Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-131/2022 21.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Auto Azərbaycan MMC-yə, X6, Ştutqart MMC-yə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Auto Azərbaycan MMC-yə, X6, Ştutqart MMC-yə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdri ki, o, 11.09.2020-ci il tarixdə mülkiyyətində olan 2014-cü il buraxılışlı Hundai Sonata markalı **-UF-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Bakı şəhəri M.Müşfiq küçəsində hərəkətdə olarkən avtomobilin mühərriki qəfil dayanmış və idarə olunmaz vəziyyətə düşmüşdür. O, həmin vaxt evakuator çağıraraq avtomobili Bakı şəhəri Həsən Əliyev küçəsində yerləşən Auto Azərbaycan MMC-nin X26 aparmışdır. X28 ustaları avtomobili kompüter diaqnostikasından keçirib mühərrikinin dağıldığını, avtomobilin mühərrikinin sökülüb yenidən yığılacağını, bunun üçün 2505 manat ödəniş etməli olduğunu ona demişlər. O, da Hundai şirkətinin Servisi olduğuna görə onlara güvənib avtomobili servisin ustalarına təhvil vemiş və 2505 manat pulu X28 kasasına köçürmüşdür. Həmin vaxt usta ona yağ nasosunun dəyişməli olmasını deməmişdir. O, təxminən 20.10.2020-ci il tarixdə avtomobili X20 təhvil almışdır. 24.10.2020-ci il tarixdə avtomobili idarə edərkən onun hərəkət etmədiyinin şahidi olub dərhal X26 yaxınlaşmış Servisin Vasif adlı mühərrik ustası avtomobilin mühərrikini işə salıb qaz verməsini demiş, o, qaz verərkən motor “şakk” edərək səs çıxarmış, bundan sonra Vasif usta motoru yığanda yağ nasosunu dəyişmədiyini, yağ nasosunun dərhal dəyişdirilməli olmasını ona demişdir. Lakin ona təklif olunan yağ nasosu bahalı olduğundan o, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Ştutqard mağazasından 1050 manata yağ nasosu alaraq Vasif ustaya vermiş, Vasif usta avtomobilin motorunu yenidən açıb, yeni yağ nasosusunu qoyub 27.10.2020-ci il tarixdə avtomobili ona təhvil vermişdir. Həmin vaxt ondan əlavə 375 manat servis pulu alınmışdır. Avtomobili təhvil aldıqdan sonra o, bir həftə sürmüş, mühərrikdən yenə səs gəlməsini görmüşdür. Dərhal Vasif ustaya zəng edərək vəziyyəti ona bildirmişdir. Vasif usta maşını sürməməsini, onu evakuatorla servisə gətirməsini demişdir. O, da maşını evakuatora mindirib X26 aparmış, servisin ustası motoru yenidən açmış, yağ nasosunun keyfiyyətsiz olmasını, ona görə motoru yenidən döyməsini demişdir. O, Ştutqard mağazasına getmiş, mağazanın ustaları X26 gəlib yerində mühərrikə və yağ nasosuna baxaraq onların satdığı yağ nasosunda heç bir problem olmamasını sübut etmişlər. Avtomobilin mühərriki birinci dəfə yığılanda köhnə nasos qoyulduğuna görə mühərrik zədə almış, buna görə də yeni yağ nasosunu da sıradan çıxarmışdır. O, avtomobilinin və onun sökülmüş motor hissələrini başqa bir maşına yığıb X20 çıxarıb Gənclik Avtoservis müəssisəsinin nəzdində fəaliyyət göstərən usta X12 yanına aparmışdır. Bundan sonra hüquqlarının müdafiəsi üçün fərdi qaydada fəaliyyət göstərən Vəkil2 ilə müqavilə bağlayaraq avtomobilinə dəymiş zərərin əvəzinin cavabdehlərdən alınması ilə bağlı hüquqi yardım göstərməsini xahiş etmişdir. Vəkil2 müraciəti əsasında Bakı şəhərində fəaliyyət göstərən X13 MMC onun mülkiyyətində olan 2014-cü il buraxılışlı, Hundai Sonata markalı **-UF-*** dövlət nömrə nişanlı minik avtomobilinə dəymiş zərərlə bağlı əmtəəşünaslıq ekspertizası keçirilməsini xahiş etmişdir. X13 MMC-nin eksperti X2 onun, Gənclik Avtoservis müəssisəsinin nəzdində fəaliyyət göstrən usta X12 iştirakı ilə avtomobilə və mühərrikinin sökülmüş hissələrinə baxış keçirib bundan sonra 25.11.2020-ci il tarixli 413 nömrəli ekspert rəyini tərtib etmişdir. Ekspert rəyinə əsasən 2014-cü il buraxılışlı Hundai Sonata markalı **-UF-*** dövlət nömrə nişanlı minik avtomobilin mühərrikinin hazırki vəziyyətdə təmir-bərpa xərci 3361 manat müəyyən edilmişdir. O, 20.11.2020-ci il tarixdə X26 müraciət edərək servisin kassasına ödədiyi 2880 manat pula dair çek verilməsini xahiş etmiş, ona fiziki şəxs X4 imzası və möhürü ilə təsdiq edilmiş arayış verilmiş, həmin arayışda 2020-ci ilin sentyabr-oktyabr aylarında Hundai Sonata markalı **-UF-*** dövlət nömrə nişanlı avtomobilin mühərrikinin təmir edildiyi, təmirə görə ümumilikdə 2355 manat pul ödəndiyi qeyd edilmişdir. O, 2880 manat ödədiyini, həmin məbləğə dair arayış verilməsini tələb etsə də, servisin əməkdaşları 525 manat pulu digər servisdəki val yonan ustaya verdiklərini ona görə həmin məbləğlə bağlı çek verə bilməyəcəklərini ona bildirmişlər. Bundan sonra o, istehlakçı hüquqlarının müdafısi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etmiş, lakin şikayətinin nəticəsi ilə bağlı ona məlumat verilməmişdir. Beləliklə o, Auto Azərbaycan MMC-nin X23 avtomobilinin keyfiyyətli və zəmanətli təmir ediləcəyinə inanaraq və güvənərək Hundai Sonata markalı avtomobilini həmin şirkətin servisinə əmanət etmiş, lakin X23 Auto Azərbaycan MMC-nin ustaları deyil, fiziki şəxs X5 işlətdiyi ustalar onun avtomobilini keyfiyyətli təmir etmək əvəzinə avtomobilin mühərrikini yararsız vəziyyətə salmış, onu 3736 manat zərərə salmışlar. O, uzun müddət nəqliyyat vasitəsinin keyfiyyətli təmir edilməməsinə görə əsəbləşmiş, stres, sarsıntı keçirmiş, avtomobilinin təkrar təmir etdirməsi üçün əlavə vəsait xərcləmiş, dəfələrlə ustaya gedib gəldiyinə görə əsəbləşmiş nəticədə ona mənəvi ziyanda dəymişdir. Ona görə də mülkiyyətində olan Hundai Sonata markalı avtomobili yararsız vəziyyətə saldıqlarına görə 3736 manatın, mənəvi zərərə görə 2000 manatın, ekspertiza tədqiqatına görə ödədiyi 300 manatın, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 500 manatın, dövlət rüsumuna görə ödədiyi 30 manatın cavabdehlərdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 İddiaçı izahatını təsdiq etmişdir. Məhkəmə iclasında cavabdeh X5 vəkili və nümayəndəsi X14 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, distribüter Auto Azərbaycan MMC ilə diler X10 arasında bağlanmış 28.12.2019-cu il tarixli dilerlik müqaviləsinə əsasən diler distibüterə məxsus olan Hyundai markalı avtomobillərin dilerin məsul olduğu ərazidə satışı və servisi üzrə birgə əməkdaşlıq edir. X5 fərdi sahibkar olaraq bağladığı əmək müqavilələri əsasında işə götürdüyü usaları İddiaçı məxsus Hundai Sonata markalı **-UF-*** dövlət nömrə nişanlı avtomobili təmir etmişlər. İddiaçıya yağ nasosunun dəyişməli olması deyilmiş, lakin iddiaçı yağ nasosonu əvvəl dəyişmək istəməyib sonra isə original olmayan nasos alıb gətirmişdir. Servis kənardan gətirilən ehtiyat hissələrinə zəmanət vermir. Bu barədə iddiaçıya bildirilmişdir. Yağ nasosu original olmadığından mühərrik işləməmişdir. Cavabdeh Ştutqart MMC tərəfindən iddiaçıya satılan yağ nasosunun keyfiyyət sertifikatı məhkəməyə təqdim edilməmişdir. Ona görə də o, iddia ərizəsinin X6 münasibətdə təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Ştutqart MMC-nin nümayəndəsi və Vəkil3 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, İddiaçı cavabdeh Ştutqart MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair tələbi əsassız və qanunsuz olduğundan iddia bu cavabdehə aid hissədə təmin edilməməlidir. Belə ki, Ştutqart MMC nəqliyyat vasitələrinin ehtiyat hissələrinin, sürtgü materiallarının və aksesuarların satışını həyata keçrilməsi ilə əlaqədar olaraq ticarət fəaliyyəti ilə məşğul olur. İddiaçı münasibətdə nəqliyyat vasitəsinin ehtiyat hissəsinin satıcısı qismində iştirak etmişdir. Mülki iş materiallarına əlavə edilmiş Ştytqart mağazalar şəbəkəsi tərəfindən tərtib edilmiş qaimədən göründüyü kimi 28.10.2020-ci il tarixdə müştəri Rəvan adlı şəxsə satıcı İbrahimov Ruslan tərəfindən 1050 manat dəyərində yağ nasosu satılmışdır. Yağ nasosunun satış sənədində satılan malın 14 gün ərzində çeki təqdim etməklə geri qaytarmaq hüququnun olması bildirilmişdir. Həmçinin satılan mal istifadə edildikdən sonar geri qaytarılmayacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı satılmış yağ nasosu Start İV MMC tərəfindən 27.10.2019-cu il tarixli Ebab seriyalı, 707117 №-li electron qaimə ilə Ştutqart MMC-yə satılmışdır. İddiaçı cavabdeh Ştutqart MMC-yə qarşı münasibətdə iddia tələbi İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunu ilə tənzimlənməlidir. İddiaçı 28.10.2020-ci il tarixdə yağ nasosunu alarkən ona satılmış yağ nasosu bağlı vəziyyətdə olmuş, istesalçıya aid göstəriciləri yağ nasosunun qoyulduğu qutuda alıcıya təhvil verilmişdir. Alıcı tərəfindən yağ nasosunun yararsız olmasına dair hər hansı bir etiraz bildirməmişdir. İddiaçı ilə Ştutqart MMC arasında yaranmış münasibətlər alqı-satqı münasibətləri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunu 5-ci maddəsinin 1 hissəsinə görə istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Ştutqart MMC tərəfindən iddiaçıya hər hansı bir qüsurlu mal satılmamışdır. Yaxud satılmış yağ nasosunda hər hansı bir qüsur olmamışdır. Yağ nasosunda hər hansı bir qüsur olması aşkar edildiyi halda İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunu 7-ci maddəsinin 1-ci hissəsinə əsasən İddiaçı aldığı malda qüsur və ya saxtalaşdırma aşkar etmişdirsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinə görə satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Hazırkı mülki mübahisəyə dair iddia ərizəsindən göründüyü kimi İddiaçı özünə məxsus Hundai Sonata markalı, **-UF-*** dövlət nömrə nişanı olan nəqliyyat vasitəsinə texniki xidmət göstərilməsi ilə əlaqədar yaranmış münasibətlər nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1129.2-ci maddəsinə görə işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin 4.4-cü bəndi ilə müəyyən edilmişdir ki, texniki-təmir sahələri (icraçı) ilə sifarişçi (istehlakçı) arasında olan münasibətlər həmin Əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında Əsasnamənin 1-ci bəndi ilə müəyyən edilmişdir ki, bu Əsasnamə Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi qaydalarını müəyyən edir, nəzərdə tutulan xidmətlərin həyata keçirilməsi zamanı istehlakçılar və icraçılar arasında yaranan münasibətləri tənzimləyir. İddia ərizəsindən və mülki iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Hundai Sonata markalı, 90-UF 120 dövlət nömrə nişanı olan nəqlijyat vasitəsinə texniki xidmət göstərilməsi üçün Auto Azərbaycan MMC-nin X26 müraciət etmişdir. Nəqliyyat vasitəsinə xidmət göstərən Vasif adlı şəxsi və mülki iş üzrə cavabdeh olan X7 həmin cəmiyyətin işçiləri kimi tanımışdır. Nəqliyyat vasitəsinə texniki xidmət göstərilməsi ilə əlaqədar Auto Azərbaycan MMC-nin Hundai Gənclik servisi tərəfindən və nəqliyyat vasitəsinə xidmət göstərən şəxslər tərəfindən yuxarıda qeyd olunan Əsasnamənin aşağıda qeyd edilən tələblərinə əməl edilməmişdir. Əsasnamənin 2.1-ci bəndinə görə icraçı öz təşkilatının adını, yerləşdiyi yeri (hüquqi ünvanını) və iş rejimini istehlakçının nəzərinə çatdırmalıdır. Göstərilən məlumatlar təşkilatın adını bildirən lövhədə yerləşdirilir. İcraçı onu qeydiyyata almış orqanın adı göstərilməklə, dövlət qeydiyyatı haqqında istehlakçıya onun tələbi ilə məlumat verməlidir. Əsasnamənin 2.2-ci bəndinə görə icraçı göstərilən texniki xidmətlər haqqında istehlakçıya müqavilə bağlananadək düzgün seçmə imkanı verən məlumat verməlidir. Bu məlumat sifariş qəbul edilən otaqda, yaxşı görünən yerdə olmaqla aşağıdakıları əks etdirməlidir: göstərilən texniki xidmətlərin siyahısı; göstərilən texniki xidmətlərin tələblərinə uyğun olan standartların adları; mütləq sertifikatlaşdırma tələb edən xidmətlərin sertifikatlaşdırılması haqqında məlumat (sertifikatın nömrəsi, qüvvədə olma müddəti, sertifikatı verən orqanın adı); göstərilən texniki xidmətlərin, həmçinin istifadə edilən materialların və ehtiyat hissələrinin qiyməti, ödəniş qaydaları və üsulları; respublika qanunları və başqa normativ-hüquqi aktları, yaxud müqavilə ilə təyin edilmiş təminat müddətləri; sifarişlərin yerinə yetirilməsi müddətləri. Əsasnamənin 2.10-cu bəndinə görə texniki xidmət göstərilməsi üçün müqavilə yazılı formada bağlanılır. Əsasnamənin 2.11-ci bəndinə görə istehlakçının iştirakı ilə göstərilən xırda texniki xidmətlər (şinlərin doldurulması, diaqnostika işləri, yuma, yağlama, texniki qulluğun və təmirin bəzi növləri) üçün müqavilənin əvəzinə qəbz, jeton, talon, kassa çeki və s. verilə bilər. Əsasnamənin 2.14-cü bəndi ilə müəyyən edilmişdir ki, nəqliyyat vasitələrinin təmiri üçün istehlakçının verdiyi ehtiyat hissələri və materiallar qüvvədə olan normativ sənədlərin tələblərinə cavab verməlidir. Əgər onların məcburi sertifikatlaşdırılması nəzərdə tutulmuşdursa, sertifıkatlaşma haqqında sənəd olmalıdır. İstehlakçı tərəfindən ehtiyat hissələrinin və materialların verilməsi haqqında icraçı və istehlakçı arasında bağlanmış müqavilədə (sifariş-tapşırıq, qəbz və ya başqa sənəddə), həmçinin təhvil-təslim aktının bütün nüsxələrində dəqiq adları və qiymətləri göstərilməklə qeydlər aparılır. Əsasnamənin 2.16cı bəndinə əsasən aşağıdakılar aşkar edildikdə, icraçı dərhal istehlakçını xəbərdar etməli və ondan göstəriş alanadək texniki xidmət göstərilməsini dayandırmalıdır: istehlakçıdan alınan ehtiyat hissələri və materiallar yararsız və keyfiyyətsiz olduqda; göstərilən texniki xidmətlər haqqında istehlakçının göstərişlərinin yerinə yetirilməsinin əlverişsiz nəticələrə gətirib çıxaracağı ehtimalı olduqda; icraçıdan asılı olmayan başqa səbəblər nəqliyyat vasitəsindən effektiv və təhlükəsiz istifadə edilməsinə maneçilik törədərsə və ya göstərilən xidmətlərin vaxtında başa çatdırılmasına mane olduqda. Əsasnamənin 3.4-cü bəndinə görə göstərilən texniki xidmətlərin aparılması zamanı hərəkət üçün təhlükə yaradan nasazlıqlar aşkar edildikdə, icraçı bu Əsasnamənin 2.16-cı bəndində nəzərdə tutulmuş qaydalara əsasən hərəkət etməlidir. Texniki xidmətlərin göstərilməsi üçün ehtiyat hissələri və materialları verən icraçı onların keyfiyyətinə təminat verməlidir. Əsasnamənin 5-ci bəndinə görə nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında müqavilənin öhdəliklərinin icra edilməsi və yaxud lazımi səviyyədə yerinə yetirilməməsi üçün icraçı qanunvericiliyə və müqavilə şərtlərinə müvafiq olaraq məsuliyyət daşıyır. Mülki iş üzrə cavabdeh X5 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 tərəfindən ekspertizanın keçrilməsinə dair vəsatət verilmişdir. Vəsatətdə rəy verilməsi üçün qoyulmuş sualların hazırkı mülki mübahisənin predmeti olan nəqliyyat vasitəsinə texniki xidmətin göstərilməsi zamanı istehlakçı ilə icraçı arasında yaranmış öhdəliklərin icrası ilə heç bir əlaqəsi yoxdur. Məhkəmənin 05.04.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəməəmtəəşünaslıq və yol nəqliyyat hadisələri ekspertizaları təyin edilmişdir. Ekspert qarşısında rəy verməsi üçün qoyulmuş sualda 2014-cü il buraxılışlı Hyundai Sonata markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yağ nasosu kilidləşən zaman motorda hansı fəsadlar baş verdiyi və avtomobilin hansı hissələrinin sıradan çıxmasının araşdırılması və yağ nasosu ilə əlaqədar olaraq digər suallar qoyulmuş, ekspertiza tədqiqatına yağ nasosu təqdim olunaraq original keyfiyyətə malik olub-olmadığmm arşdırılması həvalə edilmişdir. Əvvəla yağ nasosunun nəqliyyat vasitəsinin üzərinə qoyulduğu zaman işlək vəziyyətində olub-olmadığı, yağ nasosunun hansı səbəblərdən kilidləşməsi, nəqliyyat vasitəsinə 11.09.2020-ci il tarixdən 20.10.2020-ci il tarixinədək göstərilmiş texniki xidmətdən sonra 24.10.2020-ci il tarixdə nəqliyyat vasitəsində təkrar nasaslığın hansı səbəblərdən yarandığı, nəqliyat vasitəsinə 24.10.2020-ci il tarixdən sonra yağ nasosunun dəyişdirilməsindən əlavə hansı hissələrinə texniki xidmətlərin göstərildiyi və hansı hissələrinin dəyişdirildiyi araşdırılmalıdır. Hyundai Sonata markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 20.11.2020-ci il tarixdə mühərrik ustası Azad Mahmudov, X13 MMC-nin eksperti Fikrət Vəliməmmədov tərəfindən nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı iştirakı ilə baxış keçrilmiş və baxış protokolu tərtib edilmşdir. Baxış protokolunda qeyd edilmişdir ki, nəqliyyat vasitəsinin mühərriki sökülərək avtomobilin içərisinə və yük yerinə yığılmışdır. Həmin hissələrə baxış keçrildikdə usta tərəfindən bildirilmişdir ki, mühərrikin pərçim (stuk) olaraq yararsız hala düşməsinin səbəbi yağ radiatoru və yağ nasosunun ilkin təmir zamanı dəyişdirilməməsinə görə baş vermişdir. Hundai sonata markalı avtomobilin mühərrikinin açılaraq təmir etdirilməsi zamanı birinci növbədə yağ nasosunun və yağ radiatorunun yenisi ilə əvəz edilməsinin zəruri olması usta tərəfindən bildirilmişdir. Mülki iş materiallarına İddiaçı tərəfindən Hyundai Sonata markalı 90- UF-120 dövlət qeydiyyat nişanlı avtomobilə texniki xidmət göstərilməsinə dair sənədlər əlavə edilmişdir. Həmin sənədlərlə müəyyən edilmişdir ki, Hyundai Sonata markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Hundai Gənclik servisi tərəfindən texniki xidmət göstərilmişdir. Texniki xidmət göstərmiş işçilər Vasif, Zaur, Ceyhun, Mehman, Vahid adlı şəxslər olmuşlar. X1 fəaliyyəti altında nəqliyyat vasitəsinə texniki xidmət göstərilməsi inandırıcı görünmür. Ona görə də İddiaçı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinin cavabdeh Ştutqart MMC-yö münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin, mütəxəssisin izahatını, şahid ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MM-nin 1128.1.-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Həmin Məcəllənin 1129.2.-ci maddəsinə əsasən işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Həmin Məcəllənin 1129.3.-cü maddəsinə əsasən mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər. Həmin Məcəlləinin 1131-ci maddəsinə əsasən malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənini 1132-ci maddəsinə əsasən malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. AD N 598726 saylı 02.09.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Hyundai Sonata markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. X5 20.11.2020-ci il tarixli 02 saylı arayışından müəyyən olunur ki, Hyundai Sonata markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi 2020-ci ilin sentyabr, oktyabr, aylarında S.M.Allahverdiyevin sahibkarlıq fəaliyyəti altında olan avtoservisdə mühərriki təmir etdirmiş və ümumilikdə 2355 manat – o, cümlədən 1735 manat ehtiyat hissələrinə, 620 manat servis xidmətinə görə ödəniş etmişdir. Gənclik Avtoservis müəsisəsinin nəzdində fəaliyyət göstərən fiziki şəxs (VÖEN **********) mühərrik ustası X15, Hyundai Sonata markalı 2014-cü il buraxılışlı ** UF *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi İddiaçı və X8 MMC-nin eksperti Fikrət Vəliməmmədov tərəfindən tərtib olunan 20.11.2020-ci il tarixli baxış protokolundan müəyyən olunur ki, mühərriki tamamilə yararsız hala düşdüyü üçün yenidən təmirə ehtiyacı olan, 2014-cü il buraxılışlı Hyundai Sonata markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, mühərrik sökülərək avtomobilin salonuna və yük yerinə yerləşdirilmiş hissələrə baxış keçirildikdə usta tərəfindən mühərrikin pərçim (stuk) olaraq, yarasız hala düşməsi, yağ radiatoru və yağ nasosunun ilkin təmir zamanı dəyişdirilməməsi səbəbindən baş verdiyi bildirildi. Usta bildirdi ki, Hyundai Sonata markalı avtomobilin mühərriki açılaraq təmir edildikdə birinci növbədə yağ nasosu və yağ radiatorunun yenisi ilə əvəz edilməsi zəruridir. Həmin detalların vaxtında dəyişdirilməməsi mühərrikin sıradan çıxmasına səbəb olmuşdur. Hazırda pərçimlənərək (stuk) yarasız vəziyyətə düşmüş mühərrikin aşağıdakı hissələrin yenisi ilə əvəz edilməsinə (dəyişdirilməsinə) zərurət yaranmışdır: dirsəkli val, remkomplekt vkladş dəsti, yağ nasosu, yağ radiatoru, 4 ədəd porşen, kolsa dəsti, 1 ədəd şatun, remkomplekt prokladka, 4 ədəd qilz, yağ, filtr və antifliz. X8 MMC-nin 25.11.2020-ci il tarixli 413 saylı rəyindən müəyyən olunur ki, 20.11.2020-ci il tarixdə Gənclik avtoservis müəssisəsində saxlanılan İddiaçı məxsus 2014cü il buraxılışlı Hyundai Sonata markalı 1999 sm3 həcmli mühərrikli ** UF *** dövlət qeydiyyat nişanlı minik avtomobilə baxış keçirilmiş, baxışın nəticəsi 20.11.2020-ci il tarixli baxış aktı ilə rəsmiləşdirilmişdir. Baxış zamanı avtomobilin mühərriki sökülərək avtomobilin salonuna və yük yerinə yerləşdirilmiş şəkildə, yəni zədəli və yarasız vəziyyətdə olması müşahidə edilmiş, usta tərəfindən mühərrikin tökülməsi (yararsız vəziyyətə düşməsi) yağ radiatoru və yağ nasosunun ilkin təmir zamanı dəyişdirilməməsi səbəbindən baş verdiyi bildirildi. Belə ki, Hyundai Sonata markalı avtomobilin mühərriki açılaraq təmir edildikdə birinci növbədə yağ nasosu və yağ radiatorunun yenisi ilə əvəz edilməsi zəruridir. Həmin detalların vaxtında dəyişilməməsi mühərrikin sıradan çıxmasına səbəb olmuşdur. Hazırda tökülərək yarasız vəziyyətə düşmüş mühərrikin aşağıdakı hissələrinin yenisi ilə əvəz edilməsinə zərurət yaranmışdır: dirsəkli val, remkomplekt vkladş dəsti, yağ nasosu, yağ radiatoru, 4 ədəd porşen, kolsa dəsti, 1 ədəd şatun, remkomplekt prokladka, 4 ədəd qilz, yağ, filtr və antifliz. Rəydən daha sonra müəyyən olunur ki, rəyin tədqiqat hissəsində qeyd olunan xüsusatlara əsasən 2014-cü il buraxılışlı Hyundai Sonata markalı 1999 sm3 həcmli mühərrikli ** UF *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mühərrikinin hazırkı vəziyyətdə təmir-bərpa xərci cəmi 3361 manat müəyyən edilir. O cümlədən dəyişməli hissələrin dəyəri 2561 manat, xidmət xərci 800 manat. X8 MMC-nin 23.11.2020-ci il tarixli FRB 320186 seriyalı kassa mədaxil orderi qəbzindən müəyyən olunur ki, Vəkil2 ekspertiza xərci olaraq 300 manat ödəniş etmişdir. GSU 245953 saylı 19.11.2020-ci il tarixli qəbzindən müəyyən olunur ki, İddiaçı hüquqi xidmətə görə Vəkil2 500 manat ödəniş etmişdir. X11 28.10.2020-ci il tarixli qaiməsindən müəyyən olunur ki, müştəri Rəvana 1 ədəd yağ nasosu 1050 manata satılmışdır. Distribüter Auto Azərbaycan MMC ilə diler X10 arasında bağlanmış 28.12.2019-cu il tarixli dilerlik müqaviləsindən müəyyən olunur ki, tərəflər bu müqavilədə göstərilən, həmçinin onlar arasında qarşılıqlı surətdə razılaşdırılmış və imzalanmış digər sənədlərlə təsbit olunmuş şərtləri nəzərə almaqla distibüterə məxsus olan Hyundai markalı avtomobillərin dilerin məsul olduğu ərazidə satışı və servisi üzrə birgə əməkdaşlıq edir. X22 12.09.2020-ci il tarixli iş əmrindən müəyyən olunur ki, servisə matorun yığılması məqsədi ilə qəbul edilən Hyundai Sonata markalı ** UF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində ehtiyat hissələrinə görə (4 ədəd porşen, 1 ədəd kolça, 1 dəst remkomplekt, 1 ədəd geramika, 5 ədəd vkladış korennoy, 4 ədəd vkladış şatunnı, 6 litr 5W30 shell ultra, 1 ədəd yağ filtiri, 5 litr antifris, 1 ədəd yağ farsunkası, 1 ədəd uspokaitel, 1 ədəd başmaq, 2 ədəd bolt, 1 ədəd sep, 1 ədəd vanusun korpusu) 1403 manat, matorun Vasif usta tərfindən yığılması ilə bağlı 300 manat, matorun Zaur usta tərəfindən çıxarılıb qoyulması üçün 150 manat, elektrik işinə görə 50 manat, kompüterə görə 20 manat olmala 520 manat, cəmi 1923 manat ödənilmişdir. İş əmrindən daha sonra müəyyən olunur ki, iş əmrinin aşkar edilərək müştəri tərəfindən imtina edilən qrafasında servis tərəfindən hər hansı bir qeyd aparılmamışdır. X22 28.10.2020-ci il tarixli iş əmrindən müəyyən olunur ki, servisə matorun təmiri məqsədi ilə qəbul edilən Hyundai Sonata markalı ** UF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində ehtiyat hissələrinə görə (5 ədəd korennoy kladış, 4 ədəd şatunnı kladış, 6 litr 5W30 shell ultra, 1 ədəd yağ filtiri, 1 litr antifris) 275 manat, yağ nasosunun Vasif usta tərəfindən dəyişməsi ilə bağlı 100 manat ödənilmişdir. İş əmrindən daha sonra müəyyən olunur ki, iş əmrinin aşkar edilərək müştəri tərəfindən imtina edilən qrafasında servis tərəfindən hər hansı bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.08.2021-ci il tarixli 9\3765 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə X8 25.11.2020-ci il tarixli rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı Hyundai Sonata markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi təbiq edilməklə təxminən 2933 manat müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat tə.kil edir. KİA Motors AZ MMC-nin 18.11.2021-ci il tarixli 133 saylı məktubundan müəyyən olunur ki, mühərrikin yağ nasosu kilidləşən zaman dirsəkli val, bir və ya bir neçə şatun və vkladişlər sıradan çıxa bilər, bunların nəticəsi olaraq mühərrik kilidləşə bilər. Yağ nasosunun dəyişmək üçün mühərrik tam sökülmür. Yağ nasosunu dəyişdirmək üçün mühərrikin tam sökülməsinə ehtiyac yaranarsa, bu səbəbdən mühərrik yarasız hala düşə bilməz. Yağ nasosunun quraşdırılması üçün mühərrikin yağ karteri açılır və yağ nasosu quraşdırılır. Mühərrikin normal işləməsi üçün yağ nasosunun orjinal olması vacibdir. Hər bir avtomobilin ban nömrəsinə uyğun olaraq hökmən orjinal yağ nasosunun quraşdırılması vacibdir. Mühərrikin kilidlənməsinə səbəb yağ nasosunun keyfiyyətsiz olması ola bilər. Yağ nasosunu dəyişərkən mühərrikin açılmasına ehtiyac yoxdur. Məhkəmə iclasında şahid X17 ifadəsində göstərmişdir ki, o, nəqliyyat vasitələrinin mühərrik ustası kimi 14 illik iş təcrübəsinə məlikdir. Fiziki şəxs X16 ilə 05.10.2020-ci il tarixdə bağladığı müddətsiz əmək müqaviləsinə əsasən Hyundai Gənclik servisdə mühərrik üzrə çilingər işləyir. 2020-ci ildə İddiaçı özünə məxsus olan Hyundai Sonata markalı ** UF *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini onların servisinə gətirmiş, o, avtomobilin mühərrikinə baxmış, sürücünün şikayəti yağ itkisindən olmuşdur. Avtomobildə 4 ədəd porşenlər, 4 ədəd kalsolar, 16 ədəd klapan sanniklər dəyişdirilməli idi. Həmin vaxt o, Rəvana yağ nasosunun təzyiqinin zəif olmasını demişdir. Lakin Rəvan pulunun olmamasını, köhnəsinin saxlanmasını demişdir. İkinci dəfə Rəvan gələndə avtomobil 3000-5000 km sürülmüş, o, yenidən yağ nasosunu dəyişmək lazım olmasını, onlarda olan yağ nasoslarının qiyməti barədə Rəvana demiş, Rəvan baha olmasını deyib Ştutqartdan yağ nasosu alıb gətirmişdir. Onlar kənardan gələn ehtiyat hissələrinə zəmanət vermədikləri barədə Rəvana xəbərdarlıq etmiş, Rəvanın aldığı yağ nasosu original olmamışdır. Yağ nasosu dəyişdikdən sonra işləmiş, sonradan Rəvan avtomobili yenidən servisə gətirmiş, həmin vaxt Xırdalandan öz ustalarını da gətirmişdir. Yağ nasosu original olmadığından problem aradan qalxmamışdır. Məhkəmə iclasında şahid X24 ifadəsində göstərmişdir ki, o, Politexnik İstitutunu bitirmiş, 18 illik iş təcrübəsi vardır. Fiziki şəxs X10 ilə bağladığı 17.04.2016-cı il tarixli müddətsiz əmək müqaviləsinə əsasən sex müdiri vəzifəsində işləyir. Qaydalara əsasən sürücü servisə yaxınlaşır, usta təyin olunur və usta nəqliyyat vasitəsinə baxış keçirir, problemi müəyyən edir, ehtiyyat hissələrini təyin edir. Bundan sonra qiymət müəyyən edilir. İddiaçı özünə məxsus olan Hyundai Sonata markalı ** UF *** qeydiyyat nişanlı nəqliyyat onların servisinə gətirmiş, birinci dəfə yağ nasosunda problem olmadığı üçün Rəvana yağ nasosunun dəyişməli olması Rəvana deyilməmişdir. İkinci dəfə Rəvana yağ nasosunda problem olması, dəyişdirilməsi deyilmiş, Rəvan yağ nasosu baha olduğundan, kənardan alıb gətirmişdir. Rəvanın Ştutqart MMC-dən aldığı yağ nasosu original olmadığından mator dağılmışdır. Ehtiyat hissələri onlardan alındığı halda onlar gördükləri işə 1 il zəmanət verirlər. Usta Vasifin sözlərinə əsasən o, tələb olunan ehtiyat hissələrinə dair 12.09.2020-ci il tarixli və 20.10.2020-ci il tarixli iş əmrlərini yazmışdır. Birinci dəfə görülən işlərə zəmanət verilmiş, 10 gündən sonra Rəvan ikinci dəfə gəlmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindidirlən KİA Motors AZ MMC-də servis mühəndisi vəzifəsində işləyən X18 izahatında göstərmişdir ki, mühərrik həcmi 2,4 olan 2011-2016-ci il buraxılışlı Hyundai markalı avtomobillərin mühərriklərinin təmiri zamanı yağ nasosunun təzyiqi yoxlanmalı, təzyiq zəifdirsə yağ nasosu mütləq açılıb baxılmalı, ya yağnasosu yuyulmalı ya da, dəyişdirilməlidir. Təmirdən sonra yağ nasosunun təzyiqi müvafiq standartlara cavab verir. Yağ nasosunda təzyiq 2 dən aşağı olmamalıdır. Kənardan alınan ehtiyat hissələrinə adətən servislər zəmanət vermirlər. İddiaçı baxış keçirilməsi üçün ona təqdim etdiyi yağ nasosu kilidlənmiş vəziyyətdə olmuş, açılmamışdır. Yağ nasosunun kilidlənməsi mühərrikdən və nasosun özündən asılıdır, kilidlənən yağ nasosu açılmır. Hər bir yağ nasosunun kodu eyniləşdirildikdən sonra avtomobilə qoyula bilər. Yağ nasosunun kodu onun qutusunun üzərində yazılır. Kod uyğun deyilsə usta həmin yağ nasosunu nəqliyyat vasitəsinə qoya bilməz. İddiaçı məxsus nəqliyyat vasitəsinin mühərriki ilk dəfə təmirə qəbul edilərkən usta yağ nasosunun dəyişməli olmasını sürücüyə deməli idi. Yağ nasosunun original olub-olmamasını müəyyən etmək üçün onun yerləşdiyi qutunun üzərində olan qeydlərə baxmaq lazımdır. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərmişdir ki, o, orta təhsilli olmaqla 24 illik mühərrik ustası təcrübəsinə malikdir. Hal-hazırda Gənclik Avtoservis müəsisəsinin nəzdində mühərrik ustası olaraq fəaliyyət göstərir. İddiaçı mülkiyyətində olan Hyundai Sonata markalı 2014-cü il buraxılışlı ** UF *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 20.11.2020-ci il tarixdə onun işlədiyi servisə evukuator vasitəsi ilə gətirmişdir. O, avtomobilə baxış zamanı avtomobilin mühərrikinin sökülərək avtomobilin salonuna və yük yerinə yerləşdirilməsini, hissələrə baxış keçirildikdə mühərrikin pərçim (stuk) olaraq, yarasız hala düşməsini, bunun avtomobildə yağ radiatoru və yağ nasosunun ilkin təmir zamanı dəyişdirilməməsi səbəbindən baş verdiyini müəyyən etmişdir. Belə ki, Hyundai Sonata markalı avtomobilin mühərriki açılaraq təmir edildikdə birinci növbədə yağ nasosu və yağ radiatorunun yenisi ilə əvəz edilməsi zəruridir. İddiaçı avtomobilində həmin detalların vaxtında dəyişdirilməməsi mühərrikin sıradan çıxmasına səbəb olmuşdur. Təzə yağ nasosu qoyularkən val təmir edilməli idi. Avtomobildə filter yağı təmizləyərək mühərrikə ötürmək funksiyasını icra edir. Stuşkalar katerin işinə yığılaraq mühərrikin işini çətinləşdirir. Yağ nasosunun original olub-olmamasından asılı olmayaraq yağ nasosu usta tərəfindən dəyişdirilərkən mühərrik açılmalı idi. O, İddiaçı təqdim etdiyi yağ nasosuna baxarkən yağ nasosunun struşkalarla dolu olmasını açkar etmişdir. Avtomobildə təmir işləri aparan ustalar yağ radiatorunu və yağ nasosunu dəyişdirməli ididlər. Yağ nasosunun original-olub olmamasını ustalar qablaşdırmadan, nasosun boltlarından bilməlidirlər. Pərçimlənərək (stuk) yarasız vəziyyətə düşmüş mühərrikin dirsəkli valı, remkomplekt vkladş dəsti, yağ nasosu, yağ radiatoru, 4 ədəd porşeni, kolsa dəsti, 1 ədəd şatunu, remkomplekt prokladkası, 4 ədəd qilzi, yağı, filtr və antiflizi onun tərəfindən dəyişdirilmişdir. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası Qanununun 7-1.1.-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları (sahələri) avtonəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət, nasazlığın aradan qaldırılması, eləcə də onların etibarlı və təhlükəsiz istismarı, həmçinin ekoloji yararlılığı üzrə kompleks işlərin təminatlı şərtlərlə yerinə yetirilməsi məqsədi ilə yaradılır. Həmin Qanunun 7-1.2.-ci maddəsinə əsasən göstərilmiş texniki xidmətin təminatlı şərtləri yerinə yetirilmiş işlərin nəticələrinin təhlükəsizliyinə və xidmətdən sonra yenidən yaranmış həmin nasazlığın müəyyən edilmiş müddət ərzində ödənişsiz aradan qaldırılmasına görə xidmət göstərənin maddi və hüquqi məsuliyyətini nəzərdə tutur. Həmin Qanunun 7-1.3.-cü maddəsinə əsasən texniki-təmir stansiyalarında avtonəqliyyat vasitələrinə texniki xidmət və onların təmiri üzrə bütün növ texniki-təmir xidmətləri göstərilir. Həmin Qanunun 7-1.4.-cü maddəsinə əsasən texniki-təmir sahələrində avtonəqliyyat vasitələrinə texniki xidmət və onların təmiri üzrə müəyyən növ təminatlı texniki xidmətlər göstərilir. Həmin Qanunun 7-1.5.-ci maddəsinə əsasən texniki-təmir stansiyalarında (sahələrində) çalışan şəxslər həmin stansiyalar (sahələr) tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi metodiki göstərişlərlə tanış edilir. Həmin Qanunun 7-1.6.-ci maddəsinə əsasən texniki-təmir stansiyalarının (sahələrinin) istehsalat-texniki bazası, texnoloji təchizatı və istehsalat sahələrində texnoloji prosesin təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahə standartlarının tələblərinə uyğun olmalıdır. Texniki-təmir stansiyalarının (sahələrinin) müəyyən olunmuş sahə standartlarının tələblərinə uyğunluğuna nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 7-1.7.-ci maddəsinə əsasən texniki-təmir stansiyaları (sahələri) tərəfindən bu Qanunun, habelə bu sahədə müəyyən olunmuş sahə standartlarının tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.10.1999-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında Əsasnamənin 2.1.-ci bəndinə əsasən icraçı öz təşkilatının adını, yerləşdiyi yeri (hüquqi ünvanını) və iş rejimini istehlakçının nəzərinə çatdırmalıdır. Göstərilən məlumatlar təşkilatın adını bildirən lövhədə yerləşdirilir. İcraçı onu qeydiyyata almış orqanın adı göstərilməklə, dövlət qeydiyyatı haqqında istehlakçıya onun tələbi ilə məlumat verməlidir. Sanitar, təmir və başqa tədbirləri həyata keçirmək üçün fəaliyyətini müvəqqəti dayandırmış icraçı, işin dayandırılması tarixi və fəaliyyət göstərməyəcəyi müddət haqqında istehlakçılara məlumat verməlidir. Həmin Əsasnamənin 2.2.-ci bəndinə əsasən icraçı göstərilən texniki xidmətlər haqqında istehlakçıya müqavilə bağlananadək düzgün seçmə imkanı verən məlumat verməlidir. Bu məlumat sifariş qəbul edilən otaqda, yaxşı görünən yerdə olmaqla aşağıdakıları əks etdirməlidir: 2.2.1. göstərilən texniki xidmətlərin siyahısı; 2.2.2. göstərilən texniki xidmətlərin tələblərinə uyğun olan standartların adları; 2.2.3. mütləq sertifikatlaşdırma tələb edən xidmətlərin sertifikatlaşdırılması haqqında məlumat (sertifikatın nömrəsi, qüvvədə olma müddəti, sertifikatı verən orqanın adı); 2.2.4. göstərilən texniki xidmətlərin, həmçinin istifadə edilən materialların və ehtiyat hissələrinin qiyməti, ödəniş qaydaları və üsulları; 2.2.5. respublika qanunları və başqa normativ-hüquqi aktları, yaxud müqavilə ilə təyin edilmiş təminat müddətləri; 2.2.6. sifarişlərin yerinə yetirilməsi müddətləri. Həmin Əsasnamənin 2.12.-ci bəndinə əsasən nəqliyyat vasitəsi icraçı təşkilatda qalmaqla təmirə verildikdə icraçı tərəfindən müqavilə ilə yanaşı təhvil-təslim aktı tərtib edilir. Həmin aktda nəqliyyat vasitəsinin qəbulu zamanı onun dəstliyi, görünən xarici zədələri və qüsurları göstərilir. Təhvil-təslim aktı icraçının və istehlakçının məsul şəxsləri tərəfindən imzalanır və icraçının möhürü ilə təsdiq edilir. Müqavilənin və təhvil-təslim aktının surəti istehlakçıya verilir. Həmin Əsasnamənin 2.16.-cı bəndinə əsasən aşağıdakılar aşkar edildikdə, icraçı dərhal istehlakçını xəbərdar etməli və ondan göstəriş alanadək texniki xidmət göstərilməsini dayandırmalıdır: 2.16.1. istehlakçıdan alınan ehtiyat hissələri və materiallar yararsız və keyfiyyətsiz olduqda; 2.16.2. göstərilən texniki xidmətlər haqqında istehlakçının göstərişlərinin yerinə yetirilməsinin əlverişsiz nəticələrə gətirib çıxaracağı ehtimalı olduqda; 2.16.3. icraçıdan asılı olmayan başqa səbəblər nəqliyyat vasitəsindən effektiv və təhlükəsiz istifadə edilməsinə maneçilik törədərsə və ya göstərilən xidmətlərin vaxtında başa çatdırılmasına mane olduqda. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı R.S. Qulamlı mülkiyyətində olan təmirə ehtiyacı olan nəqliyyat vasitəsini nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi fəaliyyəti ilə məşğul olan fərdi sahibkar cavabdeh S.M.Allahverdiyevin işçilərinə təqdim etmiş, tərəflər arasında hər hansı bir müqavilə bağlanmamış, ustalar tərəfindən görülən işlər tərtib olunmuş iş əmrlərində qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, cavabdeh S.M.Allahverdiyevin işçiləri tərəfindən İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsi ilk dəfə təmirə qəbul edilərkən istehlakçıya nəqliyyat vasitəsində yağ nasosunun dəyişdirilməli olması deyilməmiş, bu barədə ona hər hansı bir məlumat verilməmişdir. Bu hal şahid R.Q.Babayevin ifadəsi, 12.09.2020-ci il tarixli iş əmri ilə öz təsdiqini tapmışdır. Belə ki, şahid R.Q.Babayev ifadəsində 12.09.2020-ci il tarixli iş əmri ilə görülən işlərə zəmanət verilməsini, birinci dəfə yağ nasosunda problem olmadığı üçün iddiaçıya yağ nasosunun dəyişməli olmasının deyilmədiyini göstərmiş, iş əmrində isə “aşkar edilib müştəri tərəfindən imtina edilən işlər” qrafasında hər hansı bir qeyd aparılmamışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunan mütəxəssis izahatı və rəyləri ilə nəqliyyat vasitəsində mühərrik təmir edilərkən yağ nasosunun və yağ radiatorunun yoxlanması, yuyulması və ya dəyişdirilməsinin zəruri olması müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdeh S.M.Allahverdiyevin nümyəndəsi və vəkili Vəkil1yev İddiaçı aldığı yağ nasosunun original olmaması səbəbindən mühərrikin yarasız vəziyyətə düşməsini bildirsə də, etirazında istinad etdiyi bu halı sübuta yetirə bilməmişdir. Belə ki, tərtib olunan iş əmrində dəyişdirilən yağ nasosunun original olmadığı qeyd edilməmiş, istehlakçıdan alınan ehtiyat hissəsinin keyfiyyətsiz olması, istehlakçının göstərişlərinin yerinə yetirilməsinin əlverişsiz nəticələrə gətirib çıxaracağı ehtimalının olması barədə iddiaçı xəbərdar edilməmiş, əksinə yağ nasosu alındıqdan sonra texniki xidmət göstərilməsi davam etdirilmişdir. Baxmayaraq ki, icraçının yağ nasosunun orginal olmadığına şübhəsi yarandığı halda işi dayandırmaq hüququ var idi. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, İddiaçı iddia tələbləri cavabdeh S.M.Allahverdiyevə münasibətdə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 1099.1.-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən sübutları tədqiq edib belə nəticəyə gəlir ki, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə 2014-cü il buraxılışlı Hyundai Sonata markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi təbiq edilməklə təxminən 2933 manat olması müəyyən edildiyindən, cavabdeh S.M.Allahverdiyevdən maddi ziyana görə 2933 manat iddiaçının xeyrinə tutulmalı, iddia tələbi maddi ziyanla bağlı qalan hissədə təmin edilməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, görülmüş işlərin keyfiyyətsiz olmasını müəyyən edən, bundan sonra hüquqlarının bərpa edilməsi üçün müraciət edən, cavabdehin etirazı ilə qarşılaşan iddiaçının əsəb, sters, ümidsizlik, inamsızlıq, narahatlıq hislərini yaşaması istisna edilmədiyindən, vurulmuş mənəvi ziyana görə cavabdeh S.M.Allahverdiyevdən İddiaçı xeyrinə 500 manat tutulmasını məhkəmə ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçının mənəvi ziyanla bağlı tələbinin bu hissədə təmin, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdeh S.M.Allahverdiyevə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. X3 maddi ziyana görə 2933 manat, mənəvi ziyana görə 500 manat, məhkəmə xərclərinə görə 830 manat olmaqla cəmi 4263 manat İddiaçı xeyrinə tutulsun. X3 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-131/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-131/2022
21.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver