Məhkəmə qərarları › İş №2(001)-1170/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-1170/2024

14.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1170/2024 14.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında şifahi şəkildə razılıq əldə edilmiş və iddiaçı KHAZAR SD minik markalı, 77PS295 dövlət qeydiyyat nişanlı avtomobili cavabdehdən ilkin ödəniş 900 manat və qalan məbləği hər gün 25 azn olmaqla 30 ay müddətinə ödəmək şərtilə almışdır. Lakin həmin avtomobil iddiaçıda ümumilikdə 22 gün ərzində - yəni xx.xx.2023-cü il tarixidən xx.xx.2023-cü il tarixinə kimi olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi 22 gün ərzində hər gün üzrə ödəyəcəyi 25 manatı vaxtı vaxtında ödəmiş və bu məbləğ ümumilikdə 550 manat təşkil etmişdir. Ödənişlərini təsdiq edən qəbzlər mövcuddur. 22 gün ərzində hesablanmış 550 manat məbləği ödəməyinə baxmayaraq avtomobildə yaranmış nasazlıqların aradan qaldırılması üçün profilaktoriyada saxlandığı zaman Cavabdeh1 heç bir əsas olmadan avtomobili həmin ərazidən götürərək, heç nə olmamış minik avtomobilini banka aparmışdır. Avtomobildə olan nasazlıqların aradan qaldırılmasına çəkilən xərclər ümumilkdə 500 manat təşkil etmişdir. Hazırda isə avtomobili bankın dayanacağından götürülməsi üçün ondan 300 manat pul tələb edilir. İddiaçıya qarşı edilmiş bu hərəkət qanunsuz və əsassızdır. Belə ki götürdüyü gündən ödəməli olduğu məbləğləri vaxtlıvaxtında ödəməsinə baxmayaraq cavabdeh tərəfindən avtomobil onun istifadəsindən götürülmüşdür. İddaçı iddia ərizəsində Cavabdeh1 ödədiyi cəmi 1950 manat miqdarında pulun və 41 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirmiş və ərizədə göstərmişdir ki, cavabdehdən ilkin ödəniş olaraq 900 manatın, 22 gün ərzində ödədiyi 550 manatın və 500 manat maşına çəkilmiş xərcin (yağ 90 manat, hava filteri 4 manat, yağ filteri 5 manat, arxa kürəcikli yastıq (arxa stupsiya) 50 manat, sol oynaqlı birləşmə (sol qranad) - 90 manat, 2 ədəd təkər - 130 manat (65x2), disk təmiri (əyriliyin düzəldilməsi) - 75 manat, balans 20 manat, təkərlərin tarazlaşdırılması (razval) 15 manat, zəhmət haqqı 35 manat) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh qismində işə cəlb edilsə də, faktiki olaraq Cavabdeh2nə qarşı iddiaçı tərəfindən hər hansı tələb irəli sürülməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X3 məhkəməyə bildirdi ki, hazırkı mübahisənin Cavabdeh2nə ümumiyyətlə hər hansı aidiyyəti yoxdur. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı isə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə Cavabdeh1 iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MAS-5157 saylı Daxili lizinq müqaviləsindən və müqaviləyə Əlavə №1-dən görünür ki, həmin müqavilə Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən qiyməti 17000 manat olan KHAZAR SD minik markalı avtomobil xx.xx.2023-cü il tarixli, MAS-5157 saylı Daxili lizinq müqaviləsi əsasında Cavabdeh1 tərəfindən alınmış, müqavilə imzalanan gün 3000 manat ödənilmiş, qalan məbləğə isə 48 ay müddətində illik 17,8% həcmində mükafat məbləği hesablanmaqla ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, POA********** saylı etibarnamənin surətindən görünür ki, həmin etibarnamə Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixli, MAS-5157 saylı “Daxili lizinq müqaviləsi əsasında lizinqə verilmiş KHAZAR SD minik markalı, 77PS295 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsinə dair xx.xx.2023-cü il tarixədək İddiaçı verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh1 nümayəndəsi X2 məhkəməyə bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, Cavabdeh1 avtomobili iddiaçıya vermiş, sonuncu isə avtomobili başqa şəxsə vermişdir. Cavabdeh hadisədən xəbər tutduqdan sonra avtomobili iddiaçıdan geri alıb. İş materiallarında olan Whatsapp tətbiqi vasitəsilə edilmiş yazışmalardan, foto şəkillərdən və qəbzlərdən görünür ki, iddiaçı Cavabdeh1 münasibətdə hazırkı tələblə çıxış etməyə haqlıdır. Cavabdeh1 nümayəndəsi X2 məhkəmə iclasında iştirak etsə də, iş materiallarına əlavə edilmiş yazışmaların Cavabdeh1 tərəfindən icra edilməsini və pulun ona köçürülməsini təkzib etməmiş, avtomobilin cavabdeh tərəfindən iddiaçıya verilməsini, sonra da geri alınmasını bildirmiş, sonrakı məhkəmə iclaslarına isə nə cavabdeh, nə də ki, onun nümayəndəsi gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixlli qərarında göstərilmişdir ki, “ ... mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləlilklə, məhkəmə Cavabdeh2nə qarşı hər hansı tələbin irəli sürülmədiyini nəzərə alaraq belə qənaətə gəlir li, iddia ərizəsi təmin edilməli, 1950 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 1950 (min doqquz yüz əlli) manat məbləğində pul və dövlət rüsumu qismində ödənilmiş 41 (qırx bir) manat Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar