Məhkəmə qərarları › İş №2(5-96)-416/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(5-96)-416/2026

17.03.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-416/2026 17.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi, Alıyev Cavid Əbil oğlunun katibliyi, İddiaçı nümayəndəsi (əri) Nümayəndə Əli oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus Bakı şəhəri, ünvan 1 ünvan ünvan 2 yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvan ünvan 2 yerləşən mənzili xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin mənzil xx.xx.2025-ci il tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən iddiaçının adına qeydiyyatdan keçmişdir. Cavabdeh həmin mənzilin köhnə sakinidir. Alqısatqı müqaviləsinin 13-cü bəndinə əsasən evin köhnə sahibi xx.xx.2025-ci i tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin hazırkı vaxta kimi Cavabdeh iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqdadır. Bu isə mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur.

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizə təqdim edərək, hazırkı iş üzrə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır.

5. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı

2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmənin mövqeyi:

6. Məhkəmə tərəfin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini araşdıraraq müəyyən edir ki, ərizə ilə məhkəməyə müraciət etmiş iddiaçı tərəfindən həmin ərizənin geri qaytarılması xahiş edildiyindən, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunan “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarından da aydın olur ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin razılığının alınması tələb olunmur. Məhkəmə qeyd olunan hallara əsasən hesab edir ki, Mülki-Prosessual Məcəllənin 170-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.

NƏTİCƏVİ HİSSƏ:

7. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 170, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu (qəbz №: 12180) İddiaçı geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hаkim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar