Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1417/2020 23.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4) qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3M-29 reyestr nömrəli borc müqaviləsinə əsasən ona 20 aymüddətinə qaytarılmaq şərtilə 8000 manat məbləğində borc vermişdir. Cavabdeh 8000 manat məbləğində borcunu ona qaytaracağına dair yazılı öhdəlik götürsə də, göstərilən məbləği bugünədək qaytarmamışdır. Borcludan pul vəsaitini ala bilmədiyi üçün məhkəmə müdaxiləsi zərurəti yaranmışdır və iddiaçı bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehlə aralarında danışdıqları zaman cavabdeh iddianı etiraf etmişdir. Bu səbəbdən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında qeyd etmişdir ki, ortada bugünki gün notarial qaydada təsdiq olunmuş müqavilə vardır. Və borcun etirafı haqqında müqavilə eyni zamanda vardır. Müqavilə bağlanan tarxdən bugünə kimi Vahib Azada 1 manat da olsun ödəniş etməmişdir. Dəfələrlə şifahi formada müraciət olunmuşdur. Deyilənlərin hamısı yalandır. Fakt ortada sənəd vardır. Reallıq ondan ibarətdir ki, Vahib Azada 8000 manat pul borcludur və 1 manat belə olsun ödəniş etməmişdir. Borcun etirafı haqqında müqavilə ona görə imzalanır ki, notarius real olaraq pulu görməyəndə o müqaviləni imzalamır. Pul notarisunun depozit hesabına girməli idi. Müqavilə bağlanan vaxt real pul olmadığından notarius bu formada müqavilə bağlamışdır. Həmin borcdan bugünə kimi 1 manat da olsun qaytarılmamışdır. Azad tərəfindən hər hansı şəxsə etibarnamə verilməmişdir. xx xxxx 2018-ci il tarixində 10 saylı Notariat Kontorunda müqavilə bağlanmışdır. Müqavilə bağlanan zaman şəxslərin fotoşəkli də çəkilir. Notarius da sual verir ki, siz oxuya bilirsiniz. Hər iki tərəfin imzası ilə borcun etirafı haqqında müqavilə bağlanmışdır. Sübut müqavilədir. Müqavilədən mötəbər sübut onlar üçün yoxdur. Azadın səhhətində problemlər vardır. Həmin avtomobilin Azada heç bir aidiyyəti yoxdur. Notariat qaydada təsdiq olunmuş müqavilə ilə borc etiraf olunmuşdur. Bu səbəbdən ddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verdiyi izahatında cavabdeh iddianı qismən qəbul etdiyini bildirmiş, həmçinin qeyd etmişdir ki, Azadı Əziz tanımışdır. Ona 8000 manat verilməmişdir. Sadəcə maşın verilmişdir. Maşının cəriməsi var idi. Aybaay 400 manat ödəniş edilməli idi. 20 aydan sonra isə maşın onların adına keçirilməli idi. Maşın 4000 manata alınmışdır. Onlar 3-5 manat çörək pulu üçün maşını istəyirdilər. Maşın 7 ay sürüldü. Sonra isə qaytarıldı. Maşının motorunda problem olmuşdu. Dediyinə görə 1000 manat xərci var idi. O hesabdan da 500 manat ödənildi. Əzizlə Azad arasında 500 manat pul söhbəti var idi. Müqaviləyə qol çəkiləndə üçü iştirak etmişlər. Notariusda kamerada da çəkiliş gedir. Azad dedi ki, ödə qurtar və bu borc ləğv olunsun. Deyildi ki, sənin mənə olan 8000 manat borcun maşının pulu ödənilib bitəndən sonra bağlanacaq. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 verdiyi izahatında bildirmişdir ki, Azadla maşın alaraq arendaya götürmüşlər. 4000 manatlıq maşındır, aybaay arenda pulu verməli idilər. Sonra maşını qaytarası olmuşlar. Maşında düzələsi şeylər var idi. Sonra razılaşmışlar ki, 1000 manatı aybaay isə 100 manat qaytarmalı idi. Həmin müddətə pulu ödəyə bilməmişdir. X7 telefonda zəng edərək deyib ki, indi ki Əziz bu vəziyyətə düşüb, qalan pul halal xoşu olsun. O, Bakı qeydiyyatı deyildir. X1 adına olmuşdur. Maşın oun istifadəsində olmuşdur. Vahib dostudur və uzaqdan-uzağa qohum düşürlər. Azadı onun tanışı etmişdir. O vaxtı ayıq sürücü işləyirdi. Ona dedi ki, belə bir variant var edək. O, Azadın yanına Vahibi aparmayana kimi Azad onu görməyib. Asan xidmətdə etibarnamə verildi. Sonra isə müqavilə bağlandı. Azad dedi ki, notarius tanışıdır. O, Avtandili heç tanımırdı. O, Azad dayı ilə tanış idi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, Əziz və Vahibi tanıyır. Ayıq sürücü xidmətində bir yerdə işləmişlər, orada tanış olmuşlar. Bunlar ondan qabaq orada işləmişlər. Kafedə yığışırdılar. Çox uşaq olurdular. Söhbət açıldı, bu zaman o demişdir ki, maşın götürmüsənsə mümkündür bir yerdə işləyək. Səhv etmirsə, 2018-2019-ci il olardı. Danışıq oldu. Bir müddət sürdü. Sonra isə pulunu verə bilmədilər. Ona isə sərf etmədi. O, Əzizlə danışdı. Əzizlə razılaşdılar ki, “200 manat sənin, 200 manat isə mənim boynumda olsun.” Yəni cəmi 400 manat. Gündüz o, gecə isə Əziz sürəcəkdi. Haradasa 1 həftə sürdü. Arada lazım olanda da sürürdü. Əziz pul verməyə gedəndə o da yanında gedirdi. Hər ay 400 manat pul verilirdi. O, 3 ya da 4 dəfə getmişdir. Onu Əziz dostu kimi təqdim edirdi. Əvvəllər Azadla başqa fəaliyyəti olmamışdır. Nə işlə məşğul olduğunu bilməmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;427.3cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; 882.3cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur; 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir; 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, iddiaçı cavabdehdən borcun etirafı müqaviləsi əsasında müqavilədən irəli gələn öhdəliyin icra edilməsini xahiş edir, cavabdeh isə onlar arasında əslində borc münasibətlərinin deyil digər öhdəlik münasibətlərinin olduğunu, eyni zamanda həmin münasibətin onunla deyil üçüncü şəxslə bağlı olduğunu bildirir, üçüncü şəxs iddiaçının avtomobilini hissə-hissə ödəmək şərtilə icarəyə götürdüyünü bunu isə iddiaçının oğlu ilə onun arasında nəqliyyat vasitəsinin istifadəsi haqqında etibarnamənin mövcudluğu ilə əsaslandırır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh və üçüncü şəxs iddiaçı ilə cavabdeh arasında əslində borc münasibətlərinin olmadığını bildirməklə, tərəflər arasında öhdəlik münasibətlərinin yaranmadığına istinad edirlər. Lakin yuxarıda sadalanan normaların məzmunundan da göründüyü kimi mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Hətta tərəflər arasında borc münasibətlərinin deyil, digər öhdəlik münasibətlərinin mövcudluğu təsdiq olunmuş olsaydı belə, mövcud borcun etirafı bütün digər öhdəlik münasibətlərini də əhatə edən müqavilə hesab olunur. Nəzərə alınmalıdır ki, maddənin mətnində "borcun etirafı"-ndan söhbət getsə də, bunu, yalnız MM-nin 37-ci fəslində nəzərdə tutulmuş borc müqaviləsindən irəli gələn öhdəlik mənasında deyil, daha geniş mənada, yəni müqavilə, delikt, özgə işlərini tapşırıqsız aparma və ya əsassız varlanmadan irəli gələn öhdəlikləri əhatə edəcək şəkildə təfsir etmək lazımdır. Bu onu deməyə əsas verir ki, həmin müqavilənin əhəmiyyətsizliyindən(yalan əqd, uydurma əqd) söhbət gedə bilməz. Beləliklə tərəflər mövcud borcun etirafı haqqında müqaviləni imzalamaqla onlar arasında həmin müqaviləyədək olan öhdəlik münasibətlərini yeni bağlanmış borcun etirafı müqaviləsinin çərçivəsinə salmışdırlar. Yeni müqaviləyə əsasən isə cavabdeh 2018-ci ilin mart ayından etibarən 20 ay müddətinə hər ay 400 manat olmaqla 8000 manat pulun iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh hər hansı məbləğin qaytarılması ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddianın qismən və ya tamamilə rədd edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tam təmin edilməlidir. Cavabdehin və üçüncü şəxsin etirazları iddianın təmin edilməsini istisna edən hal deyildir. Eyni zamanda cavabdehin təqdim etdiyi səs yazısı isə qanunvericiliyin tələblərinə uyğun olaraq mötəbər sübut hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdı; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 8000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilmədir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası təmin edilsin. 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1417/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1417/2020
23.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver