Məhkəmə qərarları › İş №2(001)-1138/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1138/2025

25.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1138/2025 25.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: reqres qaydasında pulun tutulması tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2064/2023-020 nömrəli, 12 may 2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı zamin kimi ondan tutulmuş 2904 manat və tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onunla qonşuluqda yaşamış, bir qonşu kimi münasibətləri yaxşı olmuşdur. Cavabdeh ona müraciət edərək ailəsində problemlərin yaranması, maddi sıxıntılarının olması ilə bağlı bankdan kredit götürməsi üçün ona zamin durmasını xahiş etmişdir. Cavabdeh də təqaüddə olan zabit olduğundan (Daxili Qoşunların zabiti kimi) onun səmimiyyətinə inanmış, zamin durmağa qərar vermişdir. Cavabdeh də onun kimi hərbi qulluqçu olduğundan, əmək haqlarını "xxxx" ASC-dən aldıqlarından, əmək haqqı olduğundan borcun ödənməsində hər hansi bir problem yaranmayacağını düşünmüşdür. Bu baxımdan onun borcunun icra edilməsinə zamin durmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə "X4" Bakı filialı arasında 10000 manat kreditin götürülməsinə eyni tarixdə üç tərəfli kreditor, borclu və zamin arasında müqavilə bağlanmışdır. Cavabdeh ilkin olaraq müəyyən məbləğdə ödəniş etsə də sonradan dayandırmışdır. Bundan sonra cavabdeh borcun ödənilməsindən yayınmış, o, zamin durduğundan kreditor bank hər dəfə onun ödənişdən yayınmasını bildirmişdir. Lakin o, cavabdehi tapa bilməmişdir, öyrənmişdir ki, kirayədə qalır. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2064/2023 saylı, 12 may 2023-cü il tarixli qətnaməsi ilə “X4” Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilmiş, Cavabdeh, İddiaçı və X1 9146,5 manat əsas, 824,61 manat faiz borcu olmaqla ümumillikdə 9971,11 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq "X4" Bakı filialına ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 117,13 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh, İddiaçı və X1 tutularaq “X4” Bakı filialına ödənilməsi qət edilmişdir. Bundan sonra Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə onun təqaüdündən tutulmalar başlamışdır. Borclunun öhdəliyinin icra etməməsinə görə hər ay əsas borc, faiz borcu, eləcə də gecikdirilən günlərə görə faiz məbləğ də onun təqaüdündən tutulmuşdur. Beləliklə, cavabdehin (borclunun) öhdəsinə götürdüyü öhdəliyi icra etmədiyindən zamin kimi onun təqaüdündən 2904 manat vəsait tutulmuşdur. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2064/2023-020 nömrəli, 12 may 2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsi qərara alınmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir.

b) Mülki işin materialları:

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2064/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, “X4” Bakı filialının Cavabdeh, İddiaçı və X2 qarşı kredit borcunun tutulması tələbi barədə iddiasının təmin edilməsi, Cavabdeh, İddiaçı və X1 9146,5 manat əsas, 824,61 manat faiz borcu olmaqla, ümumilikdə 9971,11 manat pul vəsaitinin və ödənilmiş 117,13 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq “X4” Bakı filialına ödənilməsi ödənilməsi qət edilmişdir.

6. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı məxsus ödəniş kartından xx.xx.2023-cü il tarixdə 228.36 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 228.35 manat məbləğində, xx.xx.2024-cü il tarixdə 228.36 manat məbləğində, xx.xx.2024-cü il tarixdə 329.45 manat məbləğində, xx.xx.2024cü il tarixdə 246.72 manat məbləğində, xx.xx.2024-cü il tarixdə 246.60 manat məbləğində, xx.xx.2024-cü il tarixdə 246.43 manat məbləğində, xx.xx.2024-cü il tarixdə 245.45 manat məbləğində, xx.xx.2024-cü il tarixdə 0.60 manat məbləğində xx.xx.2024-cü il tarixdə 246.09 manat məbləğində, xx.xx.2024-cü il tarixdə 0.79 manat məbləğində, xx.xx.2024-cü il 356.54 manat məbləğində, xx.xx.2024-cü il tarixdə 0.55 manat məbləğində, xx.xx.2024cü il tarixdə 356.25 manat məbləğində, xx.xx.2024-cü il tarixdə 0.84 manat məbləğində və xx.xx.2024-cü il məbləğində 357.44 manat məbləğində kredit borcu üzrə silinmələr həyata keçirilmişdir.

c) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

7. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

8. İş materialları ilə sübuta yetirilir ki, İddiaçı tərəfindən e-2(001)-2064/2023-020 nömrəli, 12 may 2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı ödənişlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

9. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

10. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

11. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

12. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.

13. 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarına əsasən Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər.

15. Beləliklə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-2064/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, “X4” Bakı filialının Cavabdeh, İddiaçı və X2 qarşı kredit borcunun tutulması tələbi barədə iddiasının təmin edilməsi, Cavabdeh, İddiaçı və X1 9146,5 manat əsas, 824,61 manat faiz borcu olmaqla, ümumilikdə 9971,11 manat pul vəsaitinin və ödənilmiş 117,13 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq “X4” Bakı filialına ödənilməsi ödənilməsi qət edilmiş, İddiaçı tərəfindən e-2(001)-2064/2023-020 nömrəli, 12 may 2023cü il tarixli icra sənədinin icrası ilə bağlı ödənişlər həyata keçirilmişdir. Ona görə də iddiaçı cavabdehin borcuna görə banka ödədiyi 2904 manat vəsaitin tutularaq ona ödənilməsinə dair iddia qaldırmışdır.

16. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh “X4” Bakı filialı ilə arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və iddiaçı tərəfindən zamin olaraq həmin öhdəliklərin bir qismi qarşılandığından, iddiaçının cavabdehə qarşı əvəzinə yerinə yetirdiyi öhdəliyin həcmi miqdarında pul tələbi qanuni və əsaslıdır.

17. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2904 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilən 50 manat məbləğində pul vəsaitinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pulun tutulması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2904 (iki min doqquz yüz dörd) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 50 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar