Məhkəmə qərarları › İş №2(001)-1249/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1249/2025

17.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1249/2025 17.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci ildə Ermənistan Respublikasının Sisian rayonunda anadan olmuşdur. 1980-ci ildə Zülfü Muradov ilə ailə həyatı qurmuşlar. Həmin nikahdan X12, Cavabdeh1 və X18 adlı övladları olmuşdur. Qızı X2 Hünbət İsmayıl oğlu ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2007-ci il təvəllüdlü X14 adlı övladları dünyaya gəlmişdir. X8 xx.xx.2021-ci il tarixdə, X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qızı Validənin əri X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.Nəvələri 14 yaşlı Hikmət Kərimli və 15 yaşlı Fatimə Kərimli sahibsiz qalmışlar. xx.xx.2022-ci il tarixdə nəvələrini himayəyə götürmək üçün Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 24 avqust 2022-ci il tarixli sərəncamı ilə nəvələri onun himayəsinə verilmişlər. Yaşlı qadın kimi nəvələrini tək saxlayır. Övladı Validənin nəfəsini nəvələrindən alır. Altmış beş yaşı var. İş qabiliyyəti yoxdur. Bununla belə nəvələrini oxutdurur, onların yeməklərini, paltarlarını alır. X5 bir dayı kimi bacısının uşaqlarına kömək etmək əvəzinə, onlara zülm edir. Ona da, nəvələrinə də ağzına gələn nalayiq sözlər deyir. Qızı əxlaqsız, oğlanı da avara adlandırır. Uşaqlar və o, evdə qul kimi yaşayırlar. Onları evdən bu yolla qovacağını və evin özünə qalacağını bildirir. Oğlu Muradla onun arvadı Təravətin bu kimi hərəkətləri ucbatından şəkər xəstəliyinə tutulub. Elə vaxt olur ki, hər gün, elə vaxt olur ki, iki gündən bir təcili tibbi yardım onun evinə gəlib, onu müalicə edir. İndi aldığı pensiyanı xəstəliyi ilə əlaqədar dərmanlara verir. Bacı-qardaşları kömək etməsə, acından ölər. Muradla arvadı Təravətin onun başına gətirdiyi bu oyunları, bu zülmü, bu işgəncələri qonşuları da təsdiq edə bilərlər. X1, X10 və X11 özlərinin məhkəməyə yazmış olduğu ərizə ilə bu faktı təsdiq edirlər. Cavabdeh1 onu döyməsi, incitməsi və ona zülm etməsini Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin baş təhqiqatçısı polis mayoru X6 30 iyul 2022-ci il tarixli qərarı da sübut edir. Murad və onun arvadı Təravət özlərinin bu çirkin əməllərindən əl çəkmir. Nəvələrini həmin evdən çıxarana kimi onunla belə davranacağını bildirirlər. Oğlu Cavabdeh1 10 avqust 2021-ci il tarixdə Bakı şəhəri 27 saylı Notariat Ofisində miras əmlakdan imtina etməsi barədə ərizə vermişdir. Qeyd etdikləri ilə bərabər oğlu Muradın ailəsi 5 nəfərdən ibarətdir. Oğlu heç vaxt nə işıq pulunu, nə də su pulunu verməyib. Həmişə aldığı pensiyalardan ödənişləri edib. Hal-hazırda aldığı pensiyanı öz dərmanlarına verir. Ona görə də nə işıq pulunu, nə də su pulunu ödəyə bilmir. Murad da özünün və ailəsinin yandırdığı işığın, işlətdiyi suyun pulunu vermir. İşıq pulu borcu 550 (beş yüz əlli) manatdır. Su pulu borcu isə 270 (iki yüz yetmiş) manatdır. 02 aprel 2024-cü il tarixdə işığını və suyunu kəsdilər. İşıqla suyu kəsən günü oğlu Murad ailə üzvlərini də götürüb Zabrat qəsəbəsində yaşayan qaynanasının evinə getmiş və 15 sentyabr 2024-cü il tarixə kimi orada yaşamışlar. İndiyə kimi işıq əvəzinə axşamlar şam yandırır. Suyu da qonşular ona xəstəliyinə, yaşına görə hörmət edib verirlər. Oğlu Murad işığın pulunu vermir, qonşudan özünə bir xətt işıq götürüb yandırır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini, həmçinin iddiaçının qazı, suyu, işığı kəsdirdiyinə görə özünün də ailəsi ilə birlikdə susuz qaldığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, faktiki olaraq Murad həmin evdə dünyaya gəlib, məktəbə gedib, hərbi xidmətə çağrılıb, ailə qurub, uşaqları orda dünyaya gəlib, uşaqları da hazırda Muradın oxuduğu məktəbdə oxuyur. Əvvəl anaları ilə münasibətləri normal olub. Bu səbəbdən hörmət əlaməti olaraq atası rəhmətə gedəndən sonra ailə böyüyü kimi miras əmlakdan ananın xeyrinə imtina ediblər. Lakin, burdakı diqqət edilməli məqam ondan ibarətdir ki, ev qanunsuz tikilidir. Heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Məhz ona görə də iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədiyini, üç övladı ilə birlikdə həmin ünvanda yaşadığını və getməyə başqa yerlərinin olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Binəqədi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı 187183 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində stenokardiyanın digər formaları səbəbindən vəfat etmişdir. Binəqədi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı 214847 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində “Covid-19” virusu səbəbindən vəfat etmişdir. Zəngilan rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı 265098 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığı səbəbindən vəfat etmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin 30 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, 17A saylı evdə qeydiyyatda olmaqla yaşayan İddiaçı oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 tərəfindən döyülməsi barədə müraciəti həmin şöbədə araşdırılaraq cinayət işinin başlanması rədd edilmiş, o cümlədən onu döymüş Cavabdeh1 və Cavabdeh2 barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin şöbənin aidiyyəti əməkdaşına verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının 24 avqust 2022-ci il tarixli, 211 №-li sərəncamının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 17 ünvanında qeydiyyatda olan yetkinlik yaşına çatmayanlar xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2007-ci il təvəllüdlü X4 üzərində himayəçi təyin edilmişdir. Bakı şəhəri 27 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X7 qalmış miras əmlakdan imtina etmişdir. xx.xx.2025-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 7882110, 7882116, ******* və ******* nömrəli arayışlardan görünür ki, Cavabdeh1, X21, X17, X24 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 17A nömrəli evdə qeydiyyatdadırlar. Binəqədi rayonu N.Fərəczadə adına 100 nömrəli tam orta məktəbin 32 saylı 16 yanvar 2025-ci il tarixli arayışından görünür ki, X21 həmin məktəbin 6-cı sinifində oxuyur. Binəqədi rayonu N.Fərəczadə adına 100 nömrəli tam orta məktəbin 31 saylı 16 yanvar 2025-ci il tarixli arayışından görünür ki, X17 həmin məktəbin 4-cü sinifində oxuyur. Binəqədi rayonu N.Fərəczadə adına 100 nömrəli tam orta məktəbin 34 saylı 16 yanvar 2025-ci il tarixli arayışından görünür ki, X22 1996-2007-ci illərdə həmin məktəbdə təhsil almışdır. M.Ə.Rəsulzadə qəsəbə inzibati üzrə dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 099 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, X21, X17, X24 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 17A nömrəli evdə daimi pasport qeydiyyatındadırlar. “Sahil” uşaq bağçasının arayışından görünür ki, X24 xx.xx.2024-cü il tarixindən həmin bağçada tərbiyə alır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın verilməsi üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh1 iddiaçının oğlu, digər Cavabdeh2 isə iddiaçının gəlinidir. Tərəflər ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayırlar. Mübahisəsi gedən ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmetinə dair hər-hansı hüququ və həmin hüququ təsdiq edən hüquqmüəyyənedici sənədi olmadığından, o müvafiq subyektiv hüquqa, malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Məhkəmə həmçinin hesab edir ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, faktiki olaraq mövcuddur və həm iddiaçının və həm də cavabdehlərin (azyaşlı uşaqarı ilə birlikdə) bərabərlik prinsipinə uyğun olaraq orada eyni şərtlər daxilində yaşamaq hüquqları vardır. Bunun əksinin qəbul edilməsi, yəni, iddiaçının qanunsuz tikili hesab edilən həmin evdə yaşamasının qəbul edildiyi halda, cavabdehlərin oradan çıxarılmaları hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, iddiaçıya münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Eyni zamanda bu cür yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə də uyğun hesab edilə bilməz. Həmin normaya görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Beləliklə məhkəmə, cavabdehlərin uzun müddət mübahisəli evdə yaşadıqlarını, həmin evdə təsərrüfat apardıqlarını, uşaqlarının həmin ərazidə təhsil aldıqlarını, cavabdehlərin başqa yaşayış yerlərinin mövcud olması barədə işdə hər hansı sübut olmadığını, mübahisəli evin özbaşına tikili olduğunu və iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmadığını nəzərə alaraq hesab edir ki, iddiaçı kimi cavabdehlərin də mübahisəli fərdi yaşayış evində yaşamaq hüquqları vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Ona görə də iddia rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar