Məhkəmə qərarları › İş №2(001)-1131/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1131/2025

07.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1131/2025 07.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X5 katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, 9cu mikrorayon, Mir Cəlal küçəsi, 105 saylı binanın yan hissəsində yerləşən, P.H.Zeynalova məxsus köşkə dair onun istifadə və sahiblik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X13 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, anası X11 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Eyni zamanda qeyd edir ki, atası vəfat edəndən sonra atasına məxsus əmlak anası X1 və mülkiyyətinə keçəndən sonra anasından qalan əmlak ona keçmişdir. Belə ki, Bakı şəhəri, 14 saylı Notariat ofisi tərəfindən verilən xx.xx.2024-cü il tarixli “Qanun Üzrə vərəsəlik Hüququ haqqında” Şəhadətnamənin surətindən müəyyən olunur ki, anası X11 vəfat edəndən sonra onun yeganə vərəsəsi olaraq miras əmlak olan Bakı şəhəri, ünvan 1 ünvan qanun üzrə vərəsəlik hüquqlara əsasında onun mülkiyyətinə keçmişdir. Bununla yanaşı, bildirmək istəyir ki, atası X10 istifadə və sahibliyində, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 105 binanın yan tərəfində 9 kv.m -dən ibarət köşk mövcud olmuş və sahibkarlıq fəaliyyəti ilə məşul olan atası yüngül konstruksiyadan ibarət həmin köşkdə ticarətlə məşğul olmuşdur. Bundan sonra, atası Binəqədi rayon İcra hakimiyyətinə müraciət etmiş və Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti Başçısının 1545 saylı xx.xx.2000 -il tarixli Sərəncamı ilə “Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 105 saylı binanın 108-ci mənzilində yaşayan vət. P.H.Zeynalova məxsus olan köşkün yan və qabaq hissəsinin əlavə olunmuş cizgi əsasında yüngül konstruksiyalı elementlərlə yenidən qurulmasına icazənin verilməsi” qeyd olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv idarəsinin 12 oktyabr 2023-cü il tarixli məktubu ilə əldə olunan bu sənədlər bir daha atası X10 istifadə və sahibliyində belə bir köşkün mövcud olması və ticarət aparmaq məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qanuni sənədləşmə işlərinin aparması öz təsdiqini tapmışdır. Eyni zamanda qeyd etmək istəyir ki, Cavabdeh 23-24 ildən çoxdur ki, yuxarıda qyd olunan mənzildən çıxaraq başqa yerdə yaşayıb və Atam X2 fəaliyyəti ilə məşğul olduğu müddət ərzində, o, onunla yaşadığı, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 105 saylı binanın 108-ci mənzilində yaşamış, birgə təsərrüfat aparmış, ona o, baxmışdır, onlara qulluq etmiş, müalicələri ilə məşğul olmuşdur. Atasının vəfatından sonra bütün əmlak ilə bir yerdə həmin köşkə dair istifadə və sahiblik hüquqları anası X4 də, xx.xx.2023- cü il tarixində onun vəfatından sonra Cavabdeh həmin köşkü zəbt edərək ələ keçirmiş və faktiki olaraq ona aid istifadə və sahiblik hüquqlarına məhdudiyyət yaratmışdır. Bununlada üstünlük hüquqlarına malik bir vərəsə kimi onun hüquqları məhdudlaşdırılmışdır. Belə ki, qeyd olunan köşk iqtisadi baxımdan dəyəri olduğundan və Vərəsəlik İntituna uyğun olaraq miras aktivlər kütləsinə daxil olduğundan, eyni zamanda hazırkı iddianın 3-cü bəndinə qeyd olunan müddalara əsasən vərəsə kimi tanınmaqla, vərəsəlik şəhadətnaməsi adına verildiyindən, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 105 saylı binanın 108-ci mənzilində yaşayan vət. P.H.Zeynalova məxsus olan köşkə dair onun istifadə və sahiblik hüquqları tanınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, atası X13 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, anası X11 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Eyni zamanda qeyd edir ki, atası vəfat edəndən sonra atasına məxsus əmlak anası X1 və mülkiyyətinə keçəndən sonra anasından qalan əmklak ona keçmişdir. Belə ki, Bakı şəhəri, 14 saylı Notariat ofisi tərəfindən verilən xx.xx.2024-cü il tarixli “Qanun Üzrə vərəsəlik Hüququ haqqında” Şəhadətnamənin surətindən müəyyən olunur ki, anası X11 vəfat edəndən sonra onun yeganə vərəsəsi olaraq miras əmlak olan Bakı şəhəri, ünvan 1 ünvan qanun üzrə vərəsəlik hüquqlara əsasında onun mülkiyyətinə keçmişdir. Bununla yanaşı, bildirmək istəyir ki, atası X10 istifadə və sahibliyində, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 105 binanın yan tərəfində 9 kv.m -dən ibarət köşk mövcud olmuş və sahibkarlıq fəaliyyəti ilə məşul olan atası yüngül konstruksiyadan ibarət həmin köşkdə ticarətlə məşğul olmuşdur. Bundan sonra, atası Binəqədi rayon İcra hakimiyyətinə müraciət etmiş və Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti Başçısının 1545 saylı xx.xx.2000 -il tarixli Sərəncamı ilə “Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 105 saylı binanın 108ci mənzilində yaşayan vət. P.H.Zeynalova məxsus olan köşkün yan və qabaq hissəsinin əlavə olunmuş cizgi əsasında yüngül konstruksiyalı elementlərlə yenidən qurulmasına icazənin verilməsi” qeyd olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv idarəsinin 12 oktyabr 2023-cü il tarixli məktubu ilə əldə olunan bu sənədlər bir daha atası X10 istifadə və sahibliyində belə bir köşkün mövcud olması və ticarət aparmaq məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qanuni sənədləşmə işlərinin aparması öz təsdiqini tapmışdır. Eyni zamanda qeyd etmək istəyir ki, Cavabdeh 23-24 ildən çoxdur ki, yuxarıda qyd olunan mənzildən çıxaraq başqa yerdə yaşayıb və Atam X2 fəaliyyəti ilə məşğul olduğu müddət ərzində, o, onunla yaşadığı, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 105 saylı binanın 108-ci mənzilində yaşamış, birgə təsərrüfat aparmış, ona o, baxmışdır, onlara qulluq etmiş, müalicələri ilə məşğul olmuşdur. Atasının vəfatından sonra bütün əmlak ilə bir yerdə həmin köşkə dair istifadə və sahiblik hüquqları anası X4 də, xx.xx.2023- cü il tarixində onun vəfatından sonra Cavabdeh həmin köşkü zəbt edərək ələ keçirmiş və faktiki olaraq ona aid istifadə və sahiblik hüquqlarına məhdudiyyət yaratmışdır. Bununlada üstünlük hüquqlarına malik bir vərəsə kimi onun hüquqları məhdudlaşdırılmışdır. Belə ki, qeyd olunan köşk iqtisadi baxımdan dəyəri olduğundan və Vərəsəlik İntituna uyğun olaraq miras aktivlər kütləsinə daxil olduğundan, eyni zamanda hazırkı iddianın 3-cü bəndinə qeyd olunan müddalara əsasən vərəsə kimi tanınmaqla, vərəsəlik şəhadətnaməsi adına verildiyindən, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 105 saylı binanın 108-ci mənzilində yaşayan vət. P.H.Zeynalova məxsus olan köşkə dair onun istifadə və sahiblik hüquqları tanınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, nümayəndəsinin göstərdiyi xüsusatları təsdiq edərək bildirdi ki, Cavabdeh onun qardaşıdır və hazırki iddia tələbindən onun məlunatı var. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 105 saylı binanın yan hissəsində yerləşən, P.H.Zeynalova məxsus köşkə dair onun istifadə və sahiblik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh onun qardaşlarıdır. Hazırki iş üzrə mübahisə predmeti olan köşk uşaqlıqdan atasının istifadəsində olub. Atası rəhmətə gedəndən sonra, anası Əminə Zeynalova həmin köşkü icarəyə vermişdir. Anası rəhmətə gedənə qədər qarşı İddiaçıla bir yerdə yaşamışlar. Anası sözü gedən köşkü qardaşı Namiqə hıəvalə etmişdir, lakin anası öləndən icarəni digər qardaşı Cavabdeh almağa başladı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, mərhum Həbib Zeynalov onun qardaşı olub, hazırki iş üzrə İddiaçı və Cavabdeh onun qardaşının övladlarıdır. Mübahisə predmeti olan köşk 20 ildən çox qardaşı Həbib Zeynalovun istifadəsində olub, qardaşı rəhmətə gedəndən sonra, qardaşının arvadı Əminə Zeynalovanın həmin köşkü icarəyə vermişdir. Mərhum qardaşı və onun arvadı Əminə Zeynalova həmişə İddiaçıla bir yerdə yaşayıblar. Hətta həmişə söhbət gedirdi ki, bütün əmlaklar Namiqə qalacaqdır. Qardaşının və onun arvadının bütün əziyyətini həmişə Namiq çəkib. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayon MKTB ilə X13 arasında bağlanmış 31 dekabr 1999-cu il tarixli müqavilədən görünür ki, X3 fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 105 saylı binanın yan hissəsində yerləşən köşkə dair müqavilə bağlanmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1545 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, Binqədi rayonu, 9-cu mkr/n, Mir Cəlal küçəsi, 105 saylı binanın, 108-ci mənzilində yaşayan X12 məxsus olan köçkün konstruksiyalı elementlərlə yenidən qurulmasına icazə verilmiş və köşkün yenidənqurma layisəsinin rayonun memarı ilə razılaşdırılması X12 tapşırılmışdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 27 aprel 2018-ci ildə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 08 aprel 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X7 vərəsəsi, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak; ƏMDK-nin yanında DƏRDX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə X8 verilmiş **********28-05101-093088 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən şıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 104.48 kv/metr yaşayı sahəsi 76.18 kv/metr, yardımcı sahəsi 29.3 kv/metr, 5 otaqlı mənzildən ibarətdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1. mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon MKTB ilə X13 arasında bağlanmış 31 dekabr 1999-cu il tarixli müqaviləyə əsasən X3 fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 105 saylı binanın yan hissəsində yerləşən köşkə dair müqavilə bağlanmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1545 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Binqədi rayonu, 9-cu mkr/n, Mir Cəlal küçəsi, 105 saylı binanın, 108-ci mənzilində yaşayan X12 məxsus olan köçkün konstruksiyalı elementlərlə yenidən qurulmasına icazə verilmiş və köşkün yenidənqurma layisəsinin rayonun memarı ilə razılaşdırılması X12 tapşırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, X13 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və o, vəfat etdikdən sonra Piri Zeynalova məxsus əmlak X1 və mülkiyyətinə keçmişdir. X11 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Daha sonra müəyyən edilmişdir ki, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 08 aprel 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X7 vərəsəsi, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak isə ƏMDK-nin yanında DƏRDX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə X8 verilmiş **********28-05101-093088 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən şıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 104.48 kv/metr yaşayı sahəsi 76.18 kv/metr, yardımcı sahəsi 29.3 kv/metr, 5 otaqlı mənzildən ibarətdir. Hazırkı halda iddiaçı atası X10 istifadə və sahibliyində olmuş, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 105 binanın yan tərəfində 9 kv.m dən ibarət köşkə dair istifadə və sahiblik hüquqlarının tanınmasını tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, sözügedən köşkün iddiaçının atasının mülkiyyətində olmamış, o miras kütləsinə daxil edilməmiş, iddiaçı ilə köşkün balans saxlayıcısı arasında heç bir müqavilə bağlanmamışdır. Bu isə ona dəlalət edir ki, iddiaçının hazırkı tələblə çıxış etməsi üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ - hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” İddiaçı subyektiv hüquqla bağlı mövqeyini onunla əsaslandırır ki, mübahisə predmeti olan köşk uzun müddət atasının qanuni istifadəsində olmuş, o orada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddət ərzində, iddiaçı ilə bir mənzildə yaşamış, birgə təsərrüfat aparmış, qulluq etmiş, müalicələri ilə məşğul olmuşdur. Atasının vəfatından sonra bütün əmlak ilə bir yerdə həmin köşkə dair istifadə və sahiblik hüquqları anası X4 də, xx.xx.2023- cü il tarixində onun vəfatından sonra Cavabdeh həmin köşkü zəbt edərək ələ keçirmiş və faktiki olaraq ona aid istifadə və sahiblik hüquqlarına məhdudiyyət yaratmışdır. Məhkəmə iddiaçının dəlillərini əsaslı hesab etmir. Belə ki, iş üzrə müəyyən edilir ki, sözügedən köşkə dair Bakı şəhəri Binəqədi rayon MKTB ilə X13 arasında 31 dekabr 1999-cu il tarixli müqavilə bağlanmış, X3 fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 105 saylı binanın yan hissəsində yerləşən köşk onun istifadəsinə verilmişdir. X13 xx.xx.2018-ci il tarixdə vəfat edəndən sonra sözügedən köşkə dair iddiaçı ilə və yaxud cavabdehlə hər hansı müqavilənin bağlanması, eləcə də həmin köşkün miras əmlaka daxil edilməsi müəyyən edilmir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçının subeyktiv hüququnun olmadığı işin hallarına əsasən təsdiqini tapdığından iddia rədd edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar