Məhkəmə qərarları › İş №2(001)-1113/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1113/2023

03.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1113/2023 03.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı 10 sot torpaq sahəsinin yarısı olaraq 5 sotunun onun istifadəsində olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı yaşayış evi paylı mülkiyyət əsasında 2/1 payla ona və qardaşı Cavabdeh3 məxsus olmuşdur. Həmin evin istifadəsində 12 sot torpaq sahəsi vardır ki, bu torpağın 2 sotunun üzərində yaşayış evi inşa olunmuşdur, qalan 10 sotu isə 2/1 payla onun və cavabdehin istifadəsindədir. Bugünlərdə istifadələrind ə olan 10 sot torpağın üzərində tikinti işlərinin aparıldığını gördü və bu qanunsuz tikilinin aparılması barədə qəsəbə nümayəndəliyinə, qəsəbə bələdiyyəsinə, polisə rəsmi qaydada müraciət edib qanunsuz tikilinin dayandırılmasını tələb etdi. Tikintini aparan şəxs bildirdi ki, tikinti apardığı torpaq sahəsinin iş üzrə cavabdeh kimi cəlb etdiyi qardaşı X5 almışdır. Bildirir ki, həmin torpağın üzərində onun istifadə hüququ olduğuna görə həmin torpağı cavabdeh heç kəsə sata bilməzdi və onun şərikli istifadələrində olan torpaq sahəsini kiməsə satması onun həmin torpaq sahəsi üzərində istifadə hüququnun əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanda yerləşən yaşayış evinin altındakı torpaq sahəsinin alqı-satqısına dair Bakı şəhəri 11 saylı DNK-nın xx.xx.2023-cü il tarixli 4Ə-28 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, ünvan 3 ünvandakı fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsinə dair məlumat əldə etmək üçün DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə sorğu göndərmişdir. Sorğuya DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsinin 09 mart 2023-cü il tarixli 321300/2-7682/202 **********82 nömrəli cavab məktubuna əsasən Bakı şəhəri, ünvan 3 ünvanda fərdi yaşayış evinin yerləşdiyi 0,102 ha torpaq sahəsi (fərdi yaşayış evi ilə vahid əmlak olmaqla) 1964-cü ildə tərtib olunmuş ilkin texniki pasporta əsasən X7 adına 05 yanvar 2023-cü il tarixdə qeydiyyatdan keçmişdir. Lakin sözügedən fərdi yaşayış evi və evin yerləşdiyi 0,0621 ha torpaq sahəsi Bakı şəhəri 11 saylı DNK-nın xx.xx.2023-cü il tarixli 4Ə-28 reyestr römrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,04 ha torpaq sahəsi isə hazırda X8 mülkiyyətindədir. Halbuki həmin torpaq sahəsinin yarısına da onun istifadə hüququ mövcuddur. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerləşdiyi 0.102 ha torpaq sahəsinin Cavabdeh3 adına qeydə alınması barədə DƏDRX-in xx.xx.2023-cü il tarixli qeydinin etibarsız hesab edilməsi, qeyd olunan torpaq sahəsinin 0.0621 ha hissəsinin özgəninkiləşdirilməsinə dair 11 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-29 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, 0.102 ha torpaq sahəsinin bərabər pay hüququ ilə Cavabdeh3 ilə onun arasında bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(001)-1973\2022 saylı qətnaməsinə əsasən qeyd olunan ünvanda yerləşən yaşayış evi və onun altındakı torpaq səhəsi 1\2 pay hissəsinə uyğun olaraq Məmmədov Afərimlə onun arasında bölünmüş, həmin payının müqabilində ondan aldığı pula görə məhz həmin payından imtina etmişdir. Qalan torpaq sahəsi isə hər ikisinin istifadəsində olmaqla onlar arasında 1\2 hissəyə uyğun olaraq mülkiyyətlərinə verilməli idi. Lakin Cavabdeh3 həm notariusla, həm də Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin əməklaşları ilə əlaqəyə girərək onun mülkiyyət hüququnu köbud surətdə pozmuş və torpaq payını ələ keçimıişlər. Bundan sonra isə Afərim Məmmədov dərhal torpaq sahəsinin bir hissəsinin alqı-satqısını həyata keçirmişdir. Belə olduğu təqdirdə, DƏDRX-nin 05 yanvar 2023-cü il tarixli qeydi etibarsız hesab edilməli, 11 saylı Dövlət Notariat Kontorunda bağlanmış 14 yanvar 2023-cü il tarixli 4Ə-29 saylı alqı-satqı müqaviləsi ləğv edilməli, 0,102 ha torpaq sahəsi bərabər pay hüququ ilə X12 ilə onun arasında bölünməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsinin iddiaçıya hər hansı aidiyyəti yoxdur. Çünki, həmin evi hərrac vasitəsilə almış, tam mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, iddia əsassızdır və aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 117, 92a saylı fərdi yaşayış evinin ½ hissəsi Cavabdeh3, ½ hissəsi isə X3 mülkiyyətindədir. Torpaq sahəsinin mülkiyyət növü – dövlət mülkiyyətidir. Texniki pasportun surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 117, 92a saylı fərdi yaşayış evinin faktiki torpaq sahəsi 0.10205 ha, tikintialtı sahəsi 0.02112, digər sahələr 0.08093 ha-dır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 117, 92a saylı evin bazar qiyməti isə 45.000 manat məbləğində müəyyən edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 1973/20222 saylı icra sənədinə əsasən iddiaçı Məmmədova (Abdullayeva) Nazilə Rəsul qızının (1/2 hissə) və Cavabdeh3 (1/2 hissə) paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 117, 92a saylı ev satış qiyməti 45.000 (qırx beş min) manat müəyyən edilməklə açıq hərracda satılmalı və satış pulu iddiaçı və cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməli, iddiaçı Məmmədova (Abdullayeva) Nazilə Rəsul qızının (1/2 hissə) və Cavabdeh3 (1/2 hissə) paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, b.2, 3184/3187 məhəllə, 105 saylı mənzil satış qiyməti 82.000 (səksən iki) manat müəyyən edilməklə açıq hərracda satılmalı və satış pulu iddiaçı və cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh3 tutularaq iddiaçı X4 ödənilməlidir. “X2” "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hərrac yekunları barədə protokolunun surətindən görünür ki, Binəqədi rayon icra şöbəsinin sifarişi əsasında hərrac keçirilmiş və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 117, 92a saylı evin hərracda qalib alıcısı Cavabdeh3 olmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 117, 92a saylı fərdi yaşayış evi Cavabdeh3 xüsusi mülkiyyətindədir. Cavabdeh3 (satıcı) ilə X9 (alıcı) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evini bütünlüklə və həmin ünvanda mülkiyyətdə olan ümumi sahəsi 0.1021 ha ölçülü torpaq sahəsinin 0.0621 ha hissəsini sonuncunun mülkiyyətinə verir. Satıcı həmin ünvandakı torpaq sahəsinin qalan 0.04 ha hissəsini öz mülkiyyətində saxlayır. İddiaçı Əhmədalı qızı, X10 və X11 tərəfindən notarial qaydada verilmiş ərizələrin surətlərindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına razıdırlar. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 6 saylı fərdi yaşayış evinin yerləşdiyi 0,102 ha torpaq sahəsi (fərdi yaşayış evi ilə vahid əmlak olmaqla) 1964-cü il tarixində tərtib olunmuş ilkin texniki pasporta əsasən Cavabdeh3 adına 05.01,2023-cü il tarixdə qeydiyyatdan keçmişdir. Lakin, sözügedən fərdi yaşayış evin və evin yerləşdiyi 0,0621 ha torpaq sahəsini Bakı şəhəri, 11 saylı DNK-nın xx.xx.2023-cü il tarixli 4Ə-29 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,04 ha torpaq sahəsi hazırda Cavabdeh3 mülkiyyətindədir Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanında yerləşən 0,1021 ha torpaq sahəsi Cavabdeh3 adına ********** saylı, xx.xx.2022-ci il tarixli elektron çıxarışa və 1964-cü il tarixli iki pasporta əsasən qeydiyyata alınmışdır və onun adı ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış tərtib edilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1973/20222 saylı icra sənədinə əsasən iddiaçı Məmmədova (Abdullayeva) Nazilə Rəsul qızının (1/2 hissə) və Cavabdeh3 (1/2 hissə) paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 117, 92a saylı ev satış qiyməti 45.000 (qırx beş min) manat müəyyən edilməklə açıq hərracda satılmalı və satış pulu iddiaçı və cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Qeyd olunan icra sənədi həmin hissədə icra edilərək, sözügedən əmlak açıq hərracda satılmış, qalib alıcı isə Cavabdeh3 olmuşdur. Cavabdeh3 həmin əmlakı bütünlükdə öz mülkiyyətinə qeydə aldırmış və xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 92.2 kv.m olan fərdi yaşayış evini bütünlüklə və həmin ünvanda mülkiyyətdə olan ümumi sahəsi 0.1021 ha ölçülü torpaq sahəsinin 0.0621 ha hissəsini X1. Hazırda iddiaçının tələbləri aşağıdakılardır: 1.ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerləşdiyi 0.102 ha torpaq sahəsinin Cavabdeh3 adına qeydə alınması barədə DƏDRX-in xx.xx.2023-cü il tarixli qeydinin etibarsız hesab edilməsi; 2.ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0.0621 ha hissəsinin özgəninkiləşdirilməsinə dair 11 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-29 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi; 3.0.102 ha torpaq sahəsinin bərabər pay hüququ ilə Cavabdeh3 ilə onun arasında bölünməsi; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə birinci tələblə bağlı qeyd edir ki, ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerləşdiyi 0.102 ha torpaq sahəsinin Cavabdeh3 adına qeydə alınması barədə DƏDRX-in xx.xx.2023-cü il tarixli qeydinin etibarsız hesab edilməsi barədə hər hansı əsas olmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə ikinci tələblə bağlı isə qeyd edir ki, iddiaçının ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0.0621 ha hissəsinin özgəninkiləşdirilməsinə dair 11 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-29 saylı alqısatqı müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı mübahisələndirilən müqavilənin tərəfi deyil. Mülki qanunvericiliyin tələbinə görə müqavilənin ləğvini yalnız müqavilənin tərəflərindən biri irəli sürə bilər. Məhkəmə üçüncü tələblə, yəni 0.102 ha torpaq sahəsinin bərabər pay hüququ ilə Cavabdeh3 ilə onun arasında bölünməsi tələbi ilə bağlı isə qeyd edir ki, bu tələb müqavilənin ləğvi tələbindən törəmə tələb olduğundan bu tələbin ayrıca əsaslandırılmasına zərurət yoxdur. Ona görə də məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək hesab edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödnilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar