Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1228/2022 20.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" KB ASC-yə və Cavabdeh1nə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “Hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli hərracın yekunları barədə protokolun və hərracın yekunları barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,1076 ha torpaq sahəsinə və onun üzərində yerləşən 835 saylı bağ evinə dair "xxxx" KB ASC ilə "xxxx" MMC arasında bağlanmış Hərracın yekunları barədə 59/05 saylı, xx.xx.2021-ci il tarixli protokolun etibarsız hesab edilməsi, bağ evi və torpaq sahəsinə dair "xxxx" KB ASC-nin mülkiyyət hüququnu təsdiq edən DƏDRX-dən verilmiş ********** nömrəli çıxarışın ləğv edilməsi və bu barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müvafiq qeydiyyatın aparılması, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,40 ha torpaq sahəsinə dair "xxxx" KB ASC ilə "xxxx" MMC arasında bağlanmış Hərracın yekunları barədə 59/06 saylı, xx.xx.2021-ci il tarixli protokolun etibarsız hesab edilməsi, torpaq sahəsinə dair "xxxx" KB ASC-nin mülkiyyət hüququnu təsdiq edən DƏDRX-dən verilmiş ********** nömrəli çıxarışın ləğv edilməsi və bu barədə DƏDRX-nin 4 saylı Abşeron ərazi İdarəsi tərəfindən müvafiq qeydiyyatın aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X3 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bə ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh "xxxx" MMC-yə və Cavabdeh1nə, habelə üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdehlər və üçüncü şəxslər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Eyni zamanda, bu cavabdehlərin mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılması tələbini ifadə edən ərizəsi, vəsatəti və sair sənədlər daxil olmamışdır. Məhkəmə, iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsini, habelə cavabdehlərin işə mahiyyəti üzrə baxımasını tələb etməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması barədə iddiaçının ərizəsi hələ özü-özlüyündə həmin iddia ərizəsinin baxılmamış saxlanılmasına səbəb olmur. Bu halda iddia ərizəsinin baxılmamış saxlanılması cavabdehin ona münasibətindən asılıdır. Belə ki, yalnız cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi onun davranışının passiv formasıdır və mülki işin materiallarında onun belə tələbinin olduğunu təsdiq edən sübutun (işə mahiyyəti üzrə baxılması tələbini ifadə edən ərizəsi və s.) olmaması vəziyyəti cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirmək üçün kifayətdir. Beləliklə, məhkəmə, iddiaçının iddia ərizəsinin qaytarılmasına dair müraciətini, habelə cavabdehlərin işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmaqla baxılmamış saxlanılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" KB ASC-yə və Cavabdeh1nə qarşı “Hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmaqla baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1228/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1228/2022
20.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver