Məhkəmə qərarları › İş №2(001)-1461/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1461/2025

11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1461/2025 11.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, 1000 (min ) ABŞ dolları və ya hazırda 1 dolların manata məzənnəsinə uyğun 1700 (min yeddi yüz) manat məbləğində borcun və 37 manat ödənilmiş dövlət rüsumunun cəmi 1000 (min ) ABŞ dolları və 37 manat və ya hazırda 1 dolların manata məzənnəsinə uyğun 1737 manat məbləğində borcun alınıb, İddiaçı qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini təqdim edilmiş sənədlər əsasında araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərə məhkəmə hazırlıq iclasları, xx.xx.2025-ci il tarixə isə məhkəmə baxışı iclasları təyin edilmiş, lakin iddiaçı məhkəmə iclaslarına gəlməmiş, bundan əlavə müəyyən edilmişdir ki, iddiaçı həm Türkiyə, həm də Azərbaycan Respublikası vətəndaşıdır. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə mailto:aysutumay12@gmail.comElektron ünvan email ünvanından məhkəməyə İddiaçı adından ərizə göndərilərək “bizim iştirakımız olmadan talebimizi yerine yetirilmesi” xahiş edilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə İddiaçı adından ərizə göndərilərək qeyd edilmişdir ki, icraatda olan mülki işlə bağlı xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə iclasında Azərbaycandakı nümayəndəsi xəstə olduğundan məhkəmə prosesində iştirak edə bilməyəcək, habelə iddiaçıda hazırda təxirəsalınmaz ailə məsələləri ilə əlaqədar Türkiyə Respublikasındadır və məhkəməyə gəlməyə imkanı yoxdur. Ona görə də işə iştirakı olmadan mahiyyəti üzrə baxılaraq tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini və ya mülki prosessual qanunvericiliyə uyğun olaraq +**********38 Wotsap nömrəsi ilə əlaqə saxlayıb videokonfrans əlaqə sistemindən istifadə edilməklə aparılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı məhkəmənin çağırışlarına (təkrarən) gəlməmiş, bundan əlavə iddiaçının adından məhkəməyə məktublar (müraciət) ünvanlansa da, həmin məktubların kim tərəfindən (göndərən şəxslərin iddiaçı ilə əlaqəsini) göndərilməsini müəyyən etmək mümkün olmamışdır. Halbu ki, “Elektron məhkəmə” informasiya sistemində olan baza məlumatından müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən elektron kabineti mövcuddur. Yəni, o, hazırki mülki işlə bağlı həmin elektron kabinet vasitəsi ilə sərbəst şəkildə məhkəməyə istədiyi müraciəti ünvanlaya bilər. Həmin kabinet vasitəsi ilə isə, iddiaçının heç bir müraciəti daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etməyərək, iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 259.0 və 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı məhkəmə iclaslarına gəlmədiyindən, Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar