Məhkəmə qərarları › İş №2(001)-1098/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1098/2023

21.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1098/2023 21.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçılar Əlı̇ yeva Zöhrə Çərkəz qızının, Əlı̇ yev Həmı̇ d Çərkəz oğlunun və Əhmədova Zülfı̇ yyə Çərkəz qızının Cavabdehlər Əlı̇ yeva X2 və Cavabdeh2 qarşı evin naturada ayrılmasına və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar Əlı̇ yeva Zöhrə Çərkəz qızı, Əlı̇ yev Həmı̇ d Çərkəz oğlu və Əhmədova Zülfı̇ yyə Çərkəz qızı cavabdehlər Əlı̇ yeva X2 və Cavabdeh2 qarşı evin naturada ayrılmasına və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçılar Əlı̇ yeva Zöhrə Çərkəz qızının, Əlı̇ yev Həmı̇ d Çərkəz oğlunun və Əhmədova Zülfı̇ yyə Çərkəz qızının vəkilləri və nümayəndələri Vəkil2 və iddiaçı Əlı̇ yeva Zöhrə Çərkəz qızı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh Əlı̇ yeva X1 vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; 114.1.6. bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə. Həmin Məcəllənin 259.0. maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Məhkəmə mülki işin sənədlərini araşdırıb, iddiaçıların iddia ərizəsinin geri qaytarılmasını tələb etmələrini, cavabdehlərin işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini nəzərə alıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılmalı, iddiaçıların ödədikləri dövlət rüsumu geri qaytarılmalı, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçılar Əlı̇ yeva Zöhrə Çərkəz qızının, Əlı̇ yev Həmı̇ d Çərkəz oğlunun və Əhmədova Zülfı̇ yyə Çərkəz qızının cavabdehlər Əlı̇ yeva X2 və Cavabdeh2 qarşı evin naturada ayrılmasına və sair tələbinə dair iddia ərizələri geri qaytarılmaqla baxılmamış saxlanılsın. Əlı̇ yeva Zöhrə Çərkəz qızının xx.xx.2022-ci il tarixli ********** saylı qəbzə əsasən Dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu geri qaytarılsın. Əlı̇ yeva Zöhrə Çərkəz qızından ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Əlı̇ yev Həmı̇ d Çərkəz oğlundan ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Əhmədova Zülfı̇ yyə Çərkəz qızından ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar