Məhkəmə qərarları › İş №2(001)-1153/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1153/2021

09.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1153/2021 09.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İphone 6s” 32 GB markalı, “LG G6 H87” markalı, “Hoffmann Neo A700” markalı və “Xiaomi Mi A2 Lite” 3/32GB markalı telefonların, Earbuds QCY-T1 TWS BT Earphones və 3 ədəd Apple Airpods 2 Wireless Charging MRXJ2 markalı aksesuarların, Xiaomi A2 ekran sensorun (black), Hoffmann X-Prime Tp-in, Plomb 26x12, Samsung J120 ekran sensorun (white), Hoffmann A300 Touch (black), Hoffmann A300 Touchscreen-Black (new version), Samsung A505 (A50) ekran sensorun (black), Xiaomi A1 main cameranın, Samsung j701 (neo) ekran sensorun (gold), Samsung J250 LCD+Touchscreen Gold, Samsung J250 arxa qapağın, Samsung J250 ekran sensorun (black), Samsung J250 ekran sensorun (gold), Samsung J250 ekran sensorun (pink), Samsung J730 ekran sensorun (black), Samsung J530 ekran sensorun (pink), Samsung J530 dinamikin, Samsung J530 home klavishin, X3 6 Pro buzzerin və Airpods case ehtiyyat hissələrinin iddiaçıya qaytarılması, qaytarılması mümkün olmadıqda cavabdehdən həmin malların dəyəri olan 4761,54 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvannda yerləşən təsərrüfat obyektində (servis mərkəzində) mühəndis vəzifəsində işləməklə, 21.08.2017-ci il tarixdən iddiaçının işçisi olmuşdur. Cavabdeh mühəndis olduğundan servis mərkəzinə təqdim edilən, iddiaçının müştərilərinin cihazlarını yoxlamaq üçün cihazlar, aksesuarlar və ehtiyat hissələri təhvil verilmişdir. Həmin cihaz, aksessuar və ehtiyat hissələrindən müştərilərin məhsullarını müayinə və təmir etmək üçün istifadə edilmişdir. Cavabdehlə iddiaçı arasında bağlanmış əmək müqavilsinə 22.09.2020-ci il tarixdə xitam verilmiş, lakin cavabdeh adında qalan və iddiaçıya məxsus cihaz, aksessuar və ehtiyat hissələrini iddiaçıya qaytarmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Buluşov iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verməklə hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 05.10.2020-ci il tarixli akta əsasən, T.Əhmədov, M.Babayev və T.Nurəlizadə öz imzaları ilə Servis Link-1 Nizami filialında mühəndis vəzifəsində çalışan Cavabdeh təhvil verilmiş cihazların qaytarılmadığını təsdiq etmişlər. - 13.10.2020-ci il tarixli üzləşmə aktına əsasən, Servis Link-1 Nizami filialında mühəndis vəzifəsində çalışan Cavabdeh qeyd olunan cihazları və ehtiyat hissələrini anbara təhvil vermədiyini öz imzası ilə təsdiq etmişdir. -Məhkəmə iclasında tərəflərin razılığı ilə iddia ərizəsində qeyd edilən məhsulların qiymətlərinə (dəyərlərinə) dair tərtib edilmiş siyahı(akt). Belə ki, Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində malların adını qeyd etməklə bərabər onların dəyərini (qiymətini) də göstərmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə malların qiyməti razılaşdırılmış və malların qaytarılması mümkün olmadığı təqdirdə cavabdehdən 4493,76 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilmədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh qeyd edilən malların qaytarılması mümkün olmadıqda, həmin malların dəyəri, yəni 4493,76 manat və 30 manat dövlət rüsumu tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəyəri 450 manat olan “İphone 6s” 32 GB markalı, dəyəri 350 manat olan “LG G6 H87” markalı, dəyəri 30 manat olan “Hoffmann Neo A700” markalı və dəyəri 250 manat olan “Xiaomi Mi A2 Lite” 3/32GB markalı telefonlar, dəyəri 50 manat olan Earbuds QCY-T1 TWS BT Earphones və hər birinin dəyəri 470 manat olan 3 ədəd Apple Airpods 2 Wireless Charging MRXJ2 markalı aksesuarlar, dəyəri 30 manat olan Xiaomi A2 ekran sensoru (black), dəyəri 8,35 manat olan Hoffmann X-Prime Tp, dəyəri 0.12 manat olan Plomb 26x12, dəyəri 60 manat olan Samsung J120 ekran sensoru (white), dəyəri 24.12 manat olan Hoffmann A300 Touch (black), dəyəri 7,26 manat olan Hoffmann A300 Touchscreen-Black (new version), dəyəri 120 manat olan Samsung A505 (A50) ekran sensoru (black), dəyəri 34.55 manat olan Xiaomi A1 main camera, dəyəri 100 manat olan Samsung J701 (neo) ekran sensoru (gold), dəyəri 65 manat olan Samsung J250 LCD+Touchscreen Gold, Samsung 3.0 arxa qapağ, dəyəri 130 manat olan Samsung J250 ekran sensoru (black), dəyəri 70 manat olan Samsung J250 ekran sensoru (gold), dəyəri 210 manat olan Samsung J250 ekran sensoru (pink), dəyəri 150 manat olan Samsung J730 ekran sensor (black), dəyəri 100 manat olan Samsung J530 ekran sensor (pink), Samsung J530 dinamiki, Samsung J530 home klavishi, dəyəri 11,02 manat olan X3 6 Pro buzzeri və dəyəri 30 manat olan Airpods case ehtiyat hissələri alınaraq İddiaçı MMC-yə ödənilsin. Sadalanan malların qaytarılması mümkün olmadıqda, onların dəyəri 4493,76 (dörd min dörd yüz doxsan üç manat yetmiş altı) manat pul məbləği və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar