Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1090/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədlərin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd etməklə, sənədlərin ona məxsus olması faktının müəyyən edilməs barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə X1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ərizəçiyə məxsus olan doğum haqqında şəhadətnamədə adı, soyadı və ata adı qrafasında X7 qeyd olunmuş, şəxsiyyət vəsiqəsində isə ad, soyad və ata adı Ərizəçi kimi qeyd olunub. Rəsmi nikaha daxil olduqdan sonra həyat yoldaşı ərizəçiyə məxsus olan soyadı götürmüşdür. Onun da soyadı nikah haqqında şəhadətnamədə Əliyeva yox Alıyeva kimi qeyd olunmuşdur. Ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsində göstərilən ad, ata adı, soyadı ilə doğum və nikah haqqında şəhadətnamələrdə göstərilən məlumatlarla uyğunsuzluğu ərizəçiyə məxsus olan hüquqların həyata keçirilməsinə maneələr törədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi, doğum və nikah haqqında şəhadətnamələrinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan İ-ЗЖ № ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, həmin sənəddə ərizəçinin adı Sayad, soyadı Alıyev, atasının adı isə Nabı kimi qeyd olunub. İş materiallarında olan İ-СЛ № 338833 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, həmin sənəddə ərizəçinin adı X2 qeyd olunub. İş materiallarında olan seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, həmin sənəddə ərizəçinin adı Səyyad, soyadı Əliyev, atasının adı isə Nəbi kimi qeyd olunub. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, ərizəçiyə sənəddə olan səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, iş materiallarından görünür ki, ərizəçinin doğum və nikah haqqında şəhadətnamələrində göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və soyadı ilə düz gəlmir; həmin sənədlər hüquqmüəyyənedici sənədlərdir; məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, İ-ЗЖ ******* nömrəli, ərizəçinin adı X3 göstərimiş, xx xxxx 1969-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin və İ-СЛ 338833 nömrəli, ərizəçinin adı X2 göstərilmiş, xx xxxxxxxx 1977ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İ-ЗЖ ******* nömrəli, ərizəçinin adı X3 göstərimiş, xx xxxx 1969-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin və İ-СЛ 338833 nömrəli, ərizəçinin adı X2 göstərilmiş, xx xxxxxxxx 1977-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1090/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1090/2021
02.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver