Məhkəmə qərarları › İş №2(001)-1107/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1107/2021

15.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1107/2021 15.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu ildə “KİA RİO” minik markalı, ** TF *** dövlət qeydiyyat nömrəli maşının faktiki olaraq alqı-satqı prosesində vicdanlı tərəf kimi 9000 manat pulu ödədiyini nəzərə alaraq, cavahdehlərdən 9000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin iyul ayının əvvəllərində Biləcəri qəsəbəsində yaşayan və çoxdan tanıdığı Cavabdeh2 ona zəng edərək satılmaqda olan maşın barədə məlumat vermiş, o isə maşına baxmaq istəmiş, maşını sonradan tanıdığı maşının mülkiyyətçisi olan Kamilin qardaşı oğlu gətirmiş və o, maşına baxıb alacağını bildirmişdir. xx xxxx 2019-cu ildə “KİA RİO” minik markalı, ** TF *** dövlət qeydiyyat nömrəli maşının mülkiyyətçisi olan Cavabdeh1 ilə razılığa gəlmişlər ki, Kamil maşını 9000 manata satır və o, həmin pulun 4600 manatını ona etibarnamə verildikdən dərhal sonra, qalan 4400 manatını isə bir ay ərzində verməlidir. Meyvəli bazarı deyilən yerin yaxınlığında yerləşən 48 saylı notariusda Cavabdeh1 qardaşı X5 notariusda xx xxxx 2019-cu ildə “KİA RİO” minik markalı, ** TF *** dövlət qeydiyat nömrəli maşına görə etibarnamə vermiş, etibarnamə verildikdən sonra o, Kamilin telefonuna zəng etmiş və pulu verməsi üçün görüşməli olduqlarını bildirmişdir. Kamil isə pulu Yunusa verməsini tapşırmış, Kamilin dediyi kimi 4600 manat pulu Yunusa vermişdir. Bir ay müddətində maşının qalan pulunu, yəni 4400 manatı hazırlayıb Kamilə zəng etmiş, Kamil yenə də pulu Yunusa verməsini demiş, o, da Kamilin dediyi kimi edərək pulu, yəni 4400 manatı Yunusa vermiş və beləliklə maşının pulunu tam ödəmişdir. Bundan təqribən 2 ay keçdikdən sonra maşını satmaq qərarına gələrək internet üzərində reklam yerləşdirmiş və maşını Sumqayıt şəhərində yerləşən 3 saylı notariusda etibarnamə verməklə X3 9000 manata satmışdır. Xeyli müddət keçdikdən sonra Sultanov Məlik ona zəng edərək ona verilmiş etibarnamənin Kamil tərəfindən ləğv edilməsini bildirmişdir. O, Kamilə zəng edərək maşına görə danışılan pulu tam ödədiyini bildirmiş və etibarnamənin nə üçün ləğv edilməsini soruşmuş, Kamil isə Yunusla öz arasında pula dair mübahisələrinin yarandığını bildirmişdir. Kamilə bir daha bildirmişdir ki, pulu Yunusa onun tapşırığı əsasında vermişdir və onlar aralarında olan mübahisənin ona heç bir aidiyyatı yoxdur. Bir müddətdən sonra Sultanov Məlik şikayət ərizəsi ilə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə şikayət etmiş, tərəflərin izahatı alındıqdan sonra mülki xarakterli olduğu üçün cinayət işinin rədd edilməsi barədə bölmənin təhqiqatçısı polis mayoru Abbasov Şahin xx xxxxx 2020-ci tarixdə qərar vermişdir. Aparılan araşdırma zamanı da Yunus və Kamil onun maşının pulunu tam ödədiyini etiraf etmişdirlər. X6 rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərək ona verdiyi pulun qaytarılmasını mübahisələndirmişdir. O isə, xx xxxxxx 2020-ci il tarixində keçirilən məhkəmə iclasında Məlikdən 9000 manat aldıqdan sonra maşını etibarnamə verməklə satdığını etiraf etmişdir. Cəbrayıl rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(072)-266/2020 saylı qətnaməsinə əsasən onun 9000 manat pulu Məlikə verməsi qət edilmişdir. O, maşına görə faktiki olaraq vicdanlı alıcı kimi pulu ödədiyi halda Kamil tərəfindən etibarnamənin ləğv edilməsi hüquqa zidd kimi qiymətləndirilməlidir. İşin hallarından müəyyən edilir ki, mübahisə olunan avtomobil faktiki olaraq iki nəfərə - əvvəl ona, sonra isə onun tərəfindən X1. Həmin avtomobil üzrə tərəflərin alqı-satqı barədə razılaşma əldə etməsi və həmin razılaşmaya uyğun olaraq bir tərəfin digər tərəfə pul ödəməklə həmin avtomobilə faktiki sahibliyi həyata keçirməsi və daha sonra etibarnamənin ləğv edilməsi ilə avtomobilin onun sahibliyindən geri alınacağı ehtimalı digər tərəfə ödənilmiş pulun qaytarılması tələbini istisna etmir. xx xxxx 2019-cu ildə “Kia Rio” minik markalı, ** TF *** dövlət qeydiyyat nömrəli maşının mülkiyyətçisi olan Cavabdeh1 razılığına əsasən maşının pulunu, yəni 9000 manatı tam olaraq Cavabdeh2 ödəmişdir. Odur ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Yunusla aralarında olan razılığa əsasən Yunus onun evini təmir etməli, o da həmin işin əvəzində Yunusa pul verməli olmuşdur. O, görüləcək işin əvəzi kimi avtomobilini iddiaçıya satmış, pulunu isə Yunusa verməsini demişdir. İddiaçı da pulu Yunusa vermişdir. Lakin Yunus onun evində görməli olduğu işi yerinə yetirmədiyi üçün etibarnaməni ləğv etdirmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, lakin əvvəlki məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, maşın alqısatqısında iştirak etməmişdir. İddiaçı ona 4000 manat bir dəfə, 4600 manat da bir dəfə olmaqla cəmi 8600 manat pul versə də, həmin pul Kamilin evində gördüyü işin əvəzi kimi ona verilmişdir. Kamilin evində gördüyü işi yekunlaşdırmamış, lakin Kamillə onun arasında işi tam yekunlaşdıracağına dair razılaşma olmamışdır. Verilən pula uyğun iş görmüş və pul qurtardığı üçün iş dayanmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarına görə, “KİA RİO” minik markalı, ** TF *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olmuş, onun adından müvafiq etibarnamə əsasında çıxış edən X5 hazırkı iş üzrə İddiaçı Vafiq oğluna həmin nəqliyyat vasitəsinə dair “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək, digər hərəkətləri yerinə yetirmək” səlahiyyətlərini ehtiva edən xx.xx.2019-cu il tarixli etibarnamə vermiş, bununla belə mülkiyyətçi Cavabdeh1 həmin etibarnaməni xx.xx.2019-cu il tarixdə ləğv etdirmişdir. Mülki işə əlavə edilmiş Sumqayıt şəhər Pİ-nin xx xxxxx 2020-ci il tarixli “cinayət işi başlanması rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, X2 xx.xx.2019-cu il tarixdə İddiaçı Sumqayıt şəhəri 3 saylı notariat ofisində qaynı X4 adına etibarnamə ilə “KİA RİO” minik markalı, ** TF *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini 9000 manata alması, lakin ona məlum olmayan səbəbdən avtomobilin sahibi Cavabdeh1 tərəfindən etibarnamənin ləğv edilməsi, bundan sonra Məmmədin onu aldadaraq dələduzluq etməsinin məlum olması ilə əlaqədar müraciəti həmin idarəyə daxil olaraq araşdırılmış, araşdırma zamanı izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, Kamilin evində təmir tikinti işləri etdiyinə görə Kamilin ona pul borcu olmuş, aralarında olan razılaşmaya uyğun olaraq Kamil avtomobili Məmmədə etibarnamə əsasında satmış və Kamilin ona pul borcunun olması səbəbindən özünün razılığı ilə Məmməd pulu – yəni, 8600 manatı ona vermişdir. Cəbrayıl Rayon Məhkəməsinin surəti iş materiallarına əlavə olunmuş 2(072)- 266/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən aydın olur ki, həmin qətnaməyə əsasən cavabdeh İddiaçı 9000 (doqquz min) manat məbləğində pulun alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı, cavabdehlərdən Cavabdeh1 qardaşı X5 vasitəsi ilə “KİA RİO” minik markalı, ** TF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil barədə iddiaçıya etibarnamə verdiyi, iddiaçının bunun müqabilində cəmi 8600 manat pul vəsaitini digər Cavabdeh2 ödədiyi, sonradan isə iddiaçının həmin avtomobili yenə etibarnamə vasitəsilə Məlik Sultanov adlı şəxsə satdığı, bununla belə mülkiyyətçinin iddiaçıya verilmiş etibarnaməni ləğv etdirməsi səbəbindən Məlik Sultanovun hazırkı iş üzrə İddiaçı qarşı “9000 (doqquz min) manat məbləğində pulun ödənilməsi” barədə iddia qaldırdığı və iddiasının təmin edildiyi müəyyən olunmuşdur. Beləliklə, iddiaçı məruz qaldığı aşkar olan ziyanın ödənilməsini istəməkdədir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən isə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası əsassız varlanma müddəalarından yaranır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bu mənada məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh2 “KİA RİO” minik markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə görə iddiaçıdan özünün də etiraf etdiyi 8600 manat məbləğində pulu alması əsassız varlanma kimi qiymətləndirilməli və iddiaçının avtomobilə görə ona ödədiyi məbləğ qismində 8600 manat ondan alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə Cavabdeh2 “Kamilin evində təmir tikinti işləri etdiyinə görə Kamilin ona pul borcu olması və məhz səbəbindən Kamilin özünün razılığı ilə Məmmədin pulu ona verməsi” barədə arqumentlərinə münasibətdə qeyd edir ki, həmin arqumentlər pulun Cavabdeh1 tutulmasına əsas vermir və irəli sürdüyü həmin hallarla bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu Cavabdeh2 izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 8600 (səkkiz min altı yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar