Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1233/2022 10.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin direktoru İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" MMC-nin direktoru İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2431/2021 saylı 10.12.2021-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" MMC-nin direktoru İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyi icra edilməsi” tələbinə dair mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki işin sənədlərini araşdırıb məhkəmə hesab edir ki, hazırkı mülki işə hansı məhkəmə tərəfindən baxılmasına dair yaranmış fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən aydın olur ki, iddiaçı məhkəməyə müraciət edərkən, iddianı cavabdehin rəsmi qeydiyyat ünvanının qeydə alındığı yerə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsinə vermişdir, lakin Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2431/2021 saylı 10.12.2021-ci il tarixli qərardadı ilə yuxarıda qeyd edilən normanın tələbi pozulmuş, mülki iş baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi iddiaçı aidiyyət qaydalarına əməl edərək Kürdəmir Rayon Məhkəməsinə düzgün müraciət etmişdir. Belə ki, Qanunda öhdəliyin icra edilməsi tələbi üzrə başqa imperativ norma müəyyən edilmədiyindən, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmçinin işin başqa məhkəməyə göndərilməsi yalnız ərazi aidiyyəti qaydalarının pozulması ilə işin icraata götürülməsi, sonradan pozuntunun müəyyən edildiyi təqdirdə mövcud olsa da, hazırkı iş üzrə bu hal, yəni MPM-in 44.2-ci maddəsində sadalanmış hallar da mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 45.4.-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, qeyd olunan xüsusatlar məhkəmələr arası fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 45, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ İddiaçı "xxxx" MMC-nin direktoru İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi” tələbinə dair ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1233/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1233/2022
10.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver