Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1296/2021 19.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı “birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Cavabdeh qarşı “birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhlükəsizliyinin təmin edilməsi məqsədilə onun 30.000 manat birdəfəlik maddi yardım əvəzində ünvan 1 ünvanında yerləşən yaşadığı qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53a ünvanında yaşayan sakinlər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş kollektiv müraciətlərində yaşadıqları binanın qəzalı vəziyyətdə olduğunu bildirərək müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53a ünvanında yerləşən 5 mərtəbəli, 2 girişli, yarım zirzəmili yataqxana binasının texniki vəziyyətini müəyyən etmək məqsədilə Fövqəladə Hallar Nazirliyi və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən texniki baxış keçirilmişdir. Bununlada binanın uzun müddətli təmirsiz istismarını nəzərə alaraq, yataqxana binasında əsaslı təmir işlərinin aparılması üçün müəyyən tədbirlərin görülməsi məqsədilə sözügedən yataqxana binasının texniki vəziyyəti haqqında 28 sentyabr 2016-cı il tarixli akt imzalanmışdır. Yataqxananın təmirinin aparılması araşdırıldığı zaman təmirin mümkünsüz olduğu, binanın yaşayış üçün təhlükəli olduğu müəyyən olunmuşdur. Rayon İcra Hakimiyyətinin yaratdığı komissiya tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53a ünvanında yaşayan sakinlərlə görüş keçirilmiş, onlara qəzalı yataqxana binasından köçmələri üçün birdəfəlik maddi yardımların ayrılması barədə məlumat verilmiş və sakinlər bu tədbiri dəstəkləmişlər. Qəzalı vəziyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53a ünvanında yerləşən yataqxana binasının sakinləri olan 109 saylı ailədən 61 ailə maddi yardımdan yararlanaraq yataqxanadakı otaqlarını təhvil vermişdilər. Maddi yardıma qane olmayan sakinlərə Rayon İcra Hakimiyyətinin xəbərdarlıq məktubu ilə Koroğlu Rəhimov küçəsi 53 a ünvanında yerləşən qəzalı vəziyyətdə olan yataqxana binasında yaşayan ailələrə birdəfəlik maddi yardımın ödənilməsi və sakinlərin köçürülməsi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında yaradımış Komissiyaya tapşırıldığı, təhlükəsizliyin təmin olunması məqsədilə qəzalı vəziyyətdə elan olunmuş yataqxana binasında yerləşən otağa görə ayrılmış kompensasiya məbləğini almaqla 5 gün müddətində otağın Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Komissiyaya təhvil verilməsi tələb olunduğu bildirilmişdir. ünvan 4 ünvanında yaşayan 17.8 kv.m bir otaqlı mənzilin sahibi Cavabdeh 30.000 manat məbləğində maddi yardımı qəbul etməkdən imtina etmişdir. Bununla əlaqədar cavabdehə 05.12.2019-cu il tarixli 02/12-11-32/858 saylı xəbərdarlıq məktubu verilmiş lakin, Cavabdeh xəbərdarlığı qəbul etməkdən imtina etmişdir. Bununla da cavabdehin xəbərdarlığı qəbul etməkdən və razılaşmadan imtina etdiyi aktla rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, tələb əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, ünvan 5 Cavabdeh xüsusi mülkiyyətindədir və bu hüquq ona 11.03.2013-cü ildə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 13.11.2020-ci il tarixli 667 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 5 ünvanında yaşayır. - "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh ünvan 6 ünvanının bazar dəyəri 29500 manat, likvid dəyəri 25000 manat qiymətləndirilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh ünvan 5 ünvanının bazar dəyəri 45000 manat qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Tikintidə X1 Ağentliyi tərəfindən yaşayış binasının qəzalı vəziyyətdə olması barədə təqdim edilən aktlar və digər sənədlərin olması Bakı şəhəri İcra Hakimiyyətinin yataqxana binasında yaşayan Cavabdeh birdəfəlik maddi yardım ödənilərək, onun və digər sakinlərin məcburi köçürülməsinə otaqların boşaldılması tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, qəzalı və bərpası mümkün olmayan yaşayış sahələrindən çıxarılması, yalnız Mənzil Məcəlləsinin müəyyən etdiyi qaydalara riayət edilməklə mümkündür. Mənzil Məcəlləsinin 28.6-cı maddəsinə əsasən qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Göründüyü kimi, Mənzil Məcəlləsinin 28.6-cı maddəsinə əsasən iddiaçının iddiası üzrə ilk növbədə binanın qəza vəziyyətində olması və bərpasının mümkün olmaması məhkəmə qərarı ilə təsdiqlənməli, məhkəmə binanın mülkiyyətçilər tərəfindən sökülüb yenidənqurulması üçün müddət müəyyən etməli, həmin meddətdə bunun həyata keçirilmədiyi halda isə bina həmin Məcəllənin 28.4–cü maddəsində nəzərdə tutulmuş hərrac vasitəsilə dövlət tərəfindən alınır. Yaşayış sahələrinin yalnız dövlətin mülkiyyətinə keçməsindən sonra iddiaçının iddiası üzrə sakinlərin çıxarılması iddiaları təmin edilə bilər. Odur ki, qeyd edilən əsaslarla iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -217.4-cü maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş qiymətləndirmə rəyinin dəyərini təşkil edən 350 (üç yüz əlli) manat ekspertiza xərci Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindan tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1296/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1296/2021
19.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver