Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1067/2024 15.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı bağ sahəsinə dair verilmiş üzvlük kitabçasının etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı bağ sahəsinə dair verilmiş üzvlük kitabçasının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 X9 ilə xx.xx.1970-ci ildə rəsmi nikaha girməklə ailə həyatı gurmuş, birgə nikah münasibətlərindən 5 övladları anadan olmuşdur. Bu müddət ərzində X5 əməkdaşı olduğu Azərbaycan Mühəndis-İnşaat İnstitutunun (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin) "Coşqun" bağçılıq yoldaşlığınnın ümümi yığıncağının xx.xx.1989-cu il tarixli 2 saylı protokolu və Bakı şəhər Sovetinin xx.xx.1989-cu il tarixli, 6/255 saylı qərarı əsasında Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsi ayrılmış və həmin protokol əsasında da axırıncının adına 0590/21 saylı müddətsiz order verilmişdir. xx.xx.2003-cü il tarixdə X9 vəfat etmiş, axırıncı vəfat edən günədək həmin bağ sahəsi onun ailə üzvləri ilə birlikdə istifadəsində olmuş, iddiaçı övladları ilə birlikdə mərhumdan miras qalmış əmlaka vərəsə tanınmışdır. X4 vəfatından sonra onlar bir müddət İddiaçı1 xəstəliyi ilə əlaqədar bağ sahəsindən istifadə edə bilmədilər. Daha sonra bağa gəldikdə bağdan X26 adında bir şəxsin istifadə etdiyinin şahidi oldular, axırıncı ilkin olaraq həmin bağa dair X8 və İstismarı Birliyi ilə aralarında xx.xx.2005-ci il tarixli, 35741 saylı icarə müqaviləsinin bağlandığını, daha sonra isə bağ sahəsini özəlləşdirərək öz adına RX seriyalı ******* saylı reystrdən çıxarış aldığını bildirmişdir. Bu hal iddiaçılara məlum olduqdan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində X23 qarşı bağ sahəsindən çıxarılma, bağın özgənin qeyri-qanuni sahibliyindən götürlməsi və qanunsuz tikilinin sökülməsinə dair iddia qaldırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-6227/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X17 adına Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində Azərbaycan Memarlıq və İnşaat Üniversitetinln "Coşqun" bağçılıq yoldaşlığında yerləşən sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsinin özəlləşdirilməsi etibarsız hesab edilmiş, həmin özəlləşdirmə əsasında axırıncının adına verilmiş RX seriyalı ******* saylı reystrdən çıxarış 21 saylı bağa münasibətdə ləğv edilmiş, cavabdeh X17 həmin ərazidən çıxarılması, bağ sahəsinin axırıncının qeyri-qanuni sahibliyindən götürüməsi və həmin sahədə inşa edilmiş tikililərin onun hesabına sökülməsi qət edilmişdir. İstinad edilmiş qətnamədən cavabdeh X17 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-9936/2017 saylı qətnaməsi ilə təmin edilmiş, iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)- 6227/2017 saylı qətnaməsi ləğv edilmiş, cavabdeh X23 qarşı irəli sürülmüş tələb təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-2345/2018 saylı qərarı ilə təmin edilməmiş, iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-9936/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İstinad edilən məhkəmə qərarlarında göstərilmiş halları əsas götürməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsində cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti və X10 qarşı "icarə müqaviləsinin etibarsız hesab edilməsinə" dair iddia qaldırılmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1680/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmiş və qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İstinad edilən qanuni qüvvəsini almış yekun məhkəmə aktlarından göründüyü kimi, məhkəmələr məlum nəticəyə gələrkən mübahisə edilən bağ sahəsinin özəlləşdirilməsi DƏDRX-nin Bakı ərazi idarəsi tərəfindən aparıldığını, torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi tələbləri buna cavab verməli olmayan şəxsə qarşı qaldırıldığını, lakin həmin orqan iş üzrə cavabdeh qismində cəlb edilmədiyini, X17 həmin tələb üzrə cavabdeh şəxs olmadığını, eyni zamanda həmin mübahisə ilə bağlı DƏDRX-nin xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli məktublarında bağ sahəsinə ilkin hüquq müəyyənedici sənədlərdə Cavabdeh adı göstərildiyini, axırıncının və onun ailə üzvlərinin razılığı ilə həmin bağa dair xx.xx.2005-ci il tarixdə X3 və İstisları idarəsi ilə X17 arasında icarə müqaviləsinin bağlandığını, X11 əvvəl isə 21 saylı bağ sahəsinə Cavabdehm sahiblik etdiyi müəyyən edildiyini, onun adına həmin bağ sahəsinə dair üzvlük kitabçasının verildiyi, lakin onun adına olan sənədlərin mübahisəiəndiriımədiyini, birbaşa X17 adına olan özəlləşdirilmənin etibarsız hesab edilməsi tələb edildiyini əsas götürmüşlər. Eyni zamanda vəkil sorğusuna cavab olaraq verilmiş DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********20 saylı məktubu ilə də bildirilmişdir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Coşqun" X16 üzvlərinin arxiv qovluğunda mövcud olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmiş siyahısında Cavabdeh adı göstərilmiş, bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş, həmçini bildirilmişdir ki, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair nə Cavabdeh, nə də ki,X12 adına order arxiv qovluğunda aşkar edilməmiş, yalnız Cavabdeh adına "Coşqun" X16 üzvülərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən verilmiş üzvüiük kitabçası aşkar edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0-ci maddəsinin tələblərinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqa şəxsə keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur..." 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, üzvlük kitabçaları və ya üzvlərin iclasının protokolundan çıxarışlar. Cavabdeh adına "Coşqun" X16 üzvlərinin xx.xx.1997-ci il tarixli, 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçası o halda əsaslı sayıla bilərdi ki, ən azından üzvlük kitabçası verildiyi tarixdə o, Azərbaycan Məmarlıq və İnşaat Universitetin əməkdaşı olardı. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Məmarlıq və İnşaat Universitetin xx.xx.2022-ci il tarixli 31/148 saylı məktubu ilə də vəkil sorğusuna cavab olaraq göstərilmişdir ki, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Məmarlıq və İnşaat Universitetin əcnəbi dillər kafedrasında hər il müqavilə əsasında bir tədris ili müddətində müəllim, xx.xx.2003-cü ildə bağlanmış müqaviləyə əsasən 5 il müddətinə əcnəbi dillər kafedrasında ingilis dili müəllimi vəzifəsində işməmiş, xx.xx.2008ci il tarixdə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Qeyd edilmiş məktubdan məlum olduğu kimi, Cavabdeh adına mübahisə edilən bağ sahəsinə dair Universitetin “Coşqun" X16 üzvlərinin xx.xx.1997-ci il tarixli, 2 saylı protokola əsasən üzvlük kitabçası verilərkən o, Azərbaycan Məmarlıq və İnşaat Universitetin əməkdaşı olmamış, bu hal həmin üzvlük kitabçasının saxta olmasına dəlalət edir. Həmin üzvüçülük kitabçasının qeyri-qanuniliyi onunla subuta yetirilir ki, Cavabdeh adına üzvlük kitabçası verilən tarixə "Coşqun" bağçılıq yoldaşlığınnın ümümi yığıncağının xx.xx.1989-cu il tarixli, 2 saylı protokolu və Bakı şəhər Sovetinin xx.xx.1989-cu il tarixli, 6/255 saylı qərarı əsasında X4 adına həmin bağ sahəsinə dair verilmiş 0590/21 saylı order qüvvədə olmuşdur. Məlum məsələdir ki, Cavabdeh adına verilmiş həmin üzvlük kitabçası ona və ailə üzvlərinə mübahisəli bağ sahəsinin X17 icarəsinə verilməsinə, onunla icarə müqaviləsinin bağlanması razılıq verməsinə hüquq verməmişdir. Göstərilənlərə əsasən iddiaçılar məhkəmədən Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsinə dair Cavabdeh adına "Coşqun" X16 üzvlərinin xx.xx.1997-ci il tarixli, 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçasının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) iddiaya etirazı və iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdir. Etiraz onunla əsaslandırılmışdır ki, üzvlük kitabçası hüquqmüəyyənedici sənəd olmadığı üçün iddiaçıların belə bir tələblə məhkəməyə müraciət etməsidə əsassızdır. Cavabdeh 2005-ci ilə kimi ailəsi ilə birlikdə həmin bağ sahəsində yaşayıb. Cavabdeh bildirir ki, həmin bağ sahəsi boş olub, baxımsız olub və cavabdeh tərəfindən baxımlı hala gətitilib, hasara alınıb, yaşayış sahəsi tikilərək həmin ünvanda (Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində yerləşən, sahəsi 0,005 ha olan 21 saylı bağ sahəsi) yaşayıblar. Daha sonra isə həmin bağ sahəsini satıblar. Göründüyü kimi, iddiaçılar həçmin bağ sahəsinə dair mübahisə qaldırsalarda, əslində bağ sahəsində yaşamayıblar, ona dair hər hansı qulluq göstərdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməyiblər. Halbuki, istənilən X16 üzvlərinin əsas tələbi bağ sahəsinə baxmaqla bağlı öhdəliklərin icrası ilə bağlı olur. İş materialları ilə sübut olunur ki, cavabdehlər nəinki, Cavabdeh tərəfindən bağ sahəsinə dair sahiblik və istifadə edilən müddətdə, eləcədə ondan sonrakı dövrlərdə Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində yerləşən, sahəsi 0,005 ha olan 21 saylı bağ sahəsində olmayıblar. Əgər olsaydılar bunu təsdiq edən sübutları olardı və ya həmin bağ sahəsinə dair hər hansı mübahisə olardı. Cavabdeh tərəfindən bağ sahəsinə dair sahiblik və istifadə qanuni əsaslarla və mübahisəsiz olub. İddia ərizəsindən də göründüyü kimi, iddiaçılar təxminən 30 ildən sonra əsassız və mülki qanunvericiliyin tələblərinə zidd formada haqsız tələblə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinin əsassız olması ilə yanaşı nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyin tələbləri baxımından iddia müddətidə ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində qeyd edilir ki, Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 il və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə isə iddia müddəti 3 ildir. Belə çıxır ki, hazırkı iddia tələbi iddia müddəti ötürülməklə verilib. Həmçinin iddia tələbinin özü belə tam aydın deyil. Bu tələbin təmin edilməsi mümükünsüzdü və təmin edilsə belə heç bir hüquqi nəticə yarada bilməz. Çünki, torpaq sahəsi özgəninkiləşdirilib və bununla bağlı çoxsaylı mübahisə predmeti olsda hazırkı iddiaçıların iddia tələbləri təmin edilməyib. Bu o anlama gəlir ki, iddia tələbi bilavasitə hüquqi əsas olmadan verildiyi üçün rədd edilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 mülki hüququn həyata keçirilməsi müddətinin ötürülməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəməyə bildirmişdir ki, əgər hazırkı iş icraata götürülübsə, deməli məhkəmə 2 saylı protokola akt kimi deyil, məhz əqd kimi yanaşmış, sözügedən protokol əsasında cavabdehə verilmiş üzvlük kitabçası da bu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə uyğun olaraq cavabdeh ilə “Coşqun” X16 arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəlmiş iradə ifadəsi kimi nəzərə alınmışdır. İddia ərizəsindən isə belə nəticəyə gəlmək olar ki, iddiaçılar həmin əqdin əhəmiyyətsiz əqd olduğunu iddia edir. Qanunvericilik tərəflərə yalnız əqdi ləğv etmək və ya dəyişdirmək səlahiyyəti verib. Əqdin etibarsızlığı o deməkdir ki, əqd qanunu pozmaqla bağlanıb, əqdin qanunu pozmaqla bağlandığını müəyyənləşdirmək və onun nəticələrini tətbiq etmək səlahiyyətini isə qanunvericilik məhkəməyə verib. Nəticə etibarilə bu tələbi məhkəmədə irəli sürmək müddəti bitəndə mülki hüquq xitam olunur. Eyni zamanda X27 iddiaya etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi 24 avqust 2005-ci ildə Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən sahəsi 0.5 ha olan 21 saylı bağ sahəsinə dair X6 və İstismarı idarəsi ilə onun arasında qanunvericiliyin tələblərinə uyğun olaraq 35741 saylı icarə müqaviləsi bağlanmış və daha sonra tərəfindən qanuni əsaslarla həmin bağ sahəsi özəlləşdirilmiş və adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı reyestrdən çıxarış verilmişdir. Göründüyü kimi göstərilən daşınmaz əmlakı və yerləşdiyi torpaq sahəsini qanuni əsaslarla icarə müqaviləsi bağlayaraq icarəyə götürmüş, bir müddət icarəsində qalmış daha sonra, oradakı bağ sahəsini alğı-satqı edərək almış, sonralar uzun müddət mülkiyyətində olan bu torpaq sahəsində qanuni əsaslarla mülkiyyətində torpaq sahəsi olan hər bir vətəndaş kimi onun da imkanı olduqca burada abadlaşdırma işləri aparmış, əlavə tikililər tikmişdir. Nəhayət, 31 may 2021-ci il tarixdə X24 ilə arasında AN10859879 nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsi bağlanmış və notarial qaydada təsdiq edilmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən qanuni əsaslarla mülkiyyətimdə olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ sahəsi 20/21 ünvanında yerləşən 0.1 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 100.2 kv/m olan bağ evini X2 və hazırda qeyd olunan daşınmaz əmlak və onun yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində deyildir. Həmçinin 21 saylı bağ sahəsinin X18 istifadəsinə, daha sonra mülkiyyətinə verilməsinin qanuna uyğun olması preyudisial əhəmiyyət dasıyan məhkəmə qətnamələri ilə öz təsdiqini tapmış və bu faktın basaq məhkəmə prosesində mübahisələndirilməsi yolverilməzdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3482/2023 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... Azərbaycan Mühəndis-İnşaat İnstitutunun (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin) "Coşqun" bağçılıq yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli 2 saylı protokolu və Bakı şəhər Sovetinin xx.xx.1989-cu il tarixli 6/255 saylı qərarı əsasında X5 Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsi ayrılmış və həmin protokol əsasında axırıncının adına 0590/21 saylı order verilmişdir. “Coşqun” Bağçılıq Yoldaşlığının 17/03 nömrəli “Bağçının üzvlük kitabçası”dan görünür ki, 1997-ci ildən Azərbaycan Mühəndis-İnşaat İnstitutunda işləyən Orucova X22 yoldaşlığı üzvlərinin xx.xx.1997-ci il tarixli 2 nömrəli qərarına əsasən bağçılıq cəmiyyətinə üzv qəbul olunmuş və ona, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1342 nömrəli Sərancamına uyğun olaraq, Nardaran qəsəbəsindən şimal-qərbdə yerləşən “Coşqun” Bağçılıq Yoldaşlığından sahəsi 1000 kv.m olan 20/21 nömrəli bağ sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1040 nömrəli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair Cavabdeh adına və X12 adına order arxiv qovluğunda aşkar edilməmişdir. DƏDRX-nın 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********20 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Memarlıq və İnşaat Üniversitetinin "Coşqun" X16 üzvlərinin arxiv qovluğunda mövcud olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmiş siyahısında Cavabdeh adı göstərilmiş, bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş, həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair nə Cavabdeh, nə də ki, X12 adına order arxiv qovluğunda aşkar edilməmiş, yalnız Cavabdeh adına "Coşqun” X16 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçası arxiv qovluğunda mövcuddur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 456208 nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Elektron Çıxarışa görə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ümumi sahəsi 100.2 kv.m olan 20/21 saylı bağ evi və mülkiyyətində olan 0.10 hektar torpaq sahəsi X19 mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, arxiv qovluğunda saxlanılan sənədlərə əsasən "Coşqun" bağçılıq yoldaşlığının Ləhiş bağlar massivi sahəsində yerləşən 21 saylı bağ sahəsi Cavabdeh, 20 saylı bağ sahəsi isə bağçılıq yoldaşlığının digər üzvü X20 ayrılmış, sonradan sonuncunun razılığı ilə 20 saylı bağ sahəsi də Cavabdeh adına keçirilmişdir. Belə ki, "Coşqun” bağçılıq yoldaşlığının Ləhiş bağ massivində yerləşən 20/21 (1000 kv.m) saylı bağ sahəsinin ayrılmasına dair Cavabdeh adına üzvlük kitabçası verilmişdir. Daha sonra Cavabdeh və ailə üzvlərinin razılıq ərizələri əsasında 20/21 saylı bağ sahəsi X19 adına keçirilmişdir və onunla xx.xx.2005-ci il tarixli 35741 nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə ilə ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 20/21 saylı 0,10 ha bağ sahəsi xx.xx.2014-cü il tarixdə X19 adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il il tarixdə isə təqdim edilmiş layihə əsasında torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 100.2 kv.m olan bağ evi ilə birlikdə vahid əmlak olaraq 20/21 saylı bağ evi kimi onun adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ümumi sahəsi 100.2 kv.m olan 20/21 saylı bağ evi və mülkiyyətində olan 0.10 hektar torpaq sahəsi 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş 4Ə-731 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Bakı şəhəri 12 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə xx.xx.2003-cü ildə vəfat etmiş X4 vərəsəsi - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 1, mənzil 164-də yaşayan yoldaşı İddiaçı1, övladları İddiaçı3, İddiaçı2dur və onlar miras əmlakdan bərabər payda irs almalıdır. Azərbaycan Mühəndis İnşaat Unversitetinin Həmkarlar Komitəsi sədri S.Əliyevin xx.xx.2021-ci il tarixli, 09 saylı məktubunda göstərilmişdir ki, "Coşgun" X16 Azərbaycan Mühəndis İnşaat Unversitetində 1989-cu ildə müəllim və işçilərin təşəbbüsü ilə ictimai təşkilat kimi onların iştirahətini təşkil etmək məqsədi ilə yaradılmış, aparılmış araşdırma nəticəsində "Coşqun" bağçılıq yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli ümümi iclasın qərarı ilə Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsi X5 ayrıldığını, həmin torpaq sahəsinin digər şəxsə verilməsi barədə onun razılıq ərizəsi aşkar edilməmişdir. "Coşgun" Bağçılıq öz fəaliyyətini dayandırmışdır. Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Əcnəbi dillər kafedrasında hər il müqavilə əsasında bir tədris ili müddətinə müəllim vəzifəsində işləmiş, xx.xx.2003-cü ildə seçki yolu ilə müsabiqədən keçərək xx.xx.2003-cü il tarixli 369 saylı əmrlə bağlanmış əmək müqaviləsinə əsasən 5 il müddətinə Əcnəbi dillər kafedrasına ingilis dili müəllimi vəzifəsində işləmişdir. xx.xx.2008-ci il tarixdə ƏM-nin 68-ci maddəsinin a bəndinə əsasən öz xahişi ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6227/2017 nömrəli iş üzrə 29 iyun 2017 ci il tarixli qətnaməsi ilə İddiaçı1 iddiasının təmin edilməsi, cavabdeh X19 adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindı Azərbaycan Mühəndis-İnşaat İnstitutunun "Coşqun" bağçılıq yoldaşlığında yerləşən sahəsi 0.05 ha olan 21 saylı bağ sahəsinin özəlləşməsinin etibarsız hesab edilməsi və bunun əsasında sonuncunun adına Azərbaycan Respublikasının Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyali ******* saylı çıxarışın 21 saylı bağa münasibətdə ləğv edilməsi, cavabdeh X19 həmin ərazidən çıxarılması, bağ sahəsinin onun qeyriqanuni sahibliyindən götürülməsi və onun tərəfindən orada inşa edilmiş tikilinin onun hesabına sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9936/2017 nömrəli iş üzrə 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə həmin qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-2345/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş 4Ə-731 reyestr nömrəli alqı-satqı müqaviləsinə görə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ümumi sahəsi 100.2 kv.m olan 20/21 saylı bağ evi və mülkiyyətində olan 0.10 hektar torpaq sahəsi X27 tərəfindən X1. ... Göründüyü kimi iddiaçı daha əvvəl X25 qarşı mübahisəli torpaq sahəsinin cavabdehin adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, bağ sahəsindən çıxarılma, bağın özgənin qeyri-qanuni sahibliyindən götürülməsi və qanunsuz tikilinin sökülməsi ilə bağlı iddia qaldırmış, Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsinə ilkin hüquq müəyyənedici sənədlərdə Cavabdeh adı göstərilir, axırıncının və onun ailə üzvülərinin razılığı ilə həmin bağa dair xx.xx.2005-ci ildə X6 və İstismarı idarəsi ilə X19 aralarında icarə müqaviləsi bağlanılmış, sonra isə onun xüsusi mülkiyyətinə keçmişdir. İddiaçı isə X15 əvvəl mübahisəli 21 saylı bağ sahəsinə sahiblik etmiş Cavabdeh adına olan sənədləri və cavabdehlə bağlanmış müqaviləni mübahisələndirmədən birbaşa olaraq X19 adına olan özəlləşdirmənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. Həmin qətnamədə göstərilmişdir ki, məhkəmənin “Coşqun” bağçılıq-yoldaşlığına dair arxiv qovluğunda bağçılıq-yoldaşlığı üzvlərinin ilkin siyahılarında X4 adı göstərilmiş sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi haqqında digər bir sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin 08 iyul 2016-cı il tarixli məktubunda göstərilmişdir ki, arxiv qovluğunda aşkar olunan “Coşqun” bağçılıq-yoldaşlığı birliyi tərəfindən təqdim edilmiş, bağçılıq-yoldaşlığı üzvlərinin sonuncu, 30 dekabr 2000-ci il tarixdə təsdiq edilmiş siyahısında X4 adı göstərilməmişdir və həmin siyahı qüvvədə olan əsas sıyahı hesab edilir. ... İddiaçı yenə də Cavabdeh adına olan sənədləri mübahisələndirmədən hazırki iş üzrə cavabdeh olan X27 ilə bağlanmış icarə müqaviləsini mübahisələndirmişdir. ... Kollegiya bir daha qeyd edir ki, keçmiş X3 və İstismarı idarəsi ilə X27 arasında bağlanmış xx.xx.2005-ci il tarixli icrarə müqaviləsinin etibarlı olubolmamasına yalnız Cavabdeh adına olan sənədlərin etibarlılığına qiymət verdikdən sonra münasibət bildirmək olar”. Həmçinin həmin qətnamədə iddia müddətinin ötürülməsi məsələsinə də münasibət bildirilərək göstərilmişdir ki, “... İddia müddətinin ötürülüb-otürülməməsi də yalnız bundan sonra iddianın faktiki və hüquqi əsasından asılı olaraq müzakirə oluna bilər. Çünki, mübahisə edilən əqdlərdə (Mülki Məcəllənin 354.2-ci maddəsi) 1 illik kəsici müddət tətbiq olunduğu halda, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi haqqında əqdlərdə (Mülki Məcəllənin 354.1-ci maddəsi) 1 illik iddia müddəti tətbiq olunur, özü də həmin müddət yalnız əvəz edilən əşyalara münasibətdə keçərlidir, daşınmaz əmlak barəsində isə ümumiyyətlə iddia müddəti tətbiq olunmur”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən, 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülk Kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs Plenumunun 01 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində ola (fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İstinad olunan hüquq normalarının əsas dispozitiv şərtlərindən göründüyü kimi fərdi yaşayı evlərinin həyətyanı sahələri, fərdi, kollektiv və kooperativ bağları, dövlət bağçılıq təsərrüfatını idarəçiliyindəki bağlar əvəzsiz olaraq bağ sahibi olan vətəndaşların mülkiyyətinə verilir. Tərəflər arasında illərdir davam edən mübahisə üzrə qəbul edilmiş qanuni qüvvəsini almış məhkəmə aktlarından və hazırkı işin materiallarından göründüyü kimi, Nardaran qəsəbəsində yerləşən, “Coşqun” bağçılıq-yoldaşlığına aid olan və sahəsi 0,05 ha olan torpaq sahəsi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (*Azərbaycan Memarlıq və İnşaat Universiteti) bağçılıq yoldaşlığının ümumi iclası (protokol № 2, xx.xx.1989-cu il tarixli) və Bakı Şəhər Sovetinin 6/255 qərarı əsasında 21 nömrə ilə X5 ayrılmış və buna dair 0590/21 saylı order verilmişdir. Buna baxmayaraq faktiki olaraq xx.xx.1998-ci il tarixdən Azərbaycan Memarlıq-İnşaat İnstitutunda işləyən Cavabdeh həmin torpaq sahəsinə dair bağçılıq cəmiyyətinə bağçılıq yoldaşlığı üzvlərinin xx.xx.1997-ci il tarixli 2№li protokoluna əsasən “Coşqun” bağçılıq yoldaşlığının 17/03 saylı “Bağçının üzvlük kitabçası” verilmiş və kitabçada Cavabdeh 1997-ci ildən Azərbaycan Memarlıq-İnşaat İnstitutunda işləməsi qeyd olunmuşdur. Cavabdeh həmin üzvlük kitabçasına əsaslanaraq mübahisəli bağ sahəsinin başqa şəxsin adına keçirilməsinə razılığını vermiş və bağ sahəsi nəticə etibarilə özgəninkiləşdirilmişdir. İddiaçı(lar) bağ sahəsinə münasibətdə icra edilmiş hərəkətləri/bağlanmış əqdləri/qəbul edilmiş aktları mübahisələndirsələr də, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə on(lar)a ilkin olaraq Cavabdeh verilmiş sənədin mübahisələndirilməli olması izah edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi ilə qanunverici həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Yəni, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı ŞİH-ə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki, məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqların istifadəyə verildiyi bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə, buna dair heç bir səlahiyyətı olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz. Daşınmaz Əmlakın Dövlət Reyestrin Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Coşqun" X16 üzvlərinin arxiv qovluğunda mövcud olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmiş siyahısında Cavabdeh adı göstərilmiş, bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş; Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair nə Cavabdeh, nə də ki,X12 adına order arxiv qovluğunda aşkar edilməmiş, yalnız Cavabdeh adına "Coşqun" X16 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçası aşkar edilmişdir. Göründüyü kimi, hazırkı vəziyyətdə “Coşqun” bağçılıq yoldaşlığı üzvlərinin xx.xx.1997-ci il tarixli 2 №-li protokolu qəbul edilərək, üzvlük kitabçası verilən zaman Cavabdeh Azərbaycan Memarlıq-İnşaat İnstitutunda işləmədiyi iş materiallarında olan sənədlərlə öz əksini tapır, bunun əksi olaraq isə - üzvlük kitabçasının həmin (xx.xx.1997-ci il) tarixə olan kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq verilməsi iş materialları ilə təsdiq edilmir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmə Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsinin “Coşqun" bağçılıq-yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli ümümi iclasının qərarı ilə X5 ayrıldığını və həmin torpaq sahəsinin digər şəxsə verilməsi barədə onun razılıq ərizəsinin mövcud olmadığını; “Coşqun” bağçılıq-yoldaşlığının 1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda müəllim və işçilərin təşəbbüsü ilə ictimai təşkilat kimi onların istirahətini təşkil etmək üçün yaradılmasını; Cavabdeh həmin təhsil müəssisəsində xx.xx.1998-ci il tarixdən işləməsinə baxmayaraq, üzvlük kitabçasının ona xx.xx.1997-ci il tarixli, 2 №-li protokola əsasən verilməsini və kitabçada onun Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda 1997-ci ildən işləməsini; həmçinin Cavabdeh adının xx.xx.1997-ci il tarixə kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında olmasını təsdiq edən hər hansı sənədin iş materiallarında olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh adına AzMİU “Coşqun” bağçılıq-yoldaşlığı üzvlərinin xx.xx.1997-ci il tarixli, 2 saylı protokoluna əsasən verilmiş üzvlük kitabçası etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh adına AzMİU "Coşqun" bağçılıq-yoldaşlığı üzvlərinin xx.xx.1997-ci il tarixli, 2 saylı protokoluna əsasən verilmiş üzvlük kitabçası etibarsız hesab edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1067/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1067/2024
15.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver