Məhkəmə qərarları › İş №2(001)-1369/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1369/2022

31.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1369/2022 31.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 03.10.2021-ci il tarixdə avtomaşın almaqla bağlı Sumqayıt şəhərində yerləşən maşın bazarına getmiş, orada Cavabdeh2 tərəfindən satılan avtomaşınla bağlı razılığa gəlmiş və "Mersedes Benz” markalı, 99RS684 dövlət qeydiyyat nişanlı avtomaşını 6400 manata almış və bu məbləği Cavabdeh2 vermişdir. Avtomaşının mülkiyyətçisi Cavabdeh1dur. 16 oktyabr 2021-ci il tarixdə Cavabdeh2 Cavabdeh1 adından Sumqayıt şəhər 4 saylı Notariat Ofisində 03.10.2022-ci ii tarixədək qüvvədə olan etibarnamə vermişdir. Daxili İşlər Nazirliyi Baş X9i İdarəsində avtomaşını sənədləşdirmək üçün müraciət etdikdə avtomaşının ban nömrəsinin 4 rəqəminin əl ilə yazıldığı məlum olmuş, bu səbəbdən sənədləşdirilməsi mümkün olmamış və avtomaşına dair qeydiyyat şəhadətnaməsi Yol Polisi İdarəsində saxlanılmışdır. İddiaçının atası X3 tərəfindən polisə şikayət edilmiş və Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən 20 noyabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı cavabdehlərdən avtomobili geri götürərək pulun qaytarılmasını tələb etsə də, onlar pulun qaytarılmasından yayınmışlar. Eyni zamanda iddiaçı avtomobili aldıqdan sonra bir neçə hissəsinin dəyişdirilinəsi zərurəti yaranmış və iddiaçı 295 manat dəyərində ehtiyat hissələri alaraq avtomoblin nasaz hissələrini dəyişdirmişdir. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh1 295 manat və Cavabdeh2 6400 manat məbləğində pulun və 87 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 izahatında məhkəməyə bildirdi ki, iddiaçı tərəfindən Cavabdeh2 alınmış 1990-ci il buraxılışlı, Mercedes Benz 250 minik markalı, 99RS684 dövlət qeydiyyatlı avtomobilin banı “qeyri-zavod” olduğuna görə ondan avtomobilin rəsmiləşdirilməsi üçün Baş X9i İdarəsində 1400 manat rüsum tələb edilir və ona görə də o, avtomobili satıcıya qaytarıb pulunu geri tələb edir. Eyni zamanda o, məhkəməyə bildirdi ki, məhkəmənin sorğusuna əsasən ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsində mübahisəli avtomobilə dair verilmiş rəy təqdim olunmuş, lakin həmin rəydə avtomobilin banında hər hansı problemin olmaması qeyd olunmuşdur. Buna baxmayaraq o, yenə də avtomobilin cavabdehlərə, ona isə pulunun qaytarılmasını istəyir. Belə ki, hazırkı vəziyyətdə avtomobili sata bilmir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdehlər 31.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və iddiaya münasibət bildirərək Cavabdeh2 bildirmişdir ki, iddia tələbini qəbul etmir, mübahisəli avtomobil 10 gün onda olub. Cavabdeh1 ona etibarnamə vermişdir. O, maşını etibarnamə ilə 6300 manata satmışdır. Avtomobilin nə sənədlərində, nə də ki, özündə bir problem olmayıb. Cavabdeh1 məhkəməyə bildirmişdir ki, o, avtomobilin mülkiyyətçisidir. Avtomobilin ban nömrəsində heç bir səhv, zavod üsulundan kənar edilmiş qeydlər mövcud deyildi. Əgər belə bir hal olsa idi, avtomobil Daxili İşlər Nazirliyi Baş X9 İdarəsində qeydiyyata alınan zaman belə bir problemin olduğu bir mülkiyyətçi kimi ona da bildirilərdi. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan etibarnamədən görünür ki, Mercedes Benz 250 minik markalı, 99RS684 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 tərəfindən etibar edilən İddiaçı 11 ay 17 gün müddətinə etibarnamə verilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 20 noyabr 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda aşağıdakılar göstərilmişdir: “ ... Araşdırma zamanı X4 izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Salyan rayonu Şorsulu kəndində yaşayır. 2021 ilin sentyabr ayının son günlərində atası Habil Sumqayıt şəhər avtomaşın satışı bazarında Cavabdeh1 5200 manata 1990-cu il bııraxılışlı "Mercedes-Benz 250 minik" markalı **-RS-*** qeydiyyat nişanlı avtomaşını almış və etibarnaməni onun adına sənədləşdirmişdir. Həmin avtomaşına yeni təkərlər, akkumulyator almışlar və mühərrikinin təmirinə xərc çəkmişlər ümumilikdə 1000 manata yaxın xərc qoymuşlar ki, sürdükləri avtomaşın nasaz olmasın. Belə ki, təxminən 1 həftədən sonra ailə vəziyyəti ilə bağlı təcili pul lazını olduğundan həmin avtomaşını 03.10.2021-ci il tarixdə Sumqayıt avtomaşın bazarına satmağa aparmışlar, orada Habil adlı şəxs avtomaşına baxıb bəyənmiş və qiymətini 6300 manata alası ilə razılaşmışlar. Atası Cavabdeh1 zəng edərək notariusa çağırmış, Sumqayıt şəhəri 4 saylı notariusunda Habil onlardan aldığı avtomaşını oğlu İddiaçı adına sənədləşdirmək istədiyini demiş, avtomaşının texpasportu Sərxanın adına olduğu üçün Sərxan Eltuna baş etibarnamə vermişdir. Bir neçə gündən sonra Habil ona və atasına zəng edərək avtomaşını öz adına qeydiyyata alan zaman avtomaşının ban nömrəsinin son 4 rəqəmlərinin əl ilə yazıldığını və bu səbəbdən də avtomaşının sənədləşmə işini həyata keçirə bilmədiyi, onların həmin problemi həll etmələrini demişdir. Onlar Habilə özləri də avtomaşını 1 həftə əvvəl aldıqlarını və maddi ehtiyacı yarandığından, məcbur qalıb satdıqlarını, avtomaşının ban nömrəsinin rəqəmləri barədə heç bir məlumatları olmadıqlarını demişlər və atası Habili avtomaşının 1-ci sahibi olmuş Sərxanla görüşdürmüşdür. Lakin həmin vaxt Habil avtomaşının sənədləşdirmə işini onların öhdəsinə qoymaq istəmiş, atası Habilə əgər avtomaşını istəmirsə, həmin avtomaşını bazarda onun üçün sata biləcəyini, hazırda nağd pulları olmadığını demiş, lakin Habil razılaşmamışdır. Atası da Habilə əgər narazılığı vardırsa məhkəməyə şikayət etməsini bildirmişdir. Onların Habili aldatmaq niyyəti və fikri olmamışdır”. İş materiallarında olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəis müavini X7 tərəfindən imzalanmış 17.11.2021-ci il tarixli rəydə aşağıdakılar göstərilmişdir: “ ... “Mercedes Benz 250” minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil uçot göstəriciləri üzrə BDYPİ-nin Qİİ-nin X1 üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. “Mercedes Benz 250” minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat sənədlərindən göründüyü kimi, avtomobil 1990-cı il buraxılışlı olmaqla 31 ildir ki, istismardadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 01 noyabr 2021-d il tarixli 21/1452a nömrəli tədqiqat haqqında arayışından görünür ki, “Mercedes Benz 250” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş “WDB1241251B495329” hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş “**********8564” rəqəmləri zavod üsulu ilə vurulmuş standart rəqəmlərə xarakterikdir. Avtomobilin zavod lövhəsinin üzərində həkk edilmiş ban nömrəsində “WDB1241251B495329” olan hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilə baxış zamanı avtomobilin izlənilən detallarının yəni balı və mühərrik nömrələrinin, həmçinin zavod lövhəciyinin zavod üsulu ilə olması aşkar edilmişdir. Avtomobilin ban və mühərrik nömrələrində, həmçinin zavod lövhəciyində heç bir uyğunsuzluq aşkar edilməmişdir. Bu halda nəqliyyat vasitəsinin təkrar qeydiyyata alınması məsələsinə baxılması üçün rəyin surəti BDYPİ-nin Qİİ-nə göndərilməlidir”. Beləliklə, iddia ərizəsindən və məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən verilmiş izahatdan görünür ki, tərəflər arasında faktiki olaraq avtomobilə dair alqı-satqı müqaviləsinin bağlanmasına dair iradə ifadəsi mövcud olmuş, lakin həmin iradə ifadəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmiş, hal-hazırda da iddiaçı tərəfindən faktiki olaraq restitusiyanın tələb edilməsinin əsası ondan ibarətdir ki, avtomobilin ban nömrəsində olan qüsura görə avtomobili adına rəsmiləşdirə bilmir. Lakin bununla yanaşı iddiaçının dəlilləri iş materialları ilə təsdiq olunmur, əksinə, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş rəydən görünür ki, “Mercedes Benz 250” minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********8564 mühərrik nömrəli, WDB1241251B495329 ban nömrəli, tünd boz metallik rəngli, 1990-cı il buraxılışlı avtomobildə ban və mühərrik nömrələrinin, həmçinin zavod lövhəciyinin zavod üsulu ilə olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, restitusiya üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar