Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1089/2020 27.02.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Atəşgah Sığorta Şirkəti ASC-nin Cavabdehlər X9 ASC-yə və Cavabdeh1 qarşı maddi ziyana görə 660 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 690,40 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Atəşgah Sığorta Şirkəti ASC cavabdehlər X9 ASC-yə və Cavabdeh1 qarşı maddi ziyana görə 660 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 690,40 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Atəşgah Sığorta Şirkəti ASC-nin nümayəndəsi X8 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 15.12.2014-cü il tarixdə idarə etdiyi Bakı Polad Tökmə ASCyə hazırda (X9 ASC) məxsus Howo STP markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobillə Z.Bünyadov prospekti ilə hərəkət edərkən manevr etmə qaydasını pozmuş və özündən sağda hərəkət edən Lada Priora markalı ** BX *** dövlət qeydiyyat nişanlı və Mercedes E280 CDİ markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə edərək hadisə yerini tərk etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili idarə etmə hüququ olmadan idarə etdiyi və həmin qanunun 63-cü maddəsinə əsasən hadisə yerini tərk etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olmasıDYPİ-nin YPXA-nın TYP 824590 saylı inzibati xəta haqqında protokolunda öz əksini tapmışdır. 09.01.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, Lada Priora markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə 130 manat ziyan dəymişdir. 10.01.2015ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, Mercedes E280 CDİ markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 530 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 013806 saylı sığorta aktına əsasən Atəşgah Sığorta Şirkəti 130 manat sığorta ödənişi həyata keçirmişdir. PAT ********** saylı sığorta müqaviləsinin 021490 saylı sığorta aktına əsasən Atəşgah Sığorta Şirkəti 530 manat sığorta ödənişi həyata keçirmişdir. Ona görə də, X9 ASC-dən və Cavabdeh1 Lada Priora markalı ** BX *** dövlət qeydiyyat nişanlı və Mercedes E280 CDİ markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə ödənilmiş 660 manat sığorta ödənişinin, 30,40 manat dövlət rüsumunun, cəmi 690,40 manatın Atəşgah Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Bakı Polad Tökmə ASC-yə çilingər vəzifəsinə işə qəbul olunsa da, işəgötürən onu sürücü kimi işlətmişdir. O, işəgötürən tərəfindən ona təhkim olunan Howo yük markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə 15.12.2014-cü il tarixdə saat 18:20 radələrində Z.Bünyadov prospektində hərəkət edərkən ** CJ *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 220 markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuş, daha sonra ona hadisə nəticəsində Mercedes Benz 220 markalı avtomobilin özündən sağda hərəkət edən ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması məlum olmuşdur. Bundan sonra o, Azərbaycan Respublikası İXM-nin 151.3-cü maddəsinə əsasən təqsirli bilinərək 80 manat cərimə edilmiş, cərimə X9 ASC tərəfindən ödənilmişdir. Hesab edir ki, iddiaçıya dəyən maddi ziyan da X9 ASC tərəfindən ödənilməlidir. Ona görə də iddia ərizəsinin ona aid olan hissədə təmin edilməməsini xahiş edir. Cavabdeh X9 ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh X9 ASCnin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh X9 ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.ci mad.) AB № 492532 saylı 29.12.2010-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi surətindən müəyyən olunur ki, 2007-ci il buraxılışlı Howo yük markalı ** JN *** qeydiyyat nişanlı avtomobil Bakı Polad Tökmə ASC-nin mülkiyyətindədir. 17.05.2014-cü il tarixli AC seriyalı 321932 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən müəyyən olunur ki, X9 ASC-yə məxsus ** JN *** qeydiyyat nişanlı Howo STP markalı avtonəqliyyat vasitəsi 17.05.2014-cü il tarixdən 16.05.2015-ci il tarixə qədər sığorta məbləği 5000 manat, sığorta haqqı 285 manat olmaqla Atəşgah Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Hüseyn LTD MMC-nin nəqliyyat daşımalarının qeydiyyat vərəqəsindən müəyyən olunur ki, Cavabdeh1 01.12.2014-cü il tarixdən 31.12.2014-cü il tarixədək ** JN *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər ətrafında idarə edilməsi üçün verilmişdir. Baş X15i İdarəsinin 18.12.2014-cü il tarixli CYP 824590 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindan müəyyən olunur ki, Cavabdeh1 Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq idarə etdiyi Howo yük markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə 15.12.2014-cü il tarixdə saat 18:20 radələrində Z.Bünyadov prospektində ara yoldan baş yola çıxarkən sağdan düzünə gələn ** CJ *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 220 markalı avtonəqliyyat vasitəsini vuraraq hadisə yerini tərk etmiş, hadisə nəticəsində Mercedes Benz 220 markalı avtomobil sağında hərəkət edən ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 151.3-cü maddəsinə əsasən təqsirli bilinərək 80 manat cərimə edilmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin Nərimanov rayonu X15 şöbəsi tərəfindən verilmiş 19.01.2015-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından müəyyən olunur ki, Cavabdeh1 15.12.2014-cü il tarixdə yol vərəqəsi ilə idarə etdiyi Howo yük markalı ** JN *** qeydiyyat nişanlı avtomobillə 15.12.2014-cü il tarixdə saat 18:20-də Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi törədilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatdan müəyyən olunur ki, Cavabdeh1 15.12.2014-cü il tarixdə yol vərəqəsi ilə idarə etdiyi Howo yük markalı ** JN *** qeydiyyat nişanlı avtomobillə 15.12.2014-cü il tarixdə saat 18:20-də Z.Bünyadov prospektində X2 etibarnamə əsasında idarə etdiyi VAZ 21703 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə və X1 etibarnamə əsasında idarə etdiyi Mercedes E280 CDİ markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə VAZ 21703 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısı, Mercedes E 280 CDİ markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsü əzilmişdir. AB № 403228 saylı 01.12.2009-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi surətindən müəyyən olunur ki, 2009-cu il buraxılışlı VAZ-21703 minik markalı ** BK *** qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. ƏN-İV № 400678 saylı 28.02.2014-cü il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, X3 mülkiyyətində VAZ-21703 markalı ** BX *** qeydiyyat nişanlı avtomobili 28.02.2015-ci il tarixədək X5 etibar etmişdir. AB № 884514 saylı 19.06.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi surətindən müəyyən olunur ki, 2005-ci il buraxılışlı Mercedes Benz E280 CDİ minik markalı ** CJ *** qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətindədir. ƏN-İV № 724787 saylı 03.12.2014-cü il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, X6 mülkiyyətində Mercedes Benz E280 CDİ minik markalı ** CJ *** qeydiyyat nişanlı avtomobili 28.11.2015ci il tarixədək X4 etibar etmişdir. S.Steel Company MMC tərəfindən Cavabdeh1 verilmiş 070/01 saylı 04.07.2016-cı il tarixli arayışdan müəyyən olunur ki, 16.06.2014-cü il tarixdən Cavabdeh1 S.Steel Company MMC şirkətində çilingər vəzifəsində işləyir, aylıq əmək haqqı 160 manat təşkil edir. 09.01.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan müəyyən olunur ki, Lada Priora markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərcləri 130 manat təşkil edir. 27.01.2015-ci il tarixli 013806 saylı sığorta aktından müəyyən olunur ki, Atəşgah Sığorta Şirkəti ASCdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə 17.05.2014-cü il tarixdən 16.05.2015-ci il tarixə qədər sığortalanmış ** JN *** dövlət qeydiyyat nişanlı Howo STP markalı avtomobilin 15.12.2014-cü il tarixdə Nərimanov rayonunda Lada Priora markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində dəyən ziyanın məbləği 130 manat, sığorta ödənişi 130 manat müəyyən edilmiş, 130 manat sığorta ödənişinin etibarnamə əsasında X2 hesabına köçürülməsi qərara alınmışdır. 30.01.2015-ci il tarixli 493 saylı ödəniş tapşırığına əlavədən müəyyən olunur ki, Atəşgah Sığorta Şirkəti ASC tərəfindən PAT********** saylı sığorta müqaviləsinin 013806 saylı sığorta aktına əsasən X5 130 manat sığorta ödənişi ödənilmişdir. 10.01.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan müəyyən olunur ki, Mercedes E280 CDİ markalı ** CJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərcləri 530 manat təşkil edir. 13.04.2015-ci il tarixli 015846 saylı sığorta aktından müəyyən olunur ki, Atəşgah Sığorta Şirkəti ASCdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə 17.05.2014-cü il tarixdən 16.05.2015-ci il tarixə qədər sığortalanmış ** JN *** dövlət qeydiyyat nişanlı Howo STP markalı avtomobillə 15.12.2014-cü il tarixdə Nərimanov rayonunda Mercedes E280 CDİ markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində dəyən ziyanın məbləği 530 manat, sığorta ödənişi 530 manat müəyyən edilmiş, 530 manat etibarnamə əsasında X1 hesabına köçürülməsi qərara alınmışdır. 15.04.2015-ci il tarixli 1930 saylı ödəniş tapşırığına əlavədən müəyyən olunur ki, Atəşgah Sığorta Şirkəti ASC tərəfindən PAT********** saylı sığorta müqaviləsinin 015846 saylı sığorta aktına əsasən X4 530 manat sığorta ödənişi ödənilmişdir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanunun 50.1.-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 53.1.-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. Həmin Qanunun 53.4.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçı Atəşgah Sığorta Şirkəti ASC-də cavabdeh X9 ASC tərəfindən icbari sığorta növündə sığortalanmış nəqliyyat vasitəsini işəgötürənin yol vərəqəsinə əsasən idarə edərkən inzibati xəta törətdikdən sonra hadisə yerindən getmiş, baş vermiş sığorta hadisəsi nəticədə iddiaçı 660 manat sığorta ödənişi ödəməklə subroqasiya hüququnu əldə etmişdir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanunun 25.1.-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi hissəsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunvericiliyin tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 25.2.-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1.-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1099.1.-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı sığorta ödənişini həyata keçirməklə subroqasiya hüququnu əldə etdiyindən, sığorta hadisənin baş verməsində Cavabdeh1 təqsiri sübuta yetdiyindən, sonuncu işəgötürənin ona təhkim etdiyi nəqliyyat vasitəsi ilə inzibati xəta törətdiyindən iddia tələbi nəqliyyat vasitəsi qanuni əsasla sahibliyində olan X9 ASC-yə aid olan hissədə əsaslıdır, ona görə də iddia ərizəsi qismən təmin edilməklə X9 ASC-dən sığorta ödənişinə görə subroqasiya qaydasında 660 manat iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi dövlət rüsumu cavabdeh Bakı Polad Tökmə ASC-yə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. X9 ASC-dən maddi ziyana görə 660 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 690,40 manat Atəşgah Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1089/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1089/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver