Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1069/2020 17.02.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı nəqliyyat vasitəsinə görə ödədiyi 15500 manatın müştərək qaydada tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçıcavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı nəqliyyat vasitəsinə görə ödədiyi 15500 manatın müştərək qaydada tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2010-cu il tarixdə Cavabdeh1 15500 manat ödəməklə Qaz 3302 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Lakin bu müddət ərzində o, həmin avtomobili öz adına rəsmiləşdirməmiş, hamı kimi etibarnamə əsasında idarə etmişdir. 2019-cu ilin noyabr ayında onun avtomobili axtarışda olduğu üçün saxlanılaraq Binəqədi rayon İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Nəqliyyat vasitəsinin saxlanmasının səbəbi ilə maraqlandıqda ona cavabdehlər arasında nikah pozulduqdan sonra birgə nikah dövründə əldə olunmuş əmlakların bölgüsü ilə bağlı məhkəmə mübahisəsi olması, dəyərini tam ödəməklə aldığı avtomobilin də Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-1795/2017 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş əmlaklar siyahısına daxil edilərək cavabdehlər arasında bərabər paylara bölünməsi bildirilmişdir. O, həmin avtomobili xx.xx.2010-cu il tarixdə alarkən tərəflər nikahda olmuş, hər bir halda avtomobilin satılmasından məlumatları olmuşdur. Onun icra qurumundan əldə etdiyi Binəqədi Rayon Məhkəməsinin 3(001)-841/2019 saylı xx.xx.2019-cu il tarixli qərarında da qeyd edilmişdir ki, tələbkar Cavabdeh2 avtomobillərin Cavabdeh1 ilə nikahda olduğu dövrdə satıldığını bilmiş, lakin avtomobillər etibarnamə ilə satıldığı üçün öz payını tələb edir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qaz 3302 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün ödədiyi 15500 manat və dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 15530 manatın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 İddiaçı izahatını təsdiq edərək əlavə olaraq izahatında göstərmişdir ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati materiala baxılarkən Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında avtomobillərin borclu ilə nikahda olduğu dövrdə satıldığını, lakin avtomobillər etibarnamə ilə satıldığı üçün öz payını tələb etdiyini göstərmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2002-ci il tarixdə Cavabdeh1la nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü və xx.xx.2006-cı il təvəllüdlü iki övladları anadan olmuşdur. Cavabdeh1 nikahın pozulmasına dair iddia ərizəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılaraq xx.xx.2015-ci il tarixli 2(006)-309/2015 saylı qətnamə ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə əldə edilmiş əmlakın siyahıya alınması və bölünməsinə dair iddia tələbinə Binəqədi Rayon Məhkəməsində baxılmış, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-9343/2015 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, avtomobillərin üzərində onların hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Cavabdeh1 apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Daha sonra birgə nikah dövründə əldə olunmuş avtomobillərin açıq hərracda satılması və əldə olunmuş vəsaitin bölünməsinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-1795/2017 saylı qətnaməsi ilə təmin edilmişdir. xx.xx.2017-ci il tarixdə Binəqədi rayon İcra və probasiya şöbəsinin qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmiş, dəfələrlə Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Cavabdeh1 avtomobillərin açıq hərracda satılması və əldə edilən məbləğin bölünməsi ilə bağlı avtomobillərin şöbəyə təhvil verilməsi tələb olunsa da, Cavabdeh1 bəhanələr gətirməklə icra sənədini icra etməkdən yayınmışdır. Qaz 3302 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil heç vaxt satılmamış, Cavabdeh1 etibarnaməsi əsasında Novxanı kəndində yerləşən tikinti materialları obyektinin sahibi Cavabdeh1 qardaşı X2 obyektində işləyən İddiaçı istifadəsində olmuş, bu avtomobildən İddiaçı mağazadan satılan tikinti materiallarını daşımaq üçün istifadə etmişdir. xx.xx.2019-cu il tarixdə icra məmuru X7 kəndində yerləşən tikinti materialları obyektinə gedərək sürücü İddiaçı avtomobili təhvil verməsini tələb etsə də, iddiaçı avtomobilin qapısını açarla bağlayaraq heç bir halda nəqliyyat vasitəsini təhvil verməyəcəyini bildirmiş, ərazidən qaçaraq uzaqlaşmış, nəqliyyat vasitəsinin açarını və texniki şəhadətnaməsini təhvil verməkdən imtina etmişdir. Obyektin sahibi X5 və obyektin digər işçiləri avtomobili götürülməsinə maneçilik törətdiklərindən icra məmuru Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Açar olmadığından avtomobil evakuasiya vasitəsilə götürülərək açarsız və texniki şəhadətnaməsiz ona saxlanca təhvil verilmişdir. Həmin gün F.Cavabdeh1 icra məmuru A.Cəbiyevə zəng vuraraq avtomobilin üzərinə qoyulan həbsi götürmək üçün 1300 manat pul təklif etmiş, icra məmuru tələbkar olaraq onun 1500 manat istəməsini demiş, F.Cavabdeh1 onun təklifi ilə razılaşmamışdır. Qaz 3302 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil satılmadığından Cavabdeh1 İddiaçı pul almamış, ailənin tələbatına sərf edilməmişdir. İnzibati materiala baxılarkən o, alqısatqı müqavilələrinə əsasən satılan nəqliyyat vasitələri barədə izahat vermişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, xx.xx.2002ci il tarixdə Cavabdeh2 ilə nikaha daxil olmuş, birgə nikahlarından iki övladları anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)-309/2015 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə onlar Qaz 3302 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobili almış, 2010-cu ildə isə o, Qaz 3302 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı etbarnamə əsasında 15500 manata sataraq əldə olan pul vəsaitini ailəsinin tələbatının təmin edilməsinə sərf etmişdir. Avtomobil birgə nikah dövründə satıldığından Cavabdeh2 bu barədə məlumatı olmuşdur. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1.-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 152.8.-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 181.4.-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. AB № 366541 saylı xx.xx.2010-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi surətindən müəyyən olunur ki, 2008-ci il buraxılışlı Qaz 3302 18 yük markalı ** HZ *** qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. xx.xx.2010-cu il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan Qaz 3302 18 yük markalı ** HZ *** qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixədək, yalnız idarə etməyi İddiaçı etibar etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8135/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9343/15 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Renault 12 markalı ** NM *** dövlət qeydiyyat nişanlı, Toyota LC 200 markalı ** BC *** dövlət qeydiyyat nişanlı, Suzuki XL7 markalı ** NP *** dövlət qeydiyyat nişanlı, Vaz 21074 markalı ** KB *** dövlət qeydiyyat nişanlı, Vaz 2106 markalı ** FG *** dövlət qeydiyyat nişanlı, Qaz 3302 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı, Qaz 531211 markalı ** OM *** dövlət qeydiyyat nişanlı avtomobillərin ½ hissəsinə Cavabdeh2, ½ hissəsinə isə Cavabdeh1 payının müəyyən olunması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1892/16 saylı xx.xx.2016-cı il tarixli qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8135/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11389/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilərək, birgə nikah dövründə əldə edilmiş Renault 12 markalı ** NM *** dövlət qeydiyyat nişanlı, Toyota LC 200 markalı ** BC *** dövlət qeydiyyat nişanlı, Suzuki XL7 markalı ** NP *** dövlət qeydiyyat nişanlı, Qaz 3302 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı, Qaz 531211 markalı ** OM *** dövlət qeydiyyat nişanlı və Vaz 21074 markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracda satılması və əldə edilmiş vəsaitin Cavabdeh1 və Cavabdeh2 arasında bərabər paylarda bölünməsi, Toyota LC200 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satışının İpoteka haqqında Azərbaycan Respublikasının Qanunun 30.1-ci maddəsinə uyğun həyata keçirilməsi, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya, aparılmış tədqiqatın 50 manat dəyərinin cavabdehə aid edilməsi, Cavabdeh1 50 manat ekspertiza xərcinin tutularaq dövlət nəfinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-841/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan daha sonra müəyyən olunur ki, Cavabdeh2 izahatında avtomobillərin borclu ilə nikahda olduğu dövrdə satıldığını bildiyini, lakin avtomobillərin etibarnamə ilə satıldığı üçün öz payını tələb etməsini bildirmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli aktının surətindən müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1795/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən birgə nikah dövründə əldə edilmiş Renault 12 markalı ** NM *** dövlət qeydiyyat nişanlı, Toyota LC 200 markalı ** BC *** dövlət qeydiyyat nişanlı, Suzuki XL7 markalı ** NP *** dövlət qeydiyyat nişanlı, Qaz 3302 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı, Qaz 531211 markalı ** OH *** dövlət qeydiyyat nişanlı və VAZ 21074 markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracda satılmalı və əldə edilmiş vəsait Cavabdeh1 və Cavabdeh2 arasında bərabər paylarda bölünməlidir. Qaz 3302 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil Novxanı yolunda Faiq adlı şəxsin istifadəsində olduğu müəyyən olunaraq avto evakuasiya vasitəsi ilə götürülüb tələbkar Cavabdeh2 saxlanca təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 xx.xx.2015-ci il tarixli 016-Q4170 saylı məktubundan müəyyən olunur ki, DİN-nin Baş Dövlət X6 Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən Qaz 3302 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2010-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh1 adında qeydiyyata alınmış, avtomobil etibarnamə əsasında xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı istifadəsinə verilmişdir. Məhkəmə iclasında şahid Məmmədov Kamran Şövkət oğlu ifadəsində göstərmişdir ki, o, 15 il ailəvi dostluq etdiyi İddiaçı təxminən 9-10 il əvvəl Qazel markalı avtomobilin alınması üçün 2000 manat borc vermiş, sonuncu həmin borcu ona hissə-hissə qaytarmışdır. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, o, 20 ildən artıq dostu olan İddiaçı sonuncunun xahişinə əsasən təxminən 8-10 il əvvəl Qazel markalı avtomobil almaq üçün 3000 manat borc vermiş, daha sonra İddiaçı aldığı borcu qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, qanuni qüvvəsini alan məhkəmə aktlarına əsasən Qaz 3302 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh2 hər birinin 1/2 hisədə payları müyyən edilməklə hərracda satılaraq əldə olunan vəsaitin paylarına uyğun bölünməsi qət edilmişdir. Məhkəmə iclasında İddiaçı Qaz 3302 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 almasını, Cavabdeh1 isə həmin nəqliyyat vasitəsini İddiaçı satmasını bildirsə də, bu faktı təsdiq edən mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında nəqliyyat vasitəsinin alqısatqısına dair müqavilə bağlanmamaqla yanaşı Cavabdeh1 verdiyi etibarnaməsində həmin nəqliyyat vasitəsinin, yalnız İddiaçı tərəfindən idarə olunmasına icazə vermiş, İddiaçı həmin əmlak üzərində sərəncam vermək səlahiyyəti belə olmamışdır. Məhkəmə iclasında Cavabdeh1 Qaz 3302 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilə görə İddiaçı 15500 manat almasını etiraf etsə də, həmin məbləğin Cavabdeh1 S.B. Qurbanova ilə birgə nikah dövründə ailənin mənafeyinə sərf edilməsinə dair sübutlar məhkəməyə təqdim olunmadığından məhkəmə iddiaçının tələbini qismən təmin edərək Cavabdeh1 İddiaçı xeyrinə 15500 manatın tutulması, iddia ərizəsinin Cavabdeh2 münasibətdə təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə Cavabdeh2 inzibati materiala baxılarkən məhkəmə iclasında verdiyi izahatı ilə bağlı iddiaçının dəlillərinə qiymət verib qeyd edir ki, izahatda hansı nəqliyyat vasitələrindən danışıldığı qeyd olunmadığından bu izahat iddiaçının tələbində istinad etdiyi halların sübut olunmuş hesab edilməsi üçün əsas ola bilməz. Bundan başqa nəqliyyat vasitəsinə görə aldığı pulun Cavabdeh1 tərəfindən etiraf olunduğu halda iddiaçının həmin məbləğin Cavabdeh2 da tutulmasının tələb etməsi anlaşılan deyil. Belə ki, həmin tələbin Cavabdeh1 tərəfindən irəli sürülməsi məntiqli olardı. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 15530 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1069/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1069/2020
17.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver