Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1301/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdehlər X4 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada ona borclu olduqları 5400 manat və məhkəməyə ödənilmiş dövlət rüsum kimi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X11 ilə həmkəndlisi X5 vasitəsi il xx.xx.2018-ci il tarixində tanış olmuşdur. Onunla tanış olmasının məqsədi ixtisasını artırmaq olmuşdur. O, Azərbaycan Dövlət X7 standartlaşdırma və sevikasiya ixtisasını bitirmişdir. O, İsraili Masallı rayonunda görmüşdür. O, ona inanaraq telefonla bir neçə dəfə əlaqə saxlamış və məsələnin həlli zamanı problem yaranmamasını, problem yarandıqda isə məsuliyyəti öz üzərinə götürməsini xahiş etmişdir. Onun göstərişi ilə Bakı şəhərinə İsrafilov Musa Yunus oğlunun yanına yola döşmüşdür. O və əmisi oğlu həmin ünvana getmiş və özləri ilə diplomunu, şəxsiyyət vəsiqəsini, hərbi biletini, şəkil və 6000 manat pul vəsaiti aparmışdır. X11 onlarla görüşməyə gəlməmişdir. İsrail öz xalası əri Priyev Gülağa Loğman oğlunu onunla görüşməyə göndərmişdir. Sənədlərinin notariusda təsdiq olunmuş formasını və 6000 manat pulu ona vermişdir. xx.xx.2019-cu il tarixdə X11 ona zəng vuraraq işin dayanmaması üçün əlavə olaraq 2500 manat pula ehtiyac oluğunu bildirmişdir. O lombarddan 2500 manat pulu götürmüş və həmin tarixdə cavabdehə poçt vasitəsi ilə göndərmişdir. X11 lombardın faizini özü ödəniş edəcəyini bildirmişdir. Fevral ayında ödəniş edilmədiyini gördükdən sonra aldadıldığını başa düşmüşdür. Bir neçə dəfə 8500 manat pulun ondan qaytarılmasını tələb etmiş, bir neçə dəfə onun yalan vədlərini eşitdikdən sonra polisə mürciət etmişdir. Şikayət edildikdən sonra iş polis orqanında icraatda olarkən borcundan 3100 manat ödəniş edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbini azaldaraq 8500 manat puldan 3400 amant ödəniş edildiyindən cavabdehlərdən 5100 manat pulun və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 ilə aralarında öhdəlik münasibətləri olmamışdır. O pulu Musaya vermək üçün Gülağaya vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh2 izahatında bildirmişdir ki, pulu Musaya vermişdir. Rzanı yəni idiaçını əvvəllər tanımamışdır. Musa ilə 10 ildir ki tanışırlar. Pulu iddiaçıdan aldıqdan sonra pul bir gün onun özündə qalmış, daha sonra onu Musaya vermişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçının verdiyi onun aldığı məbləği etiraf edir. Belə ki, ümumi 8500 manat olmaqla, ondan 2500 manat borc, 6000 manat isə işlə bağlı almışdır. Özü kəllə-beyin travması aldığından yayda halı pisləşmişdir. İddiaçını gözləsə də axşama tərəf halı pisləşdiyindən, Gülağa onun yerinə 6000 manat pulu götürdü və ona verdi. 2500 manat pulu isə yanvarda borc kimi almışdır. Sabahı gün 6000 manat pulu Gülağadan götürmüşdür. Gülağanı cavabdeh kimi göstərmək düzgün deyil. Çünki Gülağa da pul cəmi 1 gün qalmış, bu da onun mənim fiziki vəziyyəti ilə bağlı olmuşdur. Ümumi 3400 manat ödəmişdir. İnstintaq vaxtı 1000 manat ödənilib. Ödənişlə bağlı qəbzlər vardır. Təhqiqat vaxtı 400 manat ödəniş olmuşdur Ondan qalan da siyahı üzrədir. Pulu ödəyəcək. Sadəcə Pandemiya dövrü ona ödənişləri etməsi üçün imkan verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, hazırki iddia tələbinin motivində yalnışlıq vardır. Ona cəmi 2500 manat ödəniş edilmişdir. İddiaya etiraz edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh1 oğlu tərəfindən yazılan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, o yazıdığı ərizədə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına müraciət edərək bildirmişdir ki, o, 2018-ci ilin oktyabr ayında 6000 manat məbləğində pulu İddiaçı almışdır. 2019-cu ilin oktyabr ayının 17-də isə 2500 manat əlavə pulu poçt vasitəsi ilə almışdır. Bu pulları isə sentyabr ayının axırına kimi qaytaracaq. Ərizəsini öz xətti ilə yazmış və öz imzası ilə təsdiq etmişdir. Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X1 tərəfindən qəbul edilən xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş İddiaçı şikayəti əsasında toplanan material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda göstərilir ki, izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, o, İddiaçı onu işə düzəldəcəyinə dair söz verməmişdir. Rzanın ixtisasının dəyişdirilməsi və işə düzəlməsi ilə bağlı onu inandıran şəxs X3r. O, qeyd etmişdir ki, xx xxxx 2018-ci il tarixində Musa adlı dostu ona zəng edərək xəstə olduğunu, evdən çıxa bilmədiyini, Nizami metrosunun qarşısına gedib, orada İddiaçı 6000 manat pul götürməsini xahiş etmişdir. O, həmin gün Nizami metrosunun qarşısında İddiaçı ilə görüşmüş və ondan 6000 manat pul almışdır. Ertəsi gün yəni xx xxxx 2019-cu il tarixində isə bu pulu Nizami metrosunun qarşısında Musaya vermişdir. Cavabdeh2 izahatında göstərmişdir ki, o, pul mübadiləsində onlara köməklik göstərmişdir. Sonradan işin gedişatı barəsində məlumatı olmamışdır. “xxxx” ASC tərəfindən verilən köçürmə/alınma haqqında bildirişdən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı hesabına xx.xx.2019-cu il tarixində 202 manat ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli, ********* saylı ödəniş qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı hesabına 500 manat ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı hesabına 100 manat ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı hesabına 500 manat ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı hesabına 500 manat ödəniş edilmişdir. Məhkəmə baxışında tədqiq olunanlar əsasında müəyyən edilmişdir ki,Cavabdeh1 iddiaçıdan 2018-ci ilin oktyabr ayında 6000 min manat, 2019-cu ilin yanvar ayında 2500 manat məbləğində pul aldığını etiraf etmiş və borcunu 2019-cu ilin sentyabr ayınadək qaytaracağına dair vəd vermişdir. Digər Cavabdeh2 iddiaçı ilə hər-hansı öhdəlik münasibətinin olmadığını və iddiaçıdan aldığı 6000 manat pulu qohumu olan Cavabdeh1 verdiyini bildirir. İddiaçı və Cavabdeh1 pulun tamamının sonuncu tərəfindən qəbul edildiyini qəbul edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mübahisə ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İş materiallarından və tərəflərin izahatlarından İddiaçı ilə Cavabdeh1 arasında öhdəlik münasibətlərinin yaranması işin mübahisələndirilməyən halıdır. Belə ki, iddiaçı müxtəlif vaxtlarda, müxtəlif əsaslarla Cavabdeh1 8500 manat məbləğində pul vermişdir. Cavabdeh1 həm məhkəmə iclasında, həm yazdığı borcun etirafı barədə qəbzdə, həm də Polis Bölməsində vermiş olduğu izahatında bu faktı etiraf etmiş və borcunu 2019-cu ilin sentyabr ayınadək qaytaracağına dair öhdəlik götürmüşdür. Həmin məbləğdən 3400 manat hissəsinin qaytarıldığı işin mübahisələndirilməyən halıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 münasibətdə pulun qaytarılması ilə bağlı iddia tələbi əsaslıdır. Odur ki, Cavabdeh1 5100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbini Cavabdeh2 münasibətdə isə əsaslı hesab etmir. Belə ki, tələb olunan məbləğ və iddianın əsasını təşkil edən borcun etirafı barədə qəbz, o cümlədən iddia tələbinin əsaslandırıldığı hallar öhdəlik münasibətinin iddiaçı ilə Cavabdeh1 arasında yarandığını təsdiq edir. Digər cavabdehin isə vasitəçi kimi pul məbləğini qəbul etməsi öhdəliyin icrasının ixtiyarlı şəxs tərəfindən qəbul edilməsi ilə(MM 433) eyni mahiyyət daşıyır. Bu faktı həm iddiaçı, həm də Cavabdeh1 etiraf edir. Eyni zamanda iddiaçı ilə Cavabdeh2 arasında hər hansı başqa öhdəlik münasibətlərinin yaranması(zərər, əsassız varlanma) işin halları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 5100 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 5100 (beş min yüz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1301/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1301/2021
23.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver