Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1230/2022 10.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı "xxxx" MMC-yə, "xxxx" KB ASC-yə və Binəqədi rayon İcra Şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsini və əlavə olunmuş sənədləri 10 yanvar 2022-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə "xxxx" KB ASC arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli “hərracın yekunları barədə protokol”un və “hərracın yekunları barədə alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, cavabdehlərdən "xxxx" MMC kimi göstərilən Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2 hüquqi ünvanı ünvan 1B ASC-nin isə hüquqi ünvanı ünvan 3kası Mülki Prosessual Məcəlləsinin: - 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddia tələbi faktiki olaraq "xxxx" MMC ilə "xxxx" KB ASC arasında bağlanmış 08.10.2021-ci il tarixli “hərracın yekunları barədə alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi barədə bağlı olsa da iddiaçı ərizəsində Binəqədi rayon İcra Şöbəsini və digər qurumları cavabdeh kimi göstərmiş və buna görə də, ərizəsini Binəqədi Rayon Məhkəməsinə ünvanlandırsa da, ərizədə Binəqədi Rayon İcra Şöbəsinin və digər qurumları hansı əsasla cavabdeh kimi cəlb olunmasını göstərməmişdir. Halbu ki, Mülki Prosessual Məcəllənin 149.2-ci və 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Göründüyü kimi iddia üzrə Binəqədi Rayon İcra Şöbəsi formal olaraq cavabdeh qismində göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ... hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: İddiaçı "xxxx" MMC-yə, "xxxx" KB ASC-yə və Binəqədi rayon İcra Şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1230/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1230/2022
10.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver