Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1237/2022 07.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 800 manat, Cavabdeh2 isə 6700 manat və iddianın qaldırılması üçün ödənilmiş 95 manat dövlət rüsumu olmaqla, cəmi 7595 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin iyun ayında “Turbo.az” saytında “Lexus GS350” markalı **-PJ- *** qeydiyyat nömrə nişanlı avtomaşın elanı görmüş və onu almağa qərar vermişdir. Avtomobilin sahibi Cavabdeh2 ilə 24 iyun 2019-cu il tarixində görüşərək, avtomobil üçün 6700 manata razılaşma əldə etmişlər. İddiaçı İran İslam Respublikası vətəndaşı olduğundan avtomobili onun adına qeydiyyata almaq mümkün olmadığından, Cavabdeh2 təkilifi ilə tanışı olan Cavabdeh1 adına 1 (bir) aylıq qeydiyyata alınmasına razılıq vermişdir. Növbəti aydan isə iddiaçı avtomobili dostunun adına keçirməli idi. İlkin olaraq avtomobil üçün 400 manat beh olaraq Cavabdeh2 ödəmiş, xx.xx.2019-cu il tarixdə isə Cavabdeh2 ilə təkrar görüşərək ona əlavə olaraq 6300 manat pul vermişdir. xx.xx.2019-cu il tarixdə isə iddiaçı İran İslam Respublikasına getməmişdən bir gün əvvəl kreditin ödənilməsi üçün 600 manat, əlavə olaraq dostu vasitəsi ilə 200 manat olmaqla, cəmi 800 manat pulu Cavabdeh1 vermişdir. İddiaçı Azərbaycana qayıtdıqdan sonra ona bəlli olmuşdur ki, Cavabdeh1 həmin avtomobili iddiaçının xəbəri və məlumatı olmadan Tural adlı şəxsə 7500 manata satmışdır. Bununla əlaqədar o, Binəqədi RPİ 5-ci PB-nə ərizə ilə müraciət edərək,Orxan adlı şəxsin ona qarşı dələduzluq etdiyini bildirmişdir. Müraciət əsasında araşdırma başlanılmış və nəticə olaraq xx.xx.2019-cu il tarixdə cinayət işinin başlanması haqqında qərar qəbul edilmişdir. Lakin buna baxmayaraq iddiaçı hesab edir ki, ödədiyi pul və ona dəymiş maddi zərərin əvəzi cavabdehlərdən alınaraq ona ödəilməlidir. Bu səbəbdən də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi-vəkili məhkəməyə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq qeyd etmişdir ki, mübahisə üzrə araşdırma zamanı müəyyən olunmuşdur ki, “Lexus GS350” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün Cavabdeh2 400 manat, Cavabdeh1 avtomobilin ilkin ödənişi kimi 6500 manat, avtomobilin kreditinin ödənilməsi üçün 600 manat, avtomobili onun adına sənədləşdirilməsi üçün 200 manat pul vermişdir. Qeyd olunan pul məbləğinin verilməsi “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərarda, o cümlədən iş üzrə Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında da öz əksini tapmışdır. Əlavə olaraq isə, Cavabdeh1 qanunsuz olaraq, İddiaçı ölkə ərazisində olmadığından istifadə edərək “Lexus GS350” markalı avtomobili iddiaçının yaşadığı evin həyətindən götürərək Tural adlı şəxsə qanunsuz olaraq sataraq həm faktiki, həm də qanuni olaraq İddiaçı çatacaq pulu mənimsəyərək əsassız varlanmışdır. Bu səbəbdən də hesab edir ki, hazırkı iddia tələbi üzrə əsas cavabdehliyi Cavabdeh1 daşıyır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 7300 (600+200+6500) manat məbləğində pulun və ödənilmiş 95 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, o, maşını satmaq üçün saytda elan yerləşdirdikdən sonra Ramiz adlı şəxs ona zəng edərək, maşını almaq istəyini bildirmiş və onlar görüşmüşlər. Ramizin avtomobili nağd almaq üçün yetərincə pulu olmadığından, onlar maşını lizinq vasitəsi ilə almağı razılaşdırmışlar. Ramiz Azərbaycan vətəndaşı olmadığından, avtomobili onun adına rəsmiləşdirmək mümkün olmamışdır. Bu səbəbdən də Ramiz ondan kömək etməsini xahiş etmişdir. O da bu barədə tanışı Orxana demiş və ondan razılıq almışdır. Bundan sonra Ramiz, Orxan və o (Şamo) görüşmüşlər. Görüş zamanı Orxan müvəqqəti olaraq maşını adına rəsmiləşdirmək üçün Ramizdən 200 manat pul almışdır. Daha sonra Ramiz sənədləşdirmə işlərinin aparılması üçün ona (Şamoya) 400 manat pul vermişdir (sığorta və digər işlər). Sənədləşdirmə işləri bitdikdən sonra lizinq şirkəti tərəfindən ona (Şamoya) təxminən 24.000 manat yaxın pul ödənilmişdir. Təxminən bir neçə aydan sonra ona 5-ci Polis Bölməsindən zəng gəldikdən sonra məlum olmuşdur ki, Ramiz və Orxan arasında avtomobillə bağlı problem yaşanmışdır. Belə ki, tərəflərin ərizə-şikayətlərindən və bölmədə verdikləri izahatlardan məlum olmuşdur ki, Ramiz İrana gedərkən Orxana lizinqin aylığı üçün 600 manat pul vermiş, lakin Orxan pulu aldıqdan sonra ödəniş etməmiş, əlavə olaraq avtomobili Ramizin Bakıda yaşadığı mənzilin qarşısından götürərək üçüncü bir şəxsə 6500 manata satmışdır. Əlavə olaraq isə Ramiz ərizəsində də qeyd etmişdir ki, maşın alqı-satqısı zamanı Orxana maşın üçün 6000 manat pul vermişdir. İzahatının sonunda Cavabdeh2 hazırkı iş üzrə cavabdehlər sırasından çıxarılmasını xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi A.Məmmədli izahatında bildirdi ki, 2019-cu ildə MMC ilə Cavabdeh1 arasında avtomobilin lizinqlə alqı-satıqısına dair müqavilə bağlanmışdır. Müqavilə bağlanan vaxt avtomobilin fakitki olaraq kim tərəfindən alındığını dəqiq bilinməsə də, avomobil üçün müqavilə bağlandığı tarixdən bütün ödənişlər hər ay Cavabdeh1 adından həyata keçirilmişdir. Məhkəmə xx.xx.2022-ci iclasında izahatlar dinlənildikdən sonra iddiaçının nümayəndəsi-vəkili ərizə təqdim edərək, Cavabdeh2 cavabdehlər sırasında çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə qabaqcadan qanuna müvafiq qaydada məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməni əvvəlcədən hər hansı bir formada məlumatlandırmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cinayət işi başlanılmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Eghbali X3 Bİnəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək, lizinq şərtilə satılan maşını Orxan adlı şəxsin adına sənədləşdirilməsinə baxmayaraq, sonuncu ona xəbər vermədən maşını sataraq ona qarşı dələduzluq etməsini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış Eghbali X6 izahatında göstərmişdir ki, o, 2019-cu ilin iyun ayında “Turbo.az” elan saytında “Lexus GS350” markalı **-PJ-*** qeydiyyat nömrə nişanlı avtomaşının elanını görüb onu almaq qərarına gəlmişdir. Avtomobilin sahibi Şamo adlı şəxslə xx.xx.2019-cu il tarixdə görüşüb maşını 6500 manata almağa razılaşmışlar. O, xarici vətəndaş olduğu üçün maşını öz adına sənədləşdirə bilməmiş və Şamonun tanışı olan Orxanın adına maşın sənədləşdirilmiş və 400 manat pulu beh olaraq Şamoya vermişdir. xx.xx.2019-cu il tarixdə saat 22:00 radələrində o, Orxanla görüşüb sonuncuya 6000 manat pul vermişdir. xx.xx.2019-cu il tarixdə o, Bakıda olan zaman Orxanla telefon əlaqəsi saxlasa da sonuncu ona maşını satdığını bildirmiş, həmçinin də adının bankdan qara siyahıdan çıxarılması üçün 1000 manat pulu öz cibindən verdiyini bildirmişdir. Daha sonra isə Orxan maşını Tural adlı şəxsə 6500 manat məbləğinə satdığını demişdir. Araşdırma zamanı izahatı alınmış və iş materillarına əlavə edilmiş Cavabdeh2 Mayıl oğlu izahatında göstərmişdir ki, o, özünə məxsus “Lexus GS350” markalı **-PJ-*** qeydiyyat nömrə nişanlı avtomaşını “Turbo.az” elan saytına satmaq üçün yerləşdirmişdir. Evdə olan zaman Ramiz adlı şəxs ona zəng vuraraq maşını bəyənib almaq istədiyini bildirmişdir. Görüş zamanı Ramiz ona pulu tam olmadığı üçün lizinq yolu ilə almaq istədiyini, lakin xarici dövlətin vətəndaşı olduğundan adına sənədləşdirə bilmədiyini demişdir. Bundan sonra o, tanışı Orxanla çayxanaların birində olan zaman belə bir məsələnin olduğunu söyləmiş, Orxan ona məsələnin həlli məqsədilə 200 manat pul verildiyi halda maşını öz adına sənədləşdirəcəyini bildirmişdir. Məsələni o Ramizə demiş, sonuncu bu təkliflə razılaşdıqdan sonra maşın Orxanın adına rəsmiləşdirilmiş, Ramiz isə ona 6500 manat pul vermişdir. Sonradan isə ona məlum olmuşdur ki, Orxan adında gecikmələr olduğundan və maşının krediti vaxtlı-vaxtında Ramiz tərəfindən ödənilmədiyi üçün Orxan maşını Tural adlı şəxsə 6500 manat məbləğində satmışdır. Araşdırma zamanı izahatı alınmış və iş materillarına əlavə edilmiş X7 izahatında göstərmişdir ki, Cavabdeh2 onun əsgərlik tanışıdır. Belə ki, Şamo ona zəng vuraraq adına banka maşın salmaq istədiyini bildirmiş və o da bu təkliflə razılaşmışdır. O, Ramizə maşını adına sənədləşdirməmişdən əvvəl bankın kreditinin vaxtlı-vaxtında ödənməsini bildirmiş, aralarında bu barədə razılıq əldə olunmasına baxmayaraq Ramiz krediti ödəməmişdir. Belə olan halda bankdan çağrılaraq ödənişin ödənilməsini tələb etmişlər. Lakin o, pulunun olmadığını, Ramiz adlı şəxsin isə İranda olduğunu bildirmişdir. Nəticə isə o, bankın razılığı ilə maşını digər bir şəxsə satmağa qərar vermişdir. Ramiz bir neçə müddət maşının kredit ödənişini ödəmədiyi üçün adına gecikmələr olduğundan o, sonda maşını satmışdır. - "xxxx" MMC tərəfindən verilmiş vəkil sorğusuna cavablardan görünür ki, “Lexus GS350” markalı **-PJ-*** qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2019-cu il tarixli 06/1785/DLİZ nömrəli X11 müqaviləsinə əsasən 36 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək Cavabdeh1 istifadəsinə verilmişdir (xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı). Avtomobil xx.xx.2019-cu il tarixdə “alqı-satqı” müqaviləsinə əsasən 24.000 manata Cavabdeh2 Mayıl (nəqliyyat vasitəsinin sahibinin adı X8) oğlundan "xxxx" MMC-nin mülkiyyətinə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı verdiyi pul vəsaitini tələb etməkdə haqlıdır və iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan 6600 manat (6000+200+400) pul məbləğinin alması cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə müəyyən olunduğundan (mülki iş səh.85), hazırkı iş üzrə cavabdehin iddiaçıdan pul vəsaitini alması hissəsində həmin qərar məhkəmə üçün məcburidir. Odur ki, hazırkı iş üzrə Cavabdeh1 İddiaçı 6600 manat borcunun olması işin mübahisəsiz halıdır. Belə ki, mübahisənin əsasını təşkil edən avtomobilin alınması üçün 6000 manat iddiaçı tərəfindən Cavabdeh2 verilsə də, həmin pul məbləği ilkin ödəniş kimi lizinq şirkətinə ödənilmişdir və daha sonra həmin avtomobil Cavabdeh1 tərəfindən 6500 manata digər şəxslərə satılmışdır. Bunun nəticəsində Cavabdeh1 əsassız varlanmışdır. Bundan əlavə iddiaçı Cavabdeh1 əlavə olaraq 600 manat vermişdir. Beləliklə, iddia tələbi Cavabdeh1 6600 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi hissəsində əsaslıdır. Buna görə də, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 6600 manat (altı min altı yüz) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1237/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1237/2022
07.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver