Məhkəmə qərarları › İş №2(001)-1485/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1485/2022

14.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1485/2022 14.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin və mobil telefonun üzərində mülkiyyət hüququnun tanınması və s.” tələbinə dair mülki işə 14 fevral 2022-ci il tarixdə məhkəmənin açıq şəkildə keçirilən hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum əri X1 ilə birgə nikah dövründə əldə etdikləri “Chevrolet Captiva” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin, avtomobilin qeydiyyat şəhadətnaməsinin, idarə edilməsi üçün etibarnamənin, “Samsung” markalı, “S9” modelli mobil telefonun, "xxxx" ASC və "xxxx" ASC-nin ödəniş kartlarının Cavabdeh2 alınıb ona verilməsi, avtomobil və telefon üzərində mülkiyyət hüququnun tanınması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 177 manat dövlət rüsumunun Cavabdeh2 tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddia ərizəsində 2 cavabdeh – Cavabdeh1 və Cavabdeh2 adları göstərilsə də, tələb cavabdehlərdən yalnız birinə, Cavabdeh2 yönəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2 və 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, mülki iş aidiyyat qaydalarının pozulması ilə icraata qəbul olunduğundan və cavabdehin ünvanı Ağsu rayonu olduğundan mülki iş ərazi aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 44- 45, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin və mobil telefonun üzərində mülkiyyət hüququnun tanınması və s.” tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar