Məhkəmə qərarları › İş №2(001)-1302/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1302/2023

12.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1302/2023 12.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 Adına “Milli Oftalmologiya” Mərkəzinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X2 Adına “Milli Oftalmologiya” Mərkəzinə qarşı “maddi və mənəvi ziyan” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 adına Milli Oftalmologiya Mərkəzindən maddi ziyanın əvəzi olaraq 5300 manat, mənəvi ziyanın əvəzi olaraq 100000 manat, cəmi 105300 (yüz beş min üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, o, 1952-ci ildə Ağdam rayonu Güllücə kəndində anadan olmuşdur. Məcburi köçkündür. Hazırda isə Yevlax rayonu Xaldan qəsəbəsində yaşayır. 13 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 adına Milli Oftalmologiya Mərkəzində həkim Lalə Axundova tərəfindən onu sağ gözü əməliyyat olunmuşdur. Elə həmin gün də əməliyyat olunan gözündə çox pis hallar baş vermiş və tibbi personalın səhvi ucbatından gözü kor olmuşdur. Bundan sonra çoxsaylı müayinə və müalicələr aparılmasına baxmayaraq heç bir nəticəsi olmamış və onun gözü tamamilə görmə qabiliyyətini itirmişdir. O, əməliyyat üçün 3200 manat məbləğində pulu nəğd şəkildə (çek vasitəsilə), 2100 manat isə qeyri-rəsmi olmaqla, cəmi 5300 manat məbləğində pul ödəmiş, xərc çəkmişdir. Lakin gözü əməliyyat olunduqdan sonra görmək əvəzinə, əksinə o, görməsini tamamilə itirmişdir. Ona görə də həmin məbləğ cavabdeh orqan tərəfindən ona ödənilməlidir. Göründüyü kimi, qanunla zərərin əvəzinin ödənilməsi vəzifəsinin zərəri vurmayan şəxsin öhdəsinə qoyula biləcəyi hallar istisna olmaqla, şəxsin mülki məsuliyyətə cəlb olunması üçün zərərvuranın təqsirli, hüquqa zidd əməlinin, zərərli nəticənin, həmçinin əməl ilə nəticə arasında səbəbli əlaqənin mövcud olması zəruridir.Göründüyü kimi, cavabdehin təqsirli, hüquqa zidd əməllərinin nəticəsində onun sağlamlığına zərər dəymiş və bununla da o, müəyyən miqdarda maddi və mənəvi zərərlə üzləşmişdir. Cavabdeh orqanın məsuliyyətsizliyi ucbatından o, görmə qabiliyyətini tamamilə itirmiş ki, bu da ona dərin mənəvi və psixoloji təsirlər etmişdir. Ona görə də o, cavabdeh orqandan ona ziyanın əvəzi olaraq 100000 manat məbləğində pul tələb edir. Əslində bir insanın görmə qabiliyyətini itirməsi, dünya işığından məhrum olması heç bir maddi məbləğlə əvəz edilə bilməz. Lakin o, ən azından təsəlli almağı üçün həmin məbləği cavabdehdən tələb edir. Cavabdeh X2 adına Milli Oftalmologiya Mərkəzi iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Xəstə İddiaçı, 1952 il təvəllüdlü, ilk dəfə Milli Oftalmologiya Mərkəzinə 2018- ci ildə “OU-proliferativ diabetik retinopatiya” diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən : Vis OU =0,4. Xəstəyə OU- tor qişanın lazerkoaqulasiyası olmuşdur. Nəticədə Vis OU=06 qədər yüksəlmişdir. Qeyd edirlər ki, OU-proliferativ diabetik retinopatiya şəkərli diabetin gözdə olan ağırlaşmasıdır və bu xəstələr görmənin saxlanılması məqsədi ilə daima oftalmoloqun və endokrinoloqun nəzarətində olmalıdırlar. Lakin xəstənin növbəti müraciəti artıq 2021 ci ildə, artıq gözdə dərin ağırlaşmalarla olmuşdur. xx.xx.2021: vis OD=əl hərəkəti vis OS= 0,2 korreksiya ilə 0.3Xəstəyə “OU proliferativ diabetik retinopatiya. OU-yetişmiş katarakta; OD-tor qişanın qopması (makula tam qopub)” diaqnozu qoyulmuşdur. Qeyd edir ki, göz almasında tor qişa görmənin təmin edən əsas qişadır və onun qopması zamanı bu xəstələrdə görmə proqnozu aşağı olur X3 tərəfindən əməliyyatdan öncə pasiyentə və qohumlarına əməliyyatın, əməliyyatdan sonrakı dövrün fəsadları, əməliyyatın nəticəsi haqqında ətraflı izahat verilib. Pasiyent İddiaçı əməliyyatdan öncə “Stasionar şəraitində müalicə aparılmasına razılıq iltizamnaməsi”-ni öz imzası ilə təsdiq edib. Həmin iltizamnamədə (3 maddə) aparılacaq əməliyyatın nəticəsi barədə heç zəmanət verilmədiyi, o cümlədən əməliyyatdan sonrakı dövrdə göz və ümumi xəstəliklərin müayinə və müalicəsinin zəruriliyi barədə xəbərdar edilmişdir. xx.xx.2021-ci il tarixdə “OD-FAKO+İOL+PPV” cərrahi əməliyyatı olunmuşdur. Cərrahi əməliyyat sonrası Vis OD= 0,01, xx.xx.2021-ci il tarixində OD- göz daxili qansızma olub, bu da uzun müddətli şəkər xəstələrində, şəkəri yüksək olan xəstələrdə kapillyardamar sisteminin xroniki çatışmamazlığına görə ola bilər. Mərkəzdə pasiyent stasionar müalicədə olarkən hər gun mütəmadı olaraq bir neçə dəfə qanda şəkər, hərarət, arterial təziq və digər spesifik göstəricilər ölçülür və pasiyentin “Təyinat vərəqəsində” qeyd olunur. Hər hansı bir patoloji dəyişiklik olanda anestezioloqa, kardioloqa, endokrinoloqa dərhal xəbər verilir və lazımı tədbirlər görülür. Pasiyent İddiaçı xx.xx.2021 tarixində daxil olarkən saat 13:20 qanda şəkərin miqdarı yeməkdən sonra 14.7 mmol/dl, axşam vaxtı 18:00 ac qarına - 9.8 mmoll/olub. Xəstənin şikayət məktubunda göstərilən rəqəmlər (qanda şəkərin miqdarı “320 - 17,8 mmoll/dl” 13.07.21 tarixində ) təyinat vərəqəsində qeydə alınmayıb. xx.xx.2021-ci il tarixdə arterial təzyiq 130/80 mm. c.st. Əməliyyat günü xx.xx.2021 pasiyentin qanda şəkərin göstəriciləri: səhər saat 8:00 - ac qarnına - 11.3mmol/dl günorta 13:00 aç qarnına - 7.7 mmoll/dl axşam 18:00 da -12.5 mmol/dl A/T - 130/80 mm. c.st. xx.xx.2021 şəkərin qanda miqdarı: səhər- 14.1 mmol/dl axşam -10.7 mmol/dl olub A/T - 130/80 mm. c.st. Pasiyentə xx.xx.2021-ci il tarixində “Sağ gözündə şüşəvari cismə qansızma” diaqnozu ilə “Silikonun dəyişdirilməsi, endolazer” cərrahi əməliyyatı icra olunub. xx.xx.2021-ci il tarixində şəkərin qanda miqdarı səhər 8:00 - 9.5 mmol/dl olub. Cərrahi əməliyyat yerli anesteziya altında aparılması planlaşdırıldığına görə yeməkdən sonra saat 13:00 qanda şəkərin miqdarı 22 mmol/dl olub.Təyinat verilib: Novoropid 10 vahid + NaCL 0,9% - 400 ml vena daxili . Əməliyyat öncə şəkərin qanda göstəricisi 12.9 mmol/dl, A/T - 140/80 mm. c.st. olub. xx.xx.2021-ci il tarixində xəstə yaxşılaşma ilə ambulator müalicəyə göndərilib. İddiaçı akademik Z.Əliyeva adına Milli Otalmologiya Mərkəzinə təkrar müayinəyə dəvət olunub. xx.xx.2021 tarixində müraciət edib, ətraflı müayinələrdən keçərək,“Şəkərli diabetin göz fəsadları” bölməsinin müdiri t.ü.f.d. Kərimov Müşfiq tərəfindən xəstə konsultasiya olunub. Diaqnoz: “ OU - Proliferativ diabetik retinopatiya. OD - Artifakiya. Vitrektomiyadan sonrakı vəziyyət. Torlu qişanın qopmasının residivi. Görmə sinirrinin atrofiyası. OS - Yetişməmiş katarakta. Epiretinal membran”. Məsləhət: ambulator müalicəni davam etmək, təkrar baxış 6 həftə sonra. Gələcəkdə sol gözündə “Kataraktanın fakoemulsifikasiyası və intraokulyar linzanın implantasiyası” cərrahi əməliyyatını planlı şəkildə icra etmək. Akademik Z.Əliyeva adına MOM-da 2009-cu ildən “Şəkərli diabetin göz fəsadları” şöbəsi peşəkar həkim, orta və kiçik tibbi personal ilə fəalliyət göstərir. Bu şöbənin tibb bacıları, şəkərli diabet xəstələrinə tibbi xidmət göstərirlər. Lakin baş verəcək bəzi prosedurlar orqanizmin somatik vəziyyəti ilə əlaqəli ola bilər. Bildirirlər ki, X2 adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti tamamilə Azərbaycan Respublikasının Qanunvericiliyinə, eləcə də Səhiyyə Nazirliyinin müvafiq Əmr və Təlimatlarına uyğun olaraq təşkil edilmişdir. Məlumdur ki, Mərkəz büdcədən maliyyələşən təşkilatdır. Müəsissəyə müraciət edən hər bir şəxsə tibbi xidmətlər tam şəkildə “ödənişsiz olaraq” həyata keçirilir və göstərilən xidmətlərə dair pasientlərdən hər-hansı bir ödənişin tələb edilməsi mümkün deyildir. Ona görə də İddiaçı cavabdeh X2 Adına Milli Oftalmologiya Mərkəzinə qarşı “maddi və mənəvi ziyan” iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: X2 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən tərtib edilmiş 2049 saylı stasionar xəstə İddiaçı tibbi kartasının təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə “OU-PRP-dən sonrakı vəziyyət. Proliferativ diabetik retinopatiya. Yetişməmiş katarakta. OD-Torlu qişanın traksion qopması (manula tam qopub)” diaqnozu ilə mərkəzin şəkərli diabet və tor qişanın patologiyası şöbəsinə qəbul edilmişdir. Daxil olarkən şikayətləri sağ gözün zəif görməsindəndir. Müayinə zamanı VisOD=əl hərəkəti, VisOS=0,2, buynuz qişa şəffaf, büllur bulanıb. Diaqnoz: “OU-PRP-dən sonrakı vəziyyət. Proliferativ diabetik retinopatiya. Yetişməmiş katarakta. OD-Torlu qişanın traksion qopması (manula tam qopub)”. xx.xx.2021 -ci il tarixdə “OD-FAKO+İOL+PPV” cərrahiyyə əməliyyatı olundu. xx.xx.2021 -ci il tarixdə “Sağ gözündə şüşəvari cismə qansızma” diaqnozu ilə “Silikonun dəyişdirilməsi, endolazer” cərrahiyyə əməliyyatı icra olundu. xx.xx.2021-ci il tarixdə xəstə evə yazıldı. Son klinik diaqnoz: “OU-PRP-dən sonrakı vəziyyət. Proliferativ diabetik retinopatiya. Yetişməmiş katarakta. OD-Torlu qişanın traksion qopması (manula tam qopub)” İddiaçı adına X2 adına Milli Oftalmologiya Mərkəzində tərtib edilmiş 158 saylı stasionar xəstənin tibbi kartasından görünür ki, o, xx.xx.2022-ci il tarixdə “OS-Proliferativ diabetik retinopatiya” diaqnozu ilə mərkəzin şəkərli diabet və tor qişanın patologiyası şöbəsinə qəbul edilmişdir. Şikayətləri OS gözdə olan zəif görmədəndir. VisOD=işıq hissi, VisOS-0,2. 24. xx.xx.2022-ci il tarixdə yerli anesteziya altında cərrahiyyə əməliyyat icra edildi. Əməliyyat fəsadsız keçdi. Monokulyar steril sarğı qoyuldu. xx.xx.2022-ci il tarixdə VisOD=işıq hissi, VisOS-0,2. OS: konyuktiva təmizdir. Buynuz qişa şəffafdır. Xəstə ambulator nəzarətdə evə yazıldı. Son klinik diaqnoz: “OS-Proliferativ diabetik retinopatiya. Şəkərli diabet. Hipertoniya. Hepatit C”. İddiaçı X2 adına Milli Oftalmologiya Mərkəzi tərtib edilmiş xx.xx.2022-ci il tarixli tibbi rəydən görünür ki, müayinə zamanı VisOD işıq duyğusu, VisOS 0,06 k/e; OD-Artifakiya, OS-Büllurda bulanma var. Göz dibi OU-gsm hüdudları aydın, rəngi solğundur. OD- Makulada ERM və fıbroz toxuma traksion qopma ilə. Periferiyada 360 dərəcə LK izləri. OS-Makulyar refleks. Diaqnoz: “Diabetik retinopatiya. Tor qişanın traksion qopması. Arxa qütbün və ləkənin degenerasiyası. Ağırlaşmış kalarakta. Tor qişanın traksion qopması”. X2 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1302/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının müzakirəsi ilə əlaqədar tərtib edilmiş məlumatdan görünür ki, xəstə İddiaçı ilk dəfə Milli Oftalmologiya Mərkəzinə 2018-ci ildə “OU-proliferativ diabetik retinopatiya” diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən: VisOU=0,4. Xəstəyə OU-tor qişanın lazerkoaqulasiyası olmuşdur. Nəticədə VisOU=06 qədər yüksəlmişdir. Qeyd edək ki, OU-proliferativ diabetik retinopatiya şəkərli diabetin gözdə olan ağırlaşmasıdır və bu xəstələr görmənin saxlanılması məqsədi ilə daima oftalmoloqun və endokrinoloqun nəzarətində olmalıdırlar. Lakin xəstənin növbəti müraciəti artıq 2021-ci ildə, artıq gözdə dərin ağırlaşmalarla olmuşdur. xx.xx.2021-ci il tarixdə VisOD=əl hərəkəti, VisOS^O^ korreksiya ilə 0.3. Xəstəyə “OU-proliferativ diabetik retinopatiya. OU-yetişmiş katarakta; OD-tor qişanın qopması (makula tam qopub)” diaqnozu qoyulmuşdur. Qeyd edək ki, göz almasında tor qişa görmənin təmin edən əsas qişadır və onun qopması zamanı bu xəstələrdə görmə proqnozu aşağı olur. X3 tərəfindən əməliyyatdan öncə pasiyentə və qohumlarına əməliyyatın, əməliyyatdan sonrakı dövrün fəsadları, əməliyyatın nəticəsi haqqında ətraflı izahat verilib. Pasiyent İddiaçı əməliyyatdan öncə “Stasionar şəraitində müalicə aparılmasına razılıq iltizamnaməsi”-ni öz imzası ilə təsdiq edib. Həmin iltizamnamədə (3 maddə) aparılacaq əməliyyatın nəticəsi barədə heç zəmanət verilmədiyi, o cümlədən əməliyyatdan sonrakı dövrdə göz və ümumi xəstəliklərin müayinə və müalicəsinin zəruriliyi barədə xəbərdar edilmişdir. xx.xx.2021-ci il tarixdə “OD- FAKO+İOL+PPV” cərrahi əməliyyatı icra olunmuşdur. Cərrahi əməliyyat sonrası VisOD=0,01, xx.xx.2021-ci il tarixdə OD-göz daxili qansızma olub, bu da uzun müddətli şəkər xəstələrində, şəkəri yüksək olan xəstələrdə kapillyar damar sisteminin xroniki çatışmamazlığına görə ola bilər. Mərkəzdə pasiyent stasionar müalicədə olarkən hər gün mütəmadi olaraq bir neçə dəfə qanda şəkər, hərarət, arterial təzyiq və digər spesifik göstəricilər ölçülür və pasiyentin “Təyinat vərəqəsində” qeyd olunur. Hər hansı bir patoloji dəyişiklik olanda anestezioloqa, kardioloqa, endokrinoloqa dərhal xəbər verilir və lazımi tədbirlər görülür. İddiaçı xx.xx.2021-cı ıl tarixdə daxil olarkən saat 13 qanda şəkərin miqdarı yeməkdən sonra 14.7 mmol/dl, axşam vaxtı 180ü-da ac qarına 9.8 mmoll/olub. xx.xx.2021 -ci il tarixdə arterial təzyiq 130/80 mm.c.st. xx.xx.2021 -ci il tarixdə qanda şəkərin göstəriciləri: səhər saat 08°°-da ac qamma 11.3 mmol/dl, günorta 13()ü-da aç qarnına 7.7 mmoll/dl, axşam 1800-da 12.5 mmol/dl. A/T 130/80 mm. c.st. xx.xx.2021 -ci il tarixdə şəkərin qanda miqdarı: səhər-14.1 mmol/dl, axşam 10.7 mmol/dl olub, A/T 130/80 mm.c.st. xx.xx.2021 -ci il tarixdə “Sağ gözündə şüşəvari cismə qansızma” diaqnozu ilə “Silikonun dəyişdirilməsi, endolazer” cərrahi əməliyyatı icra olunub. xx.xx.2021 -ci il tarixdə şəkərin qanda miqdarı səhər 08ÜO-da 9.5 mmol/dl olub. Cərrahi əməliyyat yerli anesteziya altında aparılması planlaşdırıldığına görə yeməkdən sonra saat 130ü-da qanda şəkərin miqdarı 22 mmol/dl olub.Təyinat verilib. xx.xx.2021 -ci il tarixdə xəstə yaxşılaşma ilə ambulator müalicəyə göndərilib. İddiaçı akademik Z.Əliyeva adma Milli Otalmologiya Mərkəzinə təkrar müayinəyə dəvət olunub. xx.xx.2021 -ci il tarixdə müraciət edib, ətraflı müayinələrdən keçərək “Şəkərli diabetin göz fəsadları” bölməsinin müdiri t.ü.f.d. Kərimov Müşfiq tərəfindən xəstə konsultasiya olunub. Diaqnoz: “OU-Proliferativ diabetik retinopatiya. OD-Artifakiya. Vitrektomiyadan sonrakı vəziyyət. Torlu qişanın qopmasının residivi. Görmə sinirinin atrofıyası. OS-Yetişməmiş katarakta. Epiretinal membran”. Məsləhət: ambulator müalicəni davam etmək, təkrar baxış 6 həftə sonra. Gələcəkdə sol gözündə “Kataraktanın fakoemulsifikasiyası və intraokulyar linzanın implantasiyası” cərrahi əməliyyatını planlı şəkildə icra etmək. Akademik Z.Əliyeva adma MOM-da 2009-cu ildən “Şəkərli diabetin göz fəsadları” şöbəsi peşəkar həkim, orta və kiçik tibbi personal ilə fəalliyət göstərir. Bu şöbənin tibb bacıları, şəkərli diabet xəstələrinə tibbi xidmət göstərirlər. Lakin baş verəcək bəzi prosedurlar orqanizmin somatik vəziyyəti ilə əlaqəli ola bilər. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Yevlax şəhəri bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 691 №-li Arayışdan görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsi tərəfindən İddiaçı adına tərtib edilmiş 239/KE saylı məhkəmə-tibbi ekspert rəyindən görünür ki, İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onun sağ gözündə distrofik ocaqların və qansızmaların; sol gözündə şüşəyəbənzər cisimdə bulanmalar - şvartların və tor qişanın yuxarı payında qopmanın olduğu müəyyən edilmişdir. Qeyd olunan dəyişikliklər şəkərli diabet xəstəliyi ilə əlaqədardır və icra edilmiş cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi yoxdur. Milli Oftalmologiya Mərkəzində İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2021-ci il tarixdə mərkəzin şəkərli diabet və tor qişanın patologiyası şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “OU-PRP-dən sonrakı vəziyyət. Proliferativ diabetik retinopatiya. Yetişməmiş katarakta. OD-Torlu qişanın traksion qopması” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2021-ci il tarixdə xəstənin üzərində “OD- FAKO+İOL+PPV” cərrahiyyə əməliyyatı icra edilmişdir. xx.xx.2021-ci il tarixdə aparılmış müayinədən sonra xəstəyə “Sağ gözündə şüşəvari cismə qansızma” diaqnozu təyin edilmiş, üzərində “Silikonun dəyişdirilməsi, endolazer” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2021-ci il tarixdə xəstə evə yazılmışdır. İddiaçı mütəxəssis müayinəsinə əsasən, hazırda onun gözlərində müəyyən edilən dəyişikliklərin icra edilmiş cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi yoxdur. İddiaçı Milli Oftalmologiya Mərkəzində göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır Hazırda iddiaçı X2 Adına “Milli Oftalmologiya” Mərkəzində həkim Lalə Axundova tərəfindən aparılmış yanlış əməliyyat nəticəsində sağlamlığını itirilməsi ilə əlaqədar cavabdeh “X2 Adına “Milli Oftalmologiya” Mərkəzindən maddi ziyanın əvəzi olaraq 5300 manat, mənəvi ziyanın əvəzi olaraq 100000 manat, cəmi 105300 (yüz beş min üç yüz) manat məbləğində pulun alınaraq ona ödənilməsini xahiş etmiş olsa da məhkəmə qeyd edir ki, iddiaçı bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə İddiaçı sağ gözündə distrofik ocaqların və qansızmaların; sol gözündə şüşəyəbənzər cisimdə bulanmalar - şvartların və tor qişanın yuxarı payında qopmanın olduğu və qeyd olunan dəyişikliklərin şəkərli diabet xəstəliyi ilə əlaqədar olduğu və icra edilmiş cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmadığı, həmçinin İddiaçı Milli Oftalmologiya Mərkəzində göstərilmiş tibbi xidmətin səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən tibbi xidmətlər düzgün həyata keçirilmiş və iddiaçının gözündə olan qüsurların icra edilmiş cərrahiyyə əməliyyatı ilə əlaqədar səbəbli əlaqəsi yoxdur və cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyanın dəyməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh “X2 Adına “Milli Oftalmologiya” Mərkəzindən maddi ziyanın əvəzi olaraq 5300 manat, mənəvi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun tutulmasına dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh X2 Adına “Milli Oftalmologiya” Mərkəzinə qarşı “maddi və mənəvi ziyan” tələbinə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar