Məhkəmə qərarları › İş №2(001)-133/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-133/2024

10.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-133/2024 10.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3nə qarşı daşınmaz əmlakların qiymətləndirilməsi ilə bağlı hesabatların ləğv edilməsi və hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi; müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3nə qarşı qiymətləndirmə hesabatlarının ləğv edilməsi və hərracların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3nə qarşı daşınmaz əmlakların qiymətləndirilməsi ilə bağlı hesabatların ləğv edilməsi və hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi; müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3nə qarşı qiymətləndirmə hesabatlarının ləğv edilməsi və hərracların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 12:30-a təyin edilsə də, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Həmçinin qeyd olunmalıdır ki, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclası da tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasının mümkünsüzlüyü səbəbindən təxirə salınmış, lakin bu bir nəticə verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə mülki işə mahiyyəti üzrə baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3nə qarşı daşınmaz əmlakların qiymətləndirilməsi ilə bağlı hesabatların ləğv edilməsi və hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi; müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3nə qarşı qiymətləndirmə hesabatlarının ləğv edilməsi və hərracların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Özünə aid iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Özünə aid iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu X3 qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının 100 (yüz) manat dəyəri ekspertizanın keçirilməsi barədə vəsatəti vermiş İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar