Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1296/2023 18.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 6108,16 manat boc və 81,08 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası X5 vaxtı ilə "xxxx" törəmə Açıq Səhmdar Cəmiyyətində işləmişdir. Atası xx.xx.2021-ci il tarixdə vəfat edib və onun vəfatından sonra həmin müəssisə atasına 6508,16 manat borclu qalmışdır. 11 saylı notariat ofisi tərəfindən verilən 15 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə miras əmlakın məhz qeyd olunan müəssisədə olan 6508,16 manatdan ibarət olduğu göstərilmişdir. Göstərilən şəhadətnamə müəssisəyə təqdim olunduqdan sonra ona 400 manat ödənilmişdir. Lakin qalıq məbləğ ödənilmir. "xxxx" vaxtilə törəmə açıq səhmdar cəmiyyəti olmuşdur. Sonradan məhdud məsuliyyətli cəmiyyətə çevrilmişdir. Cavabdeh tərəfindən onun atasına və sonradan ona göstərilən məbləğin ödənilməməsi kobud pozuntudur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən verilən və reyestrdə 2V-167 № ilə qeydə alınan, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qızı İddiaçı miras əmlakı almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 01/25 nömrəli məktubuna əsasən "xxxx" TASC-də olan 6508,16 AZN pul vəsaitindən ibarətdir.
6. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" TASC tərəfindən 11 saylı notariat ofisinə ünvanlanan 01/25 saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, TASC "xxxx" ASC-nin X4 borc məbləği 6508,16 manatdır.
7. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 82,40 manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:i
8. İddiaçı mərhum X1 olmaqla, onun qanun üzrə vərəsəsidir. Bu barədə ona 11 saylı notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş və miras əmlak kimi "xxxx" TASC-nin X2 6508,16 manat məbləğində borcu göstərilmişdir.
9. Belə ki, X5 vəfat etməmişdən əvvəl Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" TASC-də işləmişdir.
10. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" TASC X4 6508,16 manat borcunun olduğunu notariat ofisinə ünvanladığı məktubundan təsdiq edir. Bundan əlavə idiaçı isə həmin məbləğdən 400 manat ödəniş edildiyini bildirməklə, qalıq qalmış 6108,16 manat borcun tutulmasını istəyir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
12. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
13. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
14. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
15. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehdə olan və atası X4 məxsus olmuş 6508.16 manat məbləğində vəsaiti, yəni miras aktivini miras əmlak kimi qəbul etmiş və bu barədə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən də həmin məbləğ mirasın açıldığı gündən vərəsənin mülkiyyəti hesab edilir və mülkiyyətçinin özgənin qanunsuz sahibliyində olan əmlakı tələb etmək hüququ mövcuddur.
16. Odur ki, iddiaçı qalıq qalan 6108.16 manatın mülkiyyətçisidir və cavabdehin həmin əmlaka sahibliyi qanunsuzdur, bu səbəbdən də həmin vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tətbiq edilən prosessual normalar:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
18. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
20. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
21. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
22. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 6108,16 manat məbləğində pul vəsaiti və 81,08 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
23. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 6108,16 (altı min yüz səkkiz manat, on altı qəpik) manat məbləğində pul vəsaiti və 81,08 (səksən bir manat, səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev