Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1102/2023 06.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Bakı şəhəri 5 saylı notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və X12 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18 və X13 cəlb edilməklə) qarşı mərhum babası X4 miras qalmış və Bakı şəhəri Binəqədi rayonu Goradil kəndində yerləşən 0,25 ha torpaq sahəsinə malik 208 saylı bağ sahəsindən X8 payının müəyyən edilməsinə, həmin payın iddiaçı tərəfindən qəbul edilməsi müddətinin bərpa olunmasına, eləcə də qeyd edilən miras əmlaka dair Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-145 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Bakı şəhəri 5 saylı notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və X12 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18 və X13 cəlb edilməklə) qarşı mərhum babası X4 miras qalmış və Bakı şəhəri Binəqədi rayonu Goradil kəndində yerləşən 0,25 ha torpaq sahəsinə malik 208 saylı bağ sahəsindən X8 payının müəyyən edilməsinə, həmin payın iddiaçı tərəfindən qəbul edilməsi müddətinin bərpa olunmasına, eləcə də qeyd edilən miras əmlaka dair Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-145 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı atası X19 xx.xx.2021-ci il tarixdə, babası X20 isə xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Sonuncunun ölümündən sonra DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, **********67 saylı reyestr və ********** qeydiyyat nömrəli çıxarış əsasında miras qalmış Bakı şəhəri Goradil kəndində yerləşən sahəsi 0,25 ha olan 208 saylı bağ sahəsinə dair xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisində 2V-145 saylı vərəsəlik işi açılmış və xx.xx.2021-ci il tarixdə vərəsələrdən yalnız X14 və X12 hər birinin payı ½ olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra V.İ.Şükürov xx.xx.2021-ci il tarixdə ərizə ilə payından imtina etmiş və həmin bağ sahəsinə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Belə ki, notariat işi məlumatlarından görünür ki, əmiləri Cavabdeh3 və V.İ.Şükürov xx.xx.2015-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ərizə ilə cavabdeh 5 saylı notariat ofisinə müraciət edərkən özlərindən başqa vərəsələrin olmasını gizlətmiş və vərəsəlik işini açmış notariat ofisi də vərəsələrin dairəsinin müəyyən edilməsi üçün hər hansı bir hərəkət etməmişdir. Halbuki Azərbaycan Respublikası MM-nin 1318-ci maddəsinin tələbinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməli, həmçinin notariat haqqında Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin tələbinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə məlumat verməlidir. Qanunvericiliyin bu imperativ tələbinə baxmayaraq Nifti Şükürova hər hansı bir məlumat verilməmiş və o, mirasa çağrılmamışdır. Azərbaycan Respublikası MM-nin 1301.1-ci tələbinə görə isə əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Bu qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının mərhum atası Nifti Şükürov bilərəkdən vərəsəliyə çağırılmamış və bununla da o, qanunsuz olaraq miras əmlakındakı payından məhrum olmuşdur. İddiaçı mərhum Nifti Şükürovun qanun üzrə birinci növbəli vərəsəsidir və iddiaçı atasından qalan mirası qəbul etmək üçün Rusiya Federasiyasının Saratov vilayətində Saratov şəhəri notariat orqanında vərəsəlik işi açdırmış, hal-hazırda Azərbaycanda da vərəsəliyi qəbul etmək istəyir. Bununla əlaqədar olaraq iddiaçı vəkilə müraciət etmiş, vəkil sorğusuna xx.xx.2022-ci il tarixli cavabdan məlum olmuşdur ki, iddiaçının əmiləri, hazırkı iş üzrə Cavabdeh3 və 3-cü şəxs V.İ.Şükürov digər vərəsələrin olmasını gizlədərək adlarına qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Bununla əlaqədar olaraq 5 saylı notariat ofisinə müraciət olunmuş, notariat ofisi özünün xx.xx.2022-ci il tarixli, 1373 saylı cavab məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də, iddiaçının mərhum babası X4 miras qalmış və Bakı şəhəri Binəqədi rayonu Goradil kəndində yerləşən 0,25 ha torpaq sahəsinə malik 208 saylı bağ sahəsindən X8 payının müəyyən edilməsinə, həmin payın iddiaçı tərəfindən qəbul edilməsi müddətinin bərpa olunmasına, eləcə də qeyd edilən miras əmlaka dair Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-145 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, miras əmlakda atasının haqqı olan payını almaq istəyir. Atası 2000-ci ildən Azərbaycanda yaşamır, atası 1999-2000-ci illərədək anası-atası ilə bağ evində yaşamış, 2000-ci ildən Saratov şəhərinə gemiş, nikaha daxil olmuş, həmin nikahdan uşaqları yoxdur. 2011-ci ildə o, atası ilə əlaqə yaratmış, həmin vaxtadək atası ilə əlaqəsi olmamış, atası payını istəmək üçün ona 2020-ci ildə etibarnamə göndərmiş, o, Vüqar əmisinə atasının payını istəməsi üçün notariusa müraciət edəcəyini demiş, iki əmisi arasında pul söhbəti olduğundan Vüqar əmisi ona tələsməməsini demiş, 2021-ci ilin sentyabr ayında o, Vüqar əmisindən babasının ölüm kağızını istəmiş, ona sənəd verilmədiyi üçün Asan xidmətə müraciət edərək sənədləri alarkən çıxarışın alınmasını bilmişdir. Mehti əmisi böyük olduğundan, əsəbi olduğundan o, Mehti əmisinə müraciət etməmiş, sözünü Vüqar əmisinə demiş, Vüqar əmisi dəfələrlə Mehti əmisinə onun yanında bu barədə demişdir. Bu məsələdən sonra o, Vüqar əmisinə, Sevinc bibisinə onu aldatmalarını demişdir. Aralarında olan razılığa görə miras əmlakdakı pay torpaq olaraq aralarında bölünməli, atasının payı ona verilməlidir. O, bağa 10 ildən çoxdur girə bilmir. Atası oğul kimi babasına onun yanında həmişə pul vermiş, bir dəfə atası onun yanında 1994-1995-ci illərdə babasına 10000 ABŞ dolları vermişdir. Bağ babasına 1957-ci ildə verilmiş, həmin torpaqda bütün tikililəri babası tikmişdir. Vüqar ona gözləməsini Mehtidən borcunu alandan sonra torpağın ata malı kimi bölünəcəyini demiş, bir ildən sonra o, Asan xidmətə müraciət etmiş, atası bir aydan sonra xx.xx.2021-ci ildə vəfat etmiş, əmiləri atasını gətirməməyi ona demiş, o, pandemiya şəraitində çətinliklə cəsədi gətirmiş, dəfndə əmiləri iştirak etmiş, Mehdi əmisi ona təşəkkürünü bildirmiş, onun yanına gəlməsini demişdir. Vüqar əmisi ona böyüklük etmiş, Mehdi əmisi isə ölkədə olmadığından onunla əlaqəsi olmamışdır. Mehti əmisi onun toyunda babasının verdiyi 600-700 manatı vermiş, bundan başqa ona heç bir vəsait verilməmişdir. Vüqar əmisi ilə onun bu günədək də münasibətləri yaxşıdır. Bibisi ilə münasibəti normaldır. Mehti əmisi ilə atasının yas mərasimində görüşmüşdür. Sovetskidə olan 500 kv.m. baba evi sökülərkən Vüqar əmisi onun da payının verilməsini Mehtiyə demiş, Mehti isə Anarın adını çəkmə, sənə payını vermişəm sevin demişdir. Hazırda Vüqar əmisi ona Mehti ilə onu üzgöz etməməsini, bibisi isə nə istəyirsiniz onu edin deyir. Notarius tərəfindən onun atasının payı da müəyyən edilməli idi. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, 2022-ci ilin fevralında İddiaçı babasından qalan mirasın digər vərəsələr tərəfindən qəbul edilməsini bildiyindən əslində müddəti ötürməmişdir. Onlarda olan məlumata əsasən X8 vərəsələri arasında olan şifahi razılaşmaya əsasən S.İ.Rəsulovaya 5 sot torpaq sahəsi verilmiş, V.İ.Şükürova pul verilmişdir. 2015-ci ildə açılan vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 2021-ci ildə alınması vərəsələr arasında şifahi razılığın olmasını təsdiq edir. Razılaşma Anarın atasının payına münasibətdə icra olunmamışdır. X8 payı olaraq İddiaçı 5 sot torpaq sahəsinin pulunun verilməsi vəd olunmuşdur. Saratov şəhərində ailə qurub yaşayan X19 2000-ci ildən Azərbaycana gəlməmiş, valideynlərinin ölmələrini bilmiş, valideynlərinin yas mərasimində iştirak etməmiş, oğlu Anara özünün bütün əmlakı barədə etibarnamə vermişdir. Mehti də 1998-ci ildən ölkədə olmamış, anasının dəfn mərasimində iştirak etməmiş, 11 ildən sonra ölkəyə qayıtmışdır. Nifti özü Anardan tələb edib ki, onun miras əmlakdakı payını qəbul etsin, poçt vasitəsi ilə ona etibarnamə göndərmişdir. Miras qoyanın iki vərəsəsi barədə məlumat verilib. Miras qoyanın isə birinci növbəli dörd vərəsəsi vardır. Mehtinin niyyəti Niftini miras paydan məhrum etmək olub. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, iddiaçı özünün miras əmlaka olan payının qəbul edilməsi müddətinin bərpa edilməsini tələb edir. İddiaçının babası X20 xx.xx.2009-cu il tarixdə, atası X19 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Yəni, iddiaçının atası, babası vəfat etdikdən sonra 13 ilə yaxın həyatda olmuşdur. Lakin iddiaçının ilk verdiyi iddia ərizəsindən də göründüyü kimi atası 2000-ci ildən Rusiya Federasiyasına köçmüş, hətta iddiaçının ölən günə qədər atası ilə əlaqəsi olmamışdır. Bundan əlavə iddiaçının atası N.İ.Şükürov məlumatlı olmasına baxmayaraq, nə anasının, nə də atasının dəfnində iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçı atası tərəfindən mirası qəbul etmək üçün nəzərdə tutulmuş müddətin hansı səbəbdən ötürüldüyünü və həmin səbəblərin üzrlü hesab olunması üçün məhkəməyə hər hansı sübut və ya əsas təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. X20 xx.xx.2009-cu il tarixdə vəfat etmiş, iddiaçının atası 6 aylıq müddəti ötürmüşdür. Hətta əgər digər vərəsələrin notariat ofisinə xx.xx.2015-ci il tarixli müraciət tarixini və ya vərəsəlik şəhadətnaməsinin verildiyi xx.xx.2021-ci il tarixi nəzərə alınsa, irsi transmissiyanı da hazırki işə tətbiq etmək mümkün deyildir. Belə ki, iddiaçının atası X19 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Hazırki mübahisənin açılması üçün nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, iddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasında vərəsəlik işi açdırdığını qeyd edir, hazırki tələb üzrə ilk iddia ərizəsini isə xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Yəni qanunla müəyyən olunmuş 2 aylıq müddət həm mərhum atası həm də iddiaçı tərəfindən ötürmüşdür. Göründüyü kimi vərəsə mirası nə formal, nə də qeyriformal qəbul etməmişdir. İddia tamamilə əsassızdır, Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Bakı şəhəri 5 saylı notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X14 və X5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, cavabdeh Bakı şəhəri 5 saylı notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə nümayədəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X18 və X13 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Bakı şəhəri 5 saylı notariat ofisinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Maddə 1253.1.Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Maddə 1253.2. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Maddə 1323. Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir. Bakı şəhəri 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 1373 saylı məktubdan müəyyən olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş vərəsələrə xx.xx.2021-ci il tarixdə 2V reyestrdə 145 sıra nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi İddiaçı bildirilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ № 338216 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 xx.xx.2009-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 210 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Cavabdeh3 xx.xx.2015-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, vəfat etmiş atası X4 bağ sahəsinin miras qalmasını bildirmiş, özündən başqa vərəsələr barədə məlumatı Bakı şəhəri 5 saylı notariat kontorunun notariusuna təqdim etdiyi ərizəsində göstərməmişdir. X9 xx.xx.2015-cu il tarixli ərizəsindən müəyyən olunur ki, o, vəfat etmiş atası X4 bağ sahəsinin miras qalmasını, özündən başqa Mehtinin vərəsə olmasını Bakı şəhəri 5 saylı notariat kontorunun notariusuna bildirmişdir. Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli reyestrdə 2V-145 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X10 vərəsələri X18 və Cavabdeh3 hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixdə X15 verilmiş **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsindən ibarətdir. 60 saylı MKİS-in 671 saylı 2015-ci il tarixli arayışından müəyyən olunur ki, X20 ölən günədək Ə.Hüseynzadə küçəsi küçəsi ev 2 ünvanında qeydiyyatda olmuş, onunla həmin ünvanda oğlu X18, gəlini X17, nəvəsi X22, nəvəsi X23, oğlu Cavabdeh3, gəlini X6, nəvəsi X24, nəvəsi X25 və nəvəsi X26 qeydiyyatda olmuşlar. 60 saylı MKİS-in 30 saylı xx.xx.2015-ci il tarixli arayışından müəyyən olunur ki, X18 Ə.Hüseynzadə küçəsi küçəsi ev 2 ünvanında qeydiyyatdadır, onunla həmin ünvanda arvadı X17, qızı X22, oğlu X23, qardaşı Cavabdeh3, qardaşının arvadı X6, qardaşı oğlu X38, qardaşı oğlu X25 və X27 qeydiyyatdadır. Bakı şəhəri Oktyabr rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1956-cı il tarixli İ- ИЕ № 038056 saylı evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 ilə X36 xx.xx.1956-cı il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 707 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Şükürova soyadı verilmişdir. Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli AZ-İ № 109384 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 909 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Oktyabr rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1971-ci il tarixli АЗБ № 139122 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X20, ana qrafasında X16 qeyd edilmişdir. X3 və İstismarı Birliyi ilə X20 arasında bağlanmış xx.xx.2006-cı il tarixli Goradil ərazisindəki 208 nömrəli bağın istifadəyə verilməsi haqqında 11735 saylı müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Goradil kəndində yerləşən 0,25 ha torpaq sahəsinə malik 208 saylı bağ sahəsi X10 istifadəsinə verilmişdir. Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2015-ci il tarixli 486 saylı məktubdan müəyyən olunur ki, X10 miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 5 saylı notariat kontoruna X18 və Cavabdeh3 tərəfindən müraciət olunmuş, X20 xx.xx.2009-cu il tarixdə vəfatı ilə əlaqədar vərəsə X18 və Cavabdeh3 ərizəsi əsasındaa vərəsəlik işi açılmışdır və vərəsənin dairəsi müəyyən olunduğundan Bakı şəhəri Binəqədi rayonu Göradil ərazisi 208 saylı bağ sahəsində yerləşən 0,25 ha torpaq sahəsi və bağ evinə çıxarış verilməsi xahiş olunmuşdur. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyatına alınmış hüquqlara və onların yüklülüyünə dair dövlət reyestrindən xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X10 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyətində olan torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixinə olan məlumata əsasən məhduiyyət və yüklülük qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Göradil kəndi 208 saylı bağ sahəsi tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 596 nömrəli reyestr kitabının 56458 nömrəli vərəqində qeydiyyata alınmışdır. Saratov vilayət Höküməti vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat idarəsi Saratov şəhəri üzrə ölüm vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə ixtisaslaşmış şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli İİİ-РУ № 796769 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X19 xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyası Saratov şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə ********************2 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Saratov vilayət notariat palatası notariat dairəsinin xx.xx.2022-ci il tarixli № 270 saylı notarial qaydada təsdiq olunmuş arayışından müəyyən olunur ki, Saratov vilayəti Saratov şəhər notariusu D.A.Ozeryanskinin icraatında ölüm anında Saratov vilayəti Saratov şəhəri Astraxanska küçəsi ev 140 mənzil 17-də yaşadığı yer üzrə qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 qalmış 33/2022 saylı vərəsəlik işi vardır. Qanun üzrə mirası qəbul etmiş vərəsələrdən biri xx.xx.1984-cü il təvəllüdlü İddiaçıdur. Ondan başqa qanun üzrə digər vərəsə də mirasın qanun üzrə qəbulu barədə ərizə ilə müraciət etmişdir. Rusiya Federasiyası Saratov vilayəti Saratov şəhərində verilmiş 64AA3166786 saylı xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, X19 tərəfindən İddiaçı Rusiya Federasiyası və Azərbaycan Respublikası ərazisində nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi, istifadə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq qanunla icazə verilmiş əqdləri bağlamağı etibar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, miras qoyan X20 xx.xx.2009-cu il tarixdə, onun birinci növbəli vərəsələrindən biri olan X19 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra məüyyən olmuşdur ki, Rusiya Federasiyasında yaşayan X19 2000-ci ildən Azərbaycan Respublikasına gəlməmiş, atası X4 miras qalan əmlakı hər hansı formada qəbul etməmişdir. X8 digər vərəsələri olan Cavabdeh3 və X18 xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət edərək atalarından miras qalan Bakı şəhəri Binəqədi rayonu Göradil kəndi 208 saylı bağ sahəsində yerləşən 0,25 ha torpaq sahəsinə hər birinə 1\2 hissədə olmaqla xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışlar. Məhkəmə qeyd edir ki, qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyriformal üsulları müəyyən edilmişdir. Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir. Konstitusiya Məhkəməsinin Plenumu istinad olunan qərarında onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı miras qoyanın digər vərəsələri ilə aralarında razılaşmanın olmasını, bu səbəbdən atasının vaxtında mirası qəbul etmək üçün müraciət etmədiyini bildirsə də, məhkəmə araşdırması zamanı X19 tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəblərdən buraxılmasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirmənin səbəbini üzrlü sayarsa, məhkəmənin buraxılmış müddəti bərpa deyil, uzatmaq səlahiyyəti olduğundan, mirası qəbul edən vərəsələrin razılığı olmadığından, X19 tərəfindən miras qəbul edilmədiyi halda iddiaçının babasından miras qalan əmlkada atasının payının müəyyən edilməsini tələb etmək, miras qoyanın birinci növbəli vərəsələrinin mirası qəbul etmələri ilə bağlı sənədləri mübahisələndirmək hüququ olmadığından iddia tələbləri təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Bakı şəhəri 5 saylı notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və X12 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18 və X13 cəlb edilməklə) qarşı mərhum babası X4 miras qalmış və Bakı şəhəri Binəqədi rayonu Goradil kəndində yerləşən 0,25 ha torpaq sahəsinə malik 208 saylı bağ sahəsindən X8 payının müəyyən edilməsinə, həmin payın iddiaçı tərəfindən qəbul edilməsi müddətinin bərpa olunmasına, eləcə də qeyd edilən miras əmlaka dair Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-145 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1102/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1102/2023
06.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver