Məhkəmə qərarları › İş №2(001)-1378/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1378/2022

29.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1378/2022 29.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt Regional şöbəsinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 fevral 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində anası X8 vəfat etməsi ilə bağlı cavabdehlərin mülki qanunvericiliyin tələblərini pozan hüquqa zidd əməlləri nəticəsində ona vurulmuş maddi zərərə görə 10.000 manat, mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsatinin cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etmiş və təqdim edilmiş sübutlara əsaslanaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etirazını müdafiə edərək, bildirmişdir ki, X1 Tural Tofiq oğluna məxsus və xx.xx.2017-ci il tarixli icarə müqaviləsi əsasında Cavabdeh2 icarəyə verilməklə sonuncuya məxsus 551 saylı marşrut üzrə istifadədə olan “SAZ NP37” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı mikroavtobusu xx.xx.2019-cu il tarixdə “D” kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə edərkən, idarə etməni itirmiş və nəticədə mikroavtobus yolun hərəkət hissəsindən çıxaraq başqa bir avtomobillə toqquşmuşdur. Hadisə zamanı mikroavtobusda olan sərnişin X17 aldığı xəsarətlər nəticəsində xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bununla bağlı başlanmış cinayət işinə məhkəmədə baxılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-387/2020 saylı hökmünə əsasən X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci, 186.2.2-ci və 263-1.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 1 il müddətinə, Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə 4 il müddətinə və Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbayca Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X10 qəti olaraq 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmə əsasən şahidlər X18, X5 və X19 öz ifadələrində X9 avtobusu idarə etməsindən mərşrutun rəhbəri Cavabdeh2 xəbərinin olmadığını, onun tərəfindən ** KU *** dövlət qeydiyyat nişanlı avtobusun idarə edilməsi üçün X10 verilmədiyini bildirmişlər. Bununla belə, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 hər hansı təqsiri olmamış, onu tərəfindən iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsinə səbəb olmuş hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabehlər Cavabdeh3 və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt Regional şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt Regional şöbəsi isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Eyni zamanda, hər iki cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə, bu cavabdehlərin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasını, habelə onlar tərəfindən iddiaya qarşı yazılı etirazın təqdim edilməsini nəzərə alıb, işə bu cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasda iştirak edən tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh3 ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan “SAZ NP 37” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı mikroavtobusu Cavabdeh2 icarəyə vermiş və xx.xx.2019-cu il tarixdə həmin nəqliyyat vasitəsinin idarə edilməsini ona etibar etmişdir. Cavabdeh2 cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt Regional şöbəsi ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən Atyalı yaşayış massivi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi məntəqələri arasında 551 nömrəli avtobus marşrutu üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirir. Həmin marşrut üzrə istifadə edilən bu mikroavtobusun xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək idarə edilməsi üçün Cavabdeh2 tərəfindən Rafiq Əliyev, Elxan Nəcəfov və Nahib Qarayev adlı şəxslərə yol vərəqəsi verilmişdir. X16 xx.xx.2019-cu il tarixdə 551 saylı marşrut üzrə bu mikroavtobusu “D” kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə edərək, yol-nəqliyyat hadisəsi törətmişdir (idarə etməni itirmiş və nəticədə onun idarə etdiyi mikroavtobus yolun hərəkət hissəsindən çıxaraq başqa bir avtomobillə toqquşmuşdur). Hadisə zamanı mikroavtobusda olan sərnişin X17 aldığı xəsarətlər nəticəsində xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bununla bağlı başlanmış cinayət işinə məhkəmədə baxılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)- 387/2020 saylı hökmünə əsasən X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci, 186.2.2-ci və 263-1.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 1 il müddətinə, Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə 4 il müddətinə və Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbayca Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X10 qəti olaraq 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda iddiaçı anasının ölümü ilə bağlı ona vurulmuş maddi və mənəvi zərərə görə cavabdehlərin mülki məsuliyyət daşıdığını, məhz onların hüquqa zidd əməlləri nəticəsində qanunvericiliyin tələblərinin pozulduğunu və ona maddi və mənəvi zərərin vurulduğunu iddia edir. İddiaçının dəlillərinə əsasən yol nəqliyyat hadisəsi baş verən günü “SAZ NP 37” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı mikroavtobus Cavabdeh2 məxsus olan 551 saylı marşrut üzrə qanunsuz istifadə edilmiş, həmin nəqliyyat vasitəsi ilə bağlı etibarnamə Cavabdeh2 onun mülkiyyətçisi Cavabdeh3 tərəfindən yalnız xx.xx.2019-cu il tarixdə, yəni hadisədən yeddi ay sonra verilmiş, bu səbəbdən hadisə günü Cavabdeh2 həmin nəqliyyat vasitəsini idarə etmək və ya 3-cü şəxslərə etibar etmək üçün yol vərəqəsi vermək hüququ olmamışdır. Nəcəfov X12 Tural Tofiq oğlu ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən həmin mikroavtobusun xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək idarə olunması üçün Əliyev Rafiq, Nəcəfov Elxan və Qarayev Nahib adlı şəxslərə yol vərəqəsi vermişdir. Halbuki, həmin vaxt bu əmlakın idarə olunması ilə bağlı ona etibarnamə verilmədiyindən, bu şəxslərə yalnız Cavabdeh3 tərəfindən yol vərəqəsi verilə bilərdi. Lakin onların arasında bağlanmış icarə müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiq edilməmiş və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanda, yəni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmamışdır. Bu da öz növbəsində onların arasında bağlanmış icarə müqaviləsinin saxta olduğunu təsdiq edir. Həmçinin, qeyd edilən nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olmasını və onun xəttə buraxılmasının mümkünlüyünü təsdiq edən 04, 05 və 06 fevral 2019-cu il tarixli aktlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları”nın tələblərinə zidd olaraq, buna hüququ olmayan təmir ustası Əfqan Zalovun, kalon rəisi Siyavuş Əsgərovun və marşrut xəttinin sahibi Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. Halbuki, həmin qaydalara əsasən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi və icazə verdiyi fiziki şəxs tərəfindən təşkil edilmiş müayinə məntəqəsində yoxlanılmalı və həmin məntəqənin möhürü ilə təsdiq edilmiş arayış verilməlidir. Bu səbəbdən hesab edir ki, qeyd edilən pozuntulara yol vermiş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ona vurulmuş zərərə görə mülki məsuliyyət daşıyırlar. İddiaçının dəlillərinə əsasən cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt Regional şöbəsi də daşımaların təşkili ilə bağlı qanunvericiliyin tələblərini pozduğu üçün ona vurulmuş maddi və mənəvi zərərə görə mülki məsuliyyət daşıyır. Belə ki, bu qurumla Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə “Avtomobil nəqliyyatı ilə mərşrut üzrə sərnişin daşıma xədmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanan zaman “SAZ NP 37” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı mikroavtobus onun mülkiyyətində, o cümlədən istifadəsində və ya icarəsində olmamış, lakin bu hal həmin qurum tərəfindən “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yoxlanılmamışdır. Həmçinin, Cavabdeh2 bu qanunun tələblərinə uyğun olaraq 551 nömrəli marşrut xətti üzrə şəhərdaxili sərnişin daşımalarının yerinə yetirilməsinə müsabiqə əsasında cəlb edilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və cavabdehlərdən müştərək qaydada onun xeyrinə 10.000 manat məbləğində maddi və 10.000 manat məbləğində mənəvi zərərin tutulmasını xahiş edir. Cavabdeh3 iddianı qəbul etmir, məhkəməyə təqdim etdiyi yazılı etirazında qeyd edilən nəqliyyat vasitəsinin qanuni əsaslarla onun istifadə və sahibliyindən çıxdığını, hadisə baş verən zaman Cavabdeh2 sahibliyində olduğunu, nəticədə mülkiyyətçi olaraq onun özünə maddi zərər vurulduğunu bildirir və iddianın ona aid hissədə rədd edilməsini xahiş edir. Cavabdeh2 iddianı qəbul etmir, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-387/2020 saylı hökmünə və hökmdə əks olunmuş şahid ifadələrinə istinadən ** KU *** dövlət qeydiyyat nişanlı mikroavtobusun X16 tərəfindən idarə edilməsindən xəbərinin olmadığını, bu nəqliyyat vasitəsini idarə etmək üçün ona vermədiyini, baş vermiş yol nəqliyyat hadisəsində onun hər hansı təqsirinin olmadığını bildirir və iddianın ona aid hissədə rədd edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt Regional şöbəsi iddianı qəbul etmir, məhkəməyə təqdim etdiyi yazılı etirazında baş vermiş yol nəqliyyat hadisəsində onların hər hansı təqsirinin olmadığını bildirir və iddianın onlara aid hissədə rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə iddia tələbinin “Cavabdeh3 maddi və mənəvi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, yol nəqliyyat hadisəsi baş verdiyi xx.xx.2019-cu il tarixdə “SAZ NP37” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı mikroavtobus qanuni əsaslarla (xx.xx.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında əldə edilmiş icarə hüququ ilə) onun deyil, digər şəxsin, yəni Cavabdeh2 istifadə və sahibliyində olmuşdur. Bu da öz növbəsində hazırki iddia üzrə Cavabdeh3 hər hansı formada və məbləğdə zərərin tutulmasını istisna edir. Məhkəmə iddia tələbinin “Cavabdeh2 maddi və mənəvi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, bu şəxs icarə hüququ əsasında onun istifadəsində olan “SAZ NP37” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı mikroavtobusun xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək idarə edilməsi üçün Rafiq Əliyevə, Elxan Nəcəfova və Nahib Qarayevə yol vərəqəsi vermişdir. Bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini alımış xx.xx.2020-ci il tarixli, 1(101)-387/2020 saylı hökmü ilə də təsdiq edilir. Həmin şəxslərin Cavabdeh2 ilə əmək münasibətlərində olması müəyyən edilmir. Hüquqi nəticə etibarı ilə onların arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin gün qeyd edilən mikroavtobusu idarə edərkən yol nəqliyyat hadisəsini törətmiş X16 isə Cavabdeh2 işçisi olmamış, o cümlədən onunla əmək və ya mülki hüquq münasibətlərində olmamış, sonuncu nə hadisə günü, nədə ki, bundan əvvəl həmin nəqliyyat vasitəsinin idarə edilməsi üçün ona hər hansı tapşırıq və ya səlahiyyət verməmişdir. Ümumiyyətlə onların hadisədən əvvəl biri-birini tanıması müəyyən edilmir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini alımış xx.xx.2020-ci il tarixli, 1(101)- 387/2020 saylı hökmündə əks olunmuş şahid ifadələrinə əsasən xx.xx.2019-cu il tarixdə mikroavtobus X10 onu yol vərəqəsi əsasında idarə etmək səlahiyyəti olan X18 tərəfindən verilmişdir. X6 ilə yanaşı öz ifadələrində şahidlər X5 və X4 da bildirmişdir. Bu şəxslərlə X16 arasında keçirilmiş üzləşmə zamanı onlar həmin ifadələrində göstərdikləri bu xüsusatı Nəsirov Həmin idris oğlunun üzünə qarşı bir daha təsdiq etmişdilər. X9 mikroavtobusu xx.xx.2019-cu il tarixdən X3 razılığı ilə idarə etməyə başlaması barədə ifadəsi isə öz təsdiqini tapmamışdır. Bununla belə, xx.xx.2019-cu il tarixli yol nəqliyyat hadisəsi (mülki hüquq pozuntusu (delikt)) Cavabdeh2 ilə əmək münasibətlərində olan və ya onun tapşırığı ilə mikroavtobusu idarə edən hər hansı şəxs tərəfindən deyil, onunla hər hansı münasibətdə olmayan X16 tərəfindən törədilmişdir. Bu səbəbdən onun tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş hər hansı zərər üçün Cavabdeh2 məsuliyyət daşıya bilməz. Məhkəmə, eyni zamanda, qeyd edir ki, iddiaçının dəlilləri (icarə hüquqlarının qeydə alınmaması, etibarnamə olmadan yol vərəqəsinin verilməsi və sair) cavabdehlərin inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün əsas yaradır. Lakin onlardan iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulmasını şərtləndirmir. Məhkəmə iddia tələbini “cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt Regional şöbəsinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması” hissəsində də əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Eyni zamanda, qeyd olunmalıdır ki, yol nəqliyyat hadisəsinin mikroavtobusun texniki baxımdan nasaz olması səbəbindən baş verməsi öz təsdiqini tapmır. Məhkəmə, iddia tələbinin “vurulmuş maddi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı ümumilikdə qeyd edir ki, iddiaçı hadisə nəticəsində anasının xəsarət alması ilə bağlı müxtəlif məsələlər, o cümlədən anasının bir ay müddətində müayinə və müalicə olunması üçün 10.000 manat məbləğində vəsait sərf etdiyini iddia edir və bu məbləğin əvəzini ona vurumuş maddi zərər olaraq cavabdehlərdən 10.000 manat məbləğində pulun tutulmasını tələb edir. Lakin bu məqsədlər üçün hər hansı ödənişin aparılmasını təsdiq edən sənədi məhkəməyə təqdim edə bilmir. Bu da öz növbəsində cavabdehlərin yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş zərər üçün maddi məsuliyyət daşıdıqları halda belə iddia tələbinin bu hissədə təmin edilməsini qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt Regional şöbəsinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt Regional şöbəsinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar