Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1161/2021 21.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 Telman oğlunun, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pulun tutulması, icra üsulunu müəyyən etməklə tutmanın əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 İddiaçı borclu olduğu 210.550 ABŞ dolları pulun cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tələb edilməsi, borc məbləği olan 210.550 ABŞ dolları pulun cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tələb edilməsinin icra üsulunun müəyyə edilməsi, borc məbləği olan 210.550 ABŞ dolları pulun X4 miras qalmış ünvan 1 ünvanda olan mənzilə, Qəbələ rayonu Çarxana kəndində olan 0,1233 ha ölçüdə, həmin ünvanda olan 0,0875 ha ölçüdə, həmin ünvanda olan 0,26 ha ölçüdə torpaq sahələrinə və “Mercedes S 320” markalı, ** SR *** nömrə nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, miras əmlakların hərraca çıxarılaraq satılması və əldə olunan pul vəsaitlərinin borc öhdəliklərinin əvəzi olaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Telman oğlu ilk öncə iddianı borcun əmlakın dəyəri həcmində tutulması şərti ilə qismən etiraf edib, bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin sonradan məhkəmə iclasında iddianı qismən qəbul edib, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, 1/17 saylı evin, 34 saylı mənzili, Qəbələ rayonu Çarxana kəndində yerləşən 0,1233 ha, 0,0875 ha, 0,26 ha torpaq sahələri hazırda da mərhum atasının mülkiyyəti kimi qalmaqdadır. Lakin iddia ərizəsində qeyd edilən “Mercedes S 320” markalı, ** SR *** nömrə nişanlı nəqliyyat vasitəsi onun atasının mülkiyyətində olmamışdır. O, anası, bacıları və qardaşı atasının qanun üzrə vərəsələridir və həmin əmlakları faktiki olaraq qəbul etmişdilər. Onun mərhum atasının həqiqətən də iddiaçıya 210.550 ABŞ dolları məbləğində borcu var. Əmlakın dəyəri məbləğində borcun tutulmasına razıdır. Əmlakın dəyərindən artıq məbləğin isə iddiaçı ilə razılaşmaqla ödənilməsi təmin ediləcəkdir. Göstərilənlərin nəzərə alınmasını və qanunvericiliyin tələblərinə uyğu qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Telman oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən qəbul edərək, Cavabdeh1 Telman oğlunun izahatına uyğun izahat vermiş və iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdilər. Məhkəmə işə bu cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı X2 2018-ci ilin avqust-oktyabr aylarında ümumilikdə 210.550 ABŞ dolları məbləğində pulu borc vermişdir. X7 həmin pulu iddiaçıdan qəbul etmişdir. Bundan sonra bu tərəflər arasında 26.04.2019-cu il tarixdə bağlanmış borcun etirafı müqaviləsinə əsasən X7 iddiaçıya 210.550 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etmiş və bu məbləğin 1 il müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. X7 16.06.2020-ci il tarixdə ölmüşdür. Cavabdeh5 X5 arvadı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 uşaqlarıdır. X5 ölüm anına Bakı şəhəri, Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, 1/17 saylı evin, 34 saylı mənzili, Qəbələ rayonu Çarxana kəndində yerləşən 0,1233 ha, 0,0875 ha, 0,26 ha torpaq sahələri onun mülkiyyətində olmuş və hazırda da onun mülkiyyəti kimi qeydiyyatdadır. Ondan miras qalmış bu əmlaklar onun vərəsələri olan cavabdehlər tərəfindən faktiki olaraq qəbul edilmişdir. Hazırda da İddiaçı X1 ona borclu olduğu 210.550 ABŞ dolları məbləğində pulu onun vərəsələrindən (cavabdehlərdən) tutulmasını, bu məbləğin onlardan tutulmasının icra üsulunun müəyyən edilməsini, tutmanın bu əmlaklara, habelə “Mercedes S 320” markalı, ** SR *** nömrə nişanlı nəqliyyat vasitəsinə yönəldilməsini, əmlakların açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına borc məbləğinin ödənilməsini tələb edir. Cavabdeh1 iddianı qismən qəbul edir, “Mercedes S 320” markalı, ** SR *** nömrə nişanlı nəqliyyat vasitəsi istisna olmaqla digər əmlakların atasının mülkiyyətində olduğunu, onunla birlikdə, anasının, bacılarının və qardaşının atasının qanun üzrə vərəsələri olduğunu və həmin əmlakları faktiki olaraq qəbul etdiklərini, onun mərhum atasının həqiqətən də iddiaçıya 210.550 ABŞ dolları məbləğində borcunun olduğunu, əmlakların dəyəri məbləğində borcun tutulmasına razı olduğunu, əmlakın dəyərindən artıq məbləğin isə iddiaçı ilə razılaşmaqla ödənilməsinin təmin ediləcəyini bildirir və qanunvericiliyin tələblərinə uyğu qətnamə çıxarılmasını xahiş edir. Məhkəmənin müvafiq qərardadının icrası qaydasında tərtib edilmiş mütəxəssiz rəylərində Bakı şəhəri, Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, 1/17 saylı evin, 34 saylı mənzilinin bazar qiyməti 150.000 manat, Qəbələ rayonu Çarxana kəndində yerləşən 0,1233 ha ölçüdə torpaq sahəsinin bazar qiyməti 18.500 manat, Qəbələ rayonu Çarxana kəndində yerləşən 0,0875 ha ölçüdə torpaq sahəsinin bazar qiyməti 13.100 manat, Qəbələ rayonu Çarxana kəndində yerləşən 0,26 ha ölçüdə torpaq sahəsinin bazar qiyməti 31.200 manat məbləğində müəyyən edilmişdir. “Mercedes S 320” markalı, ** SR *** nömrə nişanlı nəqliyyat vasitəsinin X5 mülkiyyətində olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, hüquqi nəticə etibarı ilə iddiaçı ilə X7 arasında borc münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən bu şəxsə 210.550 ABŞ dolları məbləğində pul borc verilmişdir. Bundan sonra onların arasında 26.04.2019-cu il tarixdə borcun etirafı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən X7 iddiaçıya 210.550 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etmiş və 1 il müddətinə, yəni 26.04.2020-ci il tarixədək bu borcu qaytarmağı barədə üzərinə öhdəlik götürmüşdür. Buna baxmayaraq, iddiaçıya olan həmin borcunu müəyyən edilmiş müddət ərzində ödəməmiş, bundan sonra isə 16.06.2020-ci il tarixdə ölmüşdür. Onun həyat yoldaşı və uşaqları (cavabehlər) ondan miras qalmış əmlaka sahiblik və idarə etməyə faktik başlamışlar və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirməklə mirası qəbul etmişlər. Bu səbəbdən iddiaçı hazırda qeyd edilən məbləğin onun vərəsələrindən tutulmasını tələb edir. Bununla belə, X7 iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, onun vərəsələri həmin öhdəliyinin hər bir təqsirli pozuntusuna görə hər birinin payına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyaraq, əldə etdikləri miras pay həcmində borcu iddiaçıya ödəməlidirlər. Belə ki, cavabdehlər mirası (əmlakı) qəbul etmiş vərəsə kimi onun əmlak hüquqlarını əldə etmişlər və eyni zamanda, onun vəzifələrinin icraçısına çevrilmişdilər ki, bu baxımdan da onlar hazırda onun kreditoru qismində çıxış edən iddiaçının mənafelərini (yaranmış borcun ödənilməsini) təmin etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11.12.2018-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürüb iddiaçı tərəfindən tələb edilən bütün borc məbləğinin cavabdehlərdən tutulması ilə bağlı edir ki, X5 borcun etirafı müqaviləsi üzrə iddiaçıya yaranmış borcuna görə cavabdehlərin məsuliyyətinin həddi yalnız mirasın həcmi araşdırıldıqdan sonra miras aktivinə mütənasib surətdə müəyyən edilməlidir. Bu baxımdan məhkəmə nəzərə alır ki, X5 5 vərəsəsi var (arvadı və dörd uşağı), lakin onlardan biri, yəni xx.xx.2005-ci il təvəllüdlü qızı Cavabdeh3 yetkinlik yaşına çatmayandır. X4 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, 1/17 saylı evin, 34 saylı mənzilinin (150.000 manat), Qəbələ rayonu Çarxana kəndində yerləşən 0,1233 ha ölçüdə torpaq sahəsinin (18.500 manat), Qəbələ rayonu Çarxana kəndində yerləşən 0,0875 ha ölçüdə torpaq sahəsinin (13.100 manat) və Qəbələ rayonu Çarxana kəndində yerləşən 0,26 ha ölçüdə torpaq sahəsinin (31.200 manat) ümumi bazar dəyəri (150.000 + 18.500 + 13.100 + 31.200 = 212.800) 212.800 manat təşkil edir. Bu da öz növbəsində cavabdehlərdən iddiaçının xeyrinə yalnız həmin məbləğdə pulun tutulmasını mümkün edir. Məhkəmə, iddia tələbinin “pulun tutulması” hissəsi ilə bağlı qənaətini əsas götürüb, hesab edir ki, iddia tələbi “icra üsulunu müəyyən etməklə tutmanın əmlaka yönəldilməsi” hissəsində əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh5) müştərək qaydada 212.800 manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh5) müştərək qaydada 212.800 (iki yüz on səkkiz min səkkiz yüz) manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1161/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1161/2021
21.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver