Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1303/2024 06.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə iddiaçı idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı, 77YB296 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq iddiaçının idarə etdiyi avtomobili vuraraq hadisə yerindən yayınmışdır. Nəticədə avtomobilə maddi ziyan dəymişdir. Baş verimiş nəqliyyat hadisəsi faktı əsasında Binəqədi rayon Polis İdarəsində araşdırma aparılmış, 15 noyabr 2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarılmış, Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Cavabdeh tərəfin təqsiri üzündən baş vermiş avto qəza zamanı avtomaşına vurulmuş zərərlə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertləri tərəfindən baxış keçirilmiş və avtomobilə dəymiş zərər qiymətləndirilmişdir. Qiymətləndirmədə avtomobilə vurulmuş maddi zərər bərpa olunan hissələr üzrə 5935 manat və görüləcək işlərlə bağlı 5000 manat, ümumilikdə 10935 manat miqdarında qiymətləndirilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən vurulmuş 10935 manat maddi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehdən dəfələrlə vurulmuş maddi ziyanı ödəməsi tələb edilsə də, buna əhəmiyyət verməmiş və maddi zərəri ödəməkdən yayınmışdır. Avtomobil daxili lizinq müqaviləsi əsasmda "xxxx" MMC tərəfindən ilkin olaraq X2 və razılaşma əsasında avtomobil aylıq ödənişlər edilməsi şərti ilə iddiaçıya verilmişdir. "xxxx" MMC tərəfindən iddiaçıya avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə verimlişdir. Avtomobil iddiaçının istifadəsində olduğu vaxt zədələnmiş və iddiaçı maddi zərərə məruz qalmışdır. Avtomobil təmir edilərək əvvəlki vəziyyətinə qaytarılmalıdır. Əlavə olaraq avtomobildən istifadə edə bilməməyi səbəbindən aylıq ödənişləri yerinə yetirməkdə çətinlik çəkmiş, əlavə maddi zərərlə üzləşmişdir. MTE və PA ETT Birliyinin Binəqədi rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində xəsarətin sağlamlığın qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aid olması göstərilmişdir. Cavabdehin təqsiri üzündən iddiaçı çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalmağı səbəbindən mənəvi zərərə məruz qalmışdır. Qəza baş verən zaman avtomaşın vurularkən qorxu hissi keçirmiş, xəsarət almış, maddi zərərə məruz qalmağı şüuruna mənfi psixoloji təsir etmiş, sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 1000 manat məbləğində dəyərləndirir. Qeyd olunanlara əsasən iddiaçı 10935 manat maddi və 1000 manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş və məhkəməyə bildirmişdir ki, Biləcəridə avtomobilinin idarəetməsini itirib maşını iddiaçının avtomobilinin qapısına vurmuşdur. O, avtomobilindən yağ axdığını görüb maşını kənara çəkib saxladı. Həmin an affekt vəziyyətində idi. Səhəri gün polis şöbəsinə yaxınlaşıb izahat verdi. O, yol-nəqliyyat hadisəsində özünü təqsirli hesab etmir, əks yola çıxmamışdır. İddia ərizəsində qeyd edilən məbləğlərlə razı deyil. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında vəkili və nümayəndəsi Vəkil ilə birlikdə iştirak etmiş və vəkil məhkəməyə bildirmişdir ki, cavabdeh haqqında heç bir inzibati xəta tədbiri görülməmiş, inzibati xətanı cavabdeh yox, iddiaçı törədib, cavabdehin qarşısına çıxıb, cavabdeh isə çıxılmaz vəziyyətdə qaldığı üçün avtomobili vurub. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. Cavabdeh epilepsiya xəstəliyindən əziyyət çəkir, hadisə zamanı özünü pis hiss etdiyindən evə gedib, dərman qəbul etməli olub. Həmin tarixdə məhkəmə tərəfindən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə aşağıdakı məzmunda təkrar sorğu ünvanlanmışdır: “ ... Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş mövcuddur. Yaranmış zərurətlə əlaqədar Cavabdeh (FİN: xxxxxxx) barəsində toplanmış materialın təsdiq olunmuş surətinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini Sizdən xahiş edirəm. Həmçinin bildirilir ki, eyni məzmunlu sorğu tərəfimdən xx.xx.2024-cü il tarixdə Sizə ünvanlanmış və sorğu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilsə də, sorğuya cavab bu günədək məhkəməyə daxil olmamışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixdə Cavabdeh (FİN: xxxxxxx) tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsinə dair mövcud olan sənədlərin təsdiq edilmiş surətlərinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə də sorğu göndərilmişdir. Baş Dövlət Yol Polisindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, həmin sorğu cavablandırılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə göndərilmiş, lakin bu günədək sorğuların heç biri cavablandırılmamış və bu işin mahiyyəti üzrə baxılmasına maneə yaradır”. Bundan sonra xx.xx.2024-cü il tarixdə 1069/2023 saylı “Vətəndaş İddiaçı YNH nəticəsində xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış rədd materialı” və xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında TP6617416 saylı qərar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Hazırkı məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, hal-hazırda Cavabdeh təqsirini sübut edəcək hər hansı qanuni qüvvəyə minmiş qərar mövcud deyil. xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında TP6617416 saylı qərar Cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət çərçivəsində mübahisələndirilmiş və şikayətinə xx.xx.2024-cü il tarixdə baxılacaqdır. Hesab edir ki, hazırkı işə baxılması şikayətə baxılıb qərar qəbul edilənədək dayandırılmalıdır. Məhkəmə tərəfindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil şifahi vəsatəti təmin edilməmiş və mülki işin icraatı dayandırılmamışdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, 1069/2023 saylı “Vətəndaş İddiaçı YNH nəticəsində xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış rədd materialı”nda olan sənədlərdən aşağıdakılar müəyyən edilir: - Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Binəqədi Rayon Polis İdarəsinin rəisi polis polkovniki cənab İlqar Məmmədova aşağıdakı məzmunda izahat vermişdir: “ ... yuxarıda göstərilən ünvanda ailəmlə bilrikdə yaşayıram. İzahatımın kompyuterlə yazılmasına etiraz etmirəm. xx.xx.2023-cü il tarixdə təxminən saat 01:00 radələrində bir işlə bağlı özümə məxsus Chevrolet Epica markalı 10PZ818 dövlət nömrə nişanlı avtomaşın ilə Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi ilə üzü Biləcəri dairəsi istiqaməti üzrə gedirdim. Həmin zaman mənim avtomaşınımın surəti isə 60 km/saat idi. Mən Y.Hüseynov küçəsinə daxil olduqda yüngül çəpinə döngəni döndüyüm zaman əks istiqamətdə qarşıma Chevrolet markalı avtomaşın çıxdı mən idarə etməni itirib həmin avtomaşının qabaq yan sürücü tərəfdən qapısı tərəfdən vurdum, avtomaşınımın hava yastığı açılıb başıma dəydi. Bundan sonra avtomaşnım yerində fırlanaraq avtomaşınımın arxa sol yan qanadı orada park edilmiş digər avtomaşına dəydi. Bundan sonra mən avtomaşınımı sürüb həmin yerdən çıxıb getdim. Ona görə ki, mən 44 günlük Vətən Müharibəsində iştirak etdiyim zaman başımda hazırda kontuziya vardır. Hava yastığı açıldığı üçün mənim başıma dəydi və mən özümü pis hiss etdiyimə görə və təcili dərman içmək üçün avtomaşını yaşadığım ünvanın yaxınlığında saxlayıb evimə getdim. Bunuda əlavə edim ki, avtomaşınımdan yağ axırdı və asfaltı korlamamaq üçün avtomaşını torpaq ərazidə saxladım. ... Chevrolet markalı 10PZ818 d.n.n-lı avtomaşını 2019-cu il tarixdə Eco Lizing şirkətindən almışam. 2021-ci il tarixdə avtomaşının lizing kreditini bitirmişəm və bundan sonra xəstəxanada 1 il yarım qaldığıma görə avtomaşın həyətimizdə dayanacaq vəziyyətdə qalmışdır. Həm də maddi sıxıntılarım olduğu üçün avtomaşını öz adıma keçirə bilməmişəm, nədə ki, sığorta etdirə bilməmişəm. Çünki mənim 850 manat sığortaya görə borcum yaranmışdır. Hadisə günündən 1 gün əvvəl 850 manat sığorta cəriməsini ödəmişdim”. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 noyabr 2023-cü il tarixli qərarda aşağıdakılar göstərilmişdir: “ ... xx.xx.2023-cü il tarixdə saat 01:21-də İddiaçı DİN-in 102 xidmətinə məlumat verərək bildirmişdir ki, ünvan 4 ünvanda idarə etdiyi “Chevrolet Cobalt" markalı ** YB *** dövlət nömrə nişanlı avtomaşını “Chevrolet Epica" markalı ** PZ *** dövlət nömrə nişanlı avtomaşın vuraraq vuraraq xəsarət almış, daha sonra isə həmin avtomaşın yolun kənarında park edilmiş “Honda İnsite” markalı ** RY *** dövlət nömrə nişanlı avtomaşını vuraraq hadisə yerindən yayınaraq qaçmışdır. ... Faktla bağlı hadisə yerinə baxış keçirilərək protokol və fotocədvəl tərtib edilmiş, sxem çəkilərək materiala əlavə edilmişdir. Təhqiqat araşdırması zamanı izahatı alınmış İddiaçı qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 01:00 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsi Y.Hüseynov küçəsi ilə Xırdalan şossesinə doğru idarə etdiyi Chevrolet Cobalt markalı ** YB ***3 d.n.n-lı avtomaşın ilə hərəkətdə olduğu zaman qarşıdan gələn Chevrolet Epica markalı ** PZ *** d.n.n-lı avtomaşın yüksək surətlə gələrək onun yoluna çıxmış və onu sol hissədən vuraraq kafenin qarşısına tullamışdır. Bundan sonra həmin avtomaşın yolun sağ kənarında park edilmiş Honda İnsite markalı ** RY *** d.n.n-lı avtomaşını vuraraq hadisə yerindən yayınmışdır. Hadisədən sonra o TTYS-nə zəng edərək müayinə olunması üçün KTM-nə getmişdir. Hadisə nəticəsində ona 10000-15000 manat ziyan dəyməsini izahatında göstərmişdir. Təhqiqat araşdırması zamanı izahatı alınan X3 qeyd etmişdir ki, xx.xx.2023cü il tarixdə saat 01:30 radələrində evdə olduğu zaman qonşuları onu çağıraraq bildirmişlər ki, yolun sağ kənarında özünə məxsus Honda İnsite markalı ** RY *** d.n.n-lı avtomaşını, Chevrolet Epica markalı ** PZ *** d.n.n-lı avtomaşın vuraraq hadisə yerindən yayınmışdır. Təhqiqat araşdırması zamanı İddiaçı sərxoşluq müayinəsindən keçirilmiş və ayıq olması barədə rəy alınaraq materiala əlavə edilmişdir. X5 markalı ** PZ *** d.n.n-lı avtomaşının sahibi hadisə yerindən yayındığı üçün onun sərxoşluq dərəcəsini müəyyən etmək mümkün olmamışdır. Təhqiqat araşdırması zamanı Cavabdeh istifadəsində olan ********** mobil nömrəsi ilə əlaqə saxlanılmış və o hadisədən 2 gün sonra TŞ-nə izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində idarə etdiyi Chevrolet Epica markalı ** PZ *** d.n.n-lı avtomaşını ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi ilə meydan istiqamətində hərəkətdə olduğu zaman onun qarşısına Chevrolet Cobalt markalı ** YB *** d.n.n-lı avtomaşın çıxmışdır. Həmin avtomaşının qabaq sürücü tərəfdən qapısına vurmuş daha sonra isə park edilmiş avtomaşını vuraraq sürüb çıxıb getmişdir. Hadisə yerindən yayınmağının səbəbini belə izah etmişdir ki, 44 günlük vətən müharibəsində çoxlu sayda qəlpə yaraları almışdır. Toqquşma anında onun başına hava yaşdığı dəydiyinə görə onun başında ağrılar başladığına görə dərman qəbul etməsi üçün evinə getmişdir. Vət. Cavabdeh səhhəti ilə bağlı heç bir sağlıq mərkəzinə müraciət etməmişdir. Bundan əlavə onun xəsarət dərəcələrini müəyyən etmək üçün MTE-nə göndərilmiş lakin o MTE-dən müayinədən keçməmişdir. MTE və PA ETT Birliyinin Binəqədi rayon şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli 2131 saylı ekrspert rəyindən müəyyən edilmişdir ki, İddiaçı bədən səthində aşkar olunmuş xəsarət - sol dirsək oynağı nahiyyəsinin əzilmiş cırılmış yarası, sağ bazu nahiyyəsinin dərialtı hematoması, sol çiyin qurşağı nahiyyəsinin, döş qəfəsinin, sağ bazu nahiyyəsinin, sol diz oynağı nahiyyəsinin qançırları, sağ və sol bazu nahiyyələrinin, sağ dirsək oynağı nahiyyəsinin, sağ və sol diz oynağı nahiyyələrinin, bel nahiyyəsinin, sağ əlin arxa səthinin sıyrıqları bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün X8 PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir. Sağlamlığın qısa müddətə pozan salamlığa “Yüngül” zərərvurmaya aiddirlər. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə təqsirkar tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyyatsızlıqdan zərəçəkmişin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti yaradır və şəxsin əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə tövsif olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununa əsasən Azərbaycan Respblikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində 2-ci bəndinə edilmiş əlavədə göstərişlmişdir ki, bu məcəllənin 263.1 və 263.1-1-maddəiərində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya dəymiş ziyan tamamilə ödənildikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Toplanmış materialdan müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində İddiaçı idarə etdiyi “Chevrolet” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomaşını Chevrolet Epica markalı ** PZ *** d.n.n-lı avtomaşın sürücü tərəf qapı hissədən vurmuş daha sonra idarə etməni itiriərək Honda İnsite markalı ** RY *** d.n.n-lı avtomaşının qabaq hissəsini vuraraq əzmişdir. Odur ki, materialda cinayət tərkibi yaranmadığını nəzərə alaraq, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməli, “Chevrolet Epica” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün əməlində Azərbaycan Respublikası İXM-nin 327.6ci və 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta müəyyən edildiyindən inzibati məsuliyyət məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməlidir” - Həmin qərarla “Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış HK-1/986 saylı material üzrə cinayət işinin başlanması rədd edilsin,“Chevrolet Epica” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta müəyyən edildiyindən inzibati məsuliyyət məsləsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-nə göndəril”məsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarında olan Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarının istifadə qaydalarının əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2024-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 01:21-də X6 markalı, 10PZ818 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-4596/2024 saylı qərardadı ilə Cavabdeh tərəfindən Binəqədi RPİ-nin inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət məhkəmənin icraatına qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1408 saylı rəyində aşağıdakılar göstərilmişdir: “ ... Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2023-cü il buraxılışlı, “Chevrolet Cobalt LTZ” minik markalı, **- YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri-bərpa xərci hadisə baş verən tarixə təxminən 9935 manat müəyyən edilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, Chevrolet Cobalt LTZ minik markalı, 77YB296 dövlət qeydiyyat nişanlı avtomobilə X6 markalı, 10PZ818 dövlət qeydiyyat nişanlı avtomobilin onun qabaq sürücü tərəfdən qapısına dəyməsi nəticəsində zərərin vurulması işin mübahisələndirilməyən halıdır, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi sübuta yetirilmir və vurulmuş zərərin miqdarı ekspert tərəfindən müəyyənləşdirilmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Məhkəmə iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Alexina və digərləri Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mənəvi ziyana görə kompensasiya məsələsinə gəldikdə, məhkəmə hazırkı vəziyyətdə Konvensiyanın pozulduğunu aşkar edərsə, bu fakt ərizəçilər üçün mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Məhkəmə iddiaçının keçirilmiş altı məhkəmə iclaslarının heç birində ona vurulmuş mənəvi ziyanla bağlı hər hansı tələb irəli sürməməsini, tələbini sırf avtomobilə dəymiş ziyan üzərində qurmasını, cavabdehin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 3-cü qrup əlil olmasını və işin digər hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi mənəvi ziyan hissəsində təmin edilməməlidir. Məhkəmə 1069/2023 saylı “Vətəndaş İddiaçı YNH nəticəsində xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış rədd materialı”nda olan sənədləri, tərəflərin məhkəmə iclaslarında bildirdiklərini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1408 saylı rəyində qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 9935 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 9935 (doqquz min doqquz yüz otuz beş) manat və ödənilmiş dövlət rüsumunun 119,35 (yüz on doqquz manat otuz beş qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1303/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1303/2024
06.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver