Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-110/2022 28.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Sabı̇ r oğluna və x oğluna qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 Sabı̇ r oğluna və x oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 551.300 ABŞ dolları məbləğində pulun ödənildiyi gün üzrə Azərbaycan manatı ilə məzənnəsinin, eləcə də 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu zamanlar ayrı-ayrı əmlaklarının satışından yığdığı pulları cavabdehlər 2017-cilin sonları 2018-ci ilin əvəllərində hissə-hissə olmaqla 5-20% qazanc vermək adı ilə 610.300 ABŞ dolları məbləğində pulu ondan birgə almış, onu aldadaraq dələduzluq etmiş, həmin məbləğdən yalnız 100.000 manat barələrində şikayət edən zaman geri qaytarmış, qalıq 551.300 ABŞ dolları məbləğində pulunu isə qaytarmamışlar. Cavabdehlərdən Cavabdeh1 bu faktı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində dəfələrlə verdiyi izahat və ifadələrində təsdiq etmişdir. Onların həmin əməli üzrə zərərçəkmiş qismində tanınmış, ona 610.300 ABŞ dolları məbləğində ziyan dəyməsi sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmədə iştirak etmək istəyi barədə məlumat verməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəməyə ünvanladığı 04 fevral 2022-ci il tarixli, 1(101)-71/2021 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəx İddiaçı mülki iddia verməmişdir; Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(101)-71/2021 saylı hökmü ilə Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinmişlər. Həmin qərardan görünür ki, Cavabdeh1 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Cavabdeh1 təklifi ilə Cavabdeh2 “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəkləri vətəndaşları inandırmaq üçün onu ayrı-ayrı sahələr üzrə iri miqyaslı daxili və xarici layihələrin icrasını həyata keçirən, müxtəlif şirkətləri mal və materiallarla təchiz edən, ərzaq məhsulları və tikinti materiallarının xarici ölkələrdən idxalı və daxili bazarda topdan satışı ilə məşğul olan geniş əlaqələrə malik etibarlı iş adamı kimi təqdim edib müxtəlif şəxslərə ərzaq məhsulları və tikinti materiallarının idxalı və satışı üçün sərmayə şəklində verəcəkləri pulun müqabilində gələcəkdə ticarət əməliyyatlarından əldə ediləcək gəlirin 5- 30 faizi məbləğində qazanc verəcəklərinə dair yalan vəd verməklə onların inam və etibarını qazanmış, bundan sonra Cavabdeh2 tanışı İddiaçı Cavabdeh1 həyata keçirdiyi müxtəlif layihələrə sərmayə şəklində pul qoyacağı halda gələcəkdə əldə olunacaq qazancdan yüksək gəlir əldə edəcəyini bildirib bu adla 2017-ci ilin dekabr ayından 2018-ci ilin fevral ayınadək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə həmin dövrün məzənnəsi ilə 1.037.510 manat təşkil edən 610.300 ABŞ dolları məbləğində pulu özünün yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsində yerləşən 08 saylı evin qarşısında, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus binanın birinci mərtəbəsindəki «Palmarius» oboy mağazasında və Bakı şəhəri, Nəsimi rayonu, Xəta prospekti 49 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin inzibati binasının qarşısında İddiaçı vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə almış və nəticədə Cavabdeh1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Cavabdeh2la birgə həmin məbləği ələ keçirərək öz aralarında bölüb zərərçəkmiş şəxs İddiaçı xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2022-ci il tarixli, 1(103)-215/2022 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(101)-71/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. 23 oktyabr 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə aktından göründüyü kimi, cavabdehlər qabaqcadan əlbir olan bir qrup şəxs halında iddiaçının etibarından sui-istifadə edərək ondan aldatma yolu ilə 610.300 ABŞ dolları məbləğində pulunu almış və həmin məbləği ələ keçirərək öz aralarında bölüb ona xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişlər. İddiaçının bildirdiyinə görə cavabdehlər tərəfindən həmin məbləğdən 100.000 manat iddiaçıya qaytarılmış və hazırda iddiaçı cavabdehlərdən qalan 551.300 ABŞ dolları məbləğində pulun ona qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının 2017-2018-ci illərdə manata məzənnəsi nəzərə alınmaqla 100.000 manat məbləğində pul təqribən 59.000 ABŞ dolları təşkil edir (1 AZN=1.7 ABŞ dolları). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş zərər iş materialları ilə öz təsdiqini tapdığından iddia təmin edilməli və cavabdehlərdən müştərək qaydada 551.300 ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Sabı̇ r oğlundan və x oğlundan müşətərək qaydada 551.300 (beş yüz əlli bir min üç yüz) ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-110/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-110/2022
28.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver