Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1252/2025 18.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh və əri Ceyhunu qaynatası Cəlilə ev satarkən tanımışdır. Əlində olan 12000 manat pulu 2021-ci ilin noyabr ayında ona vermişdir. Belə ki, cavabdeh onun Cəlildən pul aldığını bilmış və özünə ev almaq istədiyini demişdir, pulu ondan müvəqqəti borc istəmişdir. Şərtləri belə idi ki, o, hər ay ona 500 manat qaytarmaqla borcu bağlamalı idi. Bir il müddətinə 1590 manat pulu qaytarmışdır. Sonra yalan danışmağa, pulu ödəməkdən yayınmağa başlamışdır. O, Abşeron polisinin Mehdiabad şöbəsinə müraciət etmişdir. Samirə polisə gəlib borcunu etiraf etmişdir və dilindən iltizam vermişdir ki, hər ay 200 manat ödəyib pulu bağlayacaqdır. Ancaq yenə də ödəniş etməmişdir. O, hər dəfə bir bəhanə gətirməklə ödənişdən qaçır. Həmçinin bildirmişdir ki, cavabdehin və əri Ceyhunun kifayət qədər imkanı vardır. Samirə qadın bərbəri işləyir. Ceyhun da çörək sexində işləyir. Hazırda pulu ödəməkdən yayınır, ona isə pul lazımdır. Samirə polisdə izahat vermiş, borcu etiraf etmiş, ödəyəcəyi barədə iltizam vermişdir. Ancaq o, hamını, o cümlədən polisi də aldatmışdır. Polisdən ona verilən 10 avqust 2024-cü il tarixli cavabda tövsiyə olunmuşdur ki, iş mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etsin. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 10410 (on min dörd yüz on) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsl cavabdeh X4 ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən hazırki iş üzrə Cavabdeh əsl cavabdeh X4 ilə əvəz edilmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdeh X4 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, məhkəməyə ərizə təqdim edərək iddiaçıdan 12000 manat məbləğində borc aldığını, həmin borcdan 1590 manat ödəniş etdiyini və hər ay 200 manat məbləğində ödəniş etməyə gücünün çatdığını bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh X4 tərəfindən verilmiş izahatın təsdiq edilmiş surətindən görünür ki, X6 RPİ-nin Mehdiabad PB-nin rəisi v.m.i.e. polis polkovnikleytenantı cənab Məhəmmədəli Yaqubova ünvanlanmış olduğu izahatında bildirmişdir ki, 2022-ci ilin əvvəllərində tanıdığı İddiaçı maşın alması üçün 12000 manat borc pul aldığını, qarşılığında 3000 manat əlavə pul ödəyəcəyini bildirmişdir. Lakin imkanı olmadığı üçün bu günə kimi Sahibə 1590 manat qaytara bilmişdir. Həmçinin bildirmişdir ki, hər ay 200 manat ödəniş edə bilər. İş materiallarında olan cavabdeh X4 tərəfindən verilmiş ərizədən görünür ki, C.Ələkbərov ərizəsində iddia tələbini qəbul etməklə, iddiaçıdan 12.000 manat məbləğində pulu Cavabdeh yox, özünün götürdüyünü, həmin borcdan 1590 manat məbləğində ödədiyini və hər ay 200 manat məbləğində ödəniş etməyə imkanın çatdığını qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ( maddə 386.1) Belə müqavilələrdən birini borc (kredit) müqaviləsi təşkil edir. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki işin materialları, iddiaçının və cavabdehin məhkəmə iclasında verdikləri izahatları və Abşeron RPİ-nin X5 cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, cavabdeh C.Ələkbərov İddiaçı 12000 manat məbləğində pul vəsaiti almış, ondan 1590 manat geri qaytarmış, qalan 10410 manat məbləğində borcu hazırki günədək iddiaçıya geri qaytarılmamışdır. Beləliklə, məhkəmə mülki işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh X1 10410 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Həmin Məcəllənin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh X1 10410 (on min dörd yüz on) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh X1 121.23 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-1252/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1252/2025
18.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver