Məhkəmə qərarları › İş №e-2(004)-7176/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-7176/2025

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(004)-7176/2025 12.03.2026 BAKI ŞƏHƏRI YASAMAL RAYON MƏHKƏMƏSI Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı İddiaçı ASC-nin nümayəndəsi nümayəndə2, Cavabdeh cavabdeh2 N saylı Hərbi Hissənin nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 N saylı Hərbi Hissəsinə və cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh3, cavabdeh2 N saylı Hərbi Hissəsinə və cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2,N nömrəli hərbi hissədən və cavabdeh3 iddiaçı İddiaçı ASC-nin xeyrinə 18.533 manat məbləğində vəsaitin və 145,60 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixində **TA*** dövlət qeydiyyat nişanlı “Temsa Prestij SX Coach”markalı avtonəqliyyat vasitəsi İddiaçı ASC tərəfindən “X4 sığortası” növü üzrə sığortalanmışdır. ##.##.2024-cü il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə cavabdeh2 N nömrəli hərbi hissənin hərbi qulluqçusu cavabdeh3 idarə etdiyi “UAZ” markalı D***QQ dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsi ilə **TA*** dövlət qeydiyyat nişanlı“Temsa Prestij SX Coach”markalı avtonəqliyyat vasitəsi toqquşmuş, bununla da, **TA*** dövlət qeydiyyat nişanlı “Temsa Prestij SX Coach” markalı həmin avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. **TA*** dövlət qeydiyyat nişanlı “Temsa Prestij SX Coach”markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlıİddiaçı ASC-yə müraciət edilmişdir. Həmin avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, ##.##.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən zərrə 18533 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ASC-nin ##.##.2024-cü il tarixli “Sığorta aktı”na əsasən 18533 manat məbləğində sığorta ödənişi sığortalı şəxsin təqdim etdiyi hesabına köçürülmüşdür. ##.##.2025-ci il tarixində ödənilən məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlər cavabdeh2, N nömrəli hərbi hissəyə və cavabdeh3 məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Göründüyü kimi, İddiaçı ASC-nin **TA*** dövlət qeydiyyat nişanlı “Temsa Prestij SX Coach”markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə ödənilmiş 18533 manat məbləğində cavabdehlərə qarşı subroqasiya tələbi yaranmışdır. Bu səbəbdən 18.533 manat məbləğində vəsait cavabdehlər tərəfindən geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı ASC-nin nümayəndəsi nümayəndə2 iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, işçinin vurduğu zərər görə işəgötürəndən də ödəniş tələb edirlər. 2024-cü il tarixində hadisə baş verəndə cavabdeh3 cavabdeh2 N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuşdur. Verilən suala cavab olaraq bildirmişdir ki, hadisə xidməti avtomobillə törədilmişdir. Cavabdeh cavabdeh2 N saylı Hərbi Hissənin nümayəndəsi nümayəndə1 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh3 fərariliyə görə ehtiyatla buraxılmışdır. Qəza cavabdeh3 ilə bağlıdır. Avtomobil dövlətə aid olsa da, cavabdeh3 təhkim edilmişdi. Məsuliyyət onlara deyil, cavabdeh3 həvalə edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh cavabdeh3 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, hadisə hərbi təlim zamanı baş vermişdir. Polis nəzarət etməli, yolu bağlamalı idi ki, onlar keçə bilsinlər. Nəzarət olmayıb və nəticədə avtobus hərbi maşınla toqquşub. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X4 Sığortası Şəhadətnaməsindən görünür ki, “xxxx” MMC-yə məxsus **TA*** dövlət qeydiyyat nişanlı “Temsa Prestij SX Coach” markalı avtonəqliyyat vasitəsi İddiaçı ASC tərəfindən ##.##.2023-cü il tarixdən ##.##.2026-cı il tarixinədək müddətə sığortalanmış və bu barədə MC-MİC-0977/23- MC-MİC-0981/23 nömrəli sığorta şəhadənaməsi verilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin ##.##.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, UAZ markalı D***QQ dövlət qeydiyyat nişanlı avtomobilin hadisə vaxtı sürücü olmuş cavabdeh3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surətinin Sumqayıt ŞPl-nin DYPŞnə göndərilməsi qərara alınmış, dəymiş maddi ziyanla bağlı mübahisələr yarandıqda, mülki mühakimə qaydasında mülki iddia qaldırmaq yolu ilə məhkəməyə müraciət etmək hüququ tərəflərə izah edilmişdir. Həmin qərarın məzmunundan müəyyən edilir ki, “##.##.2024-cü il tarixdə saat 12:30 radələrində Bakı-Quba yolunun 40-cı km.-də Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi ərazisində «xxxx» MMC-yə məxsus «Temsa» markalı **-TA-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə cavabdeh2 N nömrəli hərbi hissəyə təhkim edilmiş UAZ markalı D***QQ dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması və sonuncu avtomobildə sərnişin qismində olmuş hərbi qulluqçu R X1 xəsarət alması faktı əsasında cavabdeh2 5-ci Təhqiqat Bölməsində toplanmış material ##.##.2024-cü il tarixli **** nömrəli məktubla ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt ŞPl-yə göndərilmiş, ##.##.2024-cü il tarixdə araşdırılması üçün təhqiqatçı polis Rı Səadət qənbərovun icraatına qəbul edilmişdir. Aparılmış təhqiqatla müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixdə saat radələrində cavabdeh2 N nömrəli hərbi hissənin hərbi qulluqçusu sayılan sürücü cavabdeh3 idarə etdiyi hərbi hissəyə məxsus UAZ markalı D***QQ dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 40-cı km-liyində Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən avtomobillərin hərəkət yolu ilə üzü Sumqayıt şəhəri istiqamətində yolun soldan 2-ci hərəkət zolağı ilə hərəkətdə olduqdan sonra dəmiryolu keçidinə çatdıqda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla geriyə dönməni qadağan edən yerdən geriyə dönmə manevri edərək yol hərəkəti iştirakçılarına və digər nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmaqla hadisənin qarşısını almaq iqtidarında olduğu təqdirdə, hadisənin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirmədən özünəgüvənərək geriyə dönmə hərəkətini davam etdirərək eyni istiqamətdə yolun soldan 1-ci hərəkət zolağı ilə düzünə hərəkətdə olan sürücü X2 idarə etdiyi «Temsa» markalı **-TA-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə dəmiryol xəttinin üzərində toqquşmaqla avtomobilində sərinşin qismində olmuş hərbi qulluqçu X1 bazu nahiyyəsinin əzilmi-cırılmış yarası, sol dirsək nahiyyəsinin sıyrılmış yarası, sol ayağın yumşaq toxumalarının əziyi ilə sağlamlığa zərərvurmayan, dərəcəsinə görə dərəcəsi təyin edilməyən xəsarətlər alması ilə müşahidə olunan və maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Beləliklə, yuxarıda təsvir olunan yol-nəqliyyat hadisəsi faktına dair aparılmış təhqiqat zamanı toplanmış sübutların məcmusuna əsasən, yol nəqliyyat hadisəsi yerinə baxışın nəticələrindən, alınmış izahatlardan, iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizanın ekspert rəyindən və iş üzrə toplanmış digər sübutlardan UAZ markalı D***QQ dövlət qeydiyyat nişanlı avtomobilin hadisə vaxtı sürücü olmuş cavabdeh3 idarə etdiyi avtomobillə məlum yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci, 12-ci və 13-cü maddənin tələblərinə uyğunsuzluq olduğu, bu maddələrin tələblərinə riayət etməklə məlum yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu tam sübuta yetirildiyindən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə zərurət yaranmamışdır.” DİN Sumqayıt şəhər DYPŞ-nın TP ******* saylı, ##.##.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, cavabdeh3 ##.##.2024-cü il tarixdə Bakı-Quba yolunun 40-cı km-də UAZ markalı, D***QQ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq olunmuşdur. İddiaçı ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli Sığorta aktından görünür ki, “xxxx 2023”-yə məxsus **-TA-*** dövlət qeydiyyat nişanlı “Temsa Prestij SX Coach”markalı avtonəqliyyat vasitəsinə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhərində ünvanında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş, 18.533 manat məbləğində zərər müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirməsinə dair hesabatdan görünür ki, **-TA-*** dövlət qeydiyyat nişanlı “Temsa Prestij SX Coach” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 18.533 manat müəyyən edilmişdir. “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən “xxxx” LLC-nin hesabına 18.533 (on səkkiz min beş yüz otuz üç) manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçı ASC tərəfindən cavabdeh2 Avtomobil Xidmətinə və cavabdeh2 N saylı Hərbi Hissəsinə ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubun surətindən görünür ki, cavabdeh3 tərəfindən idarə olunan D***QQ dövlət qeydiyyat nişanlı UAZ markalı avtonəqliyyat vasitəsi ilə İddiaçı ASC tərəfindən “X4 sığortası” növü üzrə sığortalanmış **- TA-*** dövlət qeydiyyat nişanlı “Temsa Prestij SX Coach”markalı avtonəqliyyat vasitəsinə ##.##.2024-cü il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar İddiaçı ASC tərəfindən 18533 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Subroqasiya hüququna əsasən 18533 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində İddiaçı ASC-nin bank hesabına ödənilməsini xahiş edilmişdir. N nömrəli hərbi hissə komandirinin *** nömrəli, ##.##.2025-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Xüsusi əməliyyat taborunun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər cavabdeh3, "İntizam nizamnaməsi"-nin 50-ci maddəsinin "z" bəndinə (xidmət müddəti başa çatmamış) və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edildiyinə görə) əsasən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilməsi, ##.##.2025-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Lerik Rayon Şöbəsinə göndərilməsi, Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər cavabdeh3 ehtiyata buraxılması ilə əlaqədar vəzifə maaşının 0,5 misli miqdarında çıxış müavinatı ödənilməsi əmr edilmiş, qeyd olunmuşdur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər cavabdeh3, 2025-ci ilin yanvaravqust aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2017ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"yə müvafiq olaraq birdəfəlik pul mükafatını almağa layiq deyil. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər cavabdeh3 2025-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib.2025-ci ilin növbəti məzuniyyətindən tam istifadə edib. Məzuniyyət pulu ilə təmin olunub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən,dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuluyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə görə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il Qərarında qeyd olunmuşdur ki, “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. ....İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəblinəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. ...əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Mülki Məcəllənin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir.” Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh cavabdeh3 cavabdeh cavabdeh2 N nömrəli hərbi hissənin balansında olan D***QQ dövlət qeydiyyat nişanlı “UAZ” markalı avtonəqliyyat vasitəsi ilə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı ASC tərəfindən sığorta olunmuş **-TA-*** dövlət qeydiyyat nişanlı “Temsa Prestij SX Coach” markalı avtonəqliyyat vasitəsinə cavabdeh3 təqsiri üzündən həmin avtomobilə zərər dəymişdir. Həmin hadisənin törədilməsində onun təqsirli olması İnzibati xəta haqqında protokolla təsdiq edilmişdir. İddiaçı tərəfindən zərərçəkənə 18.533 manat sığorta ödənişi ödənilmişdir. Bununla yanaşı işdə olan sübutlarla təsdiq edilir ki, cavabdeh3 cavabdeh2 N nömrəli hərbi hissəsində Xüsusi əməliyyat taborunun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü işləmiş, N nömrəli hərbi hissə komandirinin *** nömrəli, ##.##.2025-ci il tarixli əmrinə əsasən, ehtiyata buraxılmışdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, yuxarıda qeyd edilmiş hüquq normalarını rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddia tələbi hadisə baş verən anda nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən cavabdeh3 və işəgötürən cavabdeh2 qarşı olan hissədə təmin edilməli və onlardan ödənilmiş 18.533 (on səkkiz min beş yüz otuz üç) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, iddia tələbi cavabdeh cavabdeh2 N saylı Hərbi Hissəsinə qarşı olan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Məhkəmə hesab edir ki, ödənilmiş 145,6 (bir yüz qırx beş manat altmış qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehlər cavabdeh3 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər cavabdeh3 və cavabdeh2 müştərək qaydada 18.533 (on səkkiz min beş yüz otuz üç) manat məbləğində pul və ödənilmiş 145,6 (bir yüz qırx beş manat altmış qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər cavabdeh3 və cavabdeh2 müştərək qaydada 18.533 (on səkkiz min beş yüz otuz üç) manat məbləğində pul və ödənilmiş 145,6 (bir yüz qırx beş manat altmış qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin.. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar