Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1059/2022 11.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə 3460 manat, mənəvi ziyana görə 10000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun-cəmi 13490 manat pulun və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 1(103)224/2020 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29, 177.2.3, maddələri ilə təqsirli bilinib 3 (üç il) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29, 177.2.3, maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Belə ki, Xəzər Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 1(103) 224/2020 saylı hökmü ilə məhkumlar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona qarşı cinayəti törədilməsi və ona 3460 (üç min dörd yüz dörd min) manat ziyan dəyməsi faktı sübuta yetirilmişdir. Həmin cinayət nəticəsində o, zərərçəkmişdir. Cinayət nəticəsində ona maddi zərər dəymişdir. Məhkəmin hökmü ilə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs olaraq o, ifadəsində göstərmişdir ki, 1 ilə yaxındır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev kuşəsi, döngə 10 unvanda bag evi inşa etdirir. Evin təmir işlərini bitirsə də, hal-hazırda ustalar hamama kafel-metlax vururlar. 28 fevral 2020-ci il tarixda, saat 19 rədələrində ustalar işlərini yekunlaşdırdıqdan sonra getmişlər. 29 fevral 2020-ci il tarixdə bağ evinə gəldikdə evin plastik pəncərəsinin açıq vəziyyətdə oldugunu görüb evə daxil olduqda pilləkənin altında olan 1170 manat dəyərində 01 adad "Novahot" markalı (35-lik) kombi isitilik cihazı, 50 manat dəyərində 01 ədad "Hi-Qlink" markalı elektrik tənzimləyicisi, 196 manat dəyərində 14 seksiyali 01 ədəd radiator, 1000 manat dəyərində 01 ədəd Vestel markalı kondisioner, 01 ədədinin dəyəri 60 manat olan cəmi 120 manat dəyərində 02 ədəd lyustr, 01 ədədinin dəyəi 150 manat olan cəmi 600 manat dəyərində 04 ədəd "smestitel", 01 ədədinin dəyəri cəmi 40 manat dəyərində 02 ədəd "gümüşü sifon, 01 ədədinin dəyəri 7 manat olan cami 84 manat dəyərində 12 ədəd arko kranti, 180 manat dəyərində 01 ədəd duş şlanq dəsti, 80 manat dayarində, 01 adad duş şlanq dəsti, 01 topunun dəyəri 35 manat olan cəmi 105 manat dəyərində 03 top elektrik naqili, 200 manat dəyərində 01 ədəd prefarator, 180 manat dəyərində 01 ədəd böyük lagonda və 100 manat dəyərində 01 kiçik laqondanin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 4000 (dörd min) manat məbləğində maddi ziyan dəymişdir. İstintaq zamanı ona yalnız 540 (beş yüz qırx) manat dəyərində kombi qaytanılıb və ona ödənilməmiş 3460 (üç min dörd yüz altmış) manat qalmışdır. Hesab edir ki, həmin cinayətin nəticəsində ona dəyən maddi və mənəvi ziyan vuran məhkum-cavabdehlər Cavabdeh1 va Cavabdeh2 tərəfindən müştərək qaydada ödənilməlidir. Bundan başqa hadisə nəticəsində o, 1 il ərzində məhkəmələrə gedib-gəlmiş, bununla bağlı hər dəfə əlavə xərcləri olmuş, stress keçirtmişdir. Bununla bağlı ona mənəvi ziyan da dəymişdir, hadisə nəticəsində o ağır mənəvi sarsınti, baş ağrısı, iztirab, həyəcan hissləri keçirtmişdir. Cinayətin törədilməsi nəticəsində ona vurulmuş mənəvi ziyan ölçüyə gəlməz dərəcədə ağırdır. Ona vurulmuş mənəvi ziyanı 10.000 (on min) manat miqdarında qiymətləndirir. Göstərilənlərə əsasən isə iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Tərəflərin izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş 11 yanvar 2022-ci tarixində məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Odur ki, məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-224/2020 saylı, 02.11.2020ci il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 06 mart 2020-ci il tarixdən hesablanması, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh2 cəzasını ümumi rejimli cəzəçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 06 mart 2020-ci il tarixdən hesab edilməsi və s. hökm edilmişdir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-224/2020 saylı, 02.11.2020ci il tarix hökmündə qeyd edilir ki, məhkəmə iclasında zərərçəkmiş şəxs İddiaçı göstərmişdir ki, 1 ilə yaxındır ki, ünvan 1 ünvanda bağ evi inşa etdirir. Evin təmir işlərini bitirsə də, hal-hazırda ustalar hamama kafel-metlax vururlar. 28 fevral 2020-ci il tarixdə, saat 19 radələrində ustalar işlərini yekunlaşdırıb getmişlər. 29 fevral 2020-ci il tarixdə bağ evinə gəldikdə evin plastik pencərəsinin açıq vəziyyətdə olduğunu görüb evə daxil olduqda pilləkanın altında olan 1170 manat dəyərində 01 ədəd "Novahot" markalı (35-lik) kombi isitilik cihazı, 50 manat dəyərində 01 ədəd “Hİ-Qlink" markalı elektrik tənzimləyicisi, 196 manat dəyərində 14 seksiyalı 01 ədəd radiator, 1000 manat dəyərində 01 ədəd Vestel markali kondisioner, 01 ədədinin dəyəri 60 manat olan cəmi 120 manat dəyərində 02 ədəd lyüstr, 01 ədədinin dəyəri 150 manat olan cəmi 600 manat dəyərində 04 ədəd "smestitel", 01 adadinin dəyəri 10 manat olan cəmi 40 manat dəyərində 02 ədəd "gümüşü sifon", 01 ədədinin dəyəri 7 manat olan cəmi 84 manat dəyərində 12 ədəd arko krantı, 180 manat dəyərində 01 ədəd duş şlanq dəsti, 80 manat dəyərində 01 ədəd duş şlanq dəsti, 01 topunun dəyəri 35 manat olan cəmi 105 manat dəyərində 03 top elektrik naqili, 200 manat dəyərində 01 ədəd prefarator, 180 manat dəyərində 01 ədəd böyük laqonda və 100 manat dəyərində 01 kiçik laqondanın oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 4000 manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı ərizə ilə Xəzər RPİ-nin 2-ci PŞ-na müraciət etmişdir. Təqsirləndirilən şəxslər Cavabdeh1 və Cavabdeh2 qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini və onlara cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir.
7. Həmin hökmdə qeyd edilir ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi K. Zülfüqarovun 03 may 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, zərərçəkmiş şəxs X1 məxsus 01 adəd "Valencia 24 Karat Gold markalı keramik qab-qacaq dəsti, zərərçəkmiş şəxs X9 məxsus 01 ədad "Novahot" markalı kombi istilik cihazı ve 01 aded "Hi-Qlink" markalı elektrik tənzimləyicisi, zərərçəkmiş şəxs X4 məxsus 01 ədəd 4 gözlü qaz pilitəsi, 01 ədəd 5 gözlü qaz pilitəsi, 01 ədəd su matoru, 01 ədəd "Lanova" markalı aspirator ve 01 ədəd "İmmergas" markal kombi istilik cihazı, zərərçəkmiş şəxs X11 məxsus 01 əded "Novamax markalı kombi istilik cihazı maddi sübut kimi tanınmış və saxlanmasından ötrü sahiblərinə qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, iş üzrə maddi sübut kimi 01 ədəd "Valencia 24 Karat Gold" markalı keramik qab-qacaq dəstinin zərərçəkmiş şəxs X2, 01 ədəd "Novahot" markalı kombi istilik və 01 ədəd "Hİ- Qlink" markalı elektrik tənzimləyicisinin zərərçəkmiş şəxs İddiaçı, 01 ədəd 4 gözlü qaz pilitasi, 01 ədəd 5 gözlü qaz pilitəsi, 01 ədəd su matoru, 01 ədəd "Lanova" markalı aspirator və 01 ədəd "İmmergas" markalı kombi istilik cihazının zərərçəkmiş şəxs X5, 01 əded "Novamax" markalı kombi istilik cihazının Əliyev Zaur Nadir oğluna qaytarılması nəzərə alınmalıdır.
8. Hökmdə qeyd edilir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Cavabdeh1 özünü qismən təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev küçəsi, döngə 10 ünvanında yerləşən X10 məxsus evdən tək oğurluq etsə də, əşyaların içərisində kombi aparatı olmamışdır. (təqsirləndirilən şəxsin hazırki işə aid olan hissədə izahatı). Məhkəmə iclasında təqsirləndirilən şəxs Cavabdeh2 özünü təqsirli bilməyərək göstərmişdir ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev küçəsi, döngə 10 ünvanında yerləşən İddiaçı məxsus evdə baş vermiş oğurluq hadisəsindən xəbəri yoxdur. (təqsirləndirilən şəxsin hazırki işə aid olan hissədə izahatı)
9. Hökmdə həmçinin qeyd edilmişdir ki, məhkəmə Cavabdeh2 oğlunun və X3 özlərini təqsirli bilməmələrini istintaq zamanı Cavabdeh1 ilə Cavabdeh2 arasında keçirilmiş üzləşdirmə, Cavabdeh1 ilə Yusifov Yengibar Malik oğlu arasında keçirilmiş üzləşdirmə protokolları və iş materiallarına əsasən özlərini müdafiə və cəzadan boyun qaçırmaları kimi qiymətləndirmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-224/2020 saylı, 02.11.2020ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və s. hökm edilmişdir.
11. Təqsirləndirilən şəxslər hazırki iş üzə cavabdehlər İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev küçəsi, döngə 10 ünvanında yerləşən bağ evindən 4000 manat məbləğində oğurluq etmişlər.
12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev küçəsi, döngə 10 ünvanında yerləşən bağ evindən 4000 manat həddində oğurluq edildiyini, oğurlanan əşyalardan 540 manat dəyərində olan kombi sisteminin ona geri qaytarıldığını, nəticədə ona 3460 manat məbləğində maddi zərər vurulduğunu, 10000 manat dəyərində isə mənəvi zərər vurulduğunu iddia edir.
13. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 224/2020 saylı, 02.11.2020-ci il tarixli hökmü və iddiaçının özünün iddia ərizəsində göstərdiyi mövqeyi ilə təsdiq edilir ki, onun evindən oğurlanmış 540 manat dəyərində kombi İddiaçı özünə geri qaytarılmış, ümumilikdə İddiaçı 3460 manat məbləğində zərər dəymişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
14. Məhkəmə hesab edir ki, ilkin iddia ilə bağlı aşağıdakı normalara istinad edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
15. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.
16. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
17. Bundan əlavə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.( Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi)
18. Məhkəmənin preyudisial əhəmiyyət daşıyan hökmündən müəyyən edilir ki, cavabdehlərin sübuta yetirilən təqsirli hərəkətləri nəticəsində iddiaçıya 4000 manat məbləğində zərər vurulmuşdur. İddiaçı cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdir və nəticəsində cinayət nəticəsində vurulmuş zərərin əvəzi ona ödənilməmişdir. Bu səbəbdən cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxsin mülki iddia vermək hüququ istisna edilmir. Vurulmuş zərərin bir hissəsi, yəni 540 manat dəyərində kombi İddiaçı qaytarıldığından vurulan zərərin məbləği 3460 manat məbləğində qiymətləndirilmişdir.
19. Nəticədə məhkəmə İddiaçı ona vurulmuş 3460 manat məbləğində maddi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini barədə tələbini əsaslı hesab edir.
20. İddia tələbinin mənəvi zərərin tutulması hissəsini isə məhkəmə əsassız hesab edir.
21. Belə ki, iddiaçının baş vermiş hadisə nəticəsindən hansı mənəvi sarsıntı keçirməsi və ya hansı iztirablara məruz qalması barədə sübut təqdim edilməmişdir.
22. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Tətbiq edilən prosessual normalar:
23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi) Nəticə:
24. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3460 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
25. İddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
26. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3460 (üç min dörd yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev