Məhkəmə qərarları › İş №2(001)-1416/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1416/2023

13.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1416/2023 13.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə (İB) qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə mülki işə 13 aprel 2023-cü il tarixdə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən barəsində təbii qazdan qeyri-qanuni istifadəyə görə əsasında hesablanmış 2749,94 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin iyun ayından ünvan 1 ünvanında yaşayır. 30 iyun 2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmiş, 30 iyun 2022-ci il tarixli tələbnamədə qaz itkisinin miqdarı 1656 kub-metr müəyyən edilmişdir. Bütünlükdə 2021-2022-ci illər üzrə iddiaıçya 2749,94 manat borc hesablanmışdır. Aktın tərtib edilməsinə səbəb iddiaçının evinin yaxınlığında küçədən keçən qaz borusuna edilmiş qeyri-qanuni birləşmənin aşkar edilməsi olmuşdur. Həmin birləşmənin kim tərəfindən edildiyindən iddiaçı məlumatsızdır, cavabdehin əməkdaşları isə heç bir araşdırma aparmadan birləşməni iddiaçıya aid etmişlər. Halbuki, iddiaçı ailəsi ilə birlikdə 2022-ci ilin iyun ayından həmin ünvanda yaşamağa başlamış, həmin ay, 25 iyun 2022-ci il tarixdə evə qaz sayğacı quraşdırılmışdır. İddiaçı sözügedən aktla razı deyil, akt onun iştirakı olmadan tərtib olunmuşdur. Göstərilənlərə əsasən, iddiaçı həmin akt üzrə hesablanmış borcun silinməsini tələb edir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz verilmiş, etirazda göstərilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən xx.xx.2021-ci il tarixində İddiaçı tərəfindən təbii qazdan qeydiyyatsız qeyri-qanuni istifadə halı müəyyən edilmişdir. Qeyd olunan fakt barəsində xx.xx.2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək fotoşəkilləri çəkilmiş, qeyri-qanuni birləşmə ləğv edilmişdir. Tərtib olunmuş akta əsasən 806,4 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Lakin sonradan İddiaçı yenidən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməyə davam etmişdir. Bu hallar da 2022-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun aylarında da cavabdehin əməkdaşları tərəfindən aşkar edilərək “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, hər fakta dair aşkar edilmə tarixini özündə əks etdirən ayrıca fotoşəkillər çəkilmiş və hər dəfə qeyri-qanuni xətt ləğv edilmişdir. Tərtib edilmiş aktlara əsasən 2022-ci ilin yanvar ayı üzrə 656,64 manat, fevral ayı üzrə 328,32 manat, mart ayı üzrə 328,32 manat, aprel ayı üzrə 328,32 manat, may ayı üzrə 198,72 manat və iyun ayı üzrə 198,72 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, iddiaçı 2022-ci ilin iyun ayında həmin ünvana köçmüş, 25 iyun 2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçının evinə təbii qazdan istifadə edə bilməsi üçün sayğac quraşdırılmışdır. 5 gün sonra isə güyə cavabdehin əməkdaşları tərəfindən iddiaçının təbii qazdan qeyriqanuni istifadə etməsi aşkar edilmiş, əsassız yerə şişirilmiş məbləğdə borc hesablanmışdır. Həminin, iddiaçının adına tərtib edilmiş “Abonentin saldosu”nda evdə 1 cihaz olduğu göstərilmişdir. Həmin cihazın yay-qış aylarında eyni sərfiyyatla işlədilməsi ağlasığmazdır. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X3 iddiaya etirazı müdafiə etdiyini, iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, tərtib edilmiş aktlarla iddiaçının təbii qazdan qeyri-qanuni istifadəsi ilə bağlı cavabdehə dəymiş zərər ümumilikdə 2845,44 manat təşkil etmiş, cavabdehin müəyyən ödənişləri nəticəsində hazırda borc məbləği 2537,44 manat təşkil edir. Sonda R.A.Abbasov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, evdəki qaz avadanlıqları kimi 1 ədəd “OP-2”, 1 ədəd “Dəmir soba” və 1 ədəd “QSQ” göstərilmiş, həmin tarixli aktla sağyacsız təbii qazdan istifadə ləğv olunmuşdur. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının adının önündə imza yerinə “imtina” qeydi edilmişdir. Habelə, akta qoşma edilmiş fotoşəkillərin 13 oktyabr 2021-ci il tarixdə çəkildiyi görünür. - Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 kubmetr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 90 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 90 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 7560 kub-metr müəyyən edilmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, evdəki qaz avadanlıqları kimi 1 ədəd “PQ-3”, 1 ədəd “İran sobası” və 1 ədəd “QSQ” göstərilmiş, həmin tarixli aktla sağyacsız təbii qazdan istifadə ləğv olunmuşdur. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının adının önündə imza yerinə “imtina” qeydi edilmişdir. Habelə, akta qoşma edilmiş fotoşəkillərin 21 yanvar 2022-ci il tarixdə çəkildiyi görünür. - Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 kubmetr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 60 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 60 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 5472 kub-metr müəyyən edilmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 28 fevral 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, evdəki qaz avadanlıqları kimi 1 ədəd “PQ-3”, 1 ədəd “İran sobası” və 1 ədəd “QSQ” göstərilmiş, həmin tarixli aktla sağyacsız təbii qazdan istifadə ləğv olunmuşdur. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının adının önündə imza yerinə “imtina” qeydi edilmişdir. Habelə, akta qoşma edilmiş fotoşəkillərin 26 fevral 2022-ci il tarixdə çəkildiyi görünür. - Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 kubmetr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 2736 kub-metr müəyyən edilmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 31 mart 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, evdəki qaz avadanlıqları kimi 1 ədəd “PQ-3”, 1 ədəd “İran sobası” və 1 ədəd “QSQ” göstərilmiş, həmin tarixli aktla sağyacsız təbii qazdan istifadə ləğv olunmuşdur. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının adının önündə imza yerinə “imtina” qeydi edilmişdir. Habelə, akta qoşma edilmiş fotoşəkillərin 28 mart 2022-ci il tarixdə çəkildiyi görünür. - Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 4896 kub-metr müəyyən edilmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 29 aprel 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, evdəki qaz avadanlıqları kimi 1 ədəd “PQ-3”, 1 ədəd “İran sobası” və 1 ədəd “QSQ” göstərilmiş, həmin tarixli aktla sağyacsız təbii qazdan istifadə ləğv olunmuşdur. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının adının önündə imza yerinə “imtina” qeydi edilmişdir. Habelə, akta qoşma edilmiş fotoşəkillərin 30 aprel 2022-ci il tarixdə çəkildiyi görünür. - Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 kubmetr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 2736 kub-metr müəyyən edilmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 31 may 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, evdəki qaz avadanlıqları kimi 1 ədəd “PQ-3”, 1 ədəd “İran sobası” və 1 ədəd “QSQ” göstərilmiş, həmin tarixli aktla sağyacsız təbii qazdan istifadə ləğv olunmuşdur. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının adının önündə imza yerinə “imtina” qeydi edilmişdir. Habelə, akta qoşma edilmiş fotoşəkillərin 18 may 2022-ci il tarixdə çəkildiyi görünür. - Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 kubmetr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 1656 kub-metr müəyyən edilmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30 iyun 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, evdəki qaz avadanlıqları kimi 1 ədəd “PQ-3”, 1 ədəd “İran sobası” və 1 ədəd “QSQ” göstərilmiş, həmin tarixli aktla sağyacsız təbii qazdan istifadə ləğv olunmuşdur. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının adının önündə imza yerinə “imtina” qeydi edilmişdir. Habelə, akta qoşma edilmiş fotoşəkillərin 23 iyun 2022-ci il tarixdə çəkildiyi görünür. - Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub-metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 kubmetr/saat, orta günlük iş rejimi 24 saat və hesabat dövrü 30 gün qəbul edilməklə, itirilmiş qazın ümumi miqdarı 1656 kub-metr müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, iddiaçıya məxsus evə 25 iyun 2022-ci il tarixdə “Zenner G4T Smart” tipli sayğac quraşdırılmış, 2021-ci ilin noyabr ayına akt üzrə 806,4 manat, 2022-ci ilin yanvar ayına 656,64 manat, fevral ayına 328,32 manat, mart ayına 328,32 manat, aprel ayına 328,32 manat, may ayına 198,72 manat, iyun ayına 198,72 manat olmaqla, bu dövr üzrə cəmi 2845,44 manat borc hesablanmış, 2023-cü ilin mart ayınadək iddiaçı tərəfindən 205 manat ödəniş edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, ilk öncə məhkəmə onu qeyd edir ki, iddia ərizəsində iddiaçının göstərilən ünvandan 2022-ci ilin iyun ayından etibarən yaşadığı göstərilsə və bunu iddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında təsdiqləsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: -11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; - 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir;” - 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. - 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Lakin hər hansı səbəbdən istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması və ya istehlakçının pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi da istisna deyil. Belə olan halda, yalnız akta əsaslalan rəsmiləşdirmə hüquqi nəticə etibarı ilə etibarsız, istehlakçıya hesablanmış zərər məbləği isə əsassız olacaqdır. Bu səbəbdən cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, rəsmiləşdirmə zamanı digər sübutların əldə edilməsi (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması və sair) üçün tədbirlər görməlidir. Məhkəməyə təqdim edilmiş Abonentin saldosundan görünür ki, iddiaçının evinə dair ilk akt üzrə borc 2021-ci ilin noyabr ayında tərtib edilmişdir. Bundan sonra 2022-ci ilin yanvar ayından iyun ayınadək hər ay yeni qanunsuz qoşulma halı aşkar edilmiş, lakin iddiaçının evinə qaz sayğacı yalnız 25 iyun 2022-ci il tarixdə quraşdırılmışdır. Halbuki, ilk akt tərtib edilən vaxt iddiaçının evinə qaz sayğacı quraşdırılmalı idi. Sayğacın hansı səbəbdən 8 ay ard-arda aktlar tərtib edildikdən sonra quraşdırılması cavabdeh tərəfindən məhkəməyə aydınlaşdırılmamışdır. Digər tərəfdən, 30 noyabr 2021-ci il tarixli akta qoşma edilmiş fotoşəkil 13 oktyabr 2021-ci il tarixdə, 31 yanvar 2022-ci il tarixli akta qoşma edilmiş fotoşəkil 21 yanvar 2022ci il tarixdə, 28 fevral 2022-ci il tarixli akta qoşma edilmiş fotoşəkil 26 fevral 2022-ci il tarixdə, 31 mart 2022-ci il tarixli akta qoşma edilmiş fotoşəkil 28 mart 2022-ci il tarixdə, 29 aprel 2022-ci il tarixli akta qoşma edilmiş fotoşəkil 30 aprel 2022-ci il tarixdə, 31 may 2022ci il tarixli akta qoşma edilmiş fotoşəkil 18 may 2022-ci il tarixdə, 30 iyun 2022-ci il tarixli akta qoşma edilmiş fotoşəkil isə 23 iyun 2022-ci il tarixdə çəkilmişdir. Bu, özlüyündə ziddiyyəli haldır, belə ki, qanun pozuntusu aşkarlandığı anda dərhal fotoşəkillər çəkilməli, pozuntu aktlaşdırılmalı idi. Beləliklə, tərtib edilmiş aktların əsaslılığı məhkəmədə nə dərəcədə şübhə doğursa da, həmin aktlar əsasında “dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilənlərə uyğun olaraq borcun təyin edilməsi qanunsuz olsa da, çəkilmiş fotoşəkillərlə iddiaçının təbii qaz xəttindən sayğacdankənar istifadəsini müəyyən etmək çətin deyil. Təqdim edilmiş fotoşəkillərin iddiaçıya məxsus ev olub-olmadığını iddiaçı tərəf məhkəmədə mübahisələndirməmişdir. Aşkar edilmiş pozuntularla bağlı aktlar tərtib edilərkən iddiaçının iştirakı təmin edilməsə də, iddiaçı tərəfindən şəbəkəyə qanunsuz qoşulması və təbii qazdan sayğacdan kənar istifadə etməsi bu aktlardan başqa, iş materiallarında olan sənədlərlə tam sübuta yetir. Başqa sözlə, iddiaçı sayğac olmadan qaz xətt çəkmiş və təbii qazdan məhz həmin xətt üzrə istifadə etmiş və onun təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkəti) nəticəsində cavabdehə maddi zərər vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Lakin məhkəmə aktlarda və aktlar əsasında qəbul edilmiş qərarlarda (tələbnamələr) aparılmış hesablama, yəni vurulmuş maddi zərərin məbləği ilə razılaşmır və bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh ilk aktı xx.xx.2021-ci il tarixdə tərtib etsə də, zərər məbləğini 90 gün əvvəli əhatə etməklə hesablayır. Müddət etibarı ilə cavabdeh qanuna zidd əməlin əvvəli kimi 30 avqust 2021-ci il tarixini, sonu kimi isə xx.xx.2021-ci il tarixini əsas götürür. Bu baxımdan ilk öncə iddiaçının qanunsuz qoşulmasının həqiqətən də ilk aktın tərtib edildiyi, yəni xx.xx.2021-ci il tarixdən 90 gün əvvəl baş verdiyi müəyyən edilməlidir. Lakin cavabdeh qanunsuz qoşulmanın xx.xx.2021-ci il tarixdən əvvəl baş verməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillər isə ən yaxşı halda xx.xx.2021-ci il tarixinə aiddir. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təbii qazdan qanunsuz olaraq xx.xx.2021-ci il tarixdən istifadə etməsi barədə cavabdehin iddiasını əsassız hesab edir və belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli akt etibarsızdır. Bu səbəbdən həmin akta əsasən hesablanmış 806,4 manat məbləği iddiaçıdan tutula bilməz. Bu tarix yalnız qanunsuz qoşulmanın əvvəli kimi nəzərə alına bilər. Cavabdeh qanunsuz qoşulma ilə bağlı ilk aktı xx.xx.2021-ci il tarixdə, sonuncu aktı isə xx.xx.2022-ci il tarixdə tərtib etmişdir. Bu səbəbdən məhkəmə qanunsuz qoşulma halına yol verildiyi müddət kimi, 7 aylıq dövrü əsas götürür və qəbul edir (xx.xx.2021xx.xx.2022). Ziyanın hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, tərtib edilmiş aktlarda iddiaçının evində olan qazdan istifadə qurğuları kimi “PQ-3”, “QSQ” və “İran sobası”nın adları göstərilmiş, iddiaçıya hesablanmış borcun məbləği məhz bu cihazların sərfiyyatına uyğun müəyyənləşdirilmişdir. Lakin, təqdim edilmiş sübutlarda iddiaçının evində bu cihazların mövcud olması, istifadə edilməsi müəyyən edilmir. Yalnız Abonentin saldosunda 4 gözlü qaz plitəsi, yəni “PQ-4” cihazının adı göstərilmişdir. Aktlara əsasən hər bir cihaz üçün hesabat 24 saat üzrə aparılmışdır. Halbuki, bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Ümumiyyətlə bu cihazların təyinatı təhlükəsizlik baxımından da onların bütün gün ərzində istifadə edilməsini istisna edir. Bu səbəbdən məhkəmə təbii qazdan sayğacdan kənar istifadə edilməsi səbəbindən qənaət edilməməsi və nəticədə hər cihaz üzrə 24 saat ərzində istifadə edilməsi barədə cavabdehin mövqeyini əsassız hesab edir. Təqdim edilmiş aktlarda “PQ-4” cihazının maksimal saatlıq qaz sərfi göstərilməsə də, məhkəmə araşdırması nəticəsində bu cihazın maksimal saatlıq qaz sərfinin 1,2 kubmetr/saat olduğu müəyyən edilir. Məhkəmə cihazların təyinatına və istifadə edilməsinə dair yuxarıda nümayiş etdirilmiş mövqeyini nəzərə alıb hesab edir ki, hesablama qaz plitəsinin (PQ-4) maksimal saatlıq qaz sərfi 1,2 m3 / saat, orta günlük iş rejimi 4 saat əsas götürülməklə hesablama aparılmalıdır. Bu qaydada aparılmış hesablama nəticəsində də 7 aylıq müddət üçün istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qazın dəyəri qaz plitəsi üzrə (1,2 x 4 saat x 210 gün x 0,12 manat = 120,96) 120,96 manat təşkil edir. Məhz bu məbləğ ödənilməli olan, lakin ödənilməmiş və nəticədə cavabdehə vurulmuş maddi zərər məbləği kimi qəbul edilməli və cavabdeh tərəfindən hesablanmış 2845,44 manat puldan çıxılmalı (2845,44 – 120,96 = 2.724,48), qalan 2724,48 manat məbləğində pul cavabdeh tərəfindən əsassız olaraq hesablanmış məbləğ kimi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 2 ünvanı üzrə hesablanmış borcdan 2724,48 manat hissəsi əsassız hesab edilərək, silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar