Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-141/2024 12.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi Hüseyn-zadə Aydın Əliağa oğlunun, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi və əldən çıxmış fayda tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi, mənəvi ziyanın və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-93/2018 saylı qətnaməsi ilə hazırkı iddia tələbinə “8755 manat maddi ziyanın ... 5000 manat mənəvi ziyanın” hissəsində münasibət bildirilmiş, İddiaçı iddia tələbi həmin hissədə rədd edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-899/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi, mənəvi ziyanın və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair iş üzrə icraata 8755 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-899/2023 saylı qərardadı mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək tələbini artırmış, ünvan 1 ünvanında yerləşən mənzilin şüşəbəndinin Cavabdeh2 və qeyrilərinin təqsiri üzündən qırılıb məhv olmasından, yararsız hala düşməsindən ona dəyən 5100 manat maddi ziyanın, həmçinin 10800 manat məbləğində əldən çıxmış faydanın cavabdehlərdən tutulub ona verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mənzil mübahisəsi 4 ilə qədər davam etmiş və mənzilin üzərinə həmin müddətdə müvəqqəri təminat tədbiri kimi həbs qoyulmuşdur. Lakin Cavabdeh2 və qeyriləri tərəfindən mənzilin qapısı sındırılıb, açarı dəyişdirildiyindən həbs qoyma anında iddiaçı və ya məhkəmə icraçılarının ora daxil olmağı mümkün olmamışdır. Bu səbəbdən mənzilin içərisindəki vəziyyətdən xəbərləri olmamışdır. Mənzilə bu yaxınlarda təmin tədbiri ləğv edildikdən sonra daxil olarkən iddiaçıya məlum olmuşdur ki, düzəldilmiş şüşəli balkonun pəncərələri güclü küləyin təsirindən açılmış, qopub həyətə düşmüş,qırılaraq yararsız hala gəlmişdir. Balkonda düzəldilmiş bağlı şüşəbənd iddiaçıya 5100 manata başa gəlmişdir. Hazırda istifadəyə tam yararsızdır. Həmçinin, o, mənzilində 2017-ci ildə təmir işlərini başa çatdırmaq istəyirdi. Lakin cavabdehlərin qanunsuz əməlləri nəticəsində mənzilinin təmirini bu günə qədər başa çatdıra bilməmiş və ora köçüb yaşamaq imkanından məhrum olmuşdur. Halbuki, o, mənzilinin təmirini başa çatdırıb mənzili ən azı 300 manatdan kirayəyə verib 10800 manat məbləğində gəlir əldə edə bilərdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, ekspert rəyində əldən çıxmış fayda üzrə kirayə haqqı 2015-2022-ci illəri əhatə etmişdir. Lakin 2023-cü il də hesablanmalı idi. Bu hesablama ilə əldən çıxmış fayda 39420 manat təşkil edir. Həmçinin, ekspert rəyində şüşəbəndin sınması üçün dəymiş zərər 2000 manat müəyyən edilmişdir. Ümumilikdə 41420 manat hissədə iddianın təmin edilməsini xahiş edir. Şüşəbəndin kim tərəfindən qırılmasına münasibətdə hər hansı sübutları yoxdur. 2021-ci ildə şüşəbənd güclü külək nəticəsində qırılıb düşmüşdür. Evə digər şəxslər daxil olarkən şüşəbəndi açıq qoyub gediblər. Əgər iddiaçı mənzilində olsaydı nəzarət edərdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Hüseyn-zadə Aydın Əliağa oğlu izahatında məhkəməyə bildirdi ki, xx.xx.2017-ci il tarixdə evdə baş verənlərdən xəbər tutan kimi polisə müraciət etmişdir. Lakin, cavabdehlər evin qapısını sındırmağı boyunlarına almamış və ona bildirilmişdir ki, bu mülki mübahisədir. Mənzil məhkəmə yolu ilə tam olaraq onlara xx.xx.2021-ci il tarixdə təhvil verilmiş, lakin həmin vaxt mənzilə daxil ola bilməmişlər. Mənzilə 2022-ci ilin may ayında daxil olmuşlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X15 izahatında məhkəməyə bildirdi ki, evi Faiq adlı şəxsdən almışdır. Evə çıxarış almaq istədikdə, ona bildirildi ki, bina təhvil verilməyib və məhkəməyə mülkiyyətin tanınması üçün müraciət etməlidir. O, məhkəməyə müraciət etdikdə, hazırkı iş üzrə iddia tərəfi mənzilin onlara məxsus olmasını iddia etdilər. Mənzilə bir neçə şəxs iddia etdiyindən iş Korrupsiyaya göndərildi. Cənab Prezident tərəfindən o, evlə təmin olunduqdan sonra həmin mənzildən imtina etdi, açarı MTK-ya təhvil verdi. Evin qapısını sındırmaq məsələsi olmayıb. MTK-nın mühafizəçisi var və orada belə bir hadisənin baş verməsi mümkün deyildi. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçının tələbləri əsassızdır və həqiqətə uyğun deyil. Belə ki, iddiaçı hal-hazırda təmir işlərini başa çatdıraraq öz mənzilində yaşayır. İddiaçının ərizəsində göstərdiyi kimi ona aid olan məişət əşyalarının, mal-materialların sındırılması, məhv edilməsi, yararsız hala salınması, oğurlanması halları baş veribsə, nəyə görə iddiaçı həmin hadisələrlə bağlı dərhal heç bir quruma şikayət etməmiş, yalnız hadisənin baş verdiyi vaxtdan 5 il keçdikdən sonra məhkəməyə hazırkı iddia ilə müraciət etmişdir. Həmçinin Cavabdeh1 məhkəməyə bildirdmişdir ki, iddaçının dəlillərinin əsassızlığına dair sübutları məhkəməyə vəkili İlham İbadov təqdim edəcək, lakin sonrakı məhkəmə iclasları barədə Cavabdeh1 qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılsa da, vəkili nə məhkəmə iclasında iştirak etmiş, nə də ki, məhkəməyə hər hansı sübut təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-279/2019 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... Eyni zamanda, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı cavabdehler X16, "xxxx" MMC-yə və X18 qarşı «mənzilə sahiblik və istifadə hüquqularının bərpa edilməsi, mənzilin boşaldılaraq qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 31 oktyabr 2015-ci il tarixli «yaşayış binasında mənzil tikilməsi» haqqında müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi, mənzilə istifadə və sahiblik hüququnun bərpa edilməsi, özbaşına tutulmuş mənzilin dərhal boşaldılması və iddiaçıya qaytarılması, vurulmuş 8755 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın cavabdehlerdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ... Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(011)-93/2018 saylı qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllə ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 157,8 kv.m. olan 69 saylı mənzilin İddiaçı qaytarılması və həmin mənzilə istifadə və sahiblik hüququnun bərpa edilməsi qət edilmişdir”. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 279/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(011)-93/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-61/2021 saylı hökmündə aşağıdakılar göstərilmişdir: “ ... Alışov X5 Habil Məmməd oğlu ilə öz qulluq mövqeylərindən istifadə etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, xeyli və külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib təkrarən dələduzluq etməyə cəhd etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakının xeyli miqdarda ziyan vurmaqla ələ keçirilib təkrarən dələduzluq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, istifadə etmək məqsədilə qabaqcadan əlbir olmuş bir qrup şəxs qismində təkrarən saxta möhür hazırlamış, vəzifəli şəxs qismində qabaqcadan əlbir olmuş bir qrup şəxslə tamah niyyəti ilə qeyrilərinin köməkçiliyi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı etmiş, həmçinin, xidməti vəzifələrin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qabaqcadan əlbir olmuş bir qrup şəxs qismində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək qeyrilərinin köməkçiliyi ilə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərini törətmişlər. Belə ki, Cavabdeh1 ... ... bundan başqa, təkrarən, 3 otaqlı, 157,8 m2 sahəli 69 №-li mənzil X9 adına rəsmiləşdirilmiş 31 oktyabr 2015-ci il tarixli müqavilə ilə sonuncunun atası X1 onun tərəfindən həmin tarixdə mənzilin dəyəri olan 110.460 (bir yüz on min dörd yüz altmış) manat tam ödənildiyi halda, 2017-ci ilin avqust ayında tanışı X19 X7 yalandan həmin yaşayış sahəsinin sahibi kimi təqdim edib və digər hər hansı bir sahibinin olmadığını yalandan bildirib, qeyrilərinin məsləhətləri və məlumatları ilə, maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə Habil Fətəliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, A.İbrahimzadəni inandırmaq məqsədilə mənzilin Faiq Cəfərova satılmasına dair tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və "xxxx" MTK-nın adından saxtalaşdırılmış möhürlə təsdiq etdiyi, qəsdən tarixi “12 aprel 2008-ci il” kimi göstərilmiş saxta müqavilə və guya kooperativə 94.680 manatın ödənilməsi haqqında maliyyə arayışını tərtib etməklə, mənzilin guya F.Cəfərovun adından A.İbrahimzadəyə satılması adı ilə sonuncudan binanın ofis otağında 7 avqust 2017-ci ildə 94.680 (doxsan dörd min altı yüz səksən) manat məbləğində pulu Faiq Cəfərov vasitəsilə Habil Fətəliyevlə birlikdə alıb, sonuncu tərəfindən tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq etdiyi, A.İbrahimzadənin oğlu Rza İbrazimzadənin adına rəsmiləşdirilmiş eyni tarixli saxta müqavilə və maliyyə arayışını tərtib edib onlara verməklə, qeyd olunan pul vəsaitini əlbir olduğu şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyrisinin köməkçiliyi ilə təkrarən vəzifə saxtakarlığı etmiş, Aydın Hüseynzadənin əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyrisinin köməkçiliyi ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək. ... Cavabdeh1 ifadəsində həmçinin göstərmişdir ki ... ... 3 otaqlı, 157,8 kv. metr sahəli 69 №-li mənzilin X2 ilə bağlı xx.xx.2015-ci il tarixli müqavilə, 110460 manatın ödənilməsi haqqında maliyyə arayışı, həmçinin X4 ilə bağlı xx.xx.2008-ci il tarixli müqavilə və 94680 manatın ödənilməsi haqqında maliyyə arayışı, Cavabdeh2 satılması ilə bağlı xx.xx.2017-ci il tarixli müqavilə və 94680 manatın ödənilməsi haqqında maliyyə arayışlarında adından əks olunan imzaları o, icra etmiş, möhür isə Faiq Cəfərovun sənədlərində MTK-ya, digər sənədlərdə MMC-yə aiddir. Faiq Cəfərov binanın tikintisini armatur materialı ilə təmin etmiş və ona pulun təminatı kimi 7 mənzilə dair müqavilə ilə maliyyə arayışı verilmişdir. Sonradan Faiqə borcun əksər hissəsi qaytarılmadığına görə o, bir neçə mənzili satmışdır. O cümlədən 2017-ci ildə 3 otaqlı 69 №-li mənzili Faiq Cəfərovun xahişilə onun adından Cavabdeh2 adına keçirmiş, Aysel Hüseynzadəyə isə mənzili o, yox, Xaləddin Bağışov satmış, özü isə sadəcə 2015-ci ildə MTK-nın sədri olduğuna görə müqavilə ilə maliyyə arayışını imzalamışdır. Rzanın Faiqə ödədiyi puldan ona verilməmişdir. ... Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, 2015-ci ilin oktyabr ayında M.Hadi küçəsində "xxxx" MTK-nın inşa etdiyi binaya getmiş, 15-ci mərtəbədə yerləşən 3 otaqlı mənzilin sahibi tərəfindən satıldığını öyrənmişdir. Mənzilə baxıb bəyənmiş və binanın 2-ci mərtəbəsində yerləşən ofis otağında Xaləddin adlı şəxslə danışaraq 3 otaqlı, 157,8 kv. metr sahəli 69 №-li mənzilin 110460 manata razılaşmışdır. Xaləddin ona mənzilin sahibinə zəruri olan pulu verəcəyini və mənzildən imtina haqqında notariatda təsdiq olunmuş ərizə alacağını bildirmiş, o, da ilkin olaraq beh qismində 1000 manatı Xaləddinə vermişdir. 31 oktyabr 2015-ci ildə qızı Aysellə birlikdə həmin binanın ofisinə getmiş və Xaləddin onun xahişinə əsasən qızı İddiaçı adına rəsmiləşdirilmiş eyni tarixli, 3 otaqlı 69 №-li mənzilin ona təhvil verilməsi haqqında müqaviləni, mənzilin dəyərini tam ödəməsi haqqında maliyyə arayışını, mənzilin əvvəlki sahibi X12 adından notariatda təsdiq edilmiş ərizəni, həmçinin sonuncunun öz əlilə yazılmış əlavə ərizənin və 1000 manatın ona verilməsi haqqında qəbzin surətlərini, mənzilin giriş qapısının açarlarını təqdim etmişdir. O, mənzilin qalan pulunu, yəni 109460 manatı qızı Ayselin yanında ofis otağında Xaləddinə vermişdir. Xaləddinin ona təqdim etdiyi müqavilə və maliyyə arayışı MTK-nın sədri Cavabdeh1 adından imzalanmışdır. 2016-cı ilin əvvəllərində mənzildə təmir işlərinə başlamış və 17 metr uzunluğunda olan balkona şüşəbəndin quraşdırılmasına 5100 manat, divarların suvaqlanmasına, elektrik işlərinə isə 3000 manat xərcləmiş, 12000 manat dəyərində taxta, dikt, santexnika malları, kafelmetlax, 2 qabyuyan, 2 soyuducu, 2 kondisioner alaraq mənzildə qoymuşdur. 2016-cı ilin aprel ayında qızının adına su kartı da verilmişdir. 2017-ci ilin oktyabr ayının 9-da Xətai rayon məhkəməsindən zəng edərək ona məxsus olan mübahisəli mənzillə bağlı iddiaya baxılacağını bildirmişlər. Bundan sonra binaya getmiş, mənzilin giriş qapısının sındırıldığını və açarın dəyişdirildiyini, evdəki əşyalarının binanın birinci mərtəbəsindəki təmirsiz otaqlardan birinə atıldığını, bir sıra əşyaların çatışmadığını görmüşdür. Oktyabr ayının ortalarında Xətai rayon məhkəməsində işə baxılan zaman Cavabdeh1 tərəfindən Faiq Cəfərov adlı şəxsə 2008-ci il tarixli saxta müqavilə yazıldığı və mənzilin guya 2017-ci ilin avqust ayında onun adından Cavabdeh2 adına keçirildiyi məlum olmuşdur. «Yaşayış binasında mənzil tikintisi haqqında» 31 oktyabr 2015-ci il tarixli müqavilə və maliyyə arayışlarından görünür ki, "xxxx" MMC-nin sədri Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə 2008-2013-cü illərdə inşa etdiyi 1 girişli, 20 mərtəbəli binanın 15-ci mərtəbəsindəki 3 otaqlı 157,8 kvadrat metr sahəli, ümumi dəyəri 110460 manat təşkil edən 69 saylı mənzil X9 adına rəsmiləşdirmiş, sonuncu tərəfindən mənzilin pay dəyərindən 110460 manat ödənilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş, iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, X19 təxminən 2010-cu ildə işləri ilə əlaqədar olaraq tanımışdır. 2017-ci ilin avqust ayının əvvəlində Faiqlə görüşdüyü zaman sonuncu ona metronun Əhmədli stansiyasının yanında 3 otaqlı mənzilini satmaq istədiyini demiş və o, Faiqlə birlikdə "xxxx" şirkətinin inşa etdiyi binaya gedərək, 14-cü mərtəbədə yerləşən 157,8 kv. metr sahəli mənzilə baxmışdır. Mənzili bəyənmiş və qyimətini Faiqlə danışaraq 94680 manata razılaşmışdır. 07 avqust 2017-ci il tarixdə Faiqlə birlikdə binanın 2-ci mərtəbəsində yerləşən ofis otağına getdikdə, orada şirkətin sədri Cavabdeh1 və nümayəndəsi Habil Fətəliyevlə danışmış, sonuncular da mənzilin Faiqə məxsus olmasını və heç bir problemin olmadığını təsdiq etmişlər. Faiq mənzildən imtina ərizəsi yazaraq, özündə olan sənədlərin əsillərini geri qaytarmış və Cahangirlə Habil 69 №-li mənzilin satılması haqqında müqavilə ilə maliyyə arayışını tərtib edərək ona vermişlər. Onun xahişi ilə sənədlər oğlu Rzanın adına yazılmışdır. Sonra o, 94680 manat pulu stolun üzərinə qoyub ofisdən çıxmış, pulu konkret olaraq kimin götürməsini bilməmişdir. Mənzilin qapısının açarını Faiqdən almış, mənzildə heç bir təmir işi aparmamışdır. 2017-ci ilin dekabr ayında Cavabdeh1 tutulan ərəfədə isə ona satılmış mənzilin ayrı bir sahibinin də olduğunu öyrənmişdir. «Yaşayış binasında mənzil tikintisi haqqında» 07 avqust 2017-ci il tarixli müqavilə və maliyyə arayışlarından görünür ki, "xxxx" MMC-nin sədri Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə 2008-2013-cü illərdə inşa etdiyi 1 girişli, 20 mərtəbəli binanın 14-cü mərtəbəsindəki 3 otaqlı 157,8 kvadrat metr sahəli, ümumi dəyəri 94680 manat təşkil edən 69 saylı mənzil Cavabdeh2 adına rəsmiləşdirmiş, sonuncu tərəfindən mənzilin pay dəyərindən 94680 manat ödənilmişdir. ... "xxxx" MMC-nin inşa etdiyi binadan 3 otaqlı, 157,8 kv. metr sahəli 69 №-li mənzilə sahibliklə bağlı mübahisə məhkəmə orqanlarında araşdırılmaqla, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə həmin «Yeni Yasamal» mənzilə X3 hüququ tanınmış və Faiq Cəfərov, Azər İbrahimzadənin adına müqavilələr etibarsız sayılmaqla, həmçinin Cavabdeh1 hərəkətlərində cinayət tərkibli əməllərin araşdırılması haqqında məhkəmənin eyni tarixli xüsusi qərardadı qəbul edilmişdir. ... həmçinin zərərçəkmiş şəxslər ... X14 ... mülki mühakimə icraat qaydasında "xxxx" MTK-ya qarşı vermiş olduqları iddia tələbləri təmin olunaraq, yuxarıda qeyd edilməklə ... Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə 2008-2013-cü illərdə inşa etdiyi 1 girişli, 20 mərtəbəli binanın 3 otaqlı, 157,8 m2 sahəli 69 №-li mənzilin X14 ... tərəfindən qanuni əsaslarla vicdanlı alıcı kimi almış olduğu və həmin mənzilin ona məxsus olması müəyyən edildiyi, həmçinin həmin halların məhkəmə baxışı zamanı da təsdiq olunduğu nəzərə alınaraq qeyd edilən mənzillərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının, həmçinin Baki Apellyasiya Məhkəməsi və müvafiq birinci instansiya məhkəmələrinin yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş aktlarının (qətnamə və qərarların) qəbul edildiyi nəzərə alınsın.”. Həmin hökmlə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş; Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29,178.3.2-ci maddələri ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-nın 46.2-ci maddəsi tədbiq edilməklə il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2-ci maddələri ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 il 6 müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-899/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş; lakin qərardad xx.xx.2023-cü il tarixdə icra edilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-899/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi, mənəvi ziyanın və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və qiymətləndirmənin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 0117 saylı hesabatdan aşağıdakılar görünür ki, mütəxəssis məhkəmənin “Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2337-ci məhəllə, ev 120D, mənzil 69 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi, 4, M16, m4) yerləşdiyi ərazidə yerləşən və şəraiti, sahəsi, habelə texniki göstəriciləri baxımından bu mənzilə uyğun olan mənzilin orta aylıq kirayə haqqı 2015- 2022-ci illər üçün nə qədər təşkil edirdi?” sualına aşağıdakı kimi cavab vermişdir: 2015-ci il üzrə - 360 manat, 2016-cı il üzrə - 380 manat, 2017-ci il üzrə - 400 manat, 2018-ci il üzrə - 425 manat, 2019-cu il üzrə - 450 manat, 2020-ci il üzrə - 470 manat, 2021-ci il üzrə - 500 manat, 2022-ci il üzrə - 520 manat. Mütəxəssis həmçinin rəyində göstərmişdir ki, “ ... eyvandakı şüşəbənd müxtəlif səbəblərdən, xüsusilə də güclü küləyin təsiri nəticəsində yararsız hala düşə bilərdi ... eyvan boşluğunda şüşəbənd montajı üçün nəzərdə tutulmuş şurupların və plastik pəncərə profili qırıqlarının mövcudluğu, həmin şüşəbəndin mənzilin daxilində müşahidə edilən qırıntıları onun hər hansı şəxs tərəfindən sökülmədiyini deməyə əsas verir. Mövcud vəziyyət şüşəbəndin həqiqətən də güclü küləyin təsirindən uçub dağıldığı və nəticədə yararsız hala düşdüyü qənaətinə gəlməyə əsas verir”. Ümumi norma olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətşizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfındən müəyyən edilməlidir. Odur ki, hazırkı iş üzrə araşdırma predmetini cavabdeh(lər)in delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının tələbi “ünvan 1 ünvanında yerləşən mənzilin şüşəbəndinin Cavabdeh2 və qeyrilərinin təqsiri üzündən qırılıb məhv olmasından, yararsız hala düşməsindən ona dəyən 5100 manat maddi ziyanın, həmçinin 10800 manat məbləğində əldən çıxmış faydanın cavabdehlərdən tutulub ona verilməsi”ndən ibarətdir. Məhkəmə tələbi qismən – 10800 manat məbləğində pulun cavabdeh Alışov Cahangı̇ r Həsənağa oğlundan tutulması hissəsində əsaslı hesab edir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 93/2018 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli 2(011)-8844/2017 saylı qərardadı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 saylı məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 15-ci mərtəbəsindəki 69-cu mənzilə dair cavabdehlər Cavabdeh2, "xxxx" MMC, X24 və digər şəxslər tərəfindən girişçıxış, təmir-tikinti işləri və hər hansı sənədləşmə işlərinin aparılmasına dair qoyulmuş qadağa götürülmüşdür. Göründüyü kimi, faktiki olaraq 2017-2022-ci illərdə iddiaçının mənzilindən istifadəsi mümkün olmamış və bunun Alışov Cahangı̇ r Həsənağa oğlunun qanunsuz hərəkətləri nəticəsində baş verməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)- 61/2021 saylı hökmü ilə müəyyən edilir. Məbləğə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mütəxəssis rəyi ~5 il üçün məbləğin 10800 manatdan artıq olması barədə qənaətə gəlmək imkanı versə də, məhkəmə irəli sürülmüş tələb çərçivəsində qərar qəbul etmək məcburiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eyni zamanda məhkəmə şüşəbəndin qırılması üçün 5100 manat məbləğində pulun cavabdehlərdən tutulmasını əsaslı hesab etmir. Belə ki, həm iddiaçının nümayəndəsinin izahatından, həm də mütəxəssis rəyindən göründüyü kimi, şüşəbənd güclü küləyin təsiri nəticəsində qırılmış və bunun cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə əlaqəli olması iş materilları ilə öz təsdiqini tapmır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 10800 manat məbləğində pul cavabdeh Alışov Cahangı̇ r Həsənağa oğlundan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 10800 (on min səkkiz yüz) manat məbləğində pul cavabdeh Alışov Cahangı̇ r Həsənağa oğlundan tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 122,40 (yüz iyirmi iki manat qırx qəpik) manat hissəsi cavabdeh Alışov Cahangı̇ r Həsənağa oğlundan tutularaq İddiaçı ödənilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-141/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-141/2024
12.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver