Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-145/2025 24.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona dəymiş maddi zərərə görə 3870 (üç min səkkiz yüz yetmiş) manat pulun və mənəzi ziyanla bağlı 500 (beş yüz) manat tutularaq ona ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, xx.xx.2023-cü il tarixdə şəxsi mülkiyyətində olan və idarə etdiyi "HONDA İNSİGHT" markalı , **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yolun sağ tərəfində saxlamış və gecə saat 01.30 radələrində qonşular onu çağıraraq "HONDA İNSİGHT" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili **-PZ-*** dövlət nömrə nişanlı, "Chevrolet Epica" markalı avtomobilin vurmasını bildirmişlər. Sonra məlum olmuşdur ki, Cavabdeh idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi avtomobili vuraraq hadisə yerindən yayınmışdır. Nəticədə avtomobilə maddi ziyan dəymişdir. Baş verimiş nəqliyyat hadisəsi faktı əsasında Binəqədi rayon Polis İdarəsində araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdə "cinayət işinin başlamasının rədd edilməsi barədə" qərar çıxarılmış və Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün aidiyyatı üzrə Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. “X12” tərəfindən qüsur aktı verilmiş və aktda avtomobilin ehtiyat hissələri üçün 2570 manat, xidmətlə bağlı 1300 manat qeyd edilmişdir. Ümumilikdə ona 3870 (üç min səkkiz yüz yetmiş) manat miqdarında maddi zərər vurulmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən vurulmuş 3870 (üç min səkkiz yüz yetmiş) manat maddi zərər cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdehdən dəfələrlə vurulmuş maddi ziyanın ödəməsini tələb etsə də əhəmiyyət verməmiş və zərəri ödəməkdən yayınmışdır. Cavabdehin təqsiri üzündən o, çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalmağı səbəbindən mənəvi zərərə məruz qalmışdır. Maddi zərərə məruz qalmağı şüuruna mənfi psixoloji təsir etmiş, sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 500 manat məbləğində dəyərləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, qəza nəticəsində onun avtomobilindən əvvəl vurulmuş avtomobil barədə artıq qərar qəbul edilib. Ona ümumilikdə 3900 manat məbləğində ziyan dəyib. O, həmçinin ekspert rəyi ilə bağlı bildirdi ki, onun iddiası 3900 manat təşkil edir, ekspert isə ziyanın 3600 manat olmasını qeyd edib. Ona lazım olan əsas odur ki, zərər ödənilsin. Hazırda cavabdeh zərərin ödənilməsi ilə bağlı onunla əlaqə saxlamır. Göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: “X12” MMC tərəfindən verilmiş ilkin qüsur aktından görünür ki, "HONDA İNSİGHT" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin qiyməti 2570 manat, göstərilən xidmətlərin qiyməti 1300 manat olmaqla, ümumilikdə 3870 manat təşkil edir. Bakı şəhəri Binəqədi Rayon 5-ci Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 noyabr 2023-cü il tarixli qərarında görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:21-də X5 DİN-in 102 xidmətinə məlumat verərək bildirmişdir ki, ünvan 1 ünvanda idarə etdiyi “Chevrolet Cobalt” markalı **-YB-*** dövlət nömrə nişanlı avtomaşını “Chevrolet Epica” markalı **-PZ-*** dövlət nömrə nişanlı avtomaşın vuraraq xəsarət almış, daha sonra isə həmin avtomaşın yolun kənarında park edilmiş “Honda İnsite” markalı **- RY-*** dövlət nömrə nişanlı avtomaşını vuraraq hadisə yerindən yayınaraq qaçmışdır. Bundan sonra həmin tarixdə saat 03:17 radələrində KTM-dən həkim Qasımova məlumat verərək bildirmişdir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində baş vermiş YNH zamanı X5 xəsarət alması barədə verdiyi məlumat Binəqədi RPİ-nin Təhqiqat şöbəsinə daxil olmuş və “Cinayətlər haqqında ərizələr və məlumatların uçotu” kitabında 986 sıra sayı ilə qeydiyyata alınaraq araşdırılması üçün xx.xx.2023-cü il tarixdə icraatıma qəbul edilmişdir. Toplanmış material üzrə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində X3 idarə etdiyi “Chevrolet” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomaşını “Chevrolet Epica” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın sürücü tərəf qapı hissədən vurmuş daha sonra idarə etməni itirərək “Honda İnside” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq hissəsini vuraraq əzmişdir. Həmin materialda cinayət tərkibinin yaranmadığı nəzərə alınaraq, HK-1/986 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş və “Chevrolet Epica” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün əməlində Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta müəyyən edildiyindən inzibati məsuliyyət məsləsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. X10 İdarəsi tərəfindən tərtib edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 01:21 radələrində idarə etdiyi “Chevrolet Epica” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində (yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü, 3(001)-4596/2024 saylı qərarından görünür ki, Cavabdeh X10 İdarəsi tərəfindən tərtib edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmiş və məhkəmənin qeyd edilən qərarı ilə şikayət qismən təmin edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət X11 tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət X11nə geri göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, vətəndaş Cavabdeh xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində idarə etdiyi «Chevrolet» markalı Az **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını pozub «Chevrolet» markalı **- YB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətdiyinə və hadisə yerindən yayındığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə İXP ******* nömrəli inzibati xəta haqqında tərtib edilmiş və həmin protokol üzrə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Binəqədi rayon məhkəməsində vətəndaş Cavabdeh müraciəti əsasında xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Binəqədi RPİ DYP Şöbəsinə göndərilmişdir. Yol-nəqliyyat hadisəsi üzrə toplanmış materiallara vətəndaş Cavabdeh iştirakı ilə yenidən baxılmış və sonuncunun inzibati xəta törətməsi öz təsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixdə vətəndaş Cavabdeh barəsində yenidən qərar qəbul edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü, 3(001)-6506/2024 saylı qərarından görünür ki, Cavabdeh şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmiş və məhkəmənin qeyd edilən qərarı ilə Cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət təmin edilməmiş və Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarları dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-39/2025 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X11 tərəfindən qəbul edilmiş 07 oktyabr 2024-cü il tarixli, ******* nömrəli və Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət təmin edilməyərək Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X11 tərəfindən qəbul edilmiş 07 oktyabr 2024-cü il tarixli, ******* nömrəli və Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Bənəqədi Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli qərarı ləğv edilmiş, Cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X11 tərəfindən qəbul edilmiş 07 oktyabr 2024-cü il tarixli, ******* nömrəli və 21 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət qismən təmin edilərək, Cavabdeh barəsində qəbul edilmiş Baş Dövlət Yol Polis İdarəsinin 21 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilməsi və Cavabdeh barəsində tərtib edilmiş Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X11 tərəfindən qəbul edilmiş 07 oktyabr 2024-cü il tarixli, ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2024-cü il tarixli, 9/1850-8/719 saylı rəyindən görünür ki; 1-ci sual üzrə - “Honda İnsight” markalı, 2010-cu il buraxılışlı, göy metallik rəngli, təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada likvid qiyməti təxminən 12000,00 manat müəyyən olunur. 2-ci sual üzrə - yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. 3-cü sual üzrə - nəzəri hesablama yolu ilə iş materiallarında olan “X12” MMC tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Honda İnsight” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3605,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 2505,00, Təmir-bərpa işlərinin qiyməti – 1100,00 manat. İşə əlavə edilmiş 20 may 2024-cü il tarixli, 9/1850-8/719 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin 1316 nömrəli kartadan çıxarışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh Əmir oğlu xx.xx.2024-cü il tarixdə X1 daxil olmuş və xx.xx.2024-cü ildə evə yazılmışdır. O, baş ağrıları (spazma şəkilli), yuxusuzluq, qulaqlarda küy, əsəbilik, sinir oyanıqlığı, bel ağrıları, əllərdə və ayaqlarda keyimələr, həyəcan zamanı kəkələmə, mədə üzərində ağrılardan, eləcə də 2023-cü ilin noyabr ayında keçirdiyi avtomobil qəzasından sonra ağrılarının çoxaldığından şikayətlənmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı tələb üzrə Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə; və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir. Mülki Məcəllənin 1108-ci maddəsində nəzərdə tutulan delikt məsuliyyətinin subyekti kimi yüksək təhlükə mənbəyinin sahibi çıxış edir. Yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs həmin mənbənin sahibi sayılır və onun vurduğu zərərin əvəzini ödəməyə borcludur. Qanun zərərin əvəzini ödəmək vəzifəsini məhz onun üzərinə qoyur. Beləliklə, yüksək təhlükə mənbəyinin sahibi üçün iki əlamət xarakterikdir – hüquqi əlamət; maddi əlamət. Hüquqi əlamətin mahiyyəti ondan ibarətdir ki, yüksək təhlükə mənbəyinin sahibinin həmin mənbəyə sahiblik etməsi, yəni müvafiq fəaliyyəti həyata keçirməsi üçün hər hansı qanuni titula (qanuni əsasa) əsaslanması tələb olunur. Hər şeydən əvvəl bu cür qanuni titul kimi mülkiyyət hüququ və digər əşya hüququ çıxış edə bilər. Mülkiyyətçinin iradəsi ilə müəyyən obyektə sahiblik mülki-hüquqi müqavilə əsasında digər fiziki və hüquqi şəxslərə keçə bilər ki, bu zaman onlar həmin obyektin qanuni sahibi olurlar. Söhbət icarə, əmlak kirayəsi, saxlama, daşıma və digər müqavilələrdən, nəqliyyat vasitələrinin idarəedilməsi üçün verilmiş etibarnamələrdən gedir. Mülki-hüquqi müqavilə yüksək təhlükə mənbəyinin sahibliyinin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Sahibliyin keçməsi ilə əlaqədar yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyət də yeni sahibə keçir. Maddi əlamətin mahiyyəti ondan ibarətdir ki, təhlükəli obyektə faktiki sahiblik edən, öz sahibliyində real olaraq təhlükə mənbəyinə malik olan şəxs yüksək təhlükə mənbəyinin sahibi hesab olunur. Bu əlamətə görə, zərər vurmaq xassəsinə malik olan obyektə, yəni yüksək təhlükə mənbəyinə faktiki sahiblik edən, bu obyektən istifadə edən şəxs vurulan zərər üçün məsuliyyət daşıyır. Maddi şərt yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən edilən hallarından belə görünür ki, **-PZ-*** dövlət nömrə nişanlı, "Chevrolet Epica" markalı avtomobil xx.xx.2023-cü il tarixdə, gecə saat 01.30 radələrində İddiaçı mülkiyyətində olan "HONDA İNSİGHT" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş və nəticədə avtomobilə maddi ziyan dəymişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində idarə etdiyi «Chevrolet» markalı Az **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını pozub «Chevrolet» markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətdiyinə və hadisə yerindən yayındığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə İXP ******* nömrəli inzibati xəta haqqında tərtib edilmiş və həmin protokol üzrə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Binəqədi rayon məhkəməsində vətəndaş Cavabdeh müraciəti əsasında xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Binəqədi RPİ DYP Şöbəsinə göndərilmişdir. Yol-nəqliyyat hadisəsi üzrə toplanmış materiallara vətəndaş Cavabdeh iştirakı ilə yenidən baxılmış və sonuncunun inzibati xəta törətməsi öz təsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixdə vətəndaş Cavabdeh barəsində yenidən qərar qəbul edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6cı maddələri ilə təqsirli bilinmişdir. Daha sonra müəyyən edilmişdir ki, Cavabdeh şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü, 3(001)-6506/2024 saylı qərarı ilə Cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət təmin edilməmiş və Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarları dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-39/2025 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X11 tərəfindən qəbul edilmiş 07 oktyabr 2024-cü il tarixli, ******* nömrəli və Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət təmin edilməyərək Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X11 tərəfindən qəbul edilmiş 07 oktyabr 2024-cü il tarixli, ******* nömrəli və Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Bənəqədi Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli qərarı ləğv edilmiş, Cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X11 tərəfindən qəbul edilmiş 07 oktyabr 2024-cü il tarixli, ******* nömrəli və 21 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət qismən təmin edilərək, Cavabdeh barəsində qəbul edilmiş Baş Dövlət Yol Polis İdarəsinin 21 oktyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilməsi və Cavabdeh barəsində tərtib edilmiş Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X11 tərəfindən qəbul edilmiş 07 oktyabr 2024-cü il tarixli, ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi Cavabdeh idarə etdiyi avtomobillə iddiaçıya məxsus avtomobilə zərər vurmuş və buna görədə barəində inzibati tənbeh tətbiq edilmiş, buna görədə cavabdehin mülki hüquq pozuntusuna görə məsuliyyəti yaranmasış hesab olunmalıdır. Bundan əlavə müəyyən edilmişdir ki, “X12” MMC tərəfindən verilmiş ilkin qüsur aktından görünür ki, "HONDA İNSİGHT" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin qiyməti 2570 manat, göstərilən xidmətlərin qiyməti 1300 manat olmaqla, ümumilikdə 3870 manat təşkil edir. Lakin məhkəmə tərəfindən hazırki iş üzrə iddiaçıya dəymiş ziyanın obyektiv hesablanması ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyində Avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3605,00 manat məbləğində ziyanın dəyməsi müəyyən edilmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə verilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2024-cü il tarixli, 9/1850-8/719 saylı rəyini və məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutları tədqiq edərək hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə 3605,00 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda qeyd olunanlardan görünüdüyü kimi cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, dəymiş maddi zərərin məbləği müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yəni iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə həmçinin iddia tələbinin 500 manat mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə, əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Qeyd edilən xüsusatlardan da aydın olur ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının bilavasitə zərər vuran şəxs tərəfindən pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirə bilməsini, hazırki işdə isə cavabdeh tərəfindən iddiaçının hər hansı bir şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasına yönələn hərəkətlər edilməsinin müəyyən edilməməsini nəzərə alaraq, iddiaçının iddia tələbində bununla bağlı istinad etdiyi halların əsassız olması qənaətinə gəlir və belə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş zərərin əvəzi olaraq 3605.00 (üç min altı yüz beş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbycan Respublikası Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. İşə əlavə edilmiş 20 may 2024-cü il tarixli, 9/1850-8/719 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 64 manat məbləğində pulun 56,05 manat məbləğində olan hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin ekspertiza xərci 50 (əlli) manat məbləğində pul vəsaitinin 10 (on) manat hissəsi iddiaçıdan, 40 (qırx) manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 3605.00 (üç min altı yüz beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 56,05 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin 10 (on) manat hissəsi İddiaçı, 40 (qırx) manat hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE**********0002088501, X4, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-145/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-145/2025
24.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver