Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1105/2023 10.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Naile İmaməliyeva və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı daşınmaz əmlakın boşaldılması, istifadə və sahibliyə verilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Naile İmaməliyeva və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı daşınmaz əmlakın boşaldılması, istifadə və sahibliyə verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatətlə müraciət edərək, hazırkı işin Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı X1 əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hər iki mülki iş üzrə mübahisə eyni tərəfllər arasında və eyni predmet üzrədir. Həmin mülki işlərin ayrı-ayrılıqda baxılması tərəfllərin məhkəmə çəkişməsini çətinləşdirə, artıq məhkəmə süründürməçiliyinə yol verə və obyektiv həqiqətin əldə olunmasına mane olduğundan, hər iki mülki iş üzrə icraatın birləşdirilməsi zərurəti yaranmışdır. Vəsatətə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-7459/2022 saylı qərardadından görünür ki, iddiaçı Nailə İmaməliyevanın cavabdehlər Cavabdeh1, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və İddiaçı qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin icraatına qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, hazırkı (2(001)-1105/2023 saylı) iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə görə, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, vəsatət təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Naile İmaməliyeva və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı daşınmaz əmlakın boşaldılması, istifadə və sahibliyə verilməsi tələbinə dair iddiası üzrə 2(001)-1105/2023 saylı mülki iş iddiaçı Nailə İmaməliyevanın cavabdehlər Cavabdeh1, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və İddiaçı qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə e-2(060)-415/2023 (köhnə nömrəsi – e-2(060)-7459/2022) saylı mülki işlə bir icraatda birləşdirilməli və həmin işlərə bir icraatda e-2(060)-415/2023 nömrə ilə baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Naile İmaməliyeva və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı daşınmaz əmlakın boşaldılması, istifadə və sahibliyə verilməsi tələbinə dair iddiası üzrə 2(001)-1105/2023 saylı mülki iş iddiaçı Nailə İmaməliyevanın cavabdehlər Cavabdeh1, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və İddiaçı qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə e-2(060)-415/2023 (köhnə nömrəsi – e-2(060)- 7459/2022) saylı mülki işlə bir icraatda icraatda birləşdirilsin və həmin işlərə bir icraatda e- 2(060)-415/2023 nömrə ilə baxılsın. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1105/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1105/2023
10.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver