona görə göndərmişlər ki, cavabdehin qaynatası onlara qızılların cavabdehin xalasının təqsiri ucbatından qaytara bilmədiklərini və cavabdehin Neftçaladakı torpağa görə vərəsəliklə bağlı mirasdan pay almaları üçün xalanın qardaşlarına təsir etmək üçün lazım olduğunu bildirmişdir. Yəni bu səs yazılarının vasitəsilə cavabdehin dayılarına təsir ediləcəyinə(bacısının hərəkətlərinə görə cavabdehin ziyana düşdüyü əsas gətirilərək), daha sonra mirasdan cavabdehə düşən payı aldıqdan sonra borclarını qaytaracaqlarına inandırılmışlar. Halbuki iddiaçı cavabdehin xalasını tanımamış, onunla hər hansı alveri olmamış, onunla hər hansı yazışması olmamışdır. Əksinə cavabdehlə telefon yazışmaları olmuş və cavabdeh həmin məbləğdə borcu olduğunu və qaytaracağını bildirmişdir.
27. Bundan əlavə iddiaçı tərəf cavabdehin qohumu ilə 8000 manat pulla bağlı formal borc müqaviləsinin bağlandığını və 33000 manatın həmin borc müqaviləsində olan məbləği də əhatə etdiyini və 33000 manat qaytarıldığı təqdirdə borc müqaviləsinə xitam veriləcəyini də məhkəmə iclasında bildirmişdir. Eyni zamanda cavabdehin şahid qismində dindirilən qohumlarının “borcumuz yoxdur” məzmunlu ifadələrinə münasibətdə əgər borcları bitmişdisə hansı əsasla sonradan borc müqaviləsi bağladıqlarını göstərməklə etiraz etmişdir.
28. Nəticədə işin mübahisəsiz halları: tərəflər arasında qızıl alış-verişindən irəli gələn münasibətlərin mövcud olması; iddiaçının mübahisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməsi; telefon yazışmalarındakı səslərin tərəflərə məxsus olması.
29. İşin mübahisələndirilən halları: irəli sürülən tələbə münasibətdə nisyə-alqı satqı müqaviləsinin tərəfinin cavabdeh olmaması və tələb edilən borcun cavabdehə aid olmamasıdır. Tətbiq edilən maddi hüquq normaları:
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
31. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir; 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsində qeyd edilmişdir ki, Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmənin mövqeyi:
32. Məhkəmə əvvəla qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
33. Bunun üçün isə məhkəmə tərəflər arasında yaranan münasibətlərin xarakterini müəyyən etməlidir.
34. İşin iddiaçı tərəfindən bildirilən faktiki hallarına görə tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur və cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməyərək öhdəliyini pozmuşdur.
35. Cavabdeh isə əksinə, iddianı qəbul etməyərək, tərəflər arasında hazırki tələblə bağlı hər hansı müqavilə münasibətlərinin yaranmadığını və icra edilməmiş öhdəliyi olmadığını bildirmişdir.
36. Qeyd edilməlidir ki, hər hansı öhdəlik münasibətlərinin əmələ gəlməsi üçün ya zərər, ya əsassız varlanma, ya da tərəflər arasında müqavilə olmalıdır.
37. Məhkəmənin tədqiq edilən sübutlara əsasən gəldiyi qənaət ondan ibarətdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur.
38. Belə ki, Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsində qeyd edilmişdir ki, Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
39. Hansı ki, iddiaçı müxtəlif vaxtlarda dəyərini hissə-hissə ödəmək şərtilə cavabdehə qızıl-zinət əşyaları satmışdır. Cavabdeh tərəflər arasında əvvəllər nisyə-alqı satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin olduğunu qəbul etsə də, 33000 manat dəyərində olan qızılla bağlı hər hansı öhdəliyin yaranmadığını və iddiaçının iddia etdiyi münasibətlər onunla deyil, xalası ilə iddiaçı arasında yarandığını bildirir.
40. Bu məqamda məhkəmə yaranmış mübahisənin həlli üçün bütün müvafiq halları, o cümlədən müqaviləyə qədərki danışıqları və yazışmaları, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır.
41. Məhkəmə cavabdeh tərəfin etirazının dəlillərini əsaslı hesab etmir.
42. Birincisi əşyanın ona deyil başqasına təhvil verilməsi müqavilənin bağlanmadığı anlamına gəlmir. Belə ki, satıcının əşyanı vermək vəzifəsi əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır.(Bax MM 570.1.1)
43. Tərəflər arasında olan telefon yazışmalarından müəyyən edilir ki, cavabdeh əşyaları almaq üçün xalasını vəzifələndirmiş və hətta yolunu, vaxtını, əşyanın çeşidini, dəyərini, ödəmə qaydasını və zamanını özü razılaşdırmışdır. Hətta cavabdeh həmin yazışmalarda bildirmişdir ki, “sən mal gələndə xəbər et, mən xaladan falan kimisə tapıb göndərim, pulunu da özüm atım sənə”. Bundan başqa iddiaçı cavabdehə onunla arasında 33000 pul olduğunu bildirəndə cavabdeh səs yazısında ona-“mal olsaydı bu günki oğlan yenə xalaynan sabah gəlib götürər, bu günki pulu bağlıyardı, atıb qaçası insan deyiləm, götürmüşəm yenə deyirəm ki 2 həftəyə deyil malı götürəndə əvvəlki borcu bağlayım”. Daha sonra cavabdeh səs yazısında bildirmişdir ki, “ səhər gətirib sənə bu günki borcu bütöv versələr, sən Nadirdən nə qədər mal çıxarda bilərsən?” iddiaçı isə ona- “25300+3000 düzdü?, 4700 ayın 15-di onu qatmıram” sualını vermiş, öz növbəsində cavabdeh isə ona-“ Ay sağol, sən səhər Nadirnən alındıra bilsəydin, görürsən də mənim alverçim necə böyük həcmli alverçidi, bunun üçün 200-300 qram heçnədi, o gətirib sənə bu pulu versə, sən Nadirdən 400-450 qram mal çıxarda bilərsən?amma borc müqaviləsi də istəsəz bağlaya bilərsiz” demişdir. Bunun davamı olaraq iddiaçı-“ Mədinə, mən o qədərə girişmək istəmirəm, qorxuram yarım kg-dan söhbət gedir”, cavabdeh isə səs yazısında iddiaçıya-“ mən demirəm sırf yarım kg, maximum Nadirdən nə qədər mal çıxarda bilərsən?”, iddiaçı yazı olaraq cavabdehə- “ bunlarda mal olanda deyərəm, borcu bağlıyar həmin çəkidə götürərsən”, cavabdeh səs yazısında iddiaçıya- “problem yoxdu elə də eliye bilərik, mən ümumiyyətlə Nadirdən nə qədər mal çıxarda biləcəyini soruşdum” cavabını vermişdir.
44. Göründüyü kimi tərəflər arasında olan həmin söhbətdə cavabdehin xalası sadəcə daşıyıcı funksiyasını həyata keçirmiş və alqı-satqının tərəfi olaraq iştirak etməmiş, heç müzakirə predmeti belə olmamışdır.
45. Odur ki, bu yazışmaların olduğu halda cavabdehin etirazına 2 anlam vermək olar: 1) Özünü müdafiə xarakteri daşıyır, 2) Həqiqətən də o iddiaçıdan aldığı malları xalasına vermiş və bu barədə iddiaçının məlumatının olmamasına çalışmışdır. Necə ki, polis idarəsində ilk dəfə izahat verərkən bildirmişdir ki, o, malları xalasının almaq istədiyini iddiaçıya bildirsəydi iddiaçı onunla razılaşmaz və ticarətləri baş tutmazdı.
46. Bu səbəbdən də məhkəmə cavabdehin ilk dəfə polis idarəsində verdiyi izahatını daha səmimi qəbul edir, belə ki, cavabdeh tərəf iddiaçının məhkəməyə müraciət etməsindən sonra həmin qərardan şikayət vermiş və yenidən izahatı alınan zaman tamam fərqli izahat vermişdir. Xronoloji ardıcıllığa nəzər yetirsək müəyyən edilir ki, cavabdehin ilkin izahatı 25 noyabr 2022-ci il tarixdə olmuş, iddia məhkəməyə xx.xx.2022-ci il tarixdə verilmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar xx.xx.2023-ci ildə ləğv edilmiş, ikinci dəfə izahatını xx.xx.2023-cü il tarixdə vermişdir. Eyni zamanda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan şikayətin əsasları ondan ibarət olmuşdur ki, araşdırma zamanı Cavabdeh şəxsiyyəti müəyyən edilərək izahatı alınsa da, onun izahatında göstərdiyi xüsusatlar tam araşdırılmamış, belə ki, Cavabdeh izahatında xalası kimi qeyd etdiyi Bankur Məryəm adlı şəxsin şəxsiyyəti müəyyən edilməmiş, onun istintaq şöbəsinə təmin edilməsi istiqamətində əməliyyat aparatına tapşırıqlar verilməmiş, həmçinin Cavabdeh həyat yoldaşı olan Müşviq adlı şəxsin də izahatı alınmamış, əməlin törədilməsində əlbir olub-olmaması müəyyən edilməmiş, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmaması müəyyən edilməmiş, nəticə etibarı ilə toplanmış materiala düzgün hüquqi qiymət verilməmişdir.
47. Göründüyü kimi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi üçün əsas heç də cavabdehin nümayəndəsinin bildirdiyi kimi, cavabdehin izahatının təhrif edilməsi, istintaq orqanına təzyiq edilməsi, cavabdehin təzyiq altında ifadə verməsi olmamışdır. Odur ki, cavabdehin ikinci dəfə tam fərqli məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıdığı qənaətini formalaşdırır.
48. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin həm ilkin, həm sonrakı izahatları işin müəyyən edilmiş faktiki halları əsasında qiymətləndirilməlidir.
49. İkincisi cavabdeh ikinci dəfə polis idarəsində verdiyi izahatında bildirmişdir ki, İddiaçı qızıl-zinət əşyaları almış və dəyərini 1-2 gün keçməmiş ödəmişdir.
50. Hansı ki, telefon yazışmalarında və cavabdeh tərəfin dəvət etdiyi şahidlərin ifadələrindən görünür ki, tərəflər arasında mübahisə yaranandan sonra cavabdeh tərəf iddiaçıya 7000 manat ödəniş etmiş, bundan başqa cavabdehin xalası oğlu ilə 8000 manata görə borc müqaviləsi bağlanmışdır. Bundan əlavə həmin yazışmalarda cavabdeh 2600 pul verəndən sonra ona və Xalidə adlı şəxsin hərəsinə 15000 pul verəcəyini, yerdə qalan borcunu isə mallar satıldıqca bağlayacağını bildirmişdir, hansı ki iddiaçı ona 34100 manat borcunun qaldığını bildirmişdir.
51. Üçüncüsü cavabdeh ikinci dəfə polis idarəsində verdiyi izahatında xalası Məryəm Bankuru iddiaçı ilə tanış etdiyini, daha sonra onların qızıl alış-verişindən, borc münasibətlərindən məlumatı olmadığını desə də, tərəflər arasında olan telefon yazışmalarından əksi müəyyən olunur. Belə ki, qızıl-zinət əşyaları cavabdehin xalasına və onunla gələn və şahid qismində ifadə verən Pərvizə təhvil verilsə də danışıqlar cavabdehlə aparılmışdır. Çünki sifarişi cavabdeh vermiş və digər şərtlər(müddəti, qiyməti, çeşidi) cavabdehlə razılaşdırılmışdır. Odur ki, burada da cavabdehin birinci dəfə verdiyi izahatının işin hallarına uyğun gəldiyi təsdiq olunur. Bundan əlavə şahid qismində ifadə verən Pərviz və Amil adlı şəxslər də, cavabdehin xalasının alış-veriş zamanı formal iştirakını təsdiq edirlər. Bundan iki məna çıxartmaq olar:1) cavabdehin xalası istəmirdiki iddiaçı onun prosesin birbaşa iştirakçısı olduğunu bilsin, çünki cavabdeh iddiaçıya malların ona lazım olduğunu və özünün burada olmadığına görə iştirak etmədiyini bildirmişdir, 2) cavabdehin xalasının həqiqətən prosesdə iştirakı formal olmuş və onun alış-verişdə heç bir marağı olmamışdır.
52. Bundan əlavə cavabdeh polisdə ikinci dəfə verdiyi izahatında onun xalası ilə iddiaçını işgüzar fəaliyyət göstərmələri üçün tanış etdiyini göstərsə də, telefon yazışmalarından müəyyən edilir ki, burada hər hansı təqdim etmədən söhbət getmir. Belə ki, cavabdeh iddiaçıya xalasının nömrəsini ilk dəfə atan zaman həmin şəxs cavabdehin sifarişini götürmək üçün getmiş və daha sonra da onlar arasında hər hansı danışıqların aparıldığı müəyyən edilmir. Ən azından cavabdeh tərəf istinad etdiyi hallara dair sübut təqdim etməli olduğu halda bunu etməmişdir.
53. Dördüncüsü cavabdeh tərəf cavabdehin bu həcmdə borcunun olmadığını, borc varsa xalasının borcu olduğunu bildirsələr də, tərəflər arasında olan telefon yazışmaları və səz yazılarından müəyyən edilir ki, cavabdeh dəfələrlə müxtəlif məbləğlərdə borcunun olduğunu bildirmiş və əvvəlki borcunu qaytarmaqla yeni mal götürəcəyini bəyan etmişdir. Hansı ki, yazışmalarda iddiaçı 38700 borcunun olduğunu cavabdehə bildirmiş və cavabdeh qarşılığında hər gün 300 manat ödədiyini göstərməklə onu pulsuz qoymadığına görə özünü müqavilə münasibətlərinə sadiq qalmaqla müdafiə etmişdir. Həmin yazışmanın davamı olaraq cavabdeh ayın 11-i borcunu(38700-ə münasibətdə) bağlayacağını və yeni mal tələb etdiyini səs yazısında iddiaçıya bildirmişdir. Bundan əlavə cavabdeh həmin yazışmalarda özünün alış-veriş prosesində üzrlü səbəblərdən iştirak edə bilməməsindən heyfslənmişdir. Hansı ki, özü burda olsaydı prosesdə daha aktiv iştirak edə və daha çox satış aparardı. Eyni zamanda həmin yazışmalarda cavabdeh onun müştərilərinin daha böyük həcmdə ondan mal tələb etdiyinə və nəticədə ticarətin dövriyyəsinin artırılmalı olduğuna iddiaçını inandırmağa çalışırdı. Bununla yanaşı cavabdeh 1 ay ərzində 1 kg qızıl satdığını göstərməklə onun ticarət həcminin böyüklüyü barədə iddiaçıya məlumat vermişdir.
54. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuş, satıcı tərəflərin razılaşdığı həcmdə və dəyərdə olan malları alıcıya vermək barədə, alıcı nisyə götürdüyü malların dəyərini razılaşdıqları müddətdə hissə-hissə ödəmək barədə öhdəlik götürmüşlər. Satıcı öhdəliyini icra etsə də, alıcı öhdəliyini lazımi qaydada icra etməmiş və tərəflərin yazışmalarında müəyyən edildiyi, yəni 33000 manat məbləğində borcu qalmışdır.
55. Cavabdeh həm borc məbləğinə, həm müqavilənin tərəfi olmadığı barədə iddiaya etiraz etsə də, etirazının dəlillərini sübut edə bilməmişdir. Əvvəla cavabdeh tərəfindən dəvət edilən şahidlər(cavabdehin əri və atası) mübahisənin yaranmasından sonra məsələyə qarışmış və tərəflər arasında olan əvvəlki yazışmalardan, əvvəlki razılaşmalardan xəbəri olmamışdır. Eyni zamanda təxminən 7000 manat qaytarılmaqla borc öhdəliyinin bitdiyi barədə dəlilləri isə, tələb edilən 33000 manat məbləğin əsaslı olduğunu istisna etmir. Belə ki, həmin şahidlərin cavabdehin yaxın qohumları olduğu nəzərə alınmasa belə, cavabdehin onlara nəql etdiyi məlumatlara əsasən ifadə verdikləri aşkardır. Belə ki, onlar artıq mübahisənin yaranmasından, polisə şikayət verilməsindən sonra prosesdə iştirak etmişlər.
56. Məhkəmə eyni zamanda həmin şahidlərin iddiaçı və onun anasının atdığı səs yazılarını tərəflər arasında əvvəllər olmuş olmuş danışıqlar, tərəflərin sonrakı danışıqları və işin müəyyən edilən halları fonunda qiymətləndirərək, iddiaçı tərəfin həmin hissədə dəlillərini əsaslı hesab edir. Belə ki, iddiaçı tərəfin cavabdehlə bağlı Neftçala rayonunda miras əmlak barədə məlumatlı olması, həmin səs yazılarının cavabdehin qaynatası ilə görüşdükdən sonra göndərilməsi təsadüf ola bilməzdi. Bundan başqa cavabdeh iddiaçı ilə danışıqlarında bir dəfə də olsun xalasından pulu aldıqdan sonra ona qaytaracağını deməmiş, əksinə malları satıldıqdan sonra borcunu ödəyəcəyini bildirmişdir. Üstəlik həmin vədlərini hər hansı əvvəlki borca münasibətdə yox, sırf 33000 manat məbləğə münasibətdə vermişdir.
57. Bununla yanaşı digər şahidlər də cavabdehin xalasının görüşlərdə formal iştirakını, danışıqlar prosesində hər hansı fəaliyyətinin olmadığını təsdiq etmişlər. Eyni zamanda həmin şəxsin mütəmadi olaraq kiminləsə telefon vasitəsilə danışaraq məsləhətləşdiyini və işin gedişatı barədə məlumat verdiyini təsdiq etmişlər. Bundan başqa şahid qismində ifadə verən Pərviz xalanın onu kiminləsə telefon vasitəsilə danışdırdığını və həmin şəxsin onun xalası olduğunu bildirdiyini və telefondakı şəxsin ondan endirim tələb etdiyini göstərmişdir. Buradan da görünür ki, cavabdehin xalası deyilən şəxs bu ticarətdə aktiv və professional olaraq iştirak etməmiş və hətta Pərvizin tanımadığı şəxslə onu calaşdırmaqla endirim xahiş etdirmişdir.
58. Odur ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etmiş, cavabdeh isə sübut etməli olduğu halları sübut edə bilməmişdir.
59. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
60. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
61. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
62. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin müqavilənin tərəfi olaraq öhdəliyini icra etməyə borclu olması, onun üçüncü şəxslərə qarşı vurulmuş zərərə və ya digər əsaslara görə tələb irəli sürməsini istisna etmir. Tətbiq edilən prosessual normalar:
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
64. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
65. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;
66. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;
67. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
68. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
69. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır;
70. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
71. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
72. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 33000 (otuz üç min) manat məbləğində pul vəsaiti və 190 (yüz doxsan) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.
73. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 33000 (otuz üç min) manat məbləğində pul vəsaiti və 190 (yüz doxsan) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlkin Əliyev