Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-114/2025 13.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın hərrac vasitəsi ilə satılması və əldə edilmiş məbləğin paylara uyğun bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: paylı mülkiyyət, naturada ayrılma, hərrac vasitəsi ilə satış) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə Oktyader oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın hərrac vasitəsi ilə satılması və əldə edilmiş məbləğin paylara uyğun bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 01 oktyabr 2022-ci il tarixdə vəfat etmiş anaları X4 ailəyə miras qalmış Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci Mədən küçəsi korpus 43 ev 502 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin 1/5 hissəsi o, İddiaçı Məmmədşəfı oğluna və 4/5 hissədə Cavabdeh Məmmədşəfı qızına ayırıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci Mədən küçəsi korpus 43 ev 502 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş məbləğin paylarına uyğun olaraq 1/5 hissədə ona, 4/5 hissədə cavabdehlə aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası X23 15 avqust 1987-ci il tarixdə vəfat etmiş, X2 01 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Ailə üzvləri 7 (yeddi) nəfərdən ibarət olmuşdur- X23, ana X8, bacı X20 1948-ci il, qardaşı X12 1949-cu il, bacı Cavabdeh Məmmədşəfı qızı 1952-ci il, bacı X17 1955-ci il və özü-ailənin son beşiyi İddiaçı Məmmədşəfı oğlu xx xxxxxx 1959-cu il tarixdə anadan olmuşdur. Mübahisəli torpaq sahəsinin kateqoriyası təyinatına görə yaşayış məntəqələri torpaqlarına aid olan 0.058530 kv.m. torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi şəxsi mülkiyyətdə olmuşdur. Atasının vəfatından sonra ailəyə məxsus torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi ailənin ümumi razılığı əsasında ana X6 adına rəsmiləşdirilmişdir. X2 01 oktyabr 2022-ci il tarixdə vəfat etmiş, miras əmlak üzərində miras qoyan X7 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata alınmışdır. O, vərəsəlik üzrə ona çatası pay üzərində hüquqlarının rəsmiləşdirilməsindən ötəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ərizə müsbət həll edilərək fərdi yaşayış evinə dair texniki pasport və 1/5 hissədə onun, 4/5 hissədə cavabdehin mülkiyyətinə dair çıxarış verilmişdir. Ona çatası miras payını ayırmaq məqsədi ilə digər payçıları çağırıb payını ayırmaq istəyərkən bacısı Cavabdeh Məmmədşəfi qızı ona mane olaraq payını ayırmağa imkan vermir. X8 01 oktyabr 2022-ci il tarixdə vəfat etmiş, bundan üç ay dörd gün sonra 04 yanvar 2023-cü il tarixdə (18 aprel 1948-ci ildə anadan olmuş bacısı) X21 vəfat etmişdir. X10 vəfat etdiyinə görə ona çatası miras payı qızı X32 dəvət edilmiş, 01 oktyabr 2022-ci il tarixdə vəfat etmiş nənəsi X4 qalmış miras əmlakdan X32 çatası miras payı qəbul etməkdən imtina etmiş və gələcəkdə belə bir fikri olmayacağı və həmin əmlakla bağlı heç bir iddiası olmayacağını bildirmişdir. Belə olan halda yaranmış real vəziyyəti nəzərə alaraq miras əmlakdan İddiaçı 1/5 hissədə, Cavabdeh Məmmədşəfi qızına 4/5 hissədə pay verilməlidir. Hal hazırda mülkiyyətin onun şəxsi mülkiyyətinə aid olmasına baxmayaraq iş üzrə cavabdeh qanuni mülkiyyətində olan ona məxsus əmlak üzərində olan sahiblik, istifadə, sərəncam və sair hüququnu həyata keçirməyinə mane olur, könüllü şəkildə verilməsinə imkan vermir. Cavabdeh Məmmədşəfi qızının bu hərəkətləri nəticəsində onun maddi və mənəvi hüquqları pozulmuş, əlində çıxarış olmasına baxmayaraq miras payını zəbt edərək vermir, nə qədər çalışsa da, qanunu miras payını ondan naturada ala bilmir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı verdiyi izahatında bildirdi ki, iddianı müdafiə edir, məhkəməyə təqdim edilmiş sübutlar əsasında işə mahiyyəti üzrə baxaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, payların naturada bölgüsünün mümkün olmaması ekspert rəyi ilə təsdiq edildiyindən hərrac vasitəsi ilə satılmasını tələb edir. Müvafiq ekspertiza keçirilmiş və əmlakın dəyəri 100.000 manat məbləğində müəyyən edilmişdir. Bir neçə dəfə məhkəmə iclasları aralarında barışıq əldə edilməsi məqsədi ilə təxirə salınsa da, barışıq mümkün olmamışdır. Cavabdeh ona 21000 manat təklif etsə də, ilk öncə həmin məbləğlə bağlı razılıq olsa da, sonradan mümkün olmamışdır. Nəticədə iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə Oktyader oğlu iddianın qanunsuz və əsassız olduğunu bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Belə ki, qeyd edilən əmlak 1/5 hissədə iddiaçının mülkiyyətində olsa da, 4/5 hissədə anasının mülkiyyətindədir. Onlar bütün ailə üzvləri ilə birlikdə qeyd edilən ünvanda yaşayırlar, başqa yaşayır yeri yoxdur. İddiaçının həmin əmlakda hər hansı marağı yoxdur, onun payı cüzi hissədədir, müəyyən edilmiş məbləğin 20000 manat və əlavə çəkilmiş xərc əvəzi olaraq 1000 manatın mülkiyyət hüququna xitam verilməsi əvəzində təklif edir. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. İİİ.İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ Mədən küçəsi, korpus 43, ev 502 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ Mədən küçəsi, korpus 43, ev 502 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/5 hissədə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. - AZ-İ seriyalı, 936989 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1987-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - AZ-İİ seriyalı, 273506 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - AZ-T seriyalı, 060460 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuş, ata qrafasında X25, ana qrafasında X9 qeyd olunmuşdur. - 07.07.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 qanuni vərəsəsi Cavabdeh Məmməd qızı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ Mədən küçəsi, korpus 43, ev 502 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin ünvanda yerləşən 0.05853 ha torpaq sahəsindən 4/5 hissədə pay almalıdır. - 07.06.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 qanuni vərəsəsi İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ Mədən küçəsi, korpus 43, ev 502 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin ünvanda yerləşən 0.05853 ha torpaq sahəsindən 1/5 hissədə pay almalıdır. - 2273180011369 saylı notarial ərizənin surətindən görünür ki, Cavabdeh Məmməd qızı X5 miras qalmış əmlakı qəbul etmişdir. - 2273180011370 saylı notarial ərizənin surətindən görünür ki, Əliyev Məmmədrəsul X1 miras qalmış əmlakı qəbul etməmiş, ona düşən miras paydan Cavabdeh xeyrinə imtina etmişdir. - 2273180011368 saylı notarial ərizənin surətindən görünür ki, X3 Balacaxanım Əlihüseyn qızından miras qalmış əmlakı qəbul etməmiş, ona düşən miras paydan Cavabdeh xeyrinə imtina etmişdir. - 2330280010899 saylı notarial ərizənin surətindən görünür ki, X35 X5 miras qalmış əmlakı qəbul etməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1016 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 43, ev 502 (Yeni qaydalarla: AZ1053, ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, bir tərəfdən yol ilə əhatə olunduğunu, torpaq sahəsində tikililərin yerləşmə vəziyyətini, otaqların yerləşmə vəziyyətini, mülkiyyətçilərin payına düşən sahəni, həmin paya uyğun sahənin mövcud olmadığını, texniki pasportda nəzərdə tutulmayan əlavə otaq tikilisinin inşa olduğunu nəzərə alaraq, həmin yaşayış evindən və torpaq sahəsindən ayrıca giriş-çıxış nəzərdə tutulmaqla İddiaçı 1/5 payının naturada ayrılması texniki cəhətdən mülkiyyətçilərin payına uyğun naturada bölgüsünün "AzDTN 2.7-2 "Yaşayış Binaları Layihələndirmə Normaları"-nın 52, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində göstərilənlərə və "Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması" metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-114/2025 saylı qərardadı ilə mülki iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və qiymətləndirmənin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. - xx.xx.2025-ci il tarixli, 0257 saylı hesabatdan aşağıdakılar görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ Mədən küçəsi, korpus 43, ev 502 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 100000 manat, likvid dəyəri 90000 manat təşkil edir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 11.4. Xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları (istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir. 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3- 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Həmin qərardadın 18-ci bəndinə əsasən hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Həmin qərardadın 19-cu bəndinə əsasən qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Həmin qərardadın 25-ci bəndinə əsasən məhkəmə iddiaçının çatmaq istədiyi hüquqi nəticənin ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması və ya əşyanın bölünməsindən ibarət olduğunu müəyyən edərsə, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin müvafiq olaraq 220.3-220.6-cı və 221-ci maddələrini tətbiq etməklə mübahisəni həll etməlidir. Həmin qərardadın 28-ci bəndinə əsasən bununla belə nəzərə alınmalıdır ki, qanunvericilikdə bu kateqoriya işlər üzə məcburi şəkildə mərhələli həll qaydası müəyyən edilmişdir. Həmin qərardadın 29-cu bəndinə əsasən Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Həmin qərardadın 30-cu bəndinə əsasən bu iddialara baxılması zamanı mərhələli həll qaydasının müəyyən edilməsində məqsəd mülkiyyətçilərdən birinin (və ya bir neçəsinin) digər paylı mülkiyyətçiləri öz mülkiyyət hüquqlarından iradələrinə zidd şəkildə istədikləri vaxt istədikləri formada məhrum etmələrinə müəyyən məhdudiyyətlər qoymaqla, mülkiyyət hüququnun toxunulmazlığını qorumaqdan, həmçinin bütün mülkiyyətçilərin hüquqi mənafelərinin balanslı müdafiəsinə nail olmaqdan ibarətdir. Məhz bu məqsədlə qanunverici bu kateqoriyadan olan mübahisələrin həlli zamanı qanunla müəyyən edilmiş mərhələlərdən birini və ya bir neçəsini istisna etməklə, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqinin tələb edilməsini qadağan etmişdir. Bu baxımdan iddiaçının dispozitivlik prinsipindən çıxış edərək, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqini tələb etməsi iddianın rədd olunması üçün əsasdır. Həmin qərardadın 62-ci bəndinə əsasən Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Həmin qərardadın 63-cü bəndinə əsasən birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Həmin qərardadın 64-cü bəndinə əsasən bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Həmin qərardadın 65-ci bəndinə əsasən ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin qərardadın 66-cı bəndinə əsasən hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 147. İ. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. İİ. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. İİİ. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Maddə 149.İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ Mədən küçəsi, korpus 43, ev 502 (Yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi çıxarışa əsasən 1/5 hissədə iddiaçı və 4/5 hissədə cavabdehin paylı mülkiyyətindədir. Həmin paylı mülkiyyətin satılmasına dair aralarında razılıq əldə edilməmişdir. İddiaçı mənzilin naturada bölünməsi, mümkün olmadığı təqdirdə hərracda satılaraq vəsaitin paylara uyğun olaraq bölünməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir. Təyin edilmiş ekspertiza rəyi əsasında mübahisəli fərdi yaşayış evi və torpaq sahəsində payın ayrılması ona tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün olmadığından, eləcə də cavabdehin iddiaçıya payının dəyərinə görə kompensasiya vermək fikri olsa da, iddiaçı qəbul etmədiyindən qeyd edilən əmlakın satılması və satış pulunun tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə tələbi əsaslıdır. Mübahisəli əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsinin mümkünlüyü ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında verilən rəyin əsaslandırıcı hissəsindən məlum olur ki, sözügedən əmlakın mövcud paylara uyğun naturada ayrılması texniki cəhətdən mümkün deyil. Məhkəmə əmlakın satışının keçiriləcəyi hərracın formasına münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024 saylı, xx.xx.2024-cü il tarixli vahid məhkəmə təcrübəsi yaradan qərardadında qeyd olunmuşdur ki, hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Qeyd edilən mövqedən çıxış edərək hazırki iş üzrə məhkəmə hesab edir ki, mübahisəli əmlakın satışı ilk növbədə qapalı hərrac qaydasında keçirilməli, yalnız bu baş tutmadıqda isə açıq hərracın keçirilməsi təmin olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, işin hallarından da göründüyü kimi tərəflər digər tərəfə məxsus payın alınması üçün təşəbbüslə çıxış etmiş, əmlakın özünün alması və dəyərinin qarşı tərəfə ödəməsinə dair mövqeyi vardır və bu da bir daha əmlakın ilk növbədə paylı mülkiyyətçilər üçün satışa çıxarılmasınının zəruriliyinin təsdiq edir. Məhkəmə əmlakın həqiqi dəyərinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, müstəqil qiymətləndirici "xxxx" MMC-i tərəfindən verilmiş hesabatdan görünür ki, təqdim edilən ünvanda yerləşən əmlakın 2025-ci ilə mövcud orta bazar dəyəri təqribən 100.000 manat məbləğində müəyyən edilir. Qeyd edilən müstəqil hesabatı şübhə altına alan əsaslar müəyyən edilmir, tərəflər məbləği mübahisələndirmir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ Mədən küçəsi, korpus 43, ev 502 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyən edilməklə əvvəlcə qapalı (yəni yalnız paylı mülkiyyətin iştirakçıları üçün nəzərdə tutulan) hərrac, mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə etmədiyi halda isə açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh 4/5 hissədə və İddiaçı 1/5 hissədə olmaqla paylarına uyğun bölünməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ Mədən küçəsi, korpus 43, ev 502 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyən edilməklə əvvəlcə qapalı (yəni yalnız paylı mülkiyyətin iştirakçıları üçün nəzərdə tutulan) hərrac, mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə etmədiyi halda isə açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş məbləğ Cavabdeh münasibətdə 4/5 hissə və İddiaçı münasibətdə 1/5 hissədə olmaqla paylarına uyğun bölünsün. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-114/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-114/2025
13.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver