Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-125/2024 04.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X16 oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X5 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu X5, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin, X9 və X2 da üçüncü şəxs qismində cəlb olunduqları “torpaq sahəsinin ətrafına çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehə qadağan edilməsi və torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu X5, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin, X9 və X2 da üçüncü şəxs qismində cəlb olunduqları “tikintinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X5 xx.xx.2005-ci il tarixli, 1816 saylı qərarı ilə ona qəsəbənin ərazi hüdudları daxilində 400 kv.m torpaq sahəsi ayrılmışdır. O, torpaq sahəsinin ayrılması ilə bağlı X5 hesabına torpağın dəyəri olaraq pul köçürtmüşdür. Həmin vaxt torpaq sahəsinin planı işlənib hazırlanmış, torpaq sahəsi naturadan ayrılaraq ona verilmişdir. O, torpaq sahəsində tikinti işləri aparmaq istədiyi zaman cavabdeh və oğlu ərazidə tikinti işləri aparmasına imkan verməmişlər, onu təhqir edib söymüşlər, torpaq sahəsinə buraxmamışlar. Torpaq sahəsi cavabdeh tərəfindən qeyri-qanuni olaraq zəbt edilmişdir. Bu barədə o, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə xx.xx.2022ci il tarixdə ərizə ilə müraciət etmiş, işin mülki xarakteri olması əsas götürülərək məhkəməyə müraciət edilməsi hüququnun olması barədə xx.xx.2022-ci il tarixdə (cinayət işinin başlanmasının rədd edilməsi barədə) qərar qəbul edilmişdir. Ona məxsus 400 kv.m sahəsi olan torpaq sahəsi qanunsuz olaraq Cavabdeh tərəfindən zəbt edilmiş və tikinti işləri aparılmışdır. O, dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını və tikililəri sökməsini tələb etsə də, lakin cavabdeh bundan imtina etmişdir. Göründüyü kimi bu torpaq sahəsi onun faktiki sahibliyi və istifadəsinə verilmişdir, gələcəkdə özəlləşdirilməsi hüququna malikdir, bununla bağlı da cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur və o, torpaq sahəsinə daxil ola bilmir. Torpaq sahəsinin mülkiyyət vəsiqəsi olmasa da, fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır və mülkiyyətə bərabər tutulmalıdır. O, hesab edir ki, cavabdeh zəbt etdiyi sahədən çıxarılmalı və torpaq sahəsində inşa edilmiş özbaşına tikililər cavabdehin hesabına sökülməli, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Həmçinin cavabdeh tərəfindən onun torpaq sahəsindən istifadəsinə görə törətdiyi maneələr cavabdehə qadağan edilməlidir və bu torpaq sahəsi ilə bağlı gələcəkdə hüquqlarının həyata keçirilməsi üçün vacibdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Binəqədi rayonu X5 ərazi hüdudları daxilində 1816 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə ona ayrılmış 400 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, X5 ərazi hüdudları daxilində 1816 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə ona ayrılmış 400 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin ətrafına çəkilmiş dəmir məftildən ibarət hasarın cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 hər biri ayrı-ayrılıqda iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X5 nümayəndəsi X1 torpaq sahəsinin 400 kv.m deyil, 560-570 kv.m olduğunu, bu torpaq sahələrinin fərqli yerlərdə olduğunu və aralarında olan məsafənin təqribi olaraq 60- 70 metr təşkil etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, X11 və X4 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasında iştirak etməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların və ya nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, cavabdehin, onun nümayəndəsinin və üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X5 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X8 tərəfindən verilmiş 1816 nömrəli, 25 dekabr 2005-ci il tarixli qərarın surətindən görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 400 m2 torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması, ayrılmış ərazidə kommunikasiya xətlərini gözləmək şərti ilə fərdi yaşayış evinin tikintisinin eskizi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırdıqdan sonra başlanmasının vətəndaşın nəzərinə çatdırılması, vətəndaşa qanunvericilikdə müəyyən olunmuş qaydada aldığı torpaq sahəsini rayon X7 Xidmətinə, fərdi yaşayış evinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsinin tapşırılması, bu qərarın icrasına nəzarətin Bələdiyyənin icra aparatına tapşırılması, qərarın təsdiq edilmiş nüsxələrinin vətəndaşa, məlumat üçün ərazi polis bölməsinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Əsgərov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, X3 müraciəti əsasında toplanmış 1 saylı HK-1497 nömrə ilə qeydə alınmış təhqiqat materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və tərəflər arasında sözügedən torpaq sahəsi ilə bağlı yaranmış mübahisə mülki xarakter daşıdığından, mülki qaydada məhkəmə qarşısında iddia qaldırılması hüququ izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- 16387/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 474.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti olaraq göstərilən sahə əvvəlki vəziyyətdə ferma ərazisi olmaqla dövlət mülkiyyəti torpağının bir hissəsidir (bələdiyyə torpağı deyil). Sözügedən sahə ilə bağlı cizgi və aidiyyəti sənədlər təqdim olunmamış və bundan əlavə qeyd olunan sual idarənin səlahiyyətində olan məsələlərlə bağlı deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2023-cü il tarixli 10/3866 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-16387/2023(**********87) nömrəli mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsinin faktiki olaraq 474.0 m2 təşkil etdiyi və həmin torpaq sahəsinin üzərində tikilinin olmadığı müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti olaraq göstərilən sahənin əvvəlki vəziyyətdə ferma ərazisi olmaqla dövlət mülkiyyəti torpağının bir hissəsi (bələdiyyə torpağı deyil) olduğu müəyyən edilmişdir. Sözügedən sahə ilə bağlı cizgi və aidiyyəti sənədlər təqdim olunmadığına görə, qərardadın bu sualı cavablandırılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli 3-16-16/2-10/8503 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 474 m2 təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti olaraq göstərilən sahə əvvəlki vəziyyətdə ferma ərazisi olmaqla dövlət mülkiyyəti torpağının bir hissəsidir (bələdiyyə torpağı deyil). İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X8 tərəfindən verilmiş 1620 nömrəli, 03 oktyabr 2005-ci il tarixli sərəncamdan görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisində 400 m2 boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X9 alqı-satqı qaydasında mülkiyyətinə ayrılması, ayrılmış ərazidə kommunikasiya xətlərini gözləmək şərti ilə fərdi yaşayış evinin tikintisinin eskizi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlanmasının vətəndaşın nəzərinə çatdırılması, vətəndaşa qanunvericilikdə müəyyən olunmuş qaydada torpaq sahəsini X7 Xidmətinə, fərdi yaşayış evinin tikintisinin isə qeydiyyatı üçün Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsinin tapşırılması, bu qərarın icrasına nəzarətin Bələdiyyənin icra aparatına tapşırılması, qərarın təsdiq edilmiş nüsxələri vətəndaşa, məlumat üçün ərazi polis bölməsinə təqdim edilməsi barədə sərəncam verilmişdir. İş materiallarında olan “X14 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 18 iyul 2024-cü il tarixli 145 nömrəli mütəxəssis rəyindən görünür ki, naturada təqdim olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir. Naturada təqdim olunan torpaq sahəsi X5 xx.xx.2005-ci il tarixli 1816 saylı qərarı ilə İddiaçı Elyaz qızına ayrılmış torpaq sahəsinin planında göstərilən torpaq sahəsinə uyğun gəldiyi, naturada təqdim olunan torpaq sahəsi X5 xx.xx.2005-ci il tarixli 1620 saylı sərəncamı ilə X11 ayrılmış torpaq sahəsinin eskizində göstərilən sahəyə uyğun gəlmədiyi müəyyən edilmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəs mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyalar götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 - ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, İddiaçı Bakı şəhəri Binəqədi rayonu X5 xx.xx.2005-ci il tarixli 1816 saylı Qərarı ilə ona qəsəbə hüdudları daxilində fərdi yaşayış evinin tikilməsi üçün alqı-satqı yolu ilə 400 kv.m torpaq sahəsinin ayrılmasına əsaslanaraq, Cavabdeh tərəfindən aparılmış “torpaq sahəsinin ətrafına çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehə qadağan edilməsi və torpaq sahəsindən cavabdehin çıxarılması” tələbini irəli sürsə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2023-cü il tarixli 10/3866 nömrəli və 04 mart 2024-cü il tarixli 3-16-16/2-10/8503 nömrəli ekspert rəyləri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 474 m2 təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti olaraq göstərilən sahə əvvəlki vəziyyətdə ferma ərazisi olmaqla dövlət mülkiyyəti torpağının bir hissəsidir (bələdiyyə torpağı deyil). Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, daşınmaz əmlakla bağlı hüquqların müdafiəsi üçün iddia irəli sürmək hüququ həmin daşınmaz əmlakın mülkiyyətçisi, yaxud Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə məxsus olduğundan, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olduğundan, İddiaçı sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı iddia tələbi irəli sürməklə bağlı subyektiv hüquqa malik olmadığından, onun iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu X5, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin, X9 və X2 da üçüncü şəxs qismində cəlb olunduqları “torpaq sahəsinin ətrafına çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehə qadağan edilməsi və torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-125/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-125/2024
04.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver