Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1403/2025 04.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə (açar sözlər: delikt, maddi zərər) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh1 və X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 (idarə edən) və X1 (mülkiyyətçi) müştərək qaydada İddiaçı xeyirinə 2306.00 (iki min üç yüz altı) manat məbləğində pul vəsaiti zərərin əvəzi ödənilməsi üçün tutulması və birdəfəlik verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, KİA CEED MİNİK ** UJ *** dövlət qeydiyyat nişanı avtonəqliyyat vasitəsi cavabdeh X3 mülkiyyət hüququ əsasında məxsusdur. xx.xx.2024-ci il tarixdə saat 15:00 radələrində birinci Cavabdeh1 həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən Baki Astara yolunun 14 km olan dairəyə daxil olarkən iddiaçıya məxsus Hyundai Accent minik sedan ** BO *** dövlət nişanlı nəqliyyat vasitəsini arxadan vurmuşdur. Hadisə üzrə Qaradağ RPİ-nin X9 şöbəsi tərəfindən cavabdeh X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında İXP-67256 19 protokol tərtib olunmuş v TP ******* Qərar qəbul edilmişdir. Yol hadisəsi nəticəsində iddiaçıya məxsus avtonəqliyyat vasitənin arxa hissəsi zədələnmişdir və bununla 2306.00 manat zərər yetirilmişdir. Cavabdeh əvvəl ziyanın ödənilməsinə razılıq versə də sonradan fikirindən dönmüşdür və könüllü zərəri ödəmək istəmir.
İİ.Tərəflərin mövqeləri:
Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, hadisə zamanı avtomobili özü idarə etmişdir. İddiaçının tələb etdiyi məbləğ həddindən artıq yüksək məblığ olmaqla həqiqəti əks etdirmir. Həmin vaxt iddiaçıya razılığa gəlinməklə bağlı müraciət etsə də, nəticəsi olmamışdır. Hesab edir ki, iddiaçının təqdim etdiyi qüsur aktında olan qüsurlar avtomobildə yoxdur, şişirdilmişdir. Hazırda işsizdir, bu səbəbdən iddiaçıya 500 manat barışıq üçün təklif etsə də, razılaşmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 məzmunca digər cavabdehin izahatına uyğun izahat verməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
İİİ.İşin faktiki halları: İş materiallarına əlavə olunmuş:
- ƏN-Vİ seriyalı, 453231 saylı etibarnamənin surətindən görünür ki, X4 “Kia Ceed” minik markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2028-ci il tarixədək idarə etməyi Cavabdeh1 etibar etmişdir. - Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokoldan və qərardan görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 15:00-da “Kia Ceed” minik markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarla 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kia Ceed” minik markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. - “X8” tərəfindən tərtib edilmiş Qüsur aktının surətindən görünür ki, tərəfindən “Hyundai Accent” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində 2306 manat həcmində zərər dəymişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 1403/2025 saylı qərardadı ilə mülki iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və qiymətləndirmənin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. - xx.xx.2025-ci il tarixli, 024609 saylı hesabatdan aşağıdakılar görünür ki, “Hyundai Accent” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1643 manat təşkil edir.
İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə qismən təmin edilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İş üzrə iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, iddiaçı məbləğin cavabdehlərdən tutulması ilə bağlı tələb irəli sürməklə cavabdehdən 2603 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Məhkəmə qərardadı əəsasında müstəqil qiymətləndirici cəlb edilmiş və qeyd edilən nəqliyyat vasitəsinin saz vəziyyətə gətirilməsi üçün 1643 manat tələb edildiyi hesabatda qeyd edilmişdir. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfındən müəyyən edilməlidir. Odur ki, hazırkı iş üzrə araşdırma predmetini cavabdeh(lər)in delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə müvafiq olaraq, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan X3 məxsus avtomobil yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 tərəfindən idarə edilmişdir, yol nəqliyyat hadisəsini törətmiş şəxs avtomobili qanuni əsas üzrə idarə etmişdir. Avtomobil mülkiyyətçi tərəfindən avtomobilə dair alqı-satqı, bağışlama hərəkətlərin edilməsi məqsədi ilə mülkiyyətçi tərəfindən iş üzrə Cavabdeh1 etibarnamə verilmişdir. Bu baxımdan yol-nəqliyyat hadisəsi üzrə X2 mülki hüquqi məsuliyyəti istisna olunur. Belə ki, yuxarıda sadalanan maddələrdən müəyyən edildiyi kimi zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh1 qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə onun təqsiri müəyyən edilmişdir. Nəticədə sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) Cavabdeh1 (hadisəni törətmiş şəxsə) qarşı subroqasiya hüququ yaranmış, avtomobilin mülkiyyətçisinin hərəkətlərində qanunsuzluq olmamış, hadisə ilə səbəbli əlaqə müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 1643 manat dəymiş ziyan tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1643 (min altı yüz qırx) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Elnarə Vəliyeva