Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1425/2024 01.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-cü ilin mart ayında taksi fəaliyyəti ilə məşğul olan zaman Vüsal adlı müştəri avtomobilinə əyləşmiş və onlar arasında səmimi söhbət yaranmışdır. İddiaçı müştərini sifariş etdiyi ünvana düşürəndə o, ona tanış qız dostları olmasını bildirərək həmin qızlara taksilik edə biləcəyini demişdir. İddiaçı da Vüsalla razılaşmışdır. Bundan sonra qızların telefon nömrələrini iddiaçıya göndərmişdir. İddiaçı həmin qızları gözəllik salolnları, restoran və otellərə aparmağa başlamışdır. Bir müddət sonra cavabdeh aralarında olan səmimi münasibətdən və ona etibar etməyindən sui istifadə pullar almağa başlamışdır. İddiaçı də ona etibar edib 2023cü ilin mart ayında müxtəlif vaxtlarda müxtəlif ödəmə terminallarından Vüsal istədikcə onun adına olan son səkkiz rəqəmi 64480571 nömrəli Leobank kartına və onun adına olan son səkkiz rəqəmi 21964352 nömrəli Unibank debet kartına ümumilikdə 8390 manat borc pul göndərmişdir. Cavabdeh iddiaçının etibarından sui-istifadə edərək həmin pulları qısa müddət ərzində qaytaracağını vəd verməklə iddiaçını aldatmış, iddiaçıya olan borcunu bu günə qədər qaytarmaqdan imtina etmişdir. Hətta açıq aşkar telefon danışıqları və yazışmalarında bildirmişdir ki, “sənə pul qaytarmayacam, get əlindən nə gəlir elə, ver məhkəməyə, dəvədən böyük fil var, fildən böyük zoparkın yiyəsi var”. Bununla da Vüsal heç kimdən çəkinmədiyini, qanun tanımadığını və pulları mənimsəyəcəyini aşkar surətdə göstərməyə çalışmışdır. Vüsalın bu hərəkətlərindən sonra başqa çıxış yolum olmadığından iddiaçı xx.xx.2023-cü il tarixdə hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmək qərarına gəldi. Xətai RPİ-nin 37-ci Polis bölməsinə göndərdiyi şikayət ərizəsi əsasında təhqiqatçı, polis kapitanı X1 araşdırma apararaq Cavabdeh izahatını almışdır. 37-ci polis bölməsində Cavabdeh verdiyi izahatında iddiaçıdan borca pul almasını etiraf etmişdir. Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı Kamran Əhmədovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 avqust 2023-cü il tarixli qərarı ilə Cavabdeh məndən borc pul alması, müəyyən səbəblərdən həmin pulu qaytara bilməyərək araralarında bağlanmış şifahi müqaviləni pozaraq öz üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etməməsi faktı öz təsdiqini taparaq sübuta yetirilmişdir. Həmin qərarla Cavabdeh əməllərində cinayət əlamətlərini işarə edən dəlillər olmadığından tərəflər arasında borc öhdəlik münasibətlərinin olması səbəbinidən həmin münasibətin mülki xarakterli olması nəzərə alınaraq iddiaçıya mülki qaydada müraciət olunması tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh izahatında məhkəməyə bildirmişdir ki, iddiaçı yalan məlumat verir, onlar taksidə tanış olmamışlar. Onlar eyni ərazidə - Biləcəridə yaşayırlar və məktəbdə birlikdə oxumuşlar. İddiaçını “Tərlan Biləcəri” kimi qeyd edib. İddiaçı ona və digər şəxslərə mart ayında faizə pul verib. İddiaçıya götürdüyü 2500 manatdan müvafiq ödənişlər etmiş, 500 manatı əlbəəl vermişdir. Əgər onun iddiaçıya 8390 manat borcu var idisə, niyə ona 4000 manat tələbinə dair messaj yazıb. Həmin iclasda iştirak edən iddiaçı ***-***-**-** mobil nömrənin ona məxsus olmasını və həmin messajın onun tərəfindən yazılmasını qəbul etdi, lakin bununla yanaşı bildirmişdir ki, məhz 4000 manatı ona görə tələb edirdi ki, həmin məbləğə dair əlində qəbzlər var idi. Digər qəbzləri sonradan tapdı. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda aşağıdakılar göstərilmişdir: “ ... xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yaşayan İddiaçı DİN-nə müraciət e dərək, taksi fəlaiyyəti ilə məşğul olan zaman Züleyxa, İlona, Lamiyə və Vüsal adlı şəxslərlə tanış olmasını, onlara 3 aya yaxın sürücülük etməsini, onlarala münasibəti yarandıqdan sonra həmin şəxslərin ondan dələduzluq yolu ilə ümumilikdə 33700 manat pul almasını bildirmiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. ... Vüsal ondan aralarında olan münasibətə görə borca pul istəmişdir. O da Vüsala etibar edib Yasamal rayonu, İnşaatçılar metrosunun arxasında 2023-cü ilin fevral ayında 2500 manat borca pul vermişdir. Vüsal 10-15 günə borca aldığı pulu qaytaracağını demişdir. Bundan sonra Vüsaldan pulunu geri istədikdə, Vüsal pulu olmamasını deyib ondan əlavə olaraq yenə 2500 manat borca pul istəmiş, həmin ayın axırı ümumilikdə 5000 manat pulu qaytaracağını demişdir. Sonra evdə olan zaman özünə məxsus kart vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Vüsalın kartına əlavə 2500 manat pul köçürmüşdür. Həmin gün Vüsal verdiyi 5000 manat pulun 1000 manatını geri kartına qaytarmışdır. ... izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı oğlünu 2005-ci ildən tanıyır və uşaqlıq qohumudur. 2023-cü il ilin fevral ayında yaşadığı məhəllədə Tərlanla rastlaşmış və onunla hal-əhval tutmuşdur. Bu zamam Tərlan ona maddi vəziyyətinin yaxşı olmamasını demiş, taksi kimi işləməsini bildirmiş, taksi işləri olduqda ona xəbər etməsini demişdir. Bundan sonra Tərlan onu taksi kimi müəyyən yerlərə aparmağa başlamışdır: Bu zaman ona borca pul lazım olmuş və Tərlana bu barədə bildirmişdir. Tərlan isə borca yox amma faizə pul tapa biləcəyi deıpişdir. O da Tərlanla razılaşmışdır. Bundan sonra Tərlan ilkin olaraq ona 1800 man pul vermiş və üzərində ondan faiz olaraq 300 manat pul istəmişdir. Bunda sonra yenidən Tərlandan 1000 manat da əlavə olaraq borc almışdır. İddiaçı ona ümumilikdə 2800 manat borc olaraq pul verməsini, həmin pulun 2300 manatını qaytarmasını, Tərlana 500 manat borcunun qalmasını qeyd etmişdir. Tərlan isə borca verdiyi pulların üzərinə əlavə olaraq faiz hesablayıb ondan artıq pul istəmişdir. O İddiaçı aldatmamasını və belə bir niyyəti olmamasını, sadəcə Tərlandan broca pul almasını Tərlanın isə həmin pulun üzərinə faiz hesablamasını qeyd etmişdir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qərarın məzmunundan göründüyü kimi, iddiaçının sözlərinə görə o, cavabdehə 2500 manat nəğd (*2023-cü ilin fevral ayında), 2500 manat karta köçürmə yolu ilə (*xx.xx.2023cü il tarixdə), cəmi 5000 manat məbləğində pul vermiş, həmin puldan 1000 manat məbləğində pulu cavabdeh ona həmin gün qaytarmışdır. Buna baxmayaraq iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi qəbzlərdən görünür ki, iddiaçı cavabdehə 8390 manat məbləğində borc verdiyini əsaslandırmaq məqsədilə aşağıdakı qəbzləri təqdim etmişdir: xx.xx.2023-cü il, 04:14 – 500 manat; xx.xx.2023-cü il, 02:48 – 250 manat; xx.xx.2023-cü il, 06:07 – 200 manat; (*gün oxunmur).03.2023-cü il, 05:24 – 800 manat; xx.xx.2023-cü il, 00:11 – 2500 manat; xx.xx.2024-cü il, 19:27 – 2500 manat; (*tarix oxunmur) – 700 manat; (*tarix oxunmur) – 940 manat. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdə olan məlumatlarla iddiaçının polis idarəsində veridyi izahatda göstərilmiş məlumatlar arasında kəskin ziddiyyət mövcuddur və həmin ziddiyyət ağlabatan mühakiməyə tabe olmur. Məhkəmənin sorğusuna əsasən “X3” Açıq Səhmdar Cəmiyyəti tərəfindən, eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 2023-cü ilin mart ayında 1710 manat məbləğində pul köçürülmüşdür. Həmçinin məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş İddiaçı Bakı şəhər Baş Polis İdarəsində verdiyi izahatda aşağıdakılar göstərilmişdir: “ ... bildirirəm ki, 2022-ci ilin dekabrında evimi və maşınımı satdığım üçün əlimdə təxminən 36000 manat pul vəsaiti var idi. Özüm taksi fəaliyyəti ilə məşğul olduğum üçün müəyyən sərnişinlərlə daimi olaraq iş görürdüm və onları lazımi ünvanlara çatdırırdım. Eyni fəaliyyətlə məşğul olduğum zaman X2 ilə tanış oldum. ... o, yüngül həyat tərzi keçirən qadın idi, mən onu əksər hallarda otellərə aparırdım. ... Züleyxa mənə iş quracağını, məni də bu işə girdiyim təqdirdə ilkin olaraq 2000 manat pul verməyimi və sonradan qazancla birlikdə 2300 manat pul qaytaracağını bildirdi. Mən də iş qurub qazanc əldə etmək məqsədilə Züleyxaya xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Ağ Şəhər bulvarında görüşüb əlbəəl verdim ... xx.xx.2023-cü il taixdə yenidən əlaqə saxlayıb əlavə pul lazım olduğunu söylədi, 5000 manat pul istədi ... Züleyxaya 5000 manat pulu Azadlıq metrosunun yanında verdim. Aprel ayında olan müddət ərzində Züleyxaya ümumilikdə 10700 manat pul vermişdim ... Züleyxa məni özü kimi yüngül həyat tərzi sürən qadınlarla tanış etmiş ... Züleyxa, İlona və Lamiyəyə hissə-hissə ümumilikdə 23000 manat vermişdim ... Həmin şəxslər mənə qarşı dələduzluq etmiş, ümumilikdə 33700 manat pulu dələduzluq yolu ilə alıb məninməsmişdir”. Həmin izahatda Cavabdeh adı hallanmasa da, növbəti mərhələdə - Xətai rayon Polis İdarəsində İddiaçı tərəfindən Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda əksini tapmış məzmunda izahat verilmiş, cavabdehə 2500 manat nəğd, 2500 manat isə karta köçürmə yolu ilə, cəmi 5000 manat məbləğində pul verdiyi və cavabdehin həmin puldan 1000 manat qaytarması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, iş materiallarından göründüyü kimi, Cavabdeh İddiaçı borc aldlğını inkar etmir, mübahisələndirilən hal yalnız alınan borcun məbləğidir. Cavabdeh bildirir ki, iddiaçıdan 2800 manat məbləğində pul almış, onun 2300 manatını qaytarmışdır. Bununla yanaşı o, məhkəməyə iddiaçı tərəfindən ondan 4000 manatın tələb edilməsi ilə bağlı göndərilmiş messajı təqdim etmiş, iddiaçı həmin messajın onun tərəfindən göndərildiyini qəbul etmiş və bildirmişdir ki, əlində yalnız 4000 manata dair qəbzlər olduğuna görə məhz həmin məbləği cavabdehdən tələb etmişdir. Halbuki, iddiaçı hüquq mühafizə orqanlarına müraciəti zamanı da cavabdehin borcunun məhz 4000 manat olduğunu göstərmiş və bu qanuni qüvvəsini almış qərarda əksini tapmışdır. Məhkəmə iddiaçının Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda əksini tapmış izahatını və cavabdehin ona 1710 manat məbləğində pul ödəməsinə dair iş materiallarında olan sübutları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 2290 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 2290 (iki min iki yüz doxsan) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 42,90 (qırx iki manat doxsan qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1425/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1425/2024
01.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver