Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1070/2024 06.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradova Nigar Yunis qızının katibliyi, İddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri 20 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi və müddətinin uzadılması və.s” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri 20 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi və müddətinin uzadılması və.s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişlər ki, Pirşağı-Sumqayıt sərnişin mənzili 38 km pk 8-də dəmir yolunun təhkim zolağında yerləşən, əkinə yararlı torpaq sahəsi onlardan ikisinin atası və digərinin əri - X1 olmuşdur. Z.Baharov 22 sentyabr 2017-ci il tarixdə işemik insult keçirərək vəfat etmişdir. Z.Baharovun birinci növbə vərəsələri - həyat yoldaşı İddiaçı3 və qızları Əliyeva (Baharova) Zümrüd Zakir qızı və Mahmudova (Baharova) Aynur Zakir qızıdır. Yuxarıda qeyd edilən torpaq sahəsi Z.Baharovdan onlara, yəni iddiaçılara miras qalmışdır. Onlar, yəni vərəsələr Z.Baharovun sağlığında və onun ölümündən sonra torpaq sahəsindən istifadə etməklə Z.Baharovdan qalan miras əmlakı faktiki olaraq qəbul etmişlər. Hazırda da həmin torpaq sahəsi onlar tərəfindən idarə olunur, sahənin saxlanması üçün müxtəlif tədbirlər (sökülmüş hasarın bərpası, əkin işləri və s.) görülməkdədir. Qeyd edilən torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı reyestrindən Çıxarış olmadığından onlar hər bir halda həmin torpaq sahəsinin miras əmlak olaraq faktiki qəbul etməklə yanaşı formal qəbul edilməli olduğunu bilməmişlər. Yalnız 2023-cü ilin ortalarında həmin torpaq sahəsinə çıxarışın alınması məqsədilə hüquqi yardım üçün müraciət etdiklərində bu məsələ barədə məlumatlı olmuşlar. Onlar birinci növbə vərəsələr olaraq miras payını faktiki qəbul etdikləri üçün torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnu realizə etmək məqsədilə tələb olunan sənədləri toplayaraq (buna da müəyyən vaxt sərf edilmişdir) cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə müraciət etmişlər. Lakin Notariat Ofisi 19 avqust 2023 tarixli, 241 saylı cavab məktubu ilə miras əmlakın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin ötürüldüyünü bildirərək müraciəti təmin etməkdən imtina etmiş və buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Odur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni başqa qaydada ala bilmədikləri yaxud vərəsəlik işi açıla bilmədiyi üçün onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göründüyü kimi, bu maddədə “şəksiz nümayiş etdirmə” ifadəsindən istifadə edilmişdir. Bu o deməkdir ki, onlar, yəni iddiaçılar Z.Baharova məxsus miras əmlakı qəbul etdiklərini digər şəxslərə şəksiz nümayiş etdirmişlər, torpaq sahəsindən istifadə edərək, ona faktiki sahibliyə yiyələnmişlər. Bununla da miras əmlakı mülkiyyətlərinə qəbul etmək barədə iradə ifadə etmişlər. Onlar Z.Baharovun sağ olduğu dövrdə də, ondan sonra da fasiləsiz olaraq yuxarıda qeyd edilən torpaq sahəsindən istifadə etməklə miras əmlakı hər bir halda faktiki olaraq qəbul etmişlər. Onlar hesab edirlər ki, Z.Baharov 22 sentyabr 2017ci ildə vəfat etmiş, onun birinci növbə qanun üzrə vərəsələrinin, yəni onların Z.Baharova məxsus olmuş əmlaka vərəsəlik hüquqları vardır. Belə ki, Mülki Məcəllənin 1243.3-cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul edib. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1274-cü maddəsinə görə, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Odur ki, onlar hesab edirlər ki, 22 sentyabr 2017-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Pirşağı-Sumqayıt sərnişin mənzili 38 km pk 8-də dəmir yolunun təhkim zolağında yerləşən torpaq sahəsinin qəbul edilməsi üçün ötürülmüş müddət üzrlü hesab edilməli, həmin müddət uzadılmalı və torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququnun realizə edilməsi vəzifəsi cavabdeh Bakı Şəhəri 20 saylı Notariat Ofisinin üzərinə qoyulmalıdır. İddiaçılar yuxarıda göstərilənləri nəzərə alaraq, 22 sentyabr 2017-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın - Pirşağı-Sumqayıt sərnişin mənzili 38 km pk 8-də dəmir yolunun təhkim zolağında yerləşən torpaq sahəsinin qəbul edilməsi üçün müddətin ötürülməsinin üzrlü hesab edilməsi, həmin müddətin uzadılması və onların torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququnun realizə edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, sonuncu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunan tələblərin hamısının nəzərə alınaraq, iş üzrə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 20 saylı Notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq bütün məhkəmə proseslərinin onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 20 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçların nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" QSC-nin İnfrastruktur Departamenti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, Biləcəri Lokomativ deposunun maşinisti X5 Azərbaycan Dəmir yolu Yol xidmətinin P-232 nömrəli, xx.xx.1988-ci il tarixli məktubu ilə Pirşağı-Sumqayıt sərnişin mənzili 38 km pk 8-də dəmir yolunun təhkim zolağında əsaslı tikinti işləri aparmamaq şərti ilə bostan və tərəvəz bitkilərinin əkilibbecərilməsi üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri 20 saylı Notariat ofisi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 241 nömrəli məktubdan görünür ki, onun 22 sentyabr 2017-ci il tarixdə vəfat etmiş atası – X3 vəfatı ilə əlaqədar mirasın qəbulu ilə bağlı ərizəsinə notariat ofisi tərəfindən baxılmış və ona bildirilmişdir ki, müddətin ötürülməsi səbəbindən onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla əlaqədar olaraq buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan İV-ЖГ seriyalı 322589 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Baharova (Abdinova) Ulduz Habil qızı arasında 01 avqust 1986-cı il tarixdə nikah bağlanmış və 804 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan XİV-ЖГ seriyalı 485669 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X8, anası isə İddiaçı3dır. İş materiallarında olan Xİİ-ЖГ seriyalı 432536 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X8, anası isə İddiaçı3dır. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 894164 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 22 sentyabr 2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 7 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 iyun 2023-cü il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid 17 iyun 2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: İddiaçı3 – xx.xx.1961 Bakı şəhəri; Əri (arvadı): X8 (xx.xx.1956 )-(ölüb); Qızı: İddiaçı2 (xx.xx.1987)-(evli); Qızı: İddiaçı1 (xx.xx.1991)- (evli); Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X4 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu qanunverici orqan tərəfindən Mülki Məcəllənin mirasın qəbulu və mirasdan imtina ilə əlaqədar normalarının həmin Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir. Yekundan Plenum aşağıdakı nəticəyə gəlmişdir: Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir; - Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir; - mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16.1.1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi üsulları arasında özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı nəzərdə tutulmuşdur. Həmin qanunun 17.1-ci maddəsinə görə özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Proqramı ilə müəyyən olunur. Eyni qanunun 17.2-ci maddəsinə görə özəlləşdirilən dövlət müəssisələrin səhmlərinin və ya hissələrinin satışında güzəştlər aşağıdakı şəxslərə aid edilir: 17.2.1. əsas iş yeri həmin müəssisə hesab edilən işçilər; 17.2.2. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər; 17.2.3. özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Biləcəri Lokomativ deposunun maşinisti X5 iş yerindən Azərbaycan Dəmir yolu Yol xidmətinin P-232 nömrəli, xx.xx.1988-ci il tarixli məktubu ilə Pirşağı-Sumqayıt sərnişin mənzili 38 km pk 8-də dəmir yolunun təhkim zolağında əsaslı tikinti işləri aparmamaq şərti ilə bostan və tərəvəz bitkilərinin əkilib-becərilməsi üçün torpaq sahəsi ayrılmışdır. X8 22 sentyabr 2017-ci il tarixdə vəfat etmiş, 7 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 iyun 2023-cü il tarixli arayışla da təsdiq edilmişdir ki, X3 ailə tərkibi arvadı İddiaçı3, qızı İddiaçı2 və digər qızı İddiaçı1 ibarət olmuşdur. X8 istifadəsinə verilmiş torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı hüquqlarından yaşadığı müddətdə istifadə etməmiş, həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün müraciət etməmişdir. Hazırki iş üzrə iddiaçılar Zakir Baharova əsaslı tikinti işləri aparmamaq şərti ilə bostan və tərəvəz bitkilərinin əkilib-becərilməsi üçün verilmiş Pirşağı-Sumqayıt sərnişin mənzili 38 km pk 8də dəmir yolunun təhkim zolağında yerləşən torpaq sahəsinin onlar tərəfindən birinci növbə üzrə vərəsələr olaraq miras əmlak kimi faktiki olaraq qəbul edilməsinə, onlar tərəfindən saxlanılması və idarə olunmasına əsaslanaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsələr də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin torpaq sahəsi üzərində mərhum X8 tərəfindən mülkiyyət və ya digər əşya hüquqları əldə edilməmiş, həmin torpaq sahəsi yalnız onun istifadəsinə verilmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş vərəsəlik və miras əmlakla bağlı mülki qanunvericiliyin müəyyən etdiyi şərtləri nəzərə alaraq belə qənaətə gəlir ki, Pirşağı- Sumqayıt sərnişin mənzili 38 km pk 8-də dəmir yolunun təhkim zolağında əsaslı tikinti işləri aparmamaq şərti ilə bostan və tərəvəz bitkilərinin əkilib-becərilməsi üçün torpaq sahəsi X5 ayrılsa da onun sağlığında həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı üçün müraciət edilmədiyindən, o, həmin əmlaka dair mükiyyət hüquqları əldə etmədiyindən həmin torpaq sahəsi miras əmlak, yəni miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) toplusuna daxil deyildir. Belə olan halda X5 məxsus olan miras əmlak mövcud olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi qeyri-mümkündür. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 maddəsi artıq qüvvədən düşdüyündən X5 məxsus digər miras əmlak mövcud olduğu təqdirdə iddiaçılar həmin əmlaka dair vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün notariat orqanına müraciət etmək hüququna malikdirlər. Bununla bağlı olaraq iddia tələbinin “mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi və müddətinin uzadılması” hissəsində də təmin edilməməlidir. Məhkəmə qeyd edilənlərə əsaslanaraq, belə hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri 20 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi və müddətinin uzadılması və.s” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-1070/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1070/2024
06.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver