Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1110/2023 28.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu X2 barəsində cinayət işi başlanılmış və o, oğlunun cinayət işində müdafiə edilməsi üçün vəkil axtarışında idi. Bu vaxt ona tanışlıq vasitəsi ilə, Cavabdeh məsləhət gördülər. Onun ofisi Əhmədlidə yerləşidi, iddiaçı həmin ünvanda onunla görüşdü və oğlunun başına gələn hadisə ilə bağlı ona danışdıqdan sonra o, iddiaçının oğlunun cinayət məssuliyyətindən azad ediləcəyinə dair hüquqlarını müdafiə edəcəyini və tezliklə azadlığa buraxacağını bildirdi. Bununla belə iddiaçıdan yuxarı orqana vermək adı ilə 2000 manat pul aldı daha sonra isə 21 may 2019cu il tarixdə 1000 manat müqabilində hüquqi yardım müqaviləsi bağladı. Məhkəmə prosesləri başlanandan sonra İlham heç bir iş görmədi və bir müddət sonra iddiaçıya bəlli oldu ki, İlham heç Vəkillər Kollegiyasının üzvü belə deyilmiş. Onda iddiaçı artıq aldadıldığını başa düşdü. İddiaçının oğlunun məhkəməsinə isə tamam başqa vəkil çıxırdı. Bu zaman iddiaçıya aydın oldu ki, Cavabdeh vəkil adından qanunsuz istifadə edib bu şəkildə vətəndaşları aldadır. İddiaçı cavabdehdən həmin müqavilə üzrə ödədiyi pulu geri tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. İddiaçı bir ana kimi övladının ədalətsiz yerə həbs olunmamasının, onun hüquqlarının müdafiəsi üçün evini sataraq cavabdehə 3000 manat pul vermişdir. Cavabdeh həmin məbləğdən 1500 manatı qaytarsa da, geridə qalan məbləği qaytarmaqdan imtina etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh iddiaya etirazı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə onun tanışı İbad Tarverdiyev vasitəsilə müraciət etmiş, müraciətin əsası ondan ibarət olub ki, onun adından istintaq və istintaqa nəzarət orqanlarına oğlunun günahsızlığı ilə bağlı ərizələr yazsın, məhkəmədə oğlunun müdafiəsini təşkil etsin. Onun adından aidiyyəti orqanlara ərizələr cavabdeh tərəfindən yazılaraq göndərilmiş, oğlunun məhkəmədə müdafiəsini təşkil etmək üçün vəkillə, İddiaçı iştirakı ilə müqavilə bağlanılmış, zərərçəkən şəxslə barışığa nail olunmuş, notariat qaydada zərərçəkənlə barışıq təstiqlənmişdir. Bununla da cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəlik tam yerinə yetirilmışdır. İddiaçı tapşırıq müqaviləsi əsasında cavabdehə verdiyi 1000 manat pulun 500 manatı onun iştirakı ilə vəkilə verilmişdir. Onun özü tərəfindən cavabdehin iştirakı ilə vəkillə müqavilə bağlanmış və imzalanmışdır. İddiaçının özü tərəfindən zərərçəkmişə 3000 manat pul verilmiş və notariat qaydasında barışıq təsdiq olunaraq məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda cavabdeh məhkəmə proseslərində iddiaçı ilə birgə iştirak etmişdir. İddiaçının cavabdehə əlavə olaraq 2000 manat verməsi tam əsassızdır. İddia ərizəsində iddiaçının cavabdehə 3000 manat verməsi və həmin puldan 1500 qaytarılması qeyd edilsə də, tələb hissəsində 1800 manat pulun alınaraq ona verilməsi xahiş olunur. Bu fakt iddiaçının yalan danışmasını təstiq edir. Cavabdeh eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə 21 may 2019-cu il tarixində tapşırıq müqaviləsi bağlanmışdır. Müqavilənin bağlanması tarixindən 3 il 7 ay keçmişdir. İddiaçının oğlunun məhkəməsi 2019-cu ilin iyun ayında başlanılmış və iddiaçı özü iddia ərizəsində etiraf edir ki, həmin işə bağqa vəkil çıxmış və həmin vaxt ona məlum olmuşdur ki, cavabdeh onu aldatmışdır. Əslində isə onun özü tərəfindən cavabdehin iştirakı ilə vəkillə müqavilə bağlanmış və cavabdeh tərəfindən tapşırıq müqaviləsi əsasında ona iddiaçı tərəfindən ödənilmiş puldan vəkilə 500 manat müqavilə haqqı ödənilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia müddətinin tətbiq olunması və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, Cavabdeh ondan pul alanda oğlunun azadlığa buraxılacağı barədə söz vermişdir. Nəticədə isə Bakı Ağır Cinayətlər Məhkəməsində oğluna belə cəza kəsdilər ki, indi heç vaxtından əvvəl çıxması da mümkün deyil. Bunun məsuliyyəti tamamilə Cavabdeh üzərindədir. Oğlunu azadlığa çıxara bilməyəcəkdisə, bunu qabaqcadan deyərdi. Cavabdeh heç özü vəkil deyil, ondan aldığı pulun 500 manatını vəkilə vermişdir ki, oğlunu məhkəmədə müdafiə etsin. Oğlunun işinə baxılarkən məhkəmə iclaslarında həmin vəkil iştirak edirdi, amma nəticədə o da heç nə edə bilmədi və oğlu həddən artıq yuxarı cəza aldı. Ondan məhkəməyə verilməsi üçün də 7000 manat pul almışdırlar, lakin sonra həmin pulu qaytardılar. Məhkəməyə 2022-ci ildə müraciət etməsinin səbəbi ondan ibarətdir ki, ondan əvvəl polisə müraciət etmişdir. Eyni zamanda məhkəməyə də dəfələrlə müraciət edib, lakin məhkəmələr tərəfindən ərizələri düzgün tərtib olunmadığı və dövlət rüsumu ödənilmədiyinə görə geri qaytarılıb. Hesab edir ki, iddia müddətini ötürməyib və məhkəmə pulun ona qaytarılması barədə qətnamə çıxarmalıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və iddiaçının iddia ərizəsində əsaslandığı xx.xx.2019-cu il tarixli, 10 saylı Hüquqi xidmətin göstərilməsi barədə tapşırıq müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh 1000 manat müqabilində İddiaçı oğlu X1 məhkəmədə müdafiəsini təşkil etmək öhdəliyini üzərinə götürmüşdür. “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-682/2019 saylı hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Prosessual Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Prosessual Məcəlləsinin 375.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.3-cü maddəsinə gör, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, " ... mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir". Məhkəmə hesab edir ki, müqavilə münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edildiyindən iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən (*kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan) başlamış və xx.xx.2022-ci il tarixdə başa çatmış, iddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. İddiaçının sözlərinə görə, onun daha əvvəl məhkəməyə müraciət etməsi və ərizələrdə olan nöqsanlara görə ərizələrin qaytarılması iddia müddətinin axımını kəsmir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddiaçının özünün də izahatından göründüyü kimi, onun tərəfindən iddialar “məyyənləşdirilmiş qaydada” irəli sürülməmiş və məhkəmələr tərəfindən geri qaytarılmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı iddia müddətini ötürmüş olmasa idi belə, iddia tələbinin təmin edilməsi üçün əsasın mövcud olması iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünmür. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə Cavabdeh cinayət işinin nəticəsinə dair hər hansı öhdəliyin üzərinə götürməsi və İddiaçı istədiyi nəticə əldə olunmadığı təqdirdə pulun qaytarılması nəzərdə tutulmayıb, əksinə, tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndində tərəflər razılaşdırmışlar ki, hüquqi xidmət üçün ödənilmiş məbləğ işin nəticəsindən asılı olmayaraq geri qaytarılmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilədə iddiaçı tərəfindən cavabdehə 1000 manat pulun ödənilməsi göstərilsə də, iddiaçı iddia ərizəsində cavabdehə 3000 manat məbləğində pulun ödənildiyini və həmin puldan ona 1500 manatın qaytarıldığını, 1800 manat məbləğində borcun qaldığını qeyd edir, bu da tələbin özünü ziddiyyətli və hər hansı sübutla təsdiq edilməyən vəziyyətə gətirir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1110/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1110/2023
28.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver