Məhkəmə qərarları › İş №2(001)-1101/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1101/2023

30.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1101/2023 30.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi X12 küçəsi 3D saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi X12 küçəsi 3D saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onununla əsaslandırılır ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi X3 küçəsi 3D nömrəli fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 almış, evə dair ona mülkiyyət hüququnu təsdiq edən xx.xx.2007-ci il tarixli çıxarış verilmişdir. Cavabdehlər qeyd edilən ünvanda yaşamır və bu ünvanla heç bir əlaqələri yoxdur, evi satdıqdan sonra evi tərk edərək getmiş, cavabdehlərə məxsus evdə heç bir əşya və əmlakları qalmamışdır. Mənzili iddiaçıya satarkən cavabdehlər qeydiyyatdan çıxacaqları barədə öhdəlik götürsələr də, bu qədər müddət keçməsinə baxmayaraq cavabdehlər evdən qeydiyyatdan çıxmamış, cavabdehlərin evdə formal pasport qeydiyyatı hələ də qalmaqdadır. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi X3 küçəsi 3D saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi X3 küçəsi 3D nömrəli fərdi yaşayış evi onun anasının xüsusi mülkiyyətindədir. Heç vaxt iddiaçının evində yaşamayan, faktiki olaraq yaşadıqları evlər iddiaçının evindən kənarda yerləşən cavabdehlər iddiaçının razılığı olmadan onun mülkiyyətində olan evə qeydiyyata alınmışlar. Cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olmaları onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, onların gələcəkdə evi satmaq fikri vardır. Ona görə də cavabdehlərin evdən qeydiyyatdan çıxarılmalarını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə heç vaxt İddiaçı mülkiyyətində olan evdə yaşamamış, hər bir ailənin özünə məxsus fərdi qaydada inşa olunan evləri vardır. Belə ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi X3 küçəsi 3D saylı ünvanda bir neçə ev yerləşir. Onun yaşadığı ev 1990-cı ildə inşa olunmuş, onlar iddiaçıdan əvvəl, yəni 1993-cü ildən həmin ünvana qeydiyyata alınmış və hər bir ailə özünə məxsus evdə yaşayır. O, yaşadığı evin qeydiyyata alınması üçün müraciət etmiş, evi dəmir yolu xəttindən kənarda yerləşsə də, ona evinin mühafizə zonasında yerləşməsi ilə bağlı cavab verilərək çıxarış verilməyəcəyi izah olunmuşdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X11 iddia ərizəsini qəbul etməyərək atası Cavabdeh2 izahatı ilə oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh8 iddia ərizəsini qəbul etməyərək atası Cavabdeh2 izahatı ilə oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh5 iddia ərizəsini qəbul etməyərək əri Cavabdeh2 izahatı ilə oxşar məzmunlu izahat vermişdir. Mülki iş üzrə xx.xx.2023-cü il tarixinə təyin edilmiş hazırlıq məhkəmə iclasında cavabdeh Ağayev X15 iddia ərizəsini qəbul etməyb izahatında heç vaxt iddiaçının evində yaşamadığını, çıxarışı olmayan öz evində ailəsi ilə birlikdə yaşamasını göstərmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Ağazadə X16 və Ağayev X9 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Ağazadə X20 və Ağayev X15 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Ağazadə X13, Ağayev X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə 2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yeronun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin -müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: ... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı xx.xx.2006-cı il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Rəsulzadə qəsəbəsi X4 küçəsində istifadədə olan 0,01907 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 42,6 m2 yaşayış, 208,6 m2 köməkçi sahədən ibarət 3d nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 197 nömrəli vərəqində qeydiyyata alınmışdır. Satıcı Cavabdeh3 ilə alıcı İddiaçı arasında bağlanmaqla Bakı şəhəri 27 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı Bakı şəhəri Rəsulzadə qəsəbəsi X4 küçəsi 3d nömrəli fərdi yaşayış evini alıcıya satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı xx.xx.2007-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Rəsulzadə qəsəbəsi X4 küçəsində istifadədə olan 0,01109 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 42,6 m2 yaşayış, 208,6 m2 köməkçi sahədən ibarət 3d nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 197 nömrəli vərəqində qeydiyyata alınmışdır. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi X4 küçəsi 3D saylı evdə İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Ağayev X15, X5 və Cavabdeh8 qeydiyyatdadırlar. Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi X3 küçəsi 3d saylı ev ünvanından qeydiyyatdan çıxarılmalarının və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilmələrinin məhkəmənin qanuni qüvvəsinə minmiş qətnaməsi əsasında mümkün olması İddiaçı izah olunmuşdur. X.F.İmamverdiyeva, R.S.Yusubova, K.Ə.Şükürova və Q.M.Həsənova tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan müəyyən olunur ki, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh8 1994-cü ildən Rəsulzadə qəsəbəsi H.Məmmədquluzadə küçəsi ev 3D ünvanında yaşayırlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-2239/2007-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 ərizəsi təmin edilərək Cavabdeh2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi H.Məmmədquluzadə küçəsi 3d saylı evə yaşayış hüquqları tanınaraq onların həmin ünvana qeydiyyata götürmələri Binəqədi RPİ Qeydiyyat və ŞVŞ-nə tapşırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı iddia ərizəsində cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi X3 küçəsi 3D saylı evə istifadə hüquqlarının olmasını qeyd etsə də, araşdırma zamanı bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlərdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ümumiyyətlə heç vaxt iddiaçıya məxsus evdə yaşamamış, iddiaçı ilə heç bir qohumluq əlaqəsi olmayan bu şəxslər, yalnız iddiaçı ilə eyni ünvana qeydiyyata alınmışlar. Cavabdeh3 isə 2006-ci ildə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi X3 küçəsi 3D saylı evi iddiaçıya satdıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində həmin evə dair onun barəsində qeydiyyat yazısı ləğv edilməklə daşınmaz əmlaka mülkiyyət hüququnu itirmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, mülkiyyətində olan evə cavabdehlərin istifadə hüququnun itirilməsini tələb edən iddiaçı əslində cavabdehlərinin Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi X3 küçəsi 3D saylı evdən qeydiyyatdan çıxarılmasını istəyir. Məhkəmə qeyd edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatının onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmədiyini müəyyən etmişdir. X2 Məhkəməsi müəyyən etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İstinad olunanlara əsasən məhkəmə iddiaçının mülkiyyətində olan evə hər hansı bir hüququ olmayan cavabdehlərinin Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi X12 küçəsi 3D saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsini əsassız hesab edib təmin etmir. Məhkəmə iddiaçıya, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından imtina edən inzibati orqanın hərəkətindən Bakı İnzibati Məhkəməsinə şikayət vermək hüququnun olmasını izah edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Ağazadə X16, Ağayev X9 və Cavabdeh8 qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi X12 küçəsi 3D saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar