Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-106/2023 06.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Binəqədi rayonu Xocəsən Bələdiyyəsi və X12 cəlb edilməklə) sahibliyində olan Yuxarı Sulutəpə qəsəbəsi Yeni Yaşayış massivi adlanan ərazidə yerləşən 0,06 ha torpaq sahəsində qanunsuz olaraq özbaşına tikdiyi tikililərin cavabdehin öz vəsaiti hesabına sökülərək çıxarılmalarına, məhkəmə xərclərinə görə 200 manatın müştərək qaydada tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı avabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Binəqədi rayonu Xocəsən Bələdiyyəsi və X12 cəlb edilməklə) sahibliyində olan Yuxarı Sulutəpə qəsəbəsi Yeni Yaşayış massivi adlanan ərazidə yerləşən 0,06 ha torpaq sahəsində qanunsuz olaraq özbaşına tikdiyi tikililərin cavabdehin öz vəsaiti hesabına sökülərək çıxarılmalarına, məhkəmə xərclərinə görə 200 manatın müştərək qaydada tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onununla əsaslandırılır ki, iddiaçının mərhum atası X18 xx.xx.2005-ci il tarixdə Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edərək Xocəsən Bələdiyyəsi ərazisində 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsini xahiş etmiş, həmin torpaq sahəsi üçün həmin dövrə olan qiymətlə ******* AZM Xocəsən Bələdiyyəsinin büdcəsinə ödəyərək almış və bir müddət keçdikdən sonra hər hansı bir tikinti işi aparmadan həmin torpaq sahəsini etibarnamə ilə ünvan 1 ünvanında qeydiyyatda olan X3. X23 da heç bir tikinti işi aparmadan qeyd edilən torpaq sahəsini xx.xx.2015-ci il tarixdə X1. Bundan sonra torpağın son sahibi olan X14 2015-ci ildən torpaq almasına baxmayaraq ailəsində xəstəsi olduğu üçün həmin sahədə heç bir tikinti işi apara bilməmişdir. X15 2020-ci ilin sentyabr ayı torpaq sahəsində tikinti işi aparmaq istəyəndə hal hazırkı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının atasının X4 torpağı qanunsuz olaraq zəbt etmişlər. Həmin vaxt torpağın əsl sahibi olan X14 cavabdehlərə tikinti işlərinin dayandırılması və qanunsuz zəbt edilmiş torpağın boşaldılması ilə bağlı müraciət etməsinə baxmayaraq cavabdehlər yəni Cavabdeh2 və Cavabdeh1 tikinti işlərini davam etdirmişdir. X14 bundan sonra ona məxsus olan torpaq sahəsinin qanunsuz olaraq zəbt olunması barədə Binəqədi RPİ-nə müraciət etmişdir. Binəqədi RPİ-nin xx.xx.2021-ci il tarixli cinayət işinin materialın ayrılması barədə qərarında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının atası tərəfindən etibarnamə əsasında satdığı X7 məxsusdur və onun istifadəsindədir. X14 və Binəqədi rayon Xocahəsən Bələdiyyəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tikinti işlərinin dayandırılmasını xahiş etsələr də onlar qanunsuz əməllərini davam etdirmişlər. Hansı ki, həmin vaxt torpaq üzərində 2 kubik hörgü qoyulmuşdur. Həmin vaxt Cavabdeh2 qanusuz əməllərini dayandırmaq əvəzinə polis araşdırmasındakı müddətindən sui-istifadə edərək qanunsuz tikilini basa çatdırmışdır. Həmin vaxt təhqiqatcı tərəfindən fotoşəkillər çəkilmişdir. İddiaçınən mərhum atası X18 xx.xx.2015-ci il tarixdə vəfat etdiyindən onun tərəfindən verilmiş etibarnamə qüvvədən düşmüşdür. Bundan sonra X15 müraciət edərək atası tərəfinən satılmış torpağın qaytarılması, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia qaldıracağını bildirmişdir. İddiaçı atasının vərəsələrindən ərizə alaraq bu əmlakın vərəsəlik siyahısına daxil edilməməsi barədə ərizə verərək vərəsəlik şəhadətnaməsi alınması üçün notariusa müraciət etmişdir. Hal hazırda hesab edir ki, o, atasının bu əmlakla bağlı vərəsəsidir və iddia qaldırmaq onun hüququdur. Bundan əlavə Cavabdeh2 özü istintaq orqanlarına verdiyi ifadəsində torpağın heç bir əsas olmadan və heç bir sənədləşdirmə işi aparmadan əldə etməsini göstərmişdir. Cavabdehə qarşı hər hansı bir dələduzluq əməli möcud olmadığından və eyni zamanada hec bir hüquqverici sənədi olmadan iddiaçının istifadəsində olan torpağı qanusuz olaraq zəbt etmişdir. Bundan əlavə torpağın bir hissəsini, yəni 3 sotunu zəbt edən Cavabdeh1 müstəntiqə verdiyi izahatda bildirmişdir ki, həmin zəbt etdiyi torpaq sahəsini özbaşına zəbt etməyib, bu torpağı X42 öz torpağı adı altında onu aldadaraq 13000 manata satmışdır. Torpağa dair heç bir rəsmi sənədi yoxdur. Ona görə də Elman Bağırova qarşı dələduzluq maddəsi ilə cinayət işi başlanmışdır. Həmin torpağın digər 3 sotunu zəbt edən Cavabdeh2 gəldikdə isə Cavabdeh2 müstəntiqə verdiyi izahatında bildirmişdir ki, o, 2019-cu ilin sonlarında Binəqədi rayonu Yuxarı Sulutəpə qəsəbəsi ərazisində 3,5 sot torpaq sahəsi içərsində olan yarım tikili ilə birlikdə X10 15000 manat pul verərək almışdır. Ancaq torpağa dair heç bir rəsmi sənədi yoxdur. Eyni zamanda Cavabdeh2 aldığı həmin 3,5 sot torpaq sahəsi ona məxsus 600 kv.m torpaq sahəsinə bitişik qonşu olduğundan sui-istifadə edərək heç kimin vasitəçiliyi olmadan özbaşına qanuna zidd səkildə torpağının 3 sotunu zəbt edərək fərdi yaşayıs evi tikmiş və özünün 3,5 sot torpaq sahəsini isə özünün həyətyanı torpaq sahəsinə çevirmişdir. Rəsad Nağıyevin bütün bu hərəkətləri onu göstərir ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 188-ci maddəsinə göstərilən cinayət əməlini törətmişdir. Eyni zamanda mülki iş üzrə ekspertiza keçirələrək torpaq sahənin koordinatları bir daha dəqiqləşdirilərək rəy verilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən tikilmiş tikilililər onların öz vəsaiti hesabına sökülərək torpaq sahənin boşaldılması barədə qətnamə qəbul edilməlidir. Bundan başqa cavabdehlər tərəfindən ona dəyən maddi və mənəvi zərər ödənilməlidir. Ona görə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının sahibliyində olan Yuxarı Sulutəpə qəsəbəsi Yeni Yaşayış massivi adlanan ərazidə yerləşən 0,06 ha torpaq sahəsində qanunsuz olaraq özbaşına tikdiyi tikililərin cavabdehin öz vəsaiti hesabına sökülərək çıxarılmalarına, vəkilə ödədiyi 100 manatın, dövlət rüsumuna görə ödədiyi 100 manatın müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazı onunla əsaslandırılır ki, iddiaçının mübahisəsini etdiyi torpaq sahəsinə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçı sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməlidir. Belə halda hazırki tələbin araşdırılması hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. İddiaçı mübahisənin predmeti olan torpaq sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsi alınması üçün notariusa müraciət etməsi halını atasının bu əmlakla baglı vərəsəsi olması və iddia qaldırmaq üçün onun hüququ olmasını bildirir. X26 1201 nömrəli, xx.xx.2005-ci il tarixli qərarı ilə X11 verilmiş 600 kv.metr torpaq sahəsinin mülkiyyət hüququ əsasında nə Ə.M.Qəmbərovun, nə də iddiaçı İ.M.Qəmbərovun adına dövlət reyestrində qeydə alınmasına dair sübut növü mövcud deyildir. Digər tərəfdən Xocəsən Bələdiyyəsinin 1201 nömrəli, xx.xx.2005-ci il tarixli qərarı ilə Ə.M.Qəmbərova verilmiş 600 kv.metr torpaq sahəsi onun tərəfindən faktiki istifadə edilən torpaq sahəsi ilə eyni deyildir. Yəni qeyd edilən torpaq sahələri üst-üstə düşmür. Mübahisə predmeti olan torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi məsələsi mülki iş üzrə hərtərəfli araşdırma aparılması üçün əhəmiyyət kəsb etdiyindən Xocəsən Bələdiyyəsinin 1201 nömrəli, xx.xx.2005-ci il tarixli qərarı ilə Ə.M.Qəmbərova verilmiş 600 kv.metr sahənin naturada yerinin müəyyən edilməsini, onun tərəfndən faktiki istifadə edilən torpaq sahəsinin Ə.M.Qəmbərova ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsini zəruri hesab edir. Ə.M.Qəmbərovun adına olan bələdiyyə sənədlərinin saxta olduğu və ya arxa tarixlə arxivdə yerləşdirilməsi də istisna deyildir. Mübahisəli torpaq sahəsinin dörd tərəfdən heç bir torpaq qonşusu və ümumiyyətlə həmin ərazidəki sakinlər iddiaçı tərǝfi tanımır. Əgər onun istifadəsində olan torpaq sahəsi 2005-ci ildən Bələdiyyə qərarı ilə Ə.M.Qəmbərova verilmişdirsə 15 il ərzində 2020-ci ilin sentyabr ayına qədər həmin sahənin qonşularla sərhəddi müəyyən olunar, sahə ən azından hasara alınmış olardı. 15 ildən sonra arxivdən bələdiyyə sənədi alınması məhz mübahisəli torpağın istifadədə olması faktını tasdiq etmir. Torpağın alqı-satqısına dair aktda Ə.M.Qəmbərovun imzasının olmadığı və həmin aktın torpaq şöbəsində qeydiyyata alınmaması faktı da həmin sənədlərin 2005-ci ildə mövcud olmadığına dəlalət edir. Mövcud olmuşsa belə istifadəsindəki torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. O mübahisəli torpaq sahəsini özbaşına zəbt etməmiş, həmin torpaq sahəsini Elman Bağırova pul ödəməklə almışdır. Ona görə də iddia ərizəsinin edilməməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil4 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, tərəflər hamısı yerli baxışda iştirak etmiş, iddiaçıdan torpağın sərhədinin göstərilməsi istənilsə də o, sərhədləri göstərə bilməmişdir. Ekspert rəyinə əsasən torpağın dövlətin balansında olması müəyyən olunur. Məhkəməyə təqdim olunmuş ərazinin fotoşəkillərindən müəyyən olunur ki, mübahisəli ərazidə böyük bir buruq var. Qonşuların heç biri iddiaçını və ya Mehtiyevanı tanımır, Nazilə xanımı isə tanıyırlar. Baxmayaraq ki cavabdehin hüquqmüəyənedici sənədi olmasa da o, uzun müddətdir torpaqdan istifadə edir. İddiaçı isə heç öz torpağını tanıya bilmir. Torpaq sahəsi İddiaçı məxsus olmuşsa və iddiaçı vərəsə olduğunu bildirsə də bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda bələdiyyənin də həmin torpaq sahəsi barəsində sərəncam vermək hüququ yoxdur. Cavabdeh1 həmin ərazidə hasar çəkib, ağac əkib, darvaza qoyub və işıq çəkib. Əgər o, torpağa qanunsuz sahiblik etsə idi bu fəalliyyətlərinə görə ona xəbərdarlıq edilərdi. Cavabdeh1 da həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi yoxdur. Belə ki, o, torpaq sahəsini özünü bələddiyyə tərəfindən torpaq sahəsi verilmiş kimi təqdim edən Elman adlı şəxsdən almışdır. Etibarnamə alqı-satqı sənədi olmadığından və iddiaçının iddianı irəli sürmək üçün heç bir subyektiv hüququ olmadığından iddianın rədd olunması barədə qətamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyib, vəkili və nümayəndəsi Vəkil4 izahatını təsdiq edərək iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazı onunla əsaslandırırlır ki, torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında Əsasnamə ilə tənzimlənir. X40 torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə vermək üçün bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydalarını müəyyən edir. Bu Əsasnaməyə görə, müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün torpaq sahəsinin yerləşdiyi zonanı dəqiqləşdirir. Bu Əsasnamənin 21-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Lakin İddiaçı məhkəməyə təqdim etdiyi atası mərhum X11 Xocəsən Bələdiyyəsi ərazisində 600 kv.metr torpaq sahəsinin ayrılması barədə xx.xx.2005-ci il tarixli 12/01 saylı qərarı ilə verilmiş torpaqların alqı-satqı aktı və torpaq sahəsinin cisgisi rayon torpaq şöbəsində qeydiyyata alınmamış və təsdiq edilməmişdir. İddiaçının özünün yazıdğı kimi atası tikinti işi aparmadan həmin torpaq sahəsini etibarnamə ilə ünvan 1 ünvanında qeydiyyatda olan X13, bu şəxsdə heç bir tikinti işi aparmadan qeyd edilən torpaq sahəsini xx.xx.2015-ci il tarixdə X19ma satmışdır. Qeyd edilən sənədlər rayon torpaq şöbəsində qeydiyyatdan keçməmiş və sonda da DƏDR qeydiyyatdan keçməmiş, mülkiyyət hüququ təsdiqlənməmişdir. İddiaçı qeyd edir ki, atası X18 xx.xx.2015-ci ildə vəfat etdiyindən, onun tərəfindən verilmiş etibarnamə qüvvədən düşmüş, ona görə də hesab edir ki, atasının bu əmlakla bağlı vərəsəsidir və iddia qaldırmaq hüququ vardır. Bununla bağlı qeyd etmək lazımdır ki, etibarnamə ilə bağlı hissədə iddiaçı düzgün deyir, atası xx.xx.2015-ci ildə rəhmətə getdiyindən, onun tərəfindən verilmiş etibarnamə qüvvədən düşmüşdür, lakin iddiaçının atasının bu əmlakla bağlı vərəsəsi olması və iddia qaldırmaq hüququnun olması barədə arqumentləri isə əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsinə qardaşlarının notariat ofisinə miras əmlakları ilə bağlı iddialarının olmaması barədə ərizələrinin surətini əlavə etmiş və ona görə hesab edir ki, o, bu torpaq sahəsi üzrə də vərəsədir. İddiaçının atası X18 xx.xx.2015-ci ildə vəfat etdiyindən və həmin vaxta qədər mübahisə olunan torpaq sahəsini mülkiyyətinə keçirmədiyindən, bu torpaq sahəsi miras kütləsinin tərkibinə daxil edilməmiş və miras əmlak kimi həmin torpaq sahəsinə nə qanun üzrə nə də vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi verilməmişdir. Ona görə də bu torpağın miras əmlak kütləsinin tərkibinə daxil olmamasına görə qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsində göstərilmədiyindən, belə halda nə vərəsəlik əmlakından, nə də iddia vermək hüququndan danışmaq olmaz. Cavabdeh2 2020-ci ildə 3,30 ha torpaq sahəsini vətəndaş X10 14500 manat ödəməklə almış, o da öz növbəsində vətəndaş X20 almışdır. Torpaq sahəsini alandan sonra onun layihəsini hazırlamış və layihə əsasında bir mərtəbəli, 100 kv.metr həcmində fərdi ev tikmişdir və hazırda orada yaşayır. 2021-ci ilin yay ayında X12 bir nəfərlə gələrək bildirmişdir ki, bu torpaq sahəsinin 70 kv.metri ona məxsusdur. Həmin 70 kv.metr hissədə isə Cavabdeh2 evi tikilmişdir. M.N.Mehdiyeva Cavabdeh2a özünə məxsus 3 sot torpaq sahəsinin tam dəyərinin ona ödəməsini təklif etmişdir. Cavabdeh2 isə torpaq sahəsinə girmədiyini bildirmiş, M.N.Mehdiyeva onunla razılaşmamışdır. Bundan sonra polis bölməsinə və sonradan məhkəməyə mürciət edilmişdir. O, İddiaçı görməmiş və onunla hər hansı münasibəti olmamışdır. Etibarnamə alqı-satqı sənədi olmadığından və iddiaçının iddianı irəli sürmək üçün heç bir subyektiv hüququ olmadığından iddianın rədd olunmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini qəbul etməyib etirazın məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyib, vəkili və nümayəndəsi Vəkil2 izahatını təsdiq edərək iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi rayon Xocəsən Bələdiyyəsinin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə münasibəti onunla əsaslandırılır ki, xx.xx.2005-ci il tarixdə Xocəsən Bələdiyyəsinin inzibai ərazisində 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün Xocəsən Bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə vətəndaş X9 mülkiyyətinə verilmişdir. Bir müddət keçdikdən sonra hər hansı bir tikinti işi aparmadan həmin torpaq sahəsini etibarnamə ilə ünvan 1 ünvanında qeydiyyatda olan X3. X23 da heç bir tikinti işi aparmadan qeyd edilən torpaq sahəsini xx.xx.2015-ci il tarixdə etibarnamə əsasında X2. Həmin topaq sahəsi X11 ayrılan zaman Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin tam olaraq səlahiyyətləri mövcud olmuşdur. Eyni zamanda torpağı etibarnamə əsasında almış X15 2020-ci ilin sentyabr ayında həmin torpaq ahəsində tikinti işi aparmaq istəyən zaman hal-hazırki cavabdehlər Cavabdeh2 Rıqunat oğlu və Cavabdeh1 tərəfindən torpağın qanunsuz olaraq zəbt edilməsi müşahidə edilmiş və həmin vaxt Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin nümayəndələri tərəfindən, eyni zamanda torpağın əsl sahibi olan X15 cavabdehlərə tikinti işlərinin dayandırılması və qanunsuz zəbt edilmiş ərazinin boşaldılması ilə bağlı müraciət edilməsinə və bundan əlavə polis araşdırılmasında olmasına baxmayaraq həmin müddətdə sui-istifadə edərək Cavabdeh1 həmin torpaq sahəsinin 300 m2 hissəsini daş hasara almış, qalan 300 m2 sahəsində isə Cavabdeh2 qanunsuz olaraq fərdi yaşayış evi tikərək yaşamışdır. Bundan əlavə Cavabdeh2 özü istintaq orqanlarına verdiyi ifadələrdə bildirmişdir ki, torpağın heç bir əsas olmadan və heç bir sənədləşdirmə işi aparmadan əldə etmişdir. Eyni zamanda məhkəməyə təqdim etdiyi İcra Nümayəndəliyi tərəfindən təqdim edilən sənədin hec bir qanuni əsası yoxdur. Hal-hazırda hesab edirik ki, X18 tərəfindən dəyərini ödəyərək əldə etdiyi və istifadəsində olduğu torpaq X18 və onun vahid varisi olan İddiaçı aiddir və cavabdehlər tərəfindən zəbt edilməsi qanunsuzdur, hesab edilir ki, burada cinayət tərkibi vardır. Həmin torpaq sahəsi İddiaçı məxsusdur və məhkəmə tərəfindən ekspertiza təyin olunarsa, Xocəsən Bələdiyyəsi tərəfindən vaxtilə həmin ərazinin cizgi-planı əsasında verilmiş 600 m2 torpaq sahəsinin sərhədlərini və ölçüsünü göstərməyə heç bir maneə yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 600 m2 torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin qanuni sahibi olan İddiaçı (X9 varisi) sahibliyinə qaytarılması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi rayon Xocəsən Bələdiyyəsinin nümayəndəsi X38 ilk əvvəl iddia ərizəsi ilə razılaşsa da, daha sonra iddia ərizəsinin həllini məhkəmənin səlahiyyətinə vermişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 iddia ərizəsi ilə razılaşaraq izahatında göstərmişdir ki, o, torpağı 2015-ci ildə Elnur adlı şəxsdən almışdır. Elnur isə 2007-ci ildə torpağı Əliquludan almışdır. Torpaq sahəsində heç bir tikili olmamış, o, bələdiyyə işçiləri və Elnur ilə birlikdə torpağı ölçmüş, daha sonra notariat kontorunda Elnur ona etibarnamə vermiş, torpağa görə o, Elnura 10000 manat pul vermişdir. 2020-ci ilin sentyabr ayında torpağın Rəşad və Nazilə tərəfindən zəbt olunduğunu görmüşdür. O, torpaq zəbt olunduqdan sonra Bələdiyyəyə və 40-cı bölməyə bu barədə məlumat vermiş və onlar da etibarnamə əsasında evin ona məxsus olduğunu bildirmişlər. Hüququşünasa müraciət edərkən ona etibarnamə ilə torpağı aldığından iddia qaldıra bilməyəcəyi, torpağın sahibi, Əliqulunun oğlunun gəlməli olması bildirilmişdir. Bundan sonra Əliqulunun oğlu vəkil tutub məhkəməyə müraciət etmişdir. Ona görə də iddia ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında xx.xx.1998-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Qanunu: Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Maddə 7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyətvə keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiqicra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli №12/01 saylı qərarından müəyyən olunur ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi alqı-satqı yolu ilə X9 mülkiyyətinə verilmişdir. Torpaqların alqı-satqısına dair xx.xx.2020-ci il trixli M-242 saylı aktdan müəyyən olunur ki, X18 xx.xx.2005-ci il tarixdə torpaq sahəsi almaq üçün Xocəsən Bələdiyyəsinə müraciət etmiş və Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində 600 m2 torpaq sahəsinin ******* AZM satılması barədə xx.xx.2005-ci il tarixli 12/01 saylı qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin FĞB seriyalı 014676 saylı kassa məxaric orderinin qəbzindən müəyyən olunur ki, X18 tərəfindən ******* AZM ödəniş edilmişdir. Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 72/02 saylı məktubunun surətindən müəyyən olunur ki, Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12/01 saylı qərarı əsasında X9 mülkiyyətinə verilmiş, Bakı şəhəri Bİnəqədi rayonu Sulutəpə ərazisindəki 600 kv.m torpaq sahəsinin koordinatları bunlardır: X = 40.414640 Y - 49.756904. X21 Bakı şəhəri 28 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 8İ-5398 reyestr nömrəli ərizəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2015-ci il tarixdə vəfat etmiş atası X9 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etməmiş, etmir və etmək niyyətində deyildir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. X16 Bakı şəhəri 28 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 8İ-5397 reyestr nömrəli ərizəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2015-ci il tarixdə vəfat etmiş atası X9 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etməmiş, etmir və etmək niyyətində deyildir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli İE- 382980 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən X18 ilə X24 xx.xx.1962-ci ildə nikaha daxil olmuş, bu barədə nikah haqqında akt qeydləri kitabında 1929 saylı akt qeydi tərtib olunmuş, nikaha daxil olduqdan sonra arvada Qəmbərova soyadı verilmişdir. Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZ-İ 152346 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X22 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölmüşdür. 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İ 785123 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Binəqədi RPİ-nin İŞ-nin xx.xx.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, X6 xx.xx.2020-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nə təqdim etdiyi xx.xx.2015-cı il tarixli etibarnamə əsasında əldə etdiyi Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisindəki 600 kv.m. torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edilərək üzərində tikinti işləri aparmalarına dair ərizəsi üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X5 ilə podratçı X35 arasında bağlanaraq 43 saylı notarial ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin surətindən müəyyən olunur ki, podratçı sifarişçinin sifarişinə əsasən öz materiallarından istifadə etməklə Bakı şəhəri Binəqədi rayonu X28 qəsəbəsi Yuxarı Məhəllə y/s ünvanında yerləşən tikinti sahəsi 12 m2 təşkil edən 4 metr hündürlüyü, 2,80 metr tavan hündürlüyü 5 daş kürsüdə olan 1 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. X29 ilə Cavabdeh2 arasında tərtib olunmuş, şahidlər M.V.Qasımov, R.Ş.Nağıyev, Z.R.Bəxtiyarov və E.H.İbadullayev tərəfindən imzalanmış xx.xx.2020-i il tarixli alqı-satqı aktının surətindən görünür ki, H.İ.İbadullayeva Binəqədi rayonu Yuxarı Sulutəpə qəsəbəsində 3 sot 30 km torpaq sahəsində yerləşən qarşısında mətbəxi olan 1 otaqdan ibarət evi Cavabdeh2 14500 manata satmışdır. X25 Bakı şəhəri 43 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2019-cu il tarixli 8İ- 9411 reyestr nömrəli ərizəsinin surətindən müəyyən olunur ki, o, Bakı şəhəri Binəqədi rayonu X34 qəsəbəsi Yuxarı Məhəllə y/s-də yerləşən 300 kv.m torpaq sahəsinin X17 adın keçməsinə etirazı yoxdur, gələcəkdə bununla əlaqədar heç bir iddia və tələbi olmayacaqdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən şərti göstərilən mübahisəli sahənin uqodiyası təmiz örüş olmaqla dövlət mülkiyyətidir. Şərti göstərilən ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Sözügedən torpaq sahəsi mübahisəli olduğundan şərti olaraq göstərilmişdir. Torpaq sahəsində inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8238 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Vahid elektron kadastr baza şərti göstərilən mübahisəli sahənin uqodiyası təmiz örüş olmaqla dövlət mülkiyyətidir. Şərti göstərilən ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Sözügedən torpaq sahəsi mübahisəli olduğundan şərti olaraq göstərimişdir. Torpaq sahəsində inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli №12/01 saylı qərarına mərhum atası X11 ayrılan torpaq sahəsi ilə bağlı miras qoyanın vərəsəsi olaraq yaranmış hüququnun müdafiəsinə dair iddia tələbləri ilə məhkəməyə müraciət etsə də, dövlət mülkiyyətində olan həmin torpaq sahəsi ilə bağlı hüququnun yaranmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Vəkil4 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi, dövlət mülkiyyətində olan torpaq sahəsinə hər hansı bir hüququ yaranmadığından, mövcud olmayan hüququn pozulması da mümkün olmadığından iddiaçının cavabdehlərə qarşı həmin torpaq sahəsinə dair iddialar, tələblər irəli sürməyə subyektiv hüququ yoxdur. Ona görə də iddia ərizəsi təmin edilə bilməz. Belə ki, yuxarıda istinad olunan normativ aktların tələblərinə əsasən, torpaq sahəsi üzərində hüquqlar, yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir. Belə ki, Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Binəqədi rayonu Xocəsən Bələdiyyəsi və X12 cəlb edilməklə) sahibliyində olan Yuxarı Sulutəpə qəsəbəsi Yeni Yaşayış massivi adlanan ərazidə yerləşən 0,06 ha torpaq sahəsində qanunsuz olaraq özbaşına tikdiyi tikililərin cavabdehin öz vəsaiti hesabına sökülərək çıxarılmalarına, məhkəmə xərclərinə görə 200 manatın müştərək qaydada tutulmasına dair iddia ərizəsi təmin edilməsin. İddiaçı ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-106/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-106/2023
06.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver